Məhkəmə qərarları › İş №2(102)-2053/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2053/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2053/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli 2(103)10544/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Həsənov, iş № 2(008)-434/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şə hər Ərazi İdarəsinə qarşı Ləhiş bağlar massivində yerləşən 48 saylı bağın (0,25 ha) yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 07 mart 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş 30 may 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, tərəflərin hüquqi statusunun əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə eyni zamanda 3-cü şəxslər X1 və Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 22 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) İddiaçı, X1 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0,25 hektar ölçüdə 48 saylı bağ sahəsi Bakı şəhər İcra Komitəsinin bağlar tresti ilə bağladığı 4 aprel 1969-cu il tarixli müqaviləyə əsasən X4 10 il müddətinə icarəyə verilmişdir. 1991-ci ildə bağ sahəsinin icarədarı vəfat etmişdir. Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nənəsinin ölümündən sonra bağ sahəsindən təyinatı üzrə istifadə etməs ini əsas göstərməklə bağ sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsi barədə Dövlət Reyestri Xidmətinin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən (0,25 ha) 48 saylı bağın yerləşdiyi torpaq sahəsinə hüquqlarının iddiaçı Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarışın, həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddiaçı, Cavabdeh3 və X1 ərizə ilə müraciət e dərək həmin qərarın onların hüquq və maraqlarına toxunmasını əsas göstərməklə 3-cü şəxs qismində işə cəlb edilmələrini xahiş etməklə 06 yanvar 2017-ci il tarixli qərardan apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən ərizəçilər 3-cü şəxs qismində işə cəlb edilmiş və kollegiyanın 26 may 2017-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 may 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddiası mümkünsüz hesab edilmişdir. 22 may 2017-ci il tarixdə Cavabdeh1 notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsini Cavabdeh2 satmış və 30 may 2017-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2017-ci ilin iyul ayında İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anasının 1991-ci ildə baş vermiş vəfatından sonra ailə üzvü kimi bağdan istifadə etməklə ona qulluq göstərməsini, lakin Cavabdeh1 onların vərəsə olmalarını gizlədərək bağ sahəsinə mülkiyyət hüququ əldə etməsini əsas göstərməklə onun adına verilmiş 07 mart 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması na dair 22 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. 2018-ci ilin fevral ayında X1 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nənələrinin 1991-ci ildə baş vermiş vəfatından sonra ailə üzvü kimi bağdan istifadə etməklə ona qulluq göstərmələrini əsas göstərməklə Cavabdeh1 adına verilmiş 07 mart 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair 22 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və tərəflərin hüquqi statusunun əvvəlki vəziyyətə qaytarı lmasını xahiş etmişlər. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək Cavabdeh1 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə dair 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli qərarı ləğv edildikdən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddiasının mümkünsüz hesab edilməsini və həmin qərardadın yuxarı məhkəmə instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib iddianın təmin olunmasına d air qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, digər cavabdeh və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallar ını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı hesab edərkən Cavabdeh1 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu məhkəmə qətnaməsi əsasında əldə etməsini və qərarın qanuna uyğun olmasını düşünərək hərəkət etməsini, bu zaman qanunun tələbini pozmamasını, müqavilənin notariatda təsdiq olunmasını, Cavabdeh1 adına verilmiş 07 mart 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın artıq mö vcud olmadığından onun ləğv edilməsinin mümkünsüz olmasını və s. əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında gəlməklə həmin nəticə qanunun tələblərinə uyğun olmadığından qətnamə qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli torpaq sahəsinə məhkəmə qərarı əsasında hüquq əldə etməsini və hüquqa əsasən torpaq sahəsini Cavabdeh2 satmasını və bunun qanuna uyğun olmasını iddianın rədd edilməsi üçün əsas kimi qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh1 torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 yanvar 2017ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə mi nmiş 26 may 2017-ci il tarixli qərardadı ilə ləğv edilmiş və işə birinci instansiya məhkəməsində yenidən baxılarkən Cavabdeh1 iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin hallara qətnamədə heç bir qiymət verməmiş və Cavabdeh1 iddiası ilə bağlı son nəticədə qəbul edilmiş məhkəmə qərarlarına qətnamədə istinad belə etməmişdir. İşdən görünür ki, Cavabdeh1 torpaq sahəsinə yalnız onun hüququnun tanınması barədə məhkəməyə müraciət edərkən mübahisəli torpaq sahəsinə digər vərəsələrin də iddialı olduqlarını bilmiş, lakin iddia ərizəsində yalnız Dövlət Reyestri Xidmətini göstərməklə həmin vərəsələrin iştirakı və xəbəri olmadan əmlaka mülkiyyət hüququ əldə etmiş və həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Belə vəziyyətdə Cavabdeh1 qanuna uyğun hərəkət etməsi barədə məhkəmə kollegiyasının nəticəsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində vicdanlı alıcılıq məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konkret işlər üzrə qəbul etdiyi qərarlarına istinad etsə də, Cavabdeh2 vicdanlı alıcı olub-olmamasını araşdırmamış və işin həmin halı qanunun tələbinə uyğun qiymətləndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən mübahisəli hüquq münasibətlərində müəyyənliyin yaranması təmin edilməmiş, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bə rpası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar