Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2057/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: XXX X9 Komitəsi İddia tələbi: dəymiş zərərin əvəzinin ödənilməsi Açar sözlər: etibarsız əqdlərin nəticələri, kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10769/2020 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh XXXX9 Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş kas sasiya şikayətləri üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXXyerləşən “Mərkəzi Univermaq” Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə həmin univermağın güzəştli satışında hüququ olan 10 nəfərdən ibarət əmək kollektivi arasında bağlanmış xx xxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 465.867.000 manata satın alınmışdır. İddiaçı da güzəştli satışda iştirak etmiş şəxslərdən biri olmuş və həmin əmlak onun adına özəlləşdirilmişdir. xx xxxxxx 2004-cü il tarixdə İddiaçı həmin əmlakı bacısı X3 600.000.000 manata satmışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli hökmünə əsasən İddiaçı adına verilmiş mülkiyyət hüququ h aqqında xx xxxxxxx 2002-ci il tarixli şəhadətnamə, həmin obyektə dair onunla Təranə Dadaşova arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin sonuncunun adına verilmiş xx xxxxxx 2004-cü il tarixli şəhadətnamə, onların hüquqi nəticələri etibarsız hesab edilməklə, həmin obyekt üzərində dövlətin mülkiyyət hüququ bərpa edilməklə obyekt dövlət mülkiyyətinə geri qaytarılmışdır. Həmin hökm ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X11 şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi Univermaq”ı qaynı İddiaçı adına həqiqi qiymətindən ucuz qiymətə saxta sənədlərlə özəlləşdirmişdir. X5 Axundova qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində ona dəymiş 1.086.976 manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbinə da ir iddia qaldırmış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli qətnaməsi ilə İddiaçı iddianı etiraf etməsi əsası ilə iddia təmin edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası X9 Komitəsinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXyerləşən “Mərkəzi univermaq”ın dəyəri və ona dəymiş zərərin əvəzi kimi 1.428.286 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin əmlakın dəyəri 840931 manat, sonradan aparılmış yaxşılaşdırma və rekonstruksiya işlərinin dəyəri isə 246045 manat təşkil etmişdir və bu hal Bakı ş əhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2103-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə mübahisələndirilən obyektin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində Təranə Dadaşovaya ******* manat maddi ziyanın dəyməsi müəyyən edilərək iddiaçıdan həmin məbləğin tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra, yəni 2013-cü ildən 2018-ci ilə kimi isə 1086976 manatın 2017-ci ilə olan 31,4% inflyasiya dərəcəsi 341310 manat olmuşdur. Beləliklə, ona vurulmuş maddi ziyanın məbləği cəmi 1.428.286 manat təşkil edir, cavabdehlər isə həmin məbləği ödəməkdən imtina edirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-496/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia qismən təmin edilmiş, Azərbaycan Respu blikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 112137 manat və Azərbaycan Respublikası X9 Komitəsindən 37379 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona binanın dəyəri 840931 manat, obyektin bir hissəsində şadlıq evi tikmək üçün aparılmış rekonstruksiya işlərinin dəyəri 246045 manat, inflyasiya dərəcəsi 341.310 manat olmaqla, cəmi 1.428.826 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, qeyd edilən məbləğdə ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş qiymətləndirmə rəyləri və iddiaçıdan 1.086.976 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi isə mübahisələndirilən obyektə aid şəhadətnamə və müqavilənin etibarsız hesab edilməsi nəticəsində iddiaçıya qeyd edilən məbləğdə maddi ziyanın dəyməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən obyekt ilə əlaqədar ödənilən pul vəsaiti, xx xxxxxx 2006-cı il tarixdən həyata keçirilən manatın denominasiyası və pul vəsaitlərinin ödənildiyi tarixdən qeyd edilən məsələ ilə əlaqədar yekun məhkəmə qərarının qəbul edildiyi tarixə istehlak qiymətləri indeksi nəzərə alınmaqla vurulmuş maddi ziyan olaraq hesablanıb iddiaçıya ödənilməlidir. Tərəflər qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı apelyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Cavabdeh Azərbaycan Respublikası M aliyyə Nazirliyi apelyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının itirilmiş qazancının nədən ibarət olması, ona hansı əsasla indeksləşdirmə tətbiq edilməsi aydın deyildir, bu hal hər hansı qanuni əsasa söykənmir. Komitənin əmlak dəyəri kimi qəbul etdiyi məbləğ ********* köhnə manatla, 81663 yeni manatla olmuşdur. İddiaçının ödədiyi vəsaitdən Maliyyə Nazirliyi və ya hər hansı qurum istifadə etməmiş, əlavə gəlir əldə etməmişdir. Belə olan halda iddiaçının 1997-2001-ci illərdə dövlət büdcəsinə ödədiyi vəsaitin hansı mənbə hesabına və hansı əsasla indeksləşdirilib qaytarılması qanuni və əsaslı deyildir. Cavabdeh Azərbaycan Respublikası X9 Komitəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ”Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdir ilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 1992-ci il tarixli Qanununun özəlləşdirilməsi məhkəmə qərarı ilə ləğv edilmiş əmlaka görə ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı hüquqi münasibətlərə şamil olunub-olunmamasını araşdırmamış, qanunun tətbiqində səhvə yol verərək həmin qanunun müddəalarını hazırkı münasibətlərə tətbiq etmişdir. Məhkəmənin istinad etdiyi qanun vətəndaşların gəlirlərinə şamil olunur. İddiaçı tərəfindən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş vəsait isə onun gəliri deyildir və həmin məbləğin indeksləşdirilməsi tamamilə əsassızdır. İddiaçı tərəfindən hərracda satın alınmış əmlaka görə dövlət büdcəsinə ödənilmiş pulun məbləği də düzgün hesablanmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-432/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova) apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmədiyindən, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Həmin qətnamədən tərəflər ayrı-ayrılıqda kassasiya şikayət verərək, şikayətlərini apelyasiya şikayətində irəli sürdükləri dəlillərlə əsaslandırmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4655/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov. İ.K.Dəmirov və A.Ə.İsgənd ərov) iddiaçı və cavabdehlərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-432/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kasasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbləri üzrə kifayət qədər araşdırma aparmadan, onun tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, həmçinin işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının nümayəndəsinin izahatını işə əla və edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, eləcə də tərəflərin apellyasiya şikayətlərini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kasasiya instansiya məhkəməsinin qərarında Mülki Prosessual Məcəllənin 82.3-cü, Mülki Məcəllənin 21, 157.7, 337.4, 337.5-ci maddələrinə istinad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10769/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli, İ.K.Xəlilov, X.A.Cəmilova) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası X9 Komitəsinin apelyasiya şikayətləri təmin edilməmiş, qət namə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə cəmi 203159 manat, o cümlədən 152369 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən, 50789,75 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası X9 Komitəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri Qala Xiyabanı 33-də yerləşən “Mərkəzi Univermaq” X9 Komitəsi ilə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 203159 manata X1. Bu halda, həmin məbləğ daha ağlabatan olmaqla, iddiaçının irəli sürdüyü tələbi tam ehtiva edir. Belə ki, həmin məbləğ obyektdə aparılmış yaxşılaşdırma işlərinin dəyəri nəzərə alınmaqla obyektin real dəyərini əks etdirir. Kasasiya şikayətlərinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını, cavabdeh X9 Xidmətinin nümayəndəsi isə qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin kasasiya şikayətləri apelyasiya şikayətlərindəki dəlillərlə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə si vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsinə əsasən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə id diaçının mübahisəli əmlakı əvəzli qaydada əldə etməsi, həmin əmlakı əldə etdiyi əqdin qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında etibarsız hesab edilməsi və iddiaçının əqd üzrə ödədiyi məbləğin ona qaytarılmaması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əqd etibarsız hesab edildikdə, tərəflərdən hər bir i əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2011-ci il tarixli Qərarında göstərildiyi kimi Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, Mülki Məcəllənin 337-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflə rin ilkin vəziyyətə qaytarmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında müəyyən olunan hüquqi mövqeyə görə etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olur. Apellyasiya məhkəməsi mübahisəyə əqdin etibarsızlığının nəticələrini müəyyən edən maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verməmiş, iddiaçıya mübahisəli əmlakın xx xxxxxxx 2014-cü il tarixdə özgəninkiləşdirilməsi barədə alqı-satqı müqaviləsində göstərilən qiymətinə uyğun pul vəsaitinin qaytarılması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti təmin edilmə li, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. XXXX9 Xidmətinin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2057/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2057/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver