Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2063/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin, borcun restruktizasiya razılaşmanın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: “ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, ipotekanın satış qiymətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh1 vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)216/2020 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 30.10.2013-cü il tarixli, 016HOME392519 saylı Kredit Xətti Müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 84 ay müddətinə illik 9 % haqq ödəmək şərti ilə 93870 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 ilə İddiaçı AS C arasında 30.10.2013-cü il tarixli 016HOME392519/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi, 016HOME392519/ASİ girov müqaviləsi bağlanmış və Abşeron rayon Masazır kəndində yerləşən 0,0267 ha torpaq sahəsi və üzərində tikilməkdə olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit xətt müqaviləsi üzrə 25.08.2015-ci il tarixli razılaşmaya əsasən verilmiş kreditin qalıq məbləği manata konvertasiya edilərək kredit məbləği 83.371,85 manat, kreditin müddəti 99 ay, faizi isə illik 9% müəyyən edilmişdir. Cavabdeh kredit xətti müqaviləsinin şərtlərini pozaraq və ödəniş planı üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun xeyrinə 83.371,85 manat əsas, 3.882,73 manat faiz, 1.047,68 manat cərimə olmaqla, cəmi 88.302,26 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsini, həmin girovun açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdən qalan məbləğin Cavabdeh1 digər əmlakına, əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, üçüncü şəx slərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, tələbin icrasını təmin edən başqa tədbirlərin görülməsi yolu ilə ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsini ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək Cavabdeh1 onun xeyrinə 83.371,85 manat əsas, 3.882,73 manat faiz, 113,18 manat cərimə, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88.302,26 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsini, həmin girovun açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borcu n və 30 manat dövlət rüsumunun ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 digər əmlakına, əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, tələbin icrasını təmin edən başqa tədbirlərin görülməsi yolu ilə ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia verərək, 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restruktizasiyasına dair 25 avqust 2015-ci il tarixli razılaşmanın etibarsız hesab edilməklə borcun kredit verilən anda 73500 manat olması və həmin məbləğdən ödənilmiş 33036 manat çıxılmaqla borcun 40464 manat müəyyən edilməsi və həmin məblə ğin illik 9 faiz olmaqla 25 noyabr 2023-cü ilədək ödənilməsi, 30 oktyabr 2013-cü il tarixli Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X3” MMC-nin 28.02.2017-ci il tarixli rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərindəki yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 108.760 manat təşkil edilir. Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 04.03.2016-cı il tarixə banka əsas borc üzrə 83.371,85, 3.939,32 manat faiz borcu təşkil edir. 25.08.2015-ci il tarixdən 04.11.2016-cı il tarixədək 3300 manat məbləğində ödəniş faiz borcuna silinmi şdir. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) ilkin iddia təmin edilib, Cavabdeh1 83371,85 manat əsas borc, 3882,73 manat faiz borcu, 113,18 manat cərimə borcu, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88302,26 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, həmin girovun açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, ilkin iddianın qalan və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, C avabdeh1 kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməlidir. Borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli və həmin ev açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc və dövlət rüsumları ödənilməlidir. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 108760 manat müəyyən olunmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 385.1, 427.3, 442, 445.1, 439.1, 317.1, 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.3.3, 59.3, 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 01 noyabr 2018ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, digər şəxslərlə yanaşı, “xxxx” MMC tərəfindən inşa edilən həmi n yaşayış kompleksində mənzil alınması üçün İddiaçı ASC-dən eyni şərtlərlə kreditlər almışlar. Kredit alınan zaman pul vəsaitləri kredit müqaviləsinin tərəfi olan Borcalana deyil, fərdi evlərin tikintisi ilə məşğul olan “xxxx” MMC-nin nümayəndəsinə verilmişdir. Başqa sözlə, kredit müqaviləsinə borcalan kimi o, imza atsa da, pul vəsaitləri ona deyil, MMC-nin nümayəndəsinə verilmişdir. Evlərin tikintisi üçün müvafiq icazələr sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “xxxx” MMC-nin adına verilmişdir. Lakin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Məlum olmuşdur ki, inşa edilmiş mənzillərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Ona mə nzilə dair hər hansı hüquqverici sənəd verilmədiyi halda, onun girov kimi qoyulması qanunvericiliyə ziddir. Bu səbəbdən “xxxx” MMC də işə cəlb edilməli idi. Bundan əlavə, tərəflər arasında 30.10.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndində kreditin ABŞ dolları ilə verilməsi göstərilsə də, müqavilənin 1.3cü bəndində verilmiş kredit Azərbaycan manatı ilə göstərilmişdir. Kredit müqaviləsinin restruktizasiyasına dair 25.08.2015-ci il tarixli razılaşmada isə, güya kredit valyutasının ABŞ dolları olması göstərilmiş, 1 ABŞ dollarının 1,0550 manat olması nəzərə alınmaqla 79025,45 ABŞ dolları 83371,85 manata restruktizasiya edilmiş, ona əsassız əlavə öhdəlik müəyyən edilmişdir. Kredit müqaviləsi bağlandığı andan Azərbaycan manatı olduğu halda, həmin müqavilənin şərtlərinə zidd olmuş restruktizasiya barədə 25.08.2015-ci il tarixli razılaşma etibarsız hesab edilməlidir. Bank tərəfindən ipotekaya götürülmüş ona məxsus torpaq sahəsinin məbləği manatla göstərilmişdir. Qeyd edilən hal bir daha təsdiq edir ki, ona kredit manatla verilmiş, sonradan manata restruktizasiya edilməsi haqqında hər hansı razılaşma etibarsızdır. Bundan əlavə, məhkəmə kredit müqaviləsi, üzrə borc məbləğinin müəyyən edilməsinə dair ekspertiza rəyinə istinad edərək, əsas borcun 88371.85 manat, faiz borcunun 3939.32 manat olduğunu qeyd edir. Halbuki həmin məbləğlərin birinci dəfə keçirilən ekspertiza tərəfindən düzgün hesablanmadığına dair məhkəməyə vəsatət verərək, iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Belə ki, ekspert tərəfindən İddiaçı ASC-yə ödənilmiş 3300 manata dair qəbzi nəzərə almamışdır. Sonrakı ekspertiza isə həmin məbləğin guya faizə silindiyi barədə rəy vermiş və yenə də birinci ekspertizanın rəyındəki borcu və faiz məbləğlərini təkrarlamışdır. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir ki, necə olur ki, 3300 manatı nəzərə almamış birinci ekspertiza rəyi ilə həmin məbləği nəzərə almış ikinci ekspertiza rəyi nəticə etibarı ilə eyni rəqəmləri çıxarmışdır. Bundan əlavə, məhkəmə açıq hərracda satılmasını qət etdiyi fərdi yaşayış evinin ilkin satış qiymətinin 108760 manat qiymətləndirilməsinə də münasibət bildirmədən, evin həmin qiymət üzərindən hərraca çıxarılmasını qət etmişdir. Halbuki, həmin kompleksdə sahəsi daha az olan fərdi yaşayış evi “xxxx” MMC tərəfindən 196400 manat qiymətləndirilmişdir və həmin rəyə istinad edən məhkəmə qə rarı qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin qiymətləndirmə 28.02.2017-ci il tarixdə, yəni 2 il 4 ay qabaq aparılmışdır ki, həmin vaxtdan sonra daşınmaz əmlak bazarında əhəmiyyətli dərəcədə dəyişiklik olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilərək alınmış, “xxxx” MMC-nin 28.10.2019-cu il tarixli, A-04/280 saylı qiymətləndirmə rəyi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onu üzərində yerləşən fərdi yaşayış evinin (ipoteka predmetinin) hazırki vəziyyətdə orta bazar qiyməti 296000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən əlavə ekspertiza təyin edilə rək, alınmış “xxxx” MMC-nin 11.09.2020-ci il tarixli, G-/50 saylı qiymətləndirmə rəyi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onu üzərində yerləşən fərdi yaşayış evinin (ipoteka predmetinin) hazırki vəziyyətdə orta bazar qiyməti 128.000 manat və Likvid dəyəri 110.000 manat müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Lətifə Məmmədova) 04 noyabr 2020-ci il tarixli, 2(105)216/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsi dəyişdirilmiş, “Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkd ə olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 110.000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsi və həmin müqavilənin restruktizasiyasına dair 25 avqust 2015-ci il tarixli razılaşmaya əsasən verilmiş kredit üzrə Cavabdeh1 banka 83371,85 manat əsas borc, 3882,73 manat faiz borcu, 113,18 manat cərimə borcu, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88302,26 manat borcun olması işdə olan maliyyə arayışı və digər sübutlarla təsdiqini tapır. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1; 269.4; 270.1; 276.1; 297; 298; 317; 319.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 34; 36, 41.2, 47.5, 49 və 59.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlaka tələbin yönəldilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Bu halın aradan qaldırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin 11.09.2020-ci il tarixli, G\50 saylı qiymətləndirmə rəyi ipoteka predmetinin real dəyərini özündə əks etdirdiyi üçün həmin rəy sübut növü kimi qəbul edilib, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 110.000 manat məbləğində müəyyən edilmə sini daha əsaslı və məqsədə müvafiq hesab etmişdir. Cavabdeh1 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restruktizasiyasına dair 25 avqust 2015-ci il tarixli razılaşmanın etibarsız hesab edilməklə borcun kredit verilən anda 73500 manat olması və həmin məbləğdən ödənilmiş 33036 manat çıxılmaqla borcun 40464 manat müəyyən edilməsi və həmin məbləğin illik 9 faiz olmaqla 25 noyabr 2023-cü ilədək ödənilməsi, 30 oktyabr 2013-cü il tarixli Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və tərəflərin arasında bağlanmış kredit müqaviləsinin etibarsızlıq hallarının əsasları hall arını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)-216/2020 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı fərdi mənzil inşa edilməsi üçün “xxxx” MMC-nin təkliflərini qəbul edərək, həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə razılığa gəlmiş, “xxxx” MMC-nin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin "İddiaçı" ASC tərəfindən həyata keç irildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 ilə yanaşı digər şəxslər də “xxxx” MMC tərəfindən inşa edilən həmin yaşayış kompleksində mənzil alınması üçün "İddiaçı" ASC-dən eyni şərtlərlə kreditlər almışlar. Kredit alınan zaman pul vəsaitləri kredit müqaviləsinin tərəfi olan Borcalana deyil, fərdi evlərin tikintisi ilə məşğul olan “xxxx” MMC-nin nümayəndəsinə verilmişdir. Kredit müqaviləsinə Borcalan kimi qarşılıqlı iddiaçı imza etsə də, pul vəsaitləri ona deyil, faktiki olaraq “xxxx” MMC-nin nümayəndəsinə ödənilmişdir. Evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “xxxx” MMC-nin adına verilmişdir. Lakin həmin şirkət tərəfindən öhdəliklər tam və lazı mınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Bundan əlavə, məlum olmuşdur ki, inşa edilmiş mənzillərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Qarşılıqlı iddiaçıya mənzilə dair hər hansı hüquqverici sənəd verilmədiyi halda, həmçinin onun “girov” tələbin qarşılıqlı iddiaçıya yönəldilməsi maddi və prosessual qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən “xxxx” MMC də hazırkı iş üzrə cəlb edilməli idi. Lakin məhkəmə iş üzrə ən azı üçüncü şəxs kimi cəlb edilməli olan şəxsi cəlb etməməklə, mübahisənin ədalətli və qanuni həll edilməsi üçün bu prosessual addımı atmamış, iş üçün əhəmiyyətli olan çoxsaylı sualları açıq qoymaqla qətnamə qəbul etmişdir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında 3 0.10.2013-cü il tarixli, 016HOME392519 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndində kreditin ABŞ dolları İlə verilməsi göstərilsə də, müqavilənin digər bəndlərində, o cümlədən, digər rəsmi sənədlərdə kreditin məbləği Azərbaycan manatı ilə müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndində göstərilir ki, "Kredit məbləğinin 10 000 (on min) AZN hissəsi Borcalana ünvan 1i ünvanında yerləşən 0.0267 ha torpaq sahəsinin alınması üçün, 63 500 (altmış üç min beş yüz) AZN hissəsi isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilir. " Göründüyü kimi, kredit müqaviləsinin 1.1-ci bəndi yalnız veriləcək kredit məbləğinin ABŞ dolları İlə ekvivalentini ifadə etsə də, kreditin verilmə təyinatını və məbləğini müəyyən edən 1.3-cü maddədə birmənalı olaraq məbləğ “AZN” ilə göstərilmişdir ki, bu da tərəflərin iradə İfadəsinə uyğun olmuşdur. Verilən kreditin valyutasının Azərbaycan manatı olması həmçinin onunla sübuta yetirilir ki, elə müqavilənin həmin bəndində göstərilən torpaq sahəsinin alınması üçün ödənilən vəsait də 10 000 AZN göstərilmiş, kreditin qalan 63500 (altmış üç min beş yüz) AZN hissəsinin isə tikilməkdə olan evin inşası üçün verildiyi qeyd edilmişdir. 30.10.2013-cü İl tarixli 016HOME392519 saylı kredit müqaviləsinin “restruktrizasiyasf’na dair 25.08.2015-ci il tarixli razılaşmada isə, guya, kredit müqaviləsinin valyutasının ABŞ dolları olması göstərilmiş, 1 ABŞ dolları = 1.0550 AZN olduğu nəzərə alınaraq, 79025.45 ABŞ dolları məbləği 83371.85 manata restruktizasiya edilmiş, qarşılıqlı iddia üzrə iddiaçıya əsassız əlavə öhdəlik müəyyən edilmişdir. Başqa sözlə desək, müqavilə ilə müəyyən edilmiş və bu barədə dövlət reyestrində olan məlumata da manat kimi daxil edilmiş müqavilə valyutasının guya, ABŞ dolları olması səbəbindən Azərbaycan manatı ilə müəyyən edilmiş müqavilənin bankın təkidi ilə “restruktizasiya” adı altında qarşılıqlı iddiaçının üzərinə əlavə pul öhdəlikləri qoyulması qanunsuz olmaqla, etibarsızdır. İş materiallarından da göründüyü kimi, "İddiaçı" ASC ilə’" Cavabdeh1 arasında 30 oktyabr 2013-cü il tarixdə “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsi imzalanmışdır. Həmin müqavilənin bağlanması qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunduğundan etibarsız hesab edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 58.2-ci maddəsinə əsasən, Tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin (mənzil kooperativində payın) ipotekasına daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyanın həmin yaşayış evinə və ya mənzilə bu Qanunun 11.6-cı maddəsinə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir. Lakin yuxarıda istinad edilən qanunun imperativ tələbləri pozularaq, tikintisi başa çatdırılmamış yaşayış evinə Cavabdeh1 qabaqcadan qeydiyyata alınmış hüququ olmamışdır. Həmin qanunun istinad edilən 58.2-ci maddəsinin imperativ tələblərindən yayınmaq cəhdi kimi girov müqaviləsinə 8.4.2-ci maddə ilə daxil edilmiş müddəanın hüquqi əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsas ən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsi də etibarsız hesab edilməlidir. İş üçün mühüm əhəmiyyət kəsb edən digər halların nəzərə alınmaması. Yuxarıda da qeyd edildiyi kimi, ilkin iddia tələbini təşkil edən kredit müqaviləsi (sonrakı restruktizasiya razılaşmaları) üzrə təminat kimi çıxış etməli olan fərdi yaşayış evləri kredit verilən zaman mövcud olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 307.7 İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309.1 Daşınm az əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə v erilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 11.1 Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 11.2 İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Maddə 11.3.İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti,ölçüsü,icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Maddə 11.4.İpoteka müqaviləsində ipoteka kağızının verilməsivə ya rəsmiləşdirilməsinəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsivə ya rəsmiləşdirilməsibarədə də məlumat qeyd edilir. Maddə 11.6.Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Maddə 58.2.Tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin (mənzil kooperativində payın) ipotekasına daşınmaz əmlakın dövlət reyestrin də ipoteka qoyanın həmin yaşayış evinə və ya mənzilə bu Qanunun 11.6-cı maddəsinə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir. Maddə 36.4.1 Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda i sə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun: Maddə 17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallardamülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Maddə 17.4. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilinvə ya qeyri-yaşayış sahəsininipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməs inə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti əsasında qətnamə ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yoxlanılır. İlkin iddianın təmin edilməmiş hissəsi kassasiya baxışının predmetini təşkil etmir. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit borcunun müəyyən edilməsi və cavabdehdən tutulması hissəsi, həmçinin kredit müqaviləsinə 25.08.2015-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməmiş hissəsi qanuni və əsaslıdır, həmin hissələrdə qətnamənin ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, 30.10.2013-cü il tarixli, 016HOME392519 saylı Kredit Xətti Müqaviləsinin şərtlərinə əsasən kreditin faizi, təyinatı, ödənişi və digər şərtləri barədə tərəflər razılığa gəlmiş, cavabdeh kredit müqaviləsini imzalamaqla, kredit müqaviləsinin mühüm şərtləri barəsində, o cümlədən kreditin məhz ABŞ dolları ilə verilməsinə razılığını ifadə etmişdir. Həmin gün imzalanmiş kassa məxaric orderində 93.870 ABŞ dollarının cavabdeh tərəfindən alındığı göstərilmişdir. Həmçinin cavabdeh onunla bank arasında bağlanmış 30.10.2013-cü il tarixli, 016HOME392519 saylı Kredit Xətti Müqaviləsinin restruktizasiyasına dair 25.08.2015-ci il tarixdə razılaşma imzalamış və müqavilə bağlanan günə yaranmış 79.025,45 ABŞ dolları borc bankın həmin günə olan kursu ilə AZN valyutasına konvertasiya edilmiş və 83.371,85 manat borc müəyyən edilməklə restruktizasiya edilmiş, yeni ödəniş qrafiki verilmiş, borcun 99 ay müddətinə illik 9%-lə qaytarılması razılaşdırılmışdır. Həmin razılaşma da cavabdeh tərəfindən hər hansı etiraz bildirilmədən imzalanmış və keçən müddət ərzində mübahisələndirilməmişdir. Belə olan halda, əsas kredit müqaviləsində kreditin manatla verildiyinin göstərilməsi buna görə də, sonradan bağ lanmış restruktizasiya müqaviləsinin etibarsız olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və bu əqdin etibarsız hesab edilməsinə əsas verən hallar iş üzrə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. İddiaçının tələb etdiyi kredit borcunun məbləği iş üzrə təyin edilərək keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya şikayətinin cavabdeh tərəfindən ödənilmiş 3300 manat ödənişin nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində 18.10.2016-cı il tarixdə ödənilmiş 3000 manat və 04.11.2016-cı il tarixdə ödənilmiş 300 manat məbləğin kredit məbləği üzrə faizlərə silindiyi müəyyən edilmişdir. Habelə tutmanın cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə yönəldilməsi ilə bağlı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və bu hissə üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bu hissələrinin cavabdehin kassasiya şikayətinin dəlilləri əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Lakin 30 oktyabr 2013-cü il tarixli Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi üzrə cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələb üzrə hər hansı hüquqi dəyərləndirmə aparılmamış, qarşılıqlı iddia tələbində qeyd edilən maddi hüquq normalarının tələbləri nəzərə alınmamış və həmin əqdin “ipoteka haqqında” qanunun və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun yuxarıda qeyd edilən müddəaları baxımından etibarlılığı məsələsinə heç bir hüquqi qiymət verilməmiş və torpaq sahəsi ilə yanaşı həmin torpaq sahəsinin üzərində inşa edilən, lakin ipoteka predmeti kimi qeydə alınmamış daşınmaz əmlaka, yəni evə tutma yönəldilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissələrdə qətnamə əsaslı olmadığından ləğv edilməli, həmçinin bu hissələrə veriləcək hüquqi qiymətdən asılı olduğundan ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, yeni baxışa göndərilməlidir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halla rın yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nə ticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən hissələrdə bu tələblərə cavab vermir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi üzrə, həmçinin kredit borcunun torpaq sahəsinin üzərində inşa edilən evə yönəldilməsi və ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ilkin iddia tələbi üzrə maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissələrdə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin qeyd edilən hissələrdə ləğvi üçün əsasdır. Buna görə də, həmin hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməli, qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yeni dən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissə üzrə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)216/2020 nömrəli qətnaməsi qismən, ilkin iddianın kredit borcunun ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin üzərində ola n tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsində, qarşılıqlı iddianın 30 oktyabr 2013-cü il tarixli Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. Həmin hissələrdə iş yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.