Məhkəmə qərarları › İş №2(102)-2052/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2052/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2052/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İş № 2(102)-2052/2023 (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı şəhəri 03 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı “maneənin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi, ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması, maddi ziyan kimi 11.000 manat, əldən çıxmış fayda kimi 36.000 manat pulun, mənəvi ziyan kimi 10.000 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2(011)1211/2022 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi və obyektin ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, 3.916 manat məbləğində vurulmuş maddi ziyanın əvəzinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı1 və X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC -dən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçılar İddiaçı1 və X3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdilər.

4. Cavabdeh MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Abdıyev,X.Sarıyev və F.Qasımov) 2(103)-1784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və X3, habelə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsin in 03 noyabr 2022-ci il tarixli, e-2(011)- 211/2022 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh MMC-yə qarşı “maneənin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 424 saylı sərəncamına əsasən ünvan 2 ünvanında İddiaçı1 müstəsna hal kimi, (3,5x6) metr ölçüdə yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq, həmin ünvanda qeyri-yaşayış obyekti (ərzaq mağazası) inşa edilmişdir. xx.xx.2004-cü il tarixdə İddiaçı1 Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə n otarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, həmin sərəncamın İddiaçı2 adına rəmiləşdirilməsini xahiş etmişdir. 2007ci ildə obyektin eskiz layihəsi tərtib edilərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin memarı və təsərrüfat hesablı layihə-smeta bürosu tərəfindən təsdiq edilmişdir. Bundan sonra İddiaçı2 fərdi sahibkar kimi vergi orqanlarında qeydə alınmış (**********) və həmin qeyri-yaşayış obyektində (ərzaq mağazasında) nəzarət-kassa aparatı qeydiyyatdan keçirərək, fərdi sahibkar kimi fəaliyyət göstərməyə başlamışdır.

7. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən 1.2273 ha ölçüdə torpaq sahəsinin istifadə hüquqları alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə verilmiş və onun bu hüququ xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra cavabdeh aidiyyəti qurumlarla razılaşdırmaqla, o cümlədən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş icazəyə əsasən həmin ünvanda yaşayış binaları inşa etməyə başlamış və bu məqsədlə tikinti ərazisini hasarlamışdır.

8. İddiaçılar da cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərzaq mağazası yerləşdiyi ərazidə cavabdeh tərəfindən tikinti işləri aparıldığını, o cümlədən mağazanın ətrafına dəmir hasarın çəkildiyini və tikinti materiallarının yığıldığını, nəticədə mağazaya giriş-çıxışa maneənin yaradıldığını iddia edirlər və maneənin aradan qaldırılmasını, hasarın sökülməsini, tikinti materaillarının götürülməsini, habelə maneənin yaradılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər.

9. Məhkəmə kollegiyası hesab etmişdir ki, fərdi sahibkar kimi uçota alınmış İddiaçı2 hüquqi şəxs olan Cavabdeh MMC tərəfindən aparılan tikinti işləri nəticəsində onun istifadə və sahibliyində olan ərzaq mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneənin yarandığını iddia edir və istifadə və sahiblik hüququnun müdafiəsindən irəli gələn tələblər irəli sürür.

10. Məhkəmə kollegiyası göstərilənləri, habelə hazırda tərəflər arasında yaranmaqla istifadə və sahiblik hüquqlarının müdafiəsi ilə bağlı olan mübahisənin həm iddiaçı, həm də cavabdehin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini m üəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraatına qəbul edilməsi zamanı mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini yoxlamamış və nəticədə məhkəmə aidiyyəti ilə bağlı qaydalara riayət etməməklə ərizəni icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən hər iki tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2(011)-1211/2022 saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə ba xılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 384.0.4, 387.2.9-cu maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçlar kassasiya şikayəti verərək (Vəkil1) qərardadın ləğv edilməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gönd ərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, tərəflərin sahibkar kimi qeydə alınması hələ onların arasındakı hüquq münasibətlərinin özündə sahibkarlıq münasibətləri olmasını ehtiva etmir. Düzdür, iddiaçılardan Mülqasim Qəhrəmanov VÖEN-ə malikdir, vaxtilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin bu o demək deyildir ki, onun iddia tələbi sahibkarlıq fəaliyyətinə edilmiş qəsddən doğub. Hazırkı mübahisə hüquqi şəxs (Cavabdeh MMC) tərəfindən vətəndaşların (fərq etmir ki, bu fiziki şəxsdir və ya fərdi sahibkardır) mülkiyyət hüququna edilmiş qanunsuz müdaxilələrdən yaranmışdır. Hazırkı iddianın məqsədi isti fadə və sahiblik hüququnun kənar qəsdlərdən qorunmasına istiqamətlənib. Başqa sözlə, yalnız subyektiv tərkibi nəzərə almaqla məhkəmə aidiyyətini müəyyən etmək olmaz. Qanunvericiliyin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Məcəlləyə müvafiq olaraq müəyyən edilir (MPM 24.2-ci maddə). Qanunvericliyin imperativ tələbindən belə aydın olur ki, subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri eyni anda sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyəti yaransın. Hazırkı halda, nə mübahisənin predmeti, nə də hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. İddiaçıların tələbi qeyriyaşayış sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması, iddiaçılara vurulmuş maddi ziyanın (qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar), mənəvi ziyanın (təxminən 5 il ərzində sahiblik və istifadə hüququnun məhdudlaşdırılması nəticəsində yaranmış neqativ emosional vəziyyət) ödənilməsi, eləcə də əldən çıxmış faydanın tələb edilməsindən ibarətdir. Qeyri-yaşayış sahəsinin ərzaq mağazası olması da mübahisənin mahiyyətini dəyişmir, həmin obyekt qeyri-kommersiya təyinatlı tikili olsaydı belə, mübahisə mülkiyyət (sahiblik və istifadə) hüququna edilmiş müdaxilənin dayandırılmasına istiqamətləndiyindən, iddianın kommersiya məhkəməsi aidiyyəti yaranmayacaqdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə təcrübəsinin vahidliyi pozu lmuşdur. Buna istinad kimi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 2(105)- 2090/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi misal göstərilir. b)

15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

17. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

18. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keç irilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

19. Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

20. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

21. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı

22. Bənd

11. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

23. Bənd

12. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

24. Bənd

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahi sənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya məhkəməsinin aktı iddiaçıların şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

29. Yuxarıda qeyd edilən Plenum Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

30. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh kommersiya hüquqi şəxsidir və həmin ərazidə yasayış binaları inşa etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. İddiaçılardan biri İddiaçı2 da fərdi sahibkar olmaqla, həmin ərazidə yerləşən ərzaq mağazasında sahibkarlıq fəaliyyətini həyata keçirib, qaldırdığı iddia da onun sahibliyində olan ərzaq mağazasından istifadə və sahibliyə yaranmış maneənin aradan qaldırılması, obyektə v urulmuş real maddi ziyan, həmin obyektə giriş çıxışının məhdudlaşdırılması nəticəsində əldən çıxmış fayda tələbləri barədə olmaqla, əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir.

31. Digər iddiaçının fərdi sahibkar statusu olmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

32. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.

33. Həmçinin məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə bağlı dəlillə bağlı məhkəmə k ollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

34. Buna görə də, kassatorun istinad etdiyi apelyasiya instansiya mə\hkəməsinin qətnaməsindəki hüquqi m övqe məhkəmə təcrübəsinin vahidliyinin pozulması kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1784/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar