Məhkəmə qərarları › İş №2(102)-2054/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2054/2019

05.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2054/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Ləğv prosesində olan “X5” ASC-nin vəkilinin iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13651/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal R ayon Məhkəməsinin (hakim F.F.Babayev) 2(004)-6928/18 nömrəli, 27 sentyabr 2018-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 22.05.2015-ci il tarixli, 2015-00-30 və 17.06.2015-ci il tarixli, 2015-00-33 saylı kredit müqavilələri üzrə ümumilikdə 15.142.006 (on beş milyon bir yüz qırx iki min altı) manat 40 (qırx) qəpik əsas borc üzrə, 3.463.154 (üç milyon dörd yüz altmış üç min yüz əlli dörd) manat 78 (yetmiş səkkiz) qəpik faiz borcu üzrə, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5 %-lik borcu 757.100 (yeddi yüz əlli yeddi min yüz) manat 32 (otuz iki) qəpik, cəmi 19.362.261 (on doqquz milyon üç yüz altmış iki min iki yüz altmış bir) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq Ləğv prosesində olan “X5” ASC-yə verilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov) 2(103)-13651/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6928/18 nömrəli, 27 sentyabr 2018-cı il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan “X5” ASC cavabdehə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.05.2015-ci il tarixli, 2015-00-30 saylı kredit müqaviləsi üzrə 5.736. 651,10 (beş milyon yeddi yüz otuz altı min altı yüz əlli bir manat 10 qəpik) manat məbləğində əsas borcun, 1 095 901,01 (bir milyon doxsan beş min doqquz yüz bir manat 01 qəpik) manat məbləğində faiz borcunun, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5%lik borcu 339 419,76 ( üç yüz otuz doqquz min dörd yüz on doqquz manat 76 qəpik) manat, ümumilikdə 7.171.971,87 (yeddi milyon yüz yetmiş bir min doqquz yüz yetmiş bir manat 87 qəpik) məbləğində kredit borcunun, 17.06.2015-ci il tarixli, 2015-00-33 saylı kredit müqaviləsi üzrə 12.000.000 (on iki milyon) manat məbləğində əsas borcun, 2.367.253,77 (iki milyon üç yüz altmış yeddi min iki yüz əlli üç manat 77 qəpik) manat məbləğində faiz borcunun, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5%lik borcu 666 800 (altı yüz altmış altı min səkkiz yü z) manat, ümumilikdə 15 034 053,77 (on beş milyon otuz dörd min əlli üç manat 77 qəpik) manat, hər iki kredit müqaviləsi üzrə cəmi 22 206 025,64 (iyirmi iki milyon iki yüz altı min iyirmi beş manat, 64 qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 1 (bir) manat məbləğində bank xidmət haqqının tutulub iddiaçı ləğv prosesində olan «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, həmçinin 22.05.2015-ci il tarixli, 2015-00-30 saylı və 17.06.2015-ci il tarixli, 2015-00-33 saylı Kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı L əğv prosesində olan “X5” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)13651/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadının ləğv edib və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “X5” ASC-nin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13651/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin materiallarına əsasən gəldiyi nəticəyə əsasən apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən Hökümət ödəniş portalından olan çıxarışın həqiqətən də portaldan edilmiş çıxarış olması müəyyən edilmir. Çünki Hökümət ödəniş portalından olan çıxarış edildikdə çıxarışda müvafiq internet saytına istinad edilən qeyd mövcud olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materiallarına əsasən gəldiyi digər nəticəyə əsasən isə əgər həmin Hökümət ödəniş portalından olan çıxarış deyilsə, onda həmin sənədin üzərində dövlət rüsumunu qəbul etmiş müvafiq müəssisənin möhürü və ya ştampı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəti cələr qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsümü internet vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankının Hökümət ödəniş portalından ödənilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Hökümət ödəniş portalından olan çıxarış edildikdə çıxarışda müvafiq internet saytına istinad edilən qeyd mövcud olması qənaəti ilə bağlı hesab edir ki, apellyasiya şikayətinə əlavə edilmiş Hökümət ödəniş portalından olan çıxarışda müvafiq internet saytına istinad edilməli olmasına dair qanunvericilikdə belə bir norma yoxdur və məhkəmənin özü də bu qənaətini müvafiq normanın tələbi ilə əsaslandırmamışdır. Sözügedən qəbzdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Hökümət ödəniş portalı göstərilməsi ödənişin inter net vasitəsilə ödənilməsinin təsdiqi olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası eləcə də hesab edir ki, apellyasiya şikayətinə əlavə edilmiş həmin sənəddən daha sonra görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Hökümət ödəniş portalından ödəniş edildikdən sonra sənəd ********* saylı mədaxil qəbzi adlandırılmışdır. Həmin mədaxil qəbzində qəbzin nömrəsindən əlavə, ödənişini tarixi, saatı, ödənilən məbləğ, ödənişin təyinatı, adı, VÖEN-i qeydiyyatda olduğu ünvan və ödənişi qəbul edən təşkilatın adı və VÖEN-i göstərilib. Azərbaycan Respublikasının MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət r üsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət Rüsumu” haqqında Qanunun 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutatada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə sadalanan qanunun tələblərinə əsasən internet vasitəsilə ödənilmiş rüsum barədə müvafiq ödəmə sistemindən çıxarışın surətinin əlavə edilməsinə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökümət ödəniş portalı çıxarışlarının uçotu qaydalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Halbuki, sözügedən Qaydaların: - 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü 27 avqust il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış X3 (HÖP) çıxarışlarının uçotu qaydalarını müəyyən edir. - 1.2-ci bəndinə əsasən HÖP-ün çıxarışları portal vasitəsi ilə istənilən hesablaşma formasından (nağd pul, ödəniş kartları, bank hesabları və s.) istifadə edilməklə ödəniş aparılarkən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir. - 1.3-cü bəndinə əsasən HÖP-ün çıxarışları portal vasitəsilə aparılmış ödənişlərin təsdiqidir. - 1.4-cü bəndinə əsasən HÖP-ün çıxarışlarının bu Qaydalarda müəyyən edilmiş rekvizitləri özündə əks etdirən forması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər Apellyasiya Məhkəməsinin qərardadının ləğvinə əsasdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işə baxarkən prosessual hüquq normalarına riayət etməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmədiyindən həmin qərardad ləğv edilməli, iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L İ R: İddiaçı Ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13651/2018 n ömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin Məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar