Məhkəmə qərarları › İş №2(102)-2061/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2061/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2061/2024 13.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Quba Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərk ibində, İddiaçı Quba Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “torpaq hərracının və ya müsabiqənin nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və istifadədə olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)816/2024 nömrəli, 11 mart 2024-cü il tarixli məhkəmə aiddiyəti ilə bağlı qərardadından Cavabdeh7 və Cavabdeh5 şikayətinə 13 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Quba Bələdiyyəsi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq Quba Bələdiyyəsinə məxsus Quba şəhər ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolu, h əmin 0,03 ha torpaq sahəsinin satılması barədə Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torp aq hərrac və ya müsabiqənin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolunun, həmin 0,009 ha torpaq sahəsinin satılması barədə Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolunun, həmin 0,0021 ha torpaq sahəsinin satılması barədə Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahələrinin Quba Bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin 2(027)-816/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim Rahim Həsənov)

3. Birinci instansiya məhkəməsi iş materiallarında olan vergi məlumatlarından çıxarışlara əsasən müəyyən etmişd ir ki, Cavabdeh3 və Cavabdeh4 vergi ödəyiciləridir. İş üzrə iddiaçı Quba Bələdiyyəsi və cavabdehlər Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi hüquqi şəxslərdir. Cavabdeh4 adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışlara əsasən Quba şəhəri, 223cü atıcı diviziya küçəsindən onlar üçün ayrılmış torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin torpaqları olsa da, məqsədli istifadə növü sahibkarlıqdır.

4. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflərin hər biri vergi ödəyiciləridir və hazırki m übahisələr sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış mübahisələrdir. Çünki, iş materiallarına əlavə edilmiş Cavabdeh4 adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışlara əsasən Quba şəhəri, 223-cü atıcı diviziya küçəsindən onlar üçün ayrılmış torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin torpaqları olsa da, məqsədli istifadə növü sahibkarlıqdır. Göründüyü kimi hazırki mübahisənin xarakteri də kommersiya xarakterlidir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 26.2, 31.1, 32.4, 44.2.2 və 45.2-ci maddələri ilə əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

6. Cavabdehlər Cavabdeh3 prosessual hüquq varisi Cavabdeh7 və Cavabdeh5 (vəkil X1) şikayət v erərək, qərardadın ləğv edilməsi, işin Quba Rayon Məhkəməsində baxılması, əks təqdirdə şikayətin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilən qərardada görə iş üzrə iddiaçı Quba Bələdiyyəsi və cavabdehlər Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi hüquqi şəxslərdir. Həmçinin, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vergi ödəyiciləridir. Cavabdeh4 adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışlardan görünür ki, Quba şəhəri, 223-cü atıcı diviziya küçəsindən o nlar üçün ayrılmış torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin torpaqları olsa da, məqsədli istifadə növü sahibkarlıqdır. Halbuki Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən, Quba şəhəri, 223-cü atıcı diviziya küçəsində yerləşın torpaq sahəsi təyinatına görə sahibkarlıq torpağı olsa da, bu torpaqdan pulsuz avtodayanacaq kimi istifadə olunur ki, bu fəaliyyət də sahibkarlıq fəaliyyəti hesab oluna bilməz. Həmçinin Quba bələdiyyəsinin iddiası cavabdehlərin sahibkarlıq fəaliyyətləri ilə əlaqəli deyil, burada torpaq sahələrinin ayrılmasının qanuni və ya qanunsuz olmasından söhbət gedir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 ( İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməs indən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə i lə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instan siyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.[576] Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh e dilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxı lması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəm əyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyət ini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şə xsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

10. İşin müəyyən edilmiş hallarına əsasən iş üzrə cavabdeh olmuş Cavabdeh3 və Cavabdeh4 vergi ödəyiciləridir. İş üzrə iddiaçı Quba Bələdiyyəsi və cavabdehlər Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İd arəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi hüquqi şəxslərdir. Cavabdeh4 adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışlara əsasən Quba şəhəri, 223-cü atıcı diviziya küçəsindən onlar üçün ayrılmış torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin torpaqları olsa da, məqsədli istifadə növü sahibkarlıqdır.

11. İddia tələbi vergi ödəyiciləri olan Cavabdeh3 və Cavabdeh4 qarşı olmaqla sahibkarlıq məqsədilə ayrılmış torpaq sahələri üzrə hərrac və ya müsabiqənin nəticələri barədə müvafiq protokolların, həmin protokollar əsasında torpaq sahəsinin satılması barədə müqavilələrin etibarsız hesab edilməsi alğı-satqı müqaviləsi əsasında torpaq sahələrinə dair verilmiş çıxarışların ləğvi, torpaq sahələrinin Quba Bələdiyyəsin in mülkiyyətinə qaytarılması barədədir.

12. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

13. Hazırki mübahisə də şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.

14. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26 və 30-cu maddələrinin tələbinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.

15. Məhkəmə tərkibi şikayətin dəlillərini əsaslı saymır. Əvvəla, şikayətdə torpaq sahəsinin təyinatı na görə sahibkarlıq torpağı olsa da, torpaqdan pulsuz avtodayanacaq kimi istifadə olunması, bu fəaliyyətin də sahibkarlıq fəaliyyəti hesab oluna bilməməsi barədə dəlil göstərir ki, cavabdehlər özləri də torpaq sahəsinin həqiqətən də sahibkarlıq məqsədilə ayrılmasını qəbul edirlər. Bu baxımdan, torpaqdan pulsuz avtodayanacaq kimi istifadə olunması barədə dəlil özlüyündə əhəmiyyətini itirir.

16. Həmçinin Quba bələdiyyəsinin iddiasının cavabdehlərin sahibkarlıq fəaliyyətləri ilə əlaqəli deyil, torpaq sahələrinin ayrılmasının qanuni və ya qanunsuz olması ilə əlaqəli olduğu barədə dəlilə gəldikdə qeyd edilməlidir ki, bu dəlil iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından əsassızdır. Belə ki, işdə iştirak edən şəxslər vergi ödəyicil əri və hüquqi şəxslərdir, mübahisənin predmeti Bələdiyyə tərəfindən satılan torpaqlarla bağlıdır və həmin torpaqlar vergi ödəyiciləri olan şəxslərə sahibkarlıq məqsədilə satılmışdır.

17. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

18. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 32 və 403-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh7 və Cavabdeh5 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2 (027)-816/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar