Məhkəmə qərarları › İş №2(102)-2142/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2142/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2142/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərinin icrası, mənzilin təhvil verilməsi Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgul oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair iddiası barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2131 /2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 0,3444 ha torpaq sahəsində 2 ədəd 1 girişli, 15 mərtəbəli və 1 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.

2. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə Xırdalan şəhəri, R.Axundov küçəsində vətəndaş X2 məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi 0,3444 ha torpaq sahəsi ndə öhdəlik müqaviləsi əsasında 2 bloklu 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. 3. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin 1-ci bəndində Xırdalan şəhəri R.Axundov küçəsində inşa edilən üç girişli yüksək mərtəbəli yaşayış binasından 1 otaqlı ümumi sahəsi 50.5 kv.m olan (bundan sonra yaşayış binası) mənzilin Alıcının mülkiyyətinə verilməsi, Alıcının isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməsi şərti nəzərdə tutulmuşdur.

4. Müqavilənin 2.2.1-ci bəndinə əsasən Alıcı üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 50.5 kv.m-dən ibarət olan, 1 otaqlı 263 saylı mənzilin hər kvadrat metri 650 manat olmaqla cəmi 32 825 (otuz ik i min səkkiz yüz iyirmi beş) manatı satıcıya ödəməyi öhdəsinə götürür. Ödəniş haqqında maliyyə arayışı müqaviləyə əlavə olunduqdan sonra müqavilə qüvvəyə minir.

5. Müqavilənin 3.1 -ci bəndinə görə müqavilə ilə müəyyən olunmuş məbləği alıcı pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda satıcı müqaviləni birtərəfli qaydada pozmaq hüququna hüququna malikdir. Bu halda, alıcının ödədiyi məbləğ ümumi məbləğin 1%-i Cavabdeh MMC-nin kassasında qalmaq şərti ilə, mənzil satıldıqdan sonra nəğd və ya poçt vasitəsilə geri qaytarılır.

6. Müqavilənin 3.2-ci bəndinə görə 2.1. bəndində göstərilən tikintiquraşdırma işlərini 24 (iyirmi dörd) ay ərzində tamamlayıb alıcıya təhvil verir.

7. Cavabdeh MMC iddiaçının mənzilin dəyərini tam ödəməsi və Şirkətə heç bir borcunun olmaması barədə 01 mart 2019-cu il tarixli maliyyə arayışı vermişdir. 8. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə "xxxx" MTK arasında Podrat müqaviləsi bağlanaraq Abşeron şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə “Sifarişçi” "xxxx" MMC- yə ayrılmış torpaq sahəsində inşa olunması nəzərdə tutulmuş yaşayış binalarının “Podratçı” "xxxx" MTK-nın öz işçi qüvvəsi hesabına inşasının başa çatdırması razılaşdırılmışdır.

9. Hazırda "xxxx" MMC-nin təsisçisi X6 olmaqla 100% nizamnamə kapitalındakı paya malikdir.

10. Hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi X5r.

11. İddiaçı mənzilin ona təhvil verilməməsi ilə bağlı Abşeron rayon prokurorluğuna müraciət etmiş, xx.xx.2020-ci il tarixli məktubla onun müraciətindən imtina edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

12. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci ıl tarixli hökmü ilə ” "Hasil MMC- nin direktoru olmuş X7 Cinayət Məcəlləsinin 29, 178.3.2. 308.2. 32.5, 32.4, 312.1, 313. 32.5. 313-cü maddələri, həmçinin "xxxx" MMC-nin direktoru olmuş X6 Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkıməsində icraat

13. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küç., 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 50.5 kv.m-dən ibarət 1 otaqlı, 263 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir alıcı kimi müqavilədə nəzərdə tutulm uş, öhdəsinə götürdüyü bütün prinsiplərə əməl etmişdir. Öhdəliyini tam şəkildə yerinə yetirmiş, ona maliyyə arayışı təqdim edilmişdir. Bir müddət keçdikdən sonra onunla bütün müqavilə sənədlərini imzalayan şəxs qəflətən “yoxa çıxmışdır". Dəfələrlə MMC-yə müraciət etsə də, müqavilə şərtlərinə uyğun olan nə ona verilən mənzili, nə də mənzilin dəyərini 32825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat pulunu geri ala bilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının tələblərinə əsasən cavabdehə mediasiya təklifi göndərilmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə riayət olunmaqla cavabdehlə əlaqə saxlanılmışdır, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə nüraciət etmişdir.

15. Mübahisə predmeti barəsində müs təqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK - nın nümayəndəsi izahatında bildirmişdir ki, sözügedən mənzil yerləşən binanın tikintisini aparmaq üçün "xxxx" MMC ilə "xxxx" MTK arasında 29 oktyabr 2019-cu il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən binanın tikintisini aparırlar. Orada onların mənzil satmaq belə səlahiyyətləri yoxdur.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o Cavabdeh MMC-nin həm təsisçisi, həm də direktorudur. Bundan başqa "xxxx" MTK da ona məxsusdur. İddiaçı ilə müqavilə bağlayan Cavabdeh MMC olmuşdur, binanı tikən şirkət olmuşdur. Qardaşının vasitəsi ilə iddiaçı ilə tanış olmuşdur. İddiaçının daş karyeri vardır. MMC iddiaçı ilə belə razılaşmışdır ki, iddiaçı binanın tikintisi üçün çınqıl daş ı verəcək əvəzində ona ev veriləcəkdir. Qardaşı aralarında vasitəçilik etdiyi üçün iddiaçıya tam ödəniş sənədi verilmişdir. İddiaçıdan 11000 manatlıq daş aldıqdan sonra qardaşı ona bildirmişdir ki, iddiaçı evi istəmir pulunu qaytarsınlar. Bir müddət sonra ona Korrupsiya İdarəsindən zəng olunaraq ora çağırmışlar. Orada ona zərərçəkmiş şəxslərin şikayətçi olduğu, binada tikinti işlərinin zəif getdiyi, tikinti işlərinin davam etdirilməsi üçün "xxxx" MTK-ya təhvil veriləcəyi bildirilmişdir. Sonra tikinti işləri "xxxx" MTK tərəfindən davam etdirilmişdir.

17. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir, (hakim Cəmilə Səfiyeva, iş № 2(012)-1648/2022).

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyəri cavabdeh tərəfindən nəğd pul şəklində ödənilməmişdir, müqavilədə göstərilən mənzilin dəyəri məbləğində iddiaçı tərəfindən cavabdehə tikinti üçün daş material verilməli idi. Cəmisi 11 000 manatlıq daş material verildiyi onların hər ikisinin izahatı ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri qalan hissədə yerinə yetirilməmişdir. Həmçinin, müqavilə tərəfi olan Cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olması barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi həmin binanın tikintisi üçün Abşeron rayon İH tərəfindən xx.xx.2008-ci il tarixli, 1242 saylı Sərəncam məhz "xxxx" MMC-yə ayrılmışdır.

19. Beləliklə, tərəflər arasında bağlanan 01 mart 2019-cu il tarixli müqavilə əsasında mənzil satıcı olaraq səlahiyyətsiz ş əxs tərəfindən satıldığından, habelə alıcı tərəfindən müqavilə öhdəliyi tam icra edilmədiyindən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilər.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1. 152.5. 152.6. 152.7, 157.2, 157.4, 178.8, 399.1, 421.1, 442.1, 752.1, 752.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, cavabdeh təşkilatla əvvəlcədən bizneslə əlaqədar münasibətləri olub. Qubada yerləşən d aş karxanalarından daş, çınqıl və qum kimi tikinti ləvazimatlarını tikinti şirkətlərinə vermişdir. Cavabdeh şirkət ona olan borcunu ödəyə bilmədiyi üçün həmin bir otaqlı evi ona təklif etmişdi. Mənzilin dəyərinin 11000 manatı cavabdeh şirkətin ona olan borcudur. Sonradan görüb ki, həmin şirkət ümumən həmin yerdə fəaliyyət göstərmir. Tikintini "xxxx" MTK davam etdirir. "xxxx" MTK-dan cavabdehdən aldığı mənzil barədə soruşduqda ona bildirilmişdir ki, mənzil alan şəxslərin arasında onun adı ümumiyyətlə yoxdur və bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməlidir. Müvafiq quruma müraciət edib, cavab olaraq bildirilib ki, mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Məhkəməyə müraciət etsə də, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Birinci instan siya məhkəməsi qətnaməsində qeyd edir ki, onuma müqavilə bağlayan şəxs səlahiyyətli şəxs deyil. Sıravi vətəndaşdır, səlahiyyət məsələsini müəyyənləşdirə bilməz. Cavabdeh MMC-nin direktoru İlqar Hacıyev həm də "xxxx" MTK-nın direktoru və təsisçisidir. Cavabdehlə iş görüb, ona tikinti ləvazimatları verib. Evin dəyəri 32000 manat olmuşdur. Ona 32000 manata maliyyə arayışı verilib. O, cəmi 11000 manat ödəniş edib. İşləri davam etməli idi. Qalan vəsait üzrə də belə hesablaşma aparılcaqdı.

23. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, təmsil etdiyi qurumla iddiaçı arasında heç bir müqavilə yoxdur. Sadəcə "xxxx" MTK ilə tikintinin təmsil etdiyi şirkət tərəfindən davam etdirilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Bu əsasla da tikintini təmsil etdiyi qurum davam etdirir. Yəni cavabdehin hüquqi varisi deyillər. Apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2 (012)-1648/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlamışdır, (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi hakim), Telman Quliyev və Gülnarə Tağızadə, iş N 2 (105)2131/2022)

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə işin hallarına uyğun qərar qəbul etmişdir. 2

6. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsinin qətnaməsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Cavabdeh MMC-nin hazırki mənzilin yerləşdiyi bina ilə hər hansı bağlılığını, həmin binadan mənzil satmaq səlahiyyətinin olub-olmaması barədə hər hansı sübutu təqdim etməmişdir. Bundan əlavə öz izahatında müqavilə üzrə aldığı evin qarşılığında 11000 manatlıq daş ləvazimatları verdiyini, sornadan aralarındakı razılaşmanın davam etdirilmədiyini bildirməklə müqavilə üzrə öhdəlikləri tam icra etmədiyini göstərmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 157.4, 178.8, 399.1, 421.1, 442.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiya

29. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə bu baş verənlərlə bağlı şifahi qaydada müraciət etsə də cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini könüllü formada yerinə yetirmək istəmir. Eyni zamanda cavabdehə təhvil verdiyi tikinti materiallarının da dəyərini ödəməkdən imtina edir. Ona məlum olub ki, cavabdeh əslində mənzili tamamilə başqa bir adama yenidən satmışdır.

30. İşə baxan məhkəmə kollegiyası iddia tələblərini rədd edərkən qətnaməsini əsaslandırmaqdan ötrü maddi hüquq normalarına deyil, Abşeron rayon məhkəməsinin qətnaməsində olduğu kimi eynilə Cavabdeh MMC-nin təsisçisi və dire ktorunun şifahi sözlərlə bildirdiyi və heç bir hüquqi əsası olmayan izahatını rəhbər tutmuşdur. Belə ki, demək olar ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin surətini öz adından yeni qəbul edilmiş qətnamə kimi çıxarmışdır. Apellyasiya məhkəməsi ümumiyyətlə qətnaməsində cavabdehlə iddiaçının arasında bağlanmış 10 may 2019-cu il tarixli müqavilədən bəhs etmir, hansı ki, həmin müqavilənin 11-ci maddəsinə əsasən cavabdeh mübahisəli mənzili iddiaçının adına girov təminatı kimi keçirmişdir. Belə olan halda mübahisəyə baxan birinci instansiya və eyni zamanda apellyasiya məhkəməsi niyə cavabdehin sözü ilə əməli arasında olan ziddiyyətin onun dələduzluğundan xəbər verdiyini görüb bu fakta hüquqi qiymət verməyib. Halbuki, belə hallar aşkar olunduqda işə baxan məhkəmə Azərbaycan Respublikasının 265.4-cü maddəsinin tələblərini rəhbər tutaraq xüsusi qərardad çıxarmalıdır.

31. Məhkəmə kollegiyası iş materiallarına əsasən hesab edir ki, cavabdehin mənzil satmaq hüququ barədə sənəd-sübut təqdim edilmir. Bununla əlaqədar bildirir ki, o, səlahiyyətli orqanın nümayəndəsi deyil ki, cavabdehin mənzil satıb-sata bilməməsi səlahiyyətlərini yoxlasın, ikincisi əgər doğurdan da cavabdehin belə bir səlahiyyəti yoxdursa, lakin bu əməli törədibsə deməli, cavabdehin əməlində cinayət tərkibi vardır, bu faktın araşdırılması üçün qərar qəbul edilməlidir. Belə bir qərarın qəbul edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Lakin məhkəmə kollegiyası bu səlahiyyətindən səbəbsiz yerə istifadə etmədiyinə görə hesab edir ki, MPM-in 4.1 -ci maddəsində nəzərdə tutulmuş hüquq larının müdafiə hüququ məhkəmə kollegiyası tərəfindən pozulmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş olunm sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə ist ənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 152.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

38. Maddə 152.7 İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

39. Maddə 157.2 Mülki yyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

41. Maddə 178.8 Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

42. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

43. Maddə 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəll ədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

44. Maddə 442.1 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;

46. Maddə 752.2 Podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi

47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 417.1.3. kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 5

5. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

57. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, 58. - iddiaçı tərəfindən müqavilə öhdəlikləri qismən icra edilmiş (11000 manat dəyərində mal verilmiş), mənzilin dəyəri tam ödənilməmişdir. 59. - iddiaçı müqavilə tərəfi olan Cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olması barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçı, Cavabdeh MMC-nin hazırki mənzilin yerləşdiyi bina ilə hər hansı bağlılığını, həmin binadan mənzil satmaq səlahiyyətinin olub-olmaması barədə hər hansı sübutu təqdim etməmişdir.

60. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mülki işə baxılarkən məhkəmələr tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. Belə ki, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X8 birinci instansiya məhkəmədə cavabdehin nümayəndəsi kimi iştirak etmək əvəzinə şahid kimi dindirilmiş, yəni, yalnız ifadə verərkən məhkəmə iclasına dəvət edilmiş, ifadə verməmişdən əvvəl iclasdan kənarlaşdırılmış, iddiaçının izahatını dinləməmiş, məhkəmə icraatı onun iştirakı olmadan yekunlaşmışdır. Bununla da, məhkəmə prosesi ndə X3 cavabdehin nümayəndəsi kimi iştirakı təmin edilməmiş, cavabdeh tərəfin MPM-in 47-ci maddəsi ilə nəzərdə tutulan bütün hüquqları məhdudlaşdırılmış, o, iddiaçı və üçüncü şəxslərin izahatlarını dinləmək, onlara sual vermək, məhkəmə prosesində iştirak etmək, iddiaya münasibət bildirmək, vəsatətlər vermək, sübutlar təqdim etmək kimi mühüm imkanlardan məhrum olmuşdur.

61. Halbuki, hər bir şəxsə məlumatı açıq olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsində yerləşdirilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən olunur ki, X8 Cavabdeh MMC-nin qanuni təmsilçisidir. Həmçinin şahid kimi ifadə verərkən də MMC-nin 100% paya malik təsisçisi olduğunu bildirmişdir.

62. MPM-in 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

63. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin yol verdiyi bu prosessual pozuntuya əhəmiyyət vermədən, qətnaməni dəyişdirmədən saxlamış, bununla da MPM-in 46, 47, 50, 69-cu maddələrinin tələbləri, həmçinin, çəkişmə prinsipi pozulmuşdur.

64. Məhkəmə kollegiyası iddiaçı tərəfindən müqavilə öhdəliklərinin qismən icra edilməsi, yəni, mənzilin dəyərindən cəmi 11000 manatlıq mal-materialın verilməsi, qalan hissə üzrə ödəniş aparılmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Sumqayıt Apellyas iya Məhkəməsi tərəfindən işə baxılarkən 25 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mənzilin dəyərindən 11.000 manat ödəmişdir, davamını ödəyəcəkdi. İddiaçı cavabdehlə əməkdaşlıq etmişdir. Amma gəlib görmüşdür ki, fəaliyyət göstərmirlər. 11000 manat cavabdehin ona olan borcu olmuş, o, mənzilin əvəzinə onlara tikinti materialları verməli olmuşdur.

65. Göründüyü kimi, tərəflər mənzilin dəyərinin ödənilməsi qaydasını öz aralarında mal- materialın əvəzləşdirilməsi yolu ilə aparılmasını razılaşdırmış, iddiaçı mal-materialın davamını verməyə niyyətli olsa da, cavabdeh MMC-ni tapmamışdır. Göründüyü kimi iddiaçı öhdəliyin icrasından imtina etməmiş, qalan borcu ödəməyə hazır olmuş, lakin cavabdeh tərəfi tapa bilmədiyindən borcunu ödəyə bilməmişdir. Bundan başqa, cavabdeh MMC də borcun natamam olmasını mübahisələndirməmiş, MMC-nin şahid qismində dindirilən qanuni nümayəndəsi ifadəsində bildirmişdir ki, MMC iddiaçı ilə belə razılaşmışdır ki, iddiaçı binanın tikintisi üçün çınqıl daşı verəcək, əvəzində ona mənzil veriləcəkdir. Qardaşı aralarında vasitəçilik etdiyi üçün iddiaçıya tam ödəniş sənədi verilmişdir. Beləliklə, ödəniş tam aparılmasa da, iddiaçıya mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi işin mübahisəsiz halıdır.

66. Qeyd edilməlidir ki, məhz müvafiq maliyyə arayışı verildiyi üçün xx.xx.2019-cu il tarixli müqavilə qüvvəyə minmişdir. Çünki, tərəflər arasında bağlanmış həmin müqavilənin 2.2.1 -ci bəndinə əsasən ödəniş haqqında maliyyə arayışı müqaviləyə əlavə olunduqdan sonra müqavilə qüv vəyə minir. Lakin məhkəmələr tərəfindən cavabdeh tərəfin nə iddiaya, nə də bu nüansa münasibəti öyrənilməmişdir.

67. Apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı digər əsası ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə tərəfi olan Cavabdeh MMCnin mənzil satmaq səlahiyyətinin olması barədə hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. İddiaçı, cavabdeh MMC-nin hazırki mənzilin yerləşdiyi bina ilə hər hansı bağlılığını, həmin binadan mənzil satmaq səlahiyyətinin olub-olmaması barədə hər hansı sübutu təqdim etməmişdir.

68. MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, mənzilin ona verilməsi və öhdəliyin cavabdeh tərəfindən icrasını tələb etmiş, tələbinin əsası kimi aralar ında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə istinad edərək həmin müqaviləni məhkəməyə təqdim etmişdir.

69. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi əsası kimi göstərdiyi bu əsaslar (cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olması və mənzilin yerləşdiyi bina ilə bağlılığının olması) iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallardır.

70. Məhkəmə isə həmin hallarının araşdırılması ilə bağlı heç bir addım atmamış, sözügedən binanın müqavilə bağlandığı tarixdə, yəni, xx.xx.2019-cu il tarixdə hansı tikinti şirkətinin balansında olmasını, tikinti işlərini hansı şirkətin aparmasını, o cümlədən həmin dövrdə cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olub-olmaması və mənzilin yerləşdiyi bina ilə bağlılığının olubolmamasını araşdır mamışdır. Halbuki, iddiaçının cavabdehə 11000 manat çınqıl daşı verməsinin və onların bu münasibəti davam etmələrinə niyyətli olmalarının işin mübahisəsiz halı olması, həmçinin cavabdeh MMC-nin şahid qismində dindirilən nümayəndəsinin bu halı təsdiqləməsi onlar tərəfindən həmin ərazidə tikinti işlərinin aparılıb-aparılmaması məsələsinin aydınlaşdırılmasını zəruri edir.

71. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən həmin mənzilin başqa şəxsə satılmasını bildirsə də, məhkəmə bu nüansa əhəmiyyət verməmiş, həmin mənzilin hazırda mövcud olub- olmaması, kimin tərəfindən təhvil alınması, əgər mənzil başqa şəxsə təhvil verilmişsə, bunun əsası, yeni müqavilənin bağlanıb-bağlanmaması, əgər belə bir müqavilə bağlanmışsa, mənzilin ikinci dəfə hansı şirkət tərəfindən satılması halının araşdırılması üçü n heç bir addım atılmamış, müvafiq sorğular verilməmiş, yerində müayinə keçirilməmiş, hazırki iddianın digər şəxslərin hüquq və mənafelərinə toxunub-toxunmaması araşdırılmamış və bütün bu məsələlər açıq saxlanılmışdır. Məhkəmələr belə bir halın olub-olmamasını müəyyənləşdirmək üçün cavabdeh tərəfin mövqeyini belə öyrənməmişlər.

72. Bundan başqa, podratçı şirkət olan “Şərur MTK” iş üzrə mübahisə predmeti irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, hazırki mübahisənin maraqlarına toxunduğu "xxxx" MMC cəlb edilməmişdir.

73. Bununla da məhkəmələr tərəfindən MPM-in 57-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qət namə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.

74. Beləliklə, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələrin göstərilənləri çəkişmə prinsipinə uyğun olaraq yoxlamadan, yuxarıda göst ərilən formal mülahizələrlə iddianı rədd etmələri qanuni və əsaslı olmamışdır.

75. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

76. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxl ayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

77. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

78. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azə rbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir

79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci İ İ 1 3 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

80. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün ist inad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

81. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətn aməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

82. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

83. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim o lunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

84. Ona görə də ləğv edilməli, iş yenidən yuxarıda göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2131/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İ ş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar