Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2057/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər Vəkil1 və Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Ataşova, iş № 2(011)-xx/17) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Ca vabdeh2 və Cavabdeh3 qarşı “kreditin ödənilməsi və tələbin ipotekaya yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.04.2015-ci il tarixli 15010-0222/284048 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə 32609.11 ABŞ dolları əsas, 5593.25 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38502,36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən İddiaçı-yə olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov, iş № 2(103)xx/17) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və T.Qoldman, iş № 2(102)-xx/18) Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi, qətnamənin q alan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)xx/18) Cavabdeh1 tərəfindən verilmiş apellyasiyaşikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 21.04.2015-ci il tarixli 15010-0222/284048 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 32609.11 ABŞ dolları əsas, 5593.25 ABŞ dolları faiz, 2925,33 ABŞ dolları cərimə borcu olmaqla, 41127.69 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, həmçinin 30 manat dövlət rüsumunun və 40 manat notarius xərcinin tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 38.6 kv.m-dən ibarət olan 9 mərtəbəli binada yerləşən 3 otaqlı mənzilin açıq hərracdan satışı yolu ilə əldə ediləcək vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmet inin satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissəsinin cavabdehin digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclası nın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyi şdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bank ilə Cavabdeh1 arasında 21.04.2015-ci il tarixli 15010-0222/284048 saylı «Kredit müqaviləsi» bağlanmış və bu müqavilə ilə cavabdehə 36 ay müddətinə illik 24% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçıSC ilə Cavabdeh1 arasında 21.04.2015-ci il tarixli 15010- 0222/284048 Sİ saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 38.6 kv.m-dən ibarət olan 9 mərtəbəli binada yerləşən 3 otaqlı mənzil cavabdehlər Cavabdeh2 və X2 razılıq ərizəsi əsasında kredit müqaviləsi üzrə öhdəliklərin təminat ı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin 2.1.5-ci bəndinə görə ipoteka ilə yüklü edilmiş əmlak 95000 manat məbləğində qiymətləndirilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: İpoteka predmetinin mühafızəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən İpoteka saxlayana ödənilməli məbləğlər. Mühafızə və satış xərcləri İpoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir; İpoteka predmetinin təsviri; İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti İpoteka qoyanla İpoteka saxlayanın razılaşması əsasında, m übahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfındən müəyyən edilir; zəruri hallarda İpoteka predmetinin satılmasına qədər onun mühafızəsinin təmin edilməsi tədbirləri göstərilir. Birinci instansiya məhkəməsində işə baxılarkən xx xxx 2017-ci il tarixli qərardadla ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi üçün ekspertiza təyin edilsə də, ekspertiza tədqiqatının xidmət haqqı qiymətləndiricinin hesabına ödənilmədiyindən qərardad icrasız qaytarılmışdır. Apellyasiya şikayətində də Cavabdeh1 mənzilin təkrar qiymətləndiririlməsi aparılmadan qətnamə qəbul edilməsini qeyd etməklə müəyyən edilmiş ilkin satış qiymətinin real olmadığını bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, sonuncu apellyasiya baxışının predmeti yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi olmuş və apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarında şərh olunan göstərişləri yerinə yetirərək ipoteka predmeti olan əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin etmişdir. MBA LTD MMC tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli rəydə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 38.6 kv.m-dən ibarət olan 9 mərtəbəli binada yerləşən 3 otaqlı mənzılin xx xxx 2018-ci il tarixinə hesablanmış bazar dəyərinin 83000 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin - ilkin satış qiymətinin reallığı əks etdirməməsindən ibarət dəlili öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş mütəxəssis rəyində göstərilən qiymət birinci instansiya məhkəməsi tərəfindən müəyyən edi lmiş ilkin satış qiymətindən aşağı olmuşdur. Digər tərəfdən, cavabdeh ilkin satış qiymətinin əslində məhkəmənin müəyyən etdiyi kimi 95000 manat deyil, daha çox olmasını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməklə, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci m addəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2057/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2057/2019
15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver