Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2055/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” ASC (keçmiş adıİddiaçı İKB ASC) vəkili X2, Cavabdeh1 və digərlərinin vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14880/2019 saylı qərardadından Cavabdeh1 və digərlərinin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(10 3)14880/2019 saylı qərardadı ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və digərlərinin verdikləri apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilib. Cavabdeh1 və digərləri qərardaddan kasasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və sair tələblərinə dair” iddiası qismən təmin edilib. Cavabdeh “xxxx” MMC qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017- ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirilərək, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi tam olaraq yoxlanılıb və Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılıb. Hazırda Cavabdeh1 və digərləri iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti veriblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi qətnamədən verilmiş apelyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, mülki prosessual hüquq normalarının tələblərini poza raq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və digərlərinin (cəmi 9 nəfər) vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı “xxxx” ASC-nin (keçmiş adı İddiaçı İKB ASC) vəkili xxx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1, Cavabdeh6, Ca vabdeh3, Cavabdeh5, “xxxx” MMC, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəy işdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 və digərlərinin (cəmi 9 nəfər) birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apelyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, digər cavabdeh “xxxx” MMC apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında tam yoxlanılmasına, qətnamənin qanuni qüvvəyə minərək icraya yönəldilməsinə, Cavabdeh1 və digərlərinin apelyasiya şikayəti üzrə işə təkrar apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına istinad edib və hüquqi mö vqeyini Azərbaycan Respublikası MPM-nin 360, 363.1, 366.1.3-cü maddələrinin və digər mülki prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, mülki prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh “xxxx” MMC apelyasiya şikayətinə əsasən iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin əsaslılığ ı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tam yoxlanılıb və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi prosessual qanunvericilikdə apelyasiy a instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həm tam, həm də qismən yoxlamaq vəzifəsi müəyyən edilib. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, apelyasiya şikayətinin qətnamənin ləğvinə yönəlib-yönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qətnamənin əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir: birincisi, apelyasiya şikayətinin qətnaməsinin qismən ləğvinə yönəlməsi; ikincisi, mübahisənin predmetinin bölünən olması məcmu halda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin istisna olunması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Qeyd olunan iki şərtdən hər hansı birinin, yəni apelyasiya ş ikayətinin qətnamənin tam ləğvinə yönəlməsi; mübahisənin predmetinin bölünməz olması birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apelyasiya qaydasında tam yoxlanılması üçün əsasdır. Apelyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəlməsi dedikdə- birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsinin xahiş olunması başa düşülür. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Burada apellyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir. Apellyasiyanın mümkünlüyü üçün əsasların olmaması dedikdə- işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdeh “xxxx” MMC apelyasiya şikayətinə əsasən tam yoxlanıldığından və həmin qətnamə artıq qanuni qüvvəyə minərək icraya yönəldiyindən, digər Cavabdeh1 və digərlərinin həmin qətnamədən verdikləri apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayıla bilməz. Bu baxımdan kasasiya instansiyası məhkəməsi Cavabdeh1 və digərlərinin kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətində göstərilən dəlillər, yəni ipoteka predmetinə tutmanın yönəldilməsinə dair notariusun icra qeydinin sonradan mübahisələndirilərək ləğv edilməsi; iddiaçı təşkilatın məhkəmədə yeni iddia qaldırması və sair hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılmış birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətinə yenidən baxılması üçün əsas ola bilməz. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alaraq kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar olmadığından və kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və digərlərinin (cə mi 9 nəfər) kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14880/2019 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2055/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2055/2020
25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver