Məhkəmə qərarları › İş №2(102)-2064/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2064/2019

05.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2064/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı1 vəkili Cənnətov Qayıb Kamran oğlu, Cavabdeh1 vəkili Quliyev Rauf Cəbrayıl oğlunun iştirakları ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-c i il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 (hüquq varisi Musayeva Əminə Məmməd qızı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin qismən ləğv edilməsi, kompensasiya məbləğinin müəyyən edilməsi və tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 fevral 2017-cii l tarixli qətnaməsi ilə (sədrlik edən A.Məmmədov, iş 2(004)-509/2017) İddiaçı1 və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən İddiaçı2, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 42640 manat məbləğində pul və Cavabdeh2 128240 manat məbləğində pul, cəmi 170.880 manat məbləğində pulun tutularaq iddiaçılar İddiaçı1 xeyrinə 104.670 manat məbləğində və İddiaçı2 xeyrinə isə 66.210 manat məbləğində pul ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov, iş № 2(103)-7703/2018)cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsini n 13 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehlər Cavabdeh1 32943,7 manat və Cavabdeh2 118547,7 manat olmaqla, cəmi 151492 manat məbləğində pul tutularaq İddiaçı1 92331 manat və İddiaçı2 vərəsəsi Musayeva Əminə Məmməd qızına 59161 manat pul ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı2 hüquq varisi X15 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Quliyev Rauf Cəbrayıl oğlu izahatında gös tərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı1 vəkili Cənnətov Qayıb Kamran oğlu izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 94 nömrəli fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətində olmuş, tərəflərə vərəsəlik qaydasında keçmişdir. Cavabdeh1 iddiası üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.04.2016-cı il tarixli 2 (103)-745/2016 saylı 14.12.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş qətnaməsi ilə maraqlı şəxs İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-652/2006 saylı,10.02.2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, X20, X2, X1 və X4 ölümündən sonra onların adına olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 94 saylı evin hissələri üzrə Cavabdeh1, Cavabdeh2, İddiaçı1 və İddiaçı2 mirasın qəbul edilməsi faktı müəyyən edilmiş və 94 saylı evin X20, X5, X3 və X6 məxsus hissələrinə İddiaçı2 8/36 hissəsinə, İddiaçı1 14/36 hissəsinə, Cavabdeh1 7/36 hissəsinə və Cavabdeh2 7/36 hissəsinə vərəsəlik hüquqları tanınmışdır. Tərəflər miras əmlak üzərində vərəsəlik payları ilə bağlı məhkəmə mübahisəsi tamamlanmadan və yek un məhkəmə aktı qəbul edilmədən öz mülkiyyətlərində olan hissələri Yasamal rayon İcra Hakimiyyəti ilə bağlanmış alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirmişlər. Daşınmaz əmlakın alqı-satqı müqavilələrinə görə, 17.03.2016-cı il tarixdə Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121,64 kv.m olan 11 otaqlı 94 saylı evin onun mülkiyyətində olan 19/60 hissəsini 114811 manata, Cavabdeh2 mülkiyyətində olan 19/60 hissəsini 200417 manata Yasamal rayon İcra Hakimiyyətinə satmışlar. 24.05.2016-cı il tarixdə İddiaçı1 ilə Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi X7 arasında bağlanmış müqaviləyə görə, İddiaçı1 ünvan 1 ünvanında yerləşən özünə məxsus olan fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 39.675 manat məbləğində k ompensasiya müqabilində ikinci tərəfin xeyrinə imtina etmişdir. Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə 04.03.2016-cı il tarixli protokola görə, ünvan 2 ünvanında yerləşən evin İddiaçı2 məxsus hissəsi 16718 manat məbləğində qiymətləndirilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 06.05.2016-cı il tarixli qərarına görə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar evin bazar dəyəri 339446 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin 25.12.2015-ci il tarixli qiymətləndirmə aktına görə, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın bazar qiyməti 339.446 manat müəyyən edilmişdir. Həmin qiymətləndirmə aktında fərdi yaşayış evinin əsas sahəsinin 143,25 kv.m, köməkçi sahənin 61,32 kv.m olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 233.3-cü maddəsinə görə isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İn san Hüquqları üzrə Avropa Məhkəməsinin qərarların ifadə edilmiş mövqeyə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qə rarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997- ci il tarixli Qərar, §40). Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı və 3-cü şəxsin qanuni qüvvəyə minmiş qətnamə əsasında əldə etdikləri paylar üzərində mülkiyyət hüquqları pozulduğundan daşınmaz əmlakın qətnamə əsasında onların payına aid edilmiş hissəsinin özgəninkiləşdirilməsi nəticəsində əldə etdikləri vəsaiti cavabdehlərdən tələb etmək hüquqları vardır. Lakin işə apellyasiya qa ydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdehlərdən tutulmalı olan pul məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad etmişlər ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza tə yin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Cavabdeh1 həmçinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qə tnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunl arı qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilmə məsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...“xxxx” MMC-nin 25.12.2015-ci il tarixli qiymətləndirmə aktından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin əsas sahəsinin 143,25 kv.metr, köməkçi sahənin 61,32 kv.metr, cəmi 204,57 kv.metr olduğu müəyyən edilmişdir. Evə 339.446 manat qiymət də 204,57 kv.metrə görə qoyulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə sahəsi 121,64 kv.metr, faktiki sahə isə 204,57 kv.metr olduğundan belə nəticəyə gəlmək olar ki, artıq müəyyən olunmuş 82,93 kv.metr sahə cavabdehlər tərəfindən inşa edilmiş əlavə tikililərdir. Deməli, məhkəmə kollegiyası hesablamalarını apararkən həmin sahəni nəzərə almalı və bölgünü də 121,64 kv.metr sahəyə düşən məbləğlə aparmalı idi. Bunun üçün isə məhkəmə kollegiyası tərəfindən mütləq ekspertiza təyin edilməli idi.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanarkən ona ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 158,77 kv.metr olan 11 otaqlı fərdi yaşayış evinin 19/60 hissəsinə görə 200.417 manat, Cavabdeh1 ilə eyni evə görə müqavilə bağlanarkən 19/60 hissəsinə görə 114.811 manat pul ödənilmişdir. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı tarixli qətnaməsi ilə eyni evə, əlavə tikililər nəzərə alınmadan İddiaçı2 8/36, İddiaçı1 14/36, Cavabdeh1 7/36, Cavabdeh2 7/36 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Alqı-satqı müqavilələri bağlanarkən əlavə tikililər nəzərə alınmadan pul vəsaiti ödənildiyinə görə kassasiya şikayətinin qeyd olunan dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mübahisəli evdə Cavabdeh2 və Cavabdeh1 payını 7/36 əvəzinə, 17/36 göstərməklə texniki səhvə yol vermişdir. Məhkəmə kollegiyası həmin texniki səhvin iş üzrə qəbul olunmuş qətnamənin mahiyyətinə təsir etmədiyini nəzərə alaraq həmin səhvi qətnamənin ləğvi üçün əsas kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar