Məhkəmə qərarları › İş №2(102)-2051/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2051/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2051/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpasından imtina barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1900/2023 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş mə hkəmə aktları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14.000 manat pulun və 132 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi ilə (hakim T.Qocayev) iddia qismən təmin edilmiş, cavabdehdən 12.483 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən dövlət rüsumunun əvəzi qismində 117,50 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi b arədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, cavabdehdən 1968 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

5. Qətnamə “sifarişli poçt göndərişi” ilə iddiaçıya göndərilmiş və sonuncu tərəfindən həmin qətnamə 3 noyabr 2023-cü il tarixdə qəbul edilmişdir.

6. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

7. Gəncə Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 28 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyindən və dövlət rüsumu tam ödənilmədiyindən geri qaytarılmışdır.

8. Daha sonra iddiaçı yenidən apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə vermişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyindən, həmçinin cavabdeh əvvəlki qərardadda göstərilən nöqsanları aradan qaldırmadığından və eyni məzmunlu kassasiya şikayəti verdiyindən, k assasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi geri qaytarılmışdır.

10. İddiaçı apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə vermişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti üzrlü səbəblərdən qanunla müəyyən edilmiş müddət ərzində verilməmişdir. Belə ki, iddiaçı tərəfindən 2 dəfə kassasiya şikayəti verilsə də kassasiya şikayəti və müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təm in edilməmiş, iddiaçının həmin məhkəmənin 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayətinin geri qaytarılması müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas sayıla bilməz. Hazırkı işdə kassasiya şikayəti verən iddiaçının peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin prosessual qaydalarından xəbərsiz olmasını istisna edir. Belə ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət etməməsi, dövlət rüsumunun az ödənilməsi və sair kimi pozuntular qəbuledilməzdir və təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməsini istisna edir. 14. “X1 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.

15. Bu baxımdan qanunla nəzərdə tutulmuş müddətdə iddiaçının qətnamədən kassasiya şikayəti verməsi üçün he ç bir maneə və ya məhdudiyyət olmamışdır.

16. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 130.1, 133, 405.0.1, 408.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı MPM-in 405.1.1-408.1.5-ci və 408.1.7-ci maddəsində nəzərdə tutulmuş nöqsanları bərpa etsə də, məhkəmə buna dü zgün hüquqi qiymət verməmiş, prosessual müddəti əsassız olaraq bərpa etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”-lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə 405.0.2. Apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 3

1. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmiş və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin b ərpa edilməsi üçün əsasların olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 2 dəfə kassasiya şikayəti verilmiş və prosessual müddət onun tərəfindən üzrsüz səbəblərdən ötürülmüşdür.

35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, kassasiya şikayətinin geri qaytarılması müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas sayıla bilməz. Hazırkı işdə kassasiya şikayəti verən iddiaçının peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin prosessual qaydalarından xəbərsiz olmasını istisna edir.

36. Belə ki, peşəkar hüquq i yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət etməməsi, dövlət rüsumunun az ödənilməsi və sair kimi pozuntular qəbuledilməzdir və təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməsini istisna edir. 37. “X1 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu p rosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.

38. Bu baxımdan qanunla nəzərdə tutulmuş müddətdə iddiaçının qətnamədən kassasiya şikayəti verməsi üçün heç bir maneə və ya məhdudiyyət olmamışdır.

39. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə d ə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-1900/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar