Məhkəmə qərarları › İş №2(102)-2056/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2056/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2056/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Xnun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli 2(103)12878/2018 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İdd iaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X1 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2163,37 manat əsas borc, 1056,70 manat əldən çıxmış fayda qismində hesablanmış faiz borcu, 948,99 manat dəbbə borcu olmaqla, cəmi 4169,06 manat borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-c ı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarı ilə Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 24.02.2011-ci il tarixli, 51 saylı kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə illik 28% ödənilmək şərti ilə 5000 manat məbləğində istehlak krediti verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka 08.01.2018-ci il tarixə borcu 2163,37 manat əsas borc, 1056,70 manat əldən çıxmış fayda qismində hesablanmış faiz borcu, 948,99 manat dəbbə borcu olmaqla, cəmi 4169,06 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(004)-6439/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun Cavabdeh qarşı cavabdehdən 24.02.2011-ci il tarixli 51 saylı kredit müqaviləsi üzrə 2163,37 manat əsas borc, 1056,70 manat əldən çıxmış fayda qismində hesablanmış faiz borcu, 948,99 manat dəbbə borcu olmaqla, cəmi 4169,06 manat borcun və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 05 dekabr 2018-ci il tarixli 2(103)12878/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6439/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X1 və vəkili X2 tərəfindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)-12878/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi iddia müddəti ilə bağlı ərizəni alaraq, elə həmin məhkəmə prosesində iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu isə bərabərlik prins iplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddə sinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 24.02.2011-ci il tarixli, 51 saylı kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən borc alana 6 ay müddətinə illik 25% ödənilmək şərti ilə 5000 manat məbləğində istehlak krediti verilmişdir. Cavabdeh 08.01.2018-ci il tarixə banka 2163,37 manat əsas borc, 1056,70 manat əldən çıxmış fayda qismində hesablanmış faiz borcu, 948,99 manat dəbbə borcu olmaqla, cəmi 4169,06 manat borcu qalmışdır. Cavabdeh banka sonuncu ödənişi 19.12.2014-cü il tarixdə həyata keçirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmələr tərəfindən haqlı olaraq müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.02.2011-ci il tarixli kredit müqaviləsinin icra müddəti 24.08.2011-ci il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı 24.05.2014-cü il tarixdən başlanmış, 19.12.2014-cü il tarixdə iddia müddətinin axımı kəsilmiş, həmin tarixdə yenidən başlayaraq, 19.12.2017-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia 19.07.2018-ci il tarixdə, yəni iddia müddəti başa çatandan 7 aydan sonra verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin subyektiv mülki hüququn pozulması məsələsini həll etməməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, iddia əsaslı olsa da, iddia müddətinin keçməsi iddianın təmin olunmasını mümkünsüz edir. Kollegiya qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsin i müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416- 417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)12878/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar