Məhkəmə qərarları › İş №2(102)-2054/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2054/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2054/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, X xnömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən ekspertiza rəyi ilə təsdiqini tapmış 5.204 (4.960 manat sığorta ödənişini çıxmaqla) manat maddi zərərin, 30 manat dövlət rüsumunun, avtomobilin əmtəə görünüşü nün 10% itirilməsi nəticəsində 2.695 manat məbləğində vurulmuş maddi zərərin və qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 50 manat ödəniş olmaqla, ümumilikdə 7.979 manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3.088 manat vurulmuş maddi ziyanın və avtomobilin əmtəə görünüşünün 10% itirilməsi nəticəsində 2.695 manat məbləğində maddi ziyanın, iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və 50 manat qiymətləndiriciyə ödənilmiş xərcin tutulub iddiaçı X2, ekspertiza tədqiqatının dəyəri olan 120 manat ekspertiza xərcinin tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sərlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və işin yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının avtomobilinə dəymiş ziyan ödənilmişdir və aralarında bu barədə qeyri-rəsmi razılıq da olmuşdur, lakin iddiaçı sonradan məhkəməyə müraciət etmişdir. Keçirilimiş ekspetizanın nəticəsindən narazılığını bi ldirsə də, məhkəmələr buna məhəl qoymamışlar. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixdə idarə etdiyi “Mersedes-Benz” 240 markalı, 99- BV-026 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq iddiaçının idarə etdiyi “Toyota Corolla” markalı, 99- MJ-078 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Səbail RPİ-nin Təhqiqat şöbəsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qərarın surəti Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyan sığorta aktı (“xxxx ” MMC-nin qüsur aktı) əsasında 8.260 manat məbləğində qiymətləndirilmiş və “xxxx” ASC tərəfindən icbari sığorta əsasında ona 5.000 manat sığorta ödənişi ödənilmişdir. Birinci instansiya məhkəməsində zərərin həcminin ixtisaslı şəxslərin rəyi müəyyənləşdirilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15549 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, “Toyota Corolla” markalı, 99- MJ-078 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə Tayota Bakı Mərkəzinin xx.xx.2019-cu il tarixli aktı əsasənda təxminən 10.164 manat, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli akt məlumatlarına əsasən 8.048 manat müəyyən edilir. Bundan əlavə həmin rəylə avtomobilin təmirbərpa olunması nəz ərə alınmaqla normal vəziyyətdə qəzaya uğramamış avtomobillə orta satış qiymətində 10 faiz aşağı olması istisna edilməmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC-nin 1554/SQ nömrəli aktı ilə “Toyota Corolla” markalı, 99MJ-078 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 24.500 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, hazırkı işdə cavabdeh mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində iddiaçı qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya z ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymi ş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, iddiaçının əməli ilə cavabdehin düzşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsi r edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini avtomo bilin əmtəə görünüşünün 10 faiz itirilməsi nəticəsində 2.695 manat maddi ziyanın tutulması hissəsində mübahisələndirdiyi və apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə həmin hissədə baxıldığına görə onun kassasiya şikayəti əsasında işin başqa halları üzrə hüququn düzgün tətbiq olunub-olunmadığı yoxlanılmır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia əşyanın əmtəə görünüşünün 10 faiz itirilməsi hissəsində əsaslı sayılarkən məhkəmələrin ixtisalı şəxsin rəyinə və müstəqil qiymətləndiricinin aktına əsasən nəticəyə gəlmələri və tutulmuş məbləği həmin məlumatlar əsasında hesablamaları mövcud qanunvericiliyə uyğundur. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçir ilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Mülki Məcəllənin 459.1-ci və 459.5-ci maddələrinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini öd əmək öhdəliyi qoyur. Kassator isə şikayətində ekspertiza rəyi ilə razı olmadığını, iddiaçının avtomobilinə dəymiş ziyanı ödəməsini və bu barədə aralarında razılıq olmasını bildirsə də, həmin halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar