Məhkəmə qərarları › İş №2(102)-2064/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2064/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2064/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2064/21 (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(105)-1669/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən 16.000 manat əsas borcun, gecikdirilmiş vaxt üçün 800 manat, bank uçot dərəcəsi üzrə 800 manat olmaqla, cəmi 17.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.T.Həsənv) iddia qismən təmin edilərək, cavabdehdən 16.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında sadə yazılı formada 08 may 2018-ci il, 08 oktyabr 2018-ci il ta rixlərdə borc müqaviləsi bağlanıb və həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan hər dəfə 8.000 manat olmaqla, cəmi 16.000 manat məbləğində borc pul alıb. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 739.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Abasov sədrl ik edən, məruzəçi, E.M.Əhmədov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 448.1, 448.2, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikay əti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Zahidə Altuxanova və Cavabdeh vəkili Müşfiq Mahmudov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasın onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə və apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, cavabdeh isə kasasiya şikayətində qətnaməni əslində iddianın təmin olunan hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edib ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüq uqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qismən təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında sadə yazılı formada 08 may 2018-ci il, 08 oktyabr 2018-ci il tarixlərdə borc müqaviləsi bağlanıb və həmin müqavilələrə əsasən cavabdehi iddiaçıdan hər dəfə 8.000 manat olmaqla, cəmi 16.000 manat məbləğində borc pul alıb. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında borc hüquqi münasibətləri yaranıb. Belə ki, sadə yazılı formada bağlanmış sözügedən borc müqaviləsinə görə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək cəmi 16.000 manat pula mülkiyyət hüququnu cavabdehə verdiyi halda, sonuncu həmin mü qavilələr üzrə öhdəliklərini icra edib sözügedən pul vəsaitini bu günədək könüllü şəkildə iddiaçıya qaytarmayıb. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıdığından, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Cavabdeh kasasiya şikayətində sözügedən borc müqavilələri üzrə iddiaçıya olan borcunu tam məbləğdə qaytardığını, iddiaçının ona sadə yazılı formada bağlanmış müqavilələrdə göstərilən məbləğdə borc verməməsini, borc məbləğinin şişirdildiyini, borcu faizi birlikdə iddiaçıya qaytardığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etir azını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasə n və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(105)-1669/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar