Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2062/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 20 18-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-xx/18) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin idiası təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 62.000 (altmış iki min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, Cavabdeh1 İddiaçı qarşı “zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)-xxx/18) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxla nılmışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul olunmnasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yeni inşa edilən binadakı 16-cı blok, 14-cü mərtəbə, 563 nömrəli, 137 kv.m sahəsi olan 3 otaqlı mənzilin təmirinə xərclənmiş 62000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı “zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair qarşılıqlı iddia verərək əmlakından məhrum olaraq zərərə uğradığı üçün maddi ziyana görə 5000 manatın və mənəvi ziyana görə 100000 manatın İddiaçı tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində gös tərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının nümayəndəsi Nümayəndə1, vəkili Vəkil1, eləcə də Cavabd eh1 nümayəndəsi və vəkili Vəkil4 izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbi iki cavabdehə - Cavabdeh1 və Cavabdeh2 qarşı yönəldilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi ilə 62 000 manat pul vəsaiti hər iki cavabdehdən tutulmuşdur. Həmin qətnaməni apellyasiya qaydasında cavabdehlərdən yalnız Cavabdeh1 mübahisələndirmiş, digər Cavabdeh2 kassasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamış və nəticədə qətnaməni ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də yalnız Cavabdeh1 kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx xxx 2016-cı il tarixdə İddiaçı ilə “xxxx” MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yeni inşa edilən binadakı 16-cı blok, 14-cü mərtəbə, 563 nömrəli, 137 kv.m sahəsi olan 3 otaqlı mənzilə dair «Çoxmənzilli yaş ayış binasında fərdi mənzil tikintisi haqqında» 2241 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MMC bu mənzili sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi isə bunun müqabilində 123 300 manat məbləğində pulu MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 123 300 manat məbləğində pul vəsaiti MMC-yə ödənilmiş və o, mənzildə təmir işləri aparmışdır. İddiaçı həmin təmirə görə 62 000 manat pul xərclədiyini göstərmişdir. Sonradan həmin mənzilə dair Cavabdeh1 İməməddin oğlu ilə xx xxx 2013-cü il tarixdə 1429 №-li müqavilə bağlandığı müəyyən edilmişdir. «xxxx» MMC bu müqaviləni məhkəmə qaydasında mübahisələndirsə də, onun iddiası təmin olunmamışdır. Nəticədə, İddiaçı həmin mənzilin əvəzində başqa mənzillə təmin olunmuş və bundan sonra o, mənzilin təmirinə çəkdiyi xərcin əvəzi nin cavabdehlərdən tutulması barədə məhkəmədə hazırkı iddianı qaldırmışdır. O, tələbinin əsası kimi istinad etdiyi halları, yəni mənzildə təmir işləri apardığını və 62 000 manat pul xərclədiyini əsaslandırarkən bununla bağlı müvafiq qaimələri və şahid ifadələrini təqdim etmişdir. Mənzildə təmir işləri aparmış ustalar (T.Heydərov, O.Səfərov, H.Çaxoyev) məhkəmə iclasında şahid kimi dindirilmiş və təmir işlərinin dəyərinin İddiaçı tərəfindən ödənildiyini təsdiq etmişlər. İddiaçı həmçinin göstərmişdir ki, mübahisəli mənzilin, eləcə də Cavabdeh1 adına qeydiyyatdan keçmiş çoxsaylı mənzillərin və qeyri-yaşayış sahələrinin faktiki sahibi Cavabdeh1 deyil, «X2 LTD» MMC və onun sahibi Cavabdeh2dur. Cavabdeh1 Cavabdeh2 sürücüsü olduğundan mənzillər və qeyri-yaşayış sahələri ilə bağlı müqavilələr onu n adına bağlanmışdır. O, bununla bağlı Cavabdeh1la bağlanmış 10-dan çox mənzil və qeyriyaşayış sahəsinə dair müqavilələri təqdim etmişdir (1-ci cild, i.v.187-247). İşə baxan məhkəmə mənzilin təmirinə nə qədər vəsait xərcləndiyini müəyyən etmək üçün kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, ekspert qarşısında qoyulmuş sualların aydınlaşdırılması məqsədilə tədqiq olunan tikililərə iş üzrə tərəflərin və ekspertin iştirakı ilə yerində baxış keçirilməsi təyin edilmiş, işdə iştirak edən şəxslər, o cümlədən Cavabdeh1 bu barədə xəbərdar edilmiş, lakin təyin olunan vaxt ekspert tədqiq olunan ünvanda olsa da, mənzilin mülkiyyətçisi olan Cavabdeh1 gəlməmiş, qapını açm amış, ekspert tərəfindən tədqiq olunan mənzilə baxış keçirilməsi üçün şərait yaratmamışdır. Bu səbəbdən ekspert tərəfindən tədqiqat aparılması mümkün olmamış və bu barədə 16.05.2018-ci il tarixdə ekspertlərin, məhkəmə iclas katibinin, iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı ilə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üç ün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan halı, yəni ekspertizanın keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığını, nəticədə mənzilə yerində baxış keçirilməsinin mümkün olmadığını, eləcə də işin faktiki hallarını, şahid ifadələrini əsas götürərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, mənzilin təmirinə çəkilmiş xərcin dəyəri iddia tələbində nəzərdə tutulduğu həcmdə, yəni 62.000 manat məbləğində müəyyənləşdirilməli və həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, qarşılıqlı iddianın əs ası kimi istinad olunan hallar sübuta yetmədiyindən həmin tələb rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə işin faktiki hallarını düzgün müəyyən etmiş, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, maddi hüquq normaları mübahisəli hüquq münasibətinə düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensassiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinin tələbinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olm adığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmə k azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi z ərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı' şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülən dəlillərlə bağlı qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına ərizəd ə və apellyasiya şikayətində irəli sürdüyü dəlillərin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəf onun təqdim etdiyi şahidlərin birinci instansiya məhkəməsi tərəfindən dindirilmədiyini göstərsə də, iş materiallarından bununla bağlı cavabdeh tərəfindən hər hansı vəsatət verilməsi müəyyən edilməməmişdir. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki d əlillərini əsassız sayır. Kassasiya şikayətinin əsas dəlillərindən biri işə baxan məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin düzgün tətbiq olunmaması barədədir. Kassator göstərir ki, o, ekspertizanın keçirilməsinə mane olmamış, eləcə də onun keçirilməsində iştirakdan imtina etməmişdir. O, sadəcə olaraq Bakı şəhərində olmadığına görə ekspertizanın həmin gün dayandırılmasını xahiş etmiş, lakin məhkəmə onun ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini iş materialları ilə təkzib olunduğundan əsassız sayır. Belə ki, Cavabdeh1 istinad etdiyi həmin ərizənin (1-ci cild, i.v.84) məzmunundan görünür ki, o, ərizədə ekspertizanın dayandırılmasını, yaxud təxirə salınmasını, başqa vaxta keçirilməsini xahiş etməmiş, əksinə eksperti zanın qanunsuz və əsassız təyin olunduğunu qeyd etməklə ekspertizanın keçirilməsinin qarşısının alınması üçün tədbirlər görülməsini xahiş etmişdir. Kassasiya şikayətinin başqa bir dəlili birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin həcminin artırılması barədə ərizə daxil olduqdan sonra məhkəmə tərəfindən həmin ərizə ilə tanış olmaq, sübutlar (şahidlər) təqdim etmək üçün onlara vaxt verilməməsi, bu məqsədlə məhkəmə iclasının təxirə salınmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır. Belə ki, iş materiallarından və məhkəmə iclas protokollarından göründüyü kimi iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) haqqında ərizə xx xxx 2018-ci il tarixli məhkəmə iclasında təqdim olunmuş, ərizə məhkəmə iclasında elan olunmuş, Cavabdeh1 nümayəndəs i vəsatət verərək şahidlərin və əlavə sübutların təqdim olunması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə vəsatəti təmin edərək işə baxılmasını xx xxx 2018-ci il tarixə təxirə salmışdır. Təyin olunan vaxtda mənzildə təmir işləri aparmış ustalar O.Səfərov və H.Çaxoyev şahid kimi dindirilmiş və onlar ifadələrində təmirə görə zəhmət haqqının İddiaçı əri tərəfindən ödənildiyini bildirmişlər. Həmin məhkəmə iclasında iddiaçının təqdim etdiyi sübutlar və qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi işə əlavə olunmuş, lakin Cavabdeh1 tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Apellyasiya baxışı zamanı isə 14.09.2018-ci ildə Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılaraq işə baxılması xx xxx 2018-ci il tarixə təyin edilmiş, həmin tarixdə tərəflərin izahatları dinlənilmiş və işin hərtərəfli araşdırılması məqsədilə məhkəmə iclası 17 oktyabr 2018-ci il tarixə təxirə alınmışdır. Lakin xx xxx 2018-ci il tarixli məhkəmə iclasında da Cavabdeh1 tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılması işin mübahisəsiz halıdır. Cavabdeh1 bu halı əvvəlcə mübahisələndirsə də, apellyasiya baxışı zamanı izahat verərkən özü də mənzildə təmir işləri aparıldığını etiraf etmiş, 2016-cı ildə mənzilə gedərkən orada döşəmə vuran ustaların işlədiyini, suvaq işlərinin görüldüyünü qeyd etmiş, daha sonra göstərmişdir ki, mənzil onun sahibliyinə keçdikdən sonra o, yenidən divarları, kafelləri sökmüşdür. Göründüyü kimi, mübahisəli mənzildə iddiaçı tərəfindən təmir işlərinin aparıldığı işin həqiqi halı olaraq işə baxan məhkəmələr tərəfindən müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmun u nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, Cavabdeh1 həmin iddiaya qarşı etirazını, eləcə də öz qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasi ya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2062/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2062/2019
15.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver