Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1445/2024 20.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə İlk İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı öhdəliyin icra edilməsi barədə ilk, Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-220/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin və həmin mənzilin açarlarının ona təhvil verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan 9.19 kv.metrdən az olduğundan həmin çatışmayan hər kv.metrin 640 manatdan hesablanaraq, cəmi 5881.60 ( beş min səkkiz yüz səksən bir tam yüzdə altmış) manat, hazırki iddia tələbi üçün ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun, 600 (altı yüz) manat kirayə haqqının,vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmibir) manat pulun cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, payçı İddiaçı ilə Azərbaycan Respublikasının Müstəqil Məhkəmə Ekspertizası arasında xx.xx.2022-ci il tarixində müqavilə bağlanılmışdır. Ekpertiza mərkəzindən verilən rəyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin kv.m-i hesablanarkən düzgün hesablama aparılmamışdır. Hər kv.metrə hər ay ödəniş 708 manat olmaqla MTK-ya ödəniş olunmuşdur. Belə ki, mənzilin kvadrat metrinə görə hesablama aparılarkən ekspertiza mərkəzinin rəyi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə istinad olunmaqla müəyyən edilmiş və İddiaçı məxsus mənzilin ekspertiza mərkəzindən verilən rəyə əsasən ümümi sahəsinin 54.28 kv.m (faktiki sahənin müqavilədə göstərilən sahədən 9.19 kv.m az) olduğu aşkar olunmuşdur. İddiaçı MTK tərəfindən təqdim olunmuş aylıq ödəniş cədvəlində mənzil üçün ilkin olaraq xx.xx.2021-ci il tarixində 30000 manat pul ödənilmişdir. Təyin olunmuş qrafik cədvəlində bu ödənişlər 15 aya bölünərək, hər ay üzrə 708 manat olmaqla 10620 manat da (aylıq ödəniş cədvəlində son ödəmə tarixi xx.xx.2022-ci ildə başa çatmışdır) əlavə olaraq ödəniş edilmiş, ümümilikdə isə MTK-ya 40620 manat pul ödənilərək mənzilin ödənişi (Dörd Qardaş” MTK-nın direktoru Hüseyinli Cavid tərəfindən xx.xx.2022-ci il tarixində imzalanmış maliyyə arayışı) başa çatmışdır. Cavabdeh MTK tərəfindən payçıya mənzilinin kvadrat metri müqavilədə 63.47 kv.m göstərilməklə satılmış və hər kvadrat metrə üçün 640 manat ödənişin olunması tələb edilmişdir. Halbuki, ekspertiza mərkəzindən verilən rəydə mənzilin ümümi sahəsinin 54.28 kvadrat metr olduğunu nəzər alsaq ”Dörd Qardaş” MTK-ya (54.28*640) 34739.20 manat ödəniş olunmalı idi. Yəni Cavabdeh MTK tərəfindən payçı İddiaçı 5881.60 manat əlavə olaraq pul tutulmuş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxaranın) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu o deməkdir ki, vətəndaşlar ödəniş edərkən balkonlara görə 30%, yəni balkon sahəsinin 30%-nə görə, lojiyaların isə 50%-nə görə ödəniş etməlidirlər. Məhz DƏDRX-in əməkdaşları Çıxarış verərkən bu qaydaya əsaslanıb hesablama edirlər. Ancaq mənzilin əsas sahəsi daxildən hesablanır. Hətta həmin qaydaların 4-cü bəndində göstərilir ki, mərtəbələrin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülür. İddiaçı cavabdehdən mənzilin ödənişini tam ödəməklə əldə etmişdir. Lakin, cavabdeh hal-hazırda müqavilə üzrə şərtlərin və qaydaların iddiaçı tərəfindən pozulması ilə bağlı məsələləri bəhanə edərək 1 ildən artıqdır ki, iddiaçının həmin mənzilə köçmək hüququna məhdudiyyət qoyaraq mənzilin açarlarını ona təqdim etmir, müqavilənin 3.4, 3.5-ci maddələrinin tələblərinin pozulmasını bəhanə gətirərək müqaviləni ləğv edərək mənzil üçün ödənilmiş pulu gəlib geri götürməyimizi qeyd etmişdir. Cavabdeh həmçinin, mənzilin təmirinə icazənin verilməsi üçün müqavilənin 3.4-cü bəndində göstərilən hal üzrə 1000 manat və 3.5-ci bəndində qeyd olunan hal üzrə 900 manat sayğac üçün pul tələb edib, iddiaçıya mənzilin açarlarını təqdim etməmişdir. Bu baxımdan iddiaçı MTK-dan aldığı mənzildən yaşayış hüququndan istifadə edə bilmədiyi üçün qohum-əqrabasının evində 1 müddət yaşamış və 4 aya kimi aylıq ödənişi 150 manat olmaqla 600 manat kirayə pulu ödəmişdir. Bundan əlavə olaraq tərəfimizdən xx.xx.2023-cü il tarixində cavabdeh ”Dörd Qardaş” MTK-ya göndərilən pretenziya məktubunda yuxarıda qeyd olunan maneələri aradan qaldırması və mənzilin kvadrat mertinə görə əlavə olaraq tutulmuş ödənişin geri qaytarılması tələb olunsa da, müraciətimizə mənfi cavab verilmiş və iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Buna görədə cavabdehdən pulun geri alınması və öhdəliyin icrası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilmiş 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğinin, qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “MTK”-nin sədri Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı- Masazır şossesi ünvanında yerləşən yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 42 saylı mənzili qarşılıqlı iddia üzrə cavabdehə təhvil vermək öhdəliyini götürmüş, qarşılıqlı iddia üzrə cavabdeh isə öz növbəsində müqavilənin bağlandığı andan aldığı mənzilin dəyərini ödəniş cədvəlinə əsasən ödəmiş, qalan hissəsini 15 (on beş) ay müddətində ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin aylıq ödəniş cədvəlinə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində, inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü girişin, 5-ci mərtəbəsində, 42 saylı mənzilinə görə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cəmi 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğini, ilkin ödəniş üzrə 30000 (otuz min) manat, geridə qalan məbləği isə 15 ay ərzində aylıq 708 (yeddi yüz səkkiz) manat olmaqla ödəmək öhdəliyi götürmüşdür. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nə həmin ödəniş cədvəlinə uyğun olaraq 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləği ödəmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, tərəflər gələcəkdə idarəedici təşkilat tərəfindən müəyyən edilmiş qiymətlər əsasında yaşayış binasında kommunal xidmətlər göstərilməsi üzrə müqavilə bağlanmasını öhdəliyini götürmüşlər. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh mənzilin dəyərini müqavilə ilə müəyyən olunmuş, müddətdə ödəniş qrafikinə əsasən “MTK" sədrinə ödəməyi öhdəsinə götürür, əks təqdirdə müqavilə birtərəfli qaydada ləğv edilir. Müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, əsasən qarşılıqlı iddia üzrə cavabdeh mənzilin daxili təmirinə başlamazdan əvvəl inşaat materiallarını qaldırmaq üçün yük liftindən, krandan, sudan və s. istifadə etdiyinə görə “MTK” sədrinə; (3.4.1) 1 otaqlı mənzillər üçün 800 manat; (3.4.2) 2 otaqlı mənzillər üçün 1000 manat; (3.4.3) 3 otaqlı mənzillər üçün 1200 manat əlavə ödədikdən sonra mənzilindən təmir işlərinə başlaya bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh mənzilə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini ödəməyi öhdəliyinə götürmüşdür. Belə ki. qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sözügedən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmaq məqsədi ilə, qarşılıqlı iddia üzrə iddiaçı “Dörd Qardaş" MTK-ya sorğu ilə müraciət edərək, icra etmək istəmədiyi öhdəliklərinin müqavilədən çıxarılması, yəni müqaviləyə dəyişikliklər edilməsini tələb etmişdir. X1 “Dörd Qardaş" MTK-nə müqavilənin 2.5-ci bəndinə əsasən 528 (beş yüz iyirmi səkkiz) manat borcu yaranmış və o həmin borcun ödənilməsindən də yayınmışdır. Beləliklə, “Dörd Qardaş" MTK tərəfindən İddiaçı qanunsuz hərəkətləri nəticəsində, yəni onun müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasında yayınması səbəbindən xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi qərarı alınmışdır. Bununla bağlı Cavabdeh MTK tərəfindən İddiaçı pretenziya məktubu ilə müraciət edilərək, onun kooperativin ofisinə 3 gün ərzində yaxınlaşması, xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsinin rəsmiləşdirilməsində iştirak etməsi, bu günədək MTK-nə ödədiyi vəsaitləri geri alması xahiş edilmişdir. Lakin İddiaçı pretenziya məktubuna məhələ qoymamış və göstərilən tarixdə kooperativin ofisinə gəlməmişdir, bu səbəbdən xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilmiş 40620 (qırx min altı yüz iyirmi) manat pul məbləğinin, qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-220/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pulun cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MTK Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-220/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-220/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, ərizəni nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası, qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-220/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti üzrə icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-220/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-220/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1445/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1445/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver