Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2131/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küç., 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 50.5 kv.m-dən ibarət 1 otaqlı, 263 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli binada yerləşən mənzillə əlaqədar cavabdehlə müqavilə bağlayıb. Müqaviləyə əsasən binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, 50.5 m2 olan mənzilin hər kvadret metri üçün 650 manat olmaqla, 32826 manat dəyərində vəsait ödəməklə həmin mənzili alıb. Ödənişini təsdiq edən maliyyə arayışı mövcuddur. Cavabdeh təşkilatla əvvəlcədən bizneslə əlaqədar münasibətləri olub. Qubada yerləşən daş karxanalarından daş, çınqıl və qum kimi tikinti ləvazimatlarını tikinti şirkətlərinə verirdi. Cavabdeh şirkət ona olan borcunu ödəyə bilmədiyi üçün həmin bir otaqlı evi ona təklif etmişdi. Mənzilin dəyərinin 11000 manatı cavabdeh şirkətin ona olan borcudur. Sonradan görüb ki, həmin şirkət ümumən həmin yerdə fəaliyyət göstərmir. Tikintini "xxxx" MTK davam etdirir. "xxxx" MTK-dan cavabdehdən aldığı mənzil barədə soruşduqda ona bildirilib ki, mənzil alan şəxslərin arasında onun adı ümumiyyətlə yoxdur və bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməlidir. Müvafiq quruma müraciət edib, cavab olaraq bildirilib ki, mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Məhkəməyə müraciət etsə də məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, onunıa müqavilə bağlayan şəxs səlahiyyətli şəxs deyil. Sıravi vətəndaşdır, səlahiyyət məsələsini müəyyənləşdirə bilməz. Cavabdeh MMC-nin direktoru İlqar Hacıyev həm də "xxxx" MTK-nın direktoru və təsisçisidir. Cavabdehlə iş görüb, ona tikinti ləvazimatları verib. Evin dəyəri 32000 manat idi. Ona 32000 manata maliyyə arayışı verilib. O, cəmi 11000 manat ödəniş edib. İşləri davam etməli idi. Qalan vəsait üzrə də belə hesablaşma aparılcaqdı. Apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-1648/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, təmsil etdiyi qurumla iddiaçı arasında heç bir müqavilə yoxdur. Sadəcə "xxxx" MTK ilə tikintinin təmsil etdiyi şirkət tərəfindən davam etdirilməsinə dair xx.xx.2019cu il tarixli müqavilə bağlanılmışdır. Bu əsasla da tikintini təmsil etdiyi qurum davam etdirir. Yəni cavabdehin hüquqi varisi deyillər. Apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-1648/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUALMƏSƏLƏLƏR: İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o Cavabdeh MMC-nin həm təsisçisi, həm də direktorudur. Bundan başqa "xxxx" MTK- da ona məxsusdur. İddiaçı ilə müqavilə bağlayan Cavabdeh MMC olmuşdur, binanı tikən şirkət olmuşdur. Qardaşının vasitəsi ilə iddiaçı ilə tanış olmuşdur. İddiaçının daş karyeri vardır. MMC iddiaçı ilə belə razılaşmışdır ki, iddiaçı binanın tikintisi üçün çınqıl daşı verəcək, əvəzində ona mənzil veriləcəkdir. Qardaşı aralarında vasitəçilik etdiyi üçün iddiaçıya tam ödəniş sənədi verilmişdir. İddiaçıdan 11000 manatlıq daş aldıqdan sonra qardaşı ona bildirmişdir ki, iddiaçı evi istəmir, pulunu qaytarsınlar. Bir müddət sonra onu Korrupsiya İdarəsinə çağırmışlar. Orada ona zərərçəkmiş şəxslərin şikayətçi olduğu, binada tikinti işlərinin zəif getdiyi, tikinti işlərinin davam etdirilməsi üçün "xxxx" MTK-ya təhvil veriləcəyi bildirilmişdir. Sonra tikinti işləri "xxxx" MTK tərəfindən davam etirilmişdir. İşin materiallarında olan icraçı Cavabdeh MMC-nin direktoru X1 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, icraçı Xırdalan şəhəri R.Axundov küçəsində inşa edilən uç girişli yüksək mərtəbəli yaşayış binasından 1 otaqlı ümumi sahəsi 50.5 kv.m olan (bundan sonra yaşayış binası) alıcının mülkiyyətinə verir, alıcı isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Müqavilənin 2.2.1-ci bəndindən görünür ki, Alıcı yuxarıda göstərilən üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 50.5 kv.m-dən ibarət olan, 1 otaqlı 263 saylı mənzilin hər kvadrat metri 650 manat olmaqla cəmi 32 825 (otuz iki min səkkiz yüz iyirmi beş) manatı satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 01 mart 2019-cu il tarixli Maliyyə Arayışından görünür ki, İddiaçı həqiqətən Cavabdeh MMC-nin Xırdalan şəhəri R.Axundov küçəsində inşa etdiyi üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku 9-cu mərtəbədə yerləşən 50.5 kv.m 1 otaqlı 263 nömrəli mənzilin ümumi dəyəri tam ödənmişdir. Şirkətə heç bir borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixli Podratçı müqaviləsinin surətindən görünür ki, Abşeron şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə “Sifarişçi” "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində inşa olunması nəzərdə tutulmuş yaşayış binalarının “Podratçı” "xxxx" MTK-nın öz işçi qüvvəsi hesabına inşası başa çatdırmasıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh MMC Xırdalan şəhəri, R.Axundov küçəsində inşa etdiyi üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku 9-cu mərtəbədə yerləşən 50.5 kv.m, 1 otaqlı, 263 nömrəli mənzili İddiaçı mülkiyyətinə verir, İddiaçı isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada Cavabdeh MMC-yə ödəyir. İddiaçı tərəfindən mənzilin ümumi dəyəri 32 825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat MMC-yə ödənilmişdir.İddiaçının özünün izahatından və şahidin ifadəsindən göründüyü kimi mübahisəli mənzilin dəyəri cavabdeh tərəfindən nəgd pul şəklində ödənilməmişdir, müqavilədə göstərilən mənzilin dəyəri məbləğində iddiaçı tərəfindən cavabdehə tikinti üçün daş material verilməli idi. Cəmisi 11 000 manatlıq daş material verildiyi onların hər ikisinin izahatı ilə təsdiq olunür. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri qalan hissədə yerinə yetirilməmişdir. Həmçinin, müqavilə tərəfi olan Cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olması barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi həmin binanın tikintisi üçün Abşeron rayon İH tərəfindən xx.xx.2008-ci il tarixli, 1242 saylı Sərəncam məhz "xxxx" MMC-yə ayrılmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 399.1, 421.1, 442.1, 152.1, 152.5, 152.6, 152.7, 178.8, 752-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq hesab edir ki, məhkəmə işin hallarına uyğun qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh MMC Xırdalan şəhəri, R.Axundov küçəsində inşa etdiyi üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku 9-cu mərtəbədə yerləşən 50.5 kv.m, 1 otaqlı, 263 nömrəli mənzili İddiaçı mülkiyyətinə verir, İddiaçı isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada Cavabdeh MMC-yə ödəyir. İddiaçı tərəfindən mənzilin ümumi dəyəri 32 825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat MMC-yə ödənilmişdir İş materiallarından və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh MMC arasında tikinti materiallarının verilməsi ilə əlaqədar razılıq əldə olunmuş, iddiaçı tərəfindən cavabdehə 11000 manat məbləğində daş materiaları verilmişdir. müqavilə üzrə qalan məbləğin isə ödənilməmişdir. Tərəflər arasıdna daş materiallarınn verilməsi barədə razılaşmaz davam etdirilməmişdir. Bu hal apellyasiya məhkəməsinin iclasında iddiaçının izahatı ilə də müəyyən edilir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzilin yerləşdiyi binanın tikintisi üçün Abşeron rayon İH tərəfindən xx.xx.2008-ci il tarixli, 1242 saylı Sərəncam məhz "xxxx" MMC-yə ayrılmış, həmin binanın Cavabdeh MMC-nə bağlılığı iş materialları ilə müəyyən edilmir. Belə olan halda da müqavilə tərəfi olan Cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olması barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilir ki, sözügedən mənzil yerləşən binanın tikintisini aparmaq üçün "xxxx" MMC ilə "xxxx" MTK arasında 29 oktyabr 2019-cu il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən binanın tikintisini aparırlar. "xxxx" MTK-nın orada mənzil satmaq səlahiyyətləri yoxdur. Bununla da iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanan 01 mart 2019-cu il tarixli müqaviləsi satıcı olaraq səlahiyyətsiz şəxs tərəfindən bağlanıldığından, habelə iddiaçının müqavilə öhdəliyi tam icra edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iddiaçı Cavabdeh MMC-nin hazırki mənzilin yerləşdiyi bina ilə hər hansı bağlılığını, həmin binadan satmaq səlahiyyətinin olub-olmaması barədə hər hansı sübutu təqdim etməmişdir. Bundan əlavə öz izahatında müqavilə üzrə aldığı evin qarşılığından 11000 manatlıq daş ləvazimatları verdiyini, sornadan aralarındakı razılaşmanın davam etdirilmədiyini bildirməklə müqavilə üzrə öhdəlikləri tam icra etmədiyini göstərmişdir. . Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-1648/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(105)-2131/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2131/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver