Məhkəmə qərarları › İş №2(102)-2062/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2062/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2062/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nın vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətiləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Xnın “28 May” filialı ilə x arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/15243/14 saylı kredit müqaviləsi üzrə 62.435,33 manat məbləğində əsas borc, 6376,58 manat məbləğində faiz borcu, 2162,76 manat məbləğində cərimə borcu, ümumilikdə 70.974,67 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, tutmanın QSC «Bank Standart» KB-nın qarşısında girov ilə yüklü edilmiş Xmarkalı 2013-cü il buraxılışlı qara metallik rəngli, mühərrik 21780455, Ban x olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2017-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştər ək qaydada iddiaçı Ləğv prosesində olan X xeyrinə 62435,33 manat əsas, 8453,13 manat faiz, 200 manat cərimə, cəmi 71088,46 manat kredit borcu, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş X» markalı 2013-cü il buraxılışlı qara metallik rəngli, mühərrik 21780455, Bank x olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, əldə olunan vəsait qeyd olunan borcun ödənilməsinə yönəldilməsi və həmin kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə ape lyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(0016-146/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan X xeyrinə 58747,88 manat əsas, 7698,84 manat faiz, müqavilə müddətinin sonu üçün hesablanmış 754,29 manat faiz, 200 manat cərimə, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutulması, tələb ipoteka ilə yüklü edilmiş «BMW X-6» markalı 2013-cü il buraxılışlı qara metallik rəngli, mühərrik 21780455, Bank x olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracdan satılsın, əldə olunan vəsait qeyd olunan borcun ödənilməsinə yönəldilsin və həmin kredit borcu ödənildikdən sonra qalan mə bləğ Cavabdeh1 qaytarılması, iddia ərizəsinin qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 200 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 manatı isə Ləğv prosesində olan QSC «Bank Standart» Kommersiya Bankından tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı və cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: İddiaçı həmin qətnamənin ləğv edilib, yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instasniya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh də eyni qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instasniya məhkəməsinə göndərilməs i barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili özlərinin kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə kollegiyasına teleqram göndərərək, səhətində yaranmış problemlər ilə əlaqədar, eləcə də pandemiya ilə əlaqədar vəkili ilə görüşmək olmadığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyi üç ün işin baxılmasını təxirə salmasını xahiş etsə də, səhhəti ilə bağlı müvafiq təsdiqedici sənədləri təqdim etməmişdir. Eyni zamanda işdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 1xx/xx/15234/14 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 16% ödəmək şərti ilə 84000 manat kredit verilmişdir. Öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Xmarkalı 2013-cü il buraxılışlı X dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixli 1xx/xx/15234/14 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 xx.xx.2014-ci il tarixli zaminlik müqaviləsi əsasında cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx xxxxx 2016-cı il tarixə əsas borc üzrə 62435,33 manat, faiz borcu üzrə 7698,84 manat, müqavilə müddətinin sonundan sonrakı müddət üçün 754,29 manat faiz, cərimə borcu üzrə 3745,43 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 18572 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2017ci il tarixli müqavilə üzrə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, xx xxxxxx 2017-ci il tarixə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, faiz borcu 5%-lə 775,15 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə, isə öhdəliyin zərər vu rulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlı lıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə t utma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqavi ləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. İş materiallarından göründüyü kimi cavabdeh etdiyi ödənişləri həmişə razılaşdırılmış ödəniş cədvəlinə uyğun etmədiyindən gecikdirilməklə edilmiş ödənişlər onun həmin tarixə olan vəziyyət üzrə ilk növbədə cərimə və faiz borcunun ödənilməsinə, daha sonra əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bu, həm tərəflərin arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən, həm də, Mülki Məcəllənin 432.4-cü maddəsindən irəli gəlir. Bu nunla belə apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın nəticəsinə görə kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixli müqavilə üzrə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, xx xxxxxx 2017-ci il tarixə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, faiz borcu 5%-lə 775,15 manat təşkil edir Mülki Məcəllənin istinad olunan maddəsinə görə isə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, keçirilmiş ekspetizanın nəticəsinə görə təqdim olunmuş rəydə xx.xx.2014-cü il tarixli müqavilə üzrə əsas borc məbləğinin tələb olunan məbləğdən az, yəni 58747,88 manat, həmin müqavilə üzrə faiz borcunun daha çox olması müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218-ci maddəsinə istinad edərək vurğulamışdır ki, məhkəmə tərəfindən iddia tələbi yalnız irəli sürülmüş tələblər həcmində yoxlanılır və tələbdən kənara çıxılmasına yol verilmir. xx.xx.2014-cü il tarixli müqavilə üzrə tələb olunan əsas borc məbləği isə ekspert rəyində göstərilən 58747,88 manat, müqavilə müddətinə və müqavilə müddətinin bitməsindən iddia tələbi irəli sürülən vaxtadək 5 % hesablanmış faiz borcu isə iddia tələbində göstərilən qaydada, cərimənin məbləğinin isə 200 mana t həddində müəyyən olunması ədalətli və ağlabatan hesab olunur. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar