Məhkəmə qərarları › İş №2(102)-2066/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2066/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2066/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçıların vəkili Məmmədov Səyyad Məhəmməd oğlu və Cavabdeh3 vəkili Qəhrəmanova Rəsmiyyə Cəmşid qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin 2(001)-5549/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Əliyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 QSC, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 14 saylı Notariat Ofisi və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və Ş.Məhərrəmova, 2(103)-13717/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5549/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 QSC, Ca vabdeh2, Cavabdeh3, Bakı şəhəri 14 saylı Notariat Ofisi və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 14 saylı Notariat Ofisində ünvan 1 ünvanında yerləşən, sahəsi 1730,4 m2 olan qeyri-yaşayış sahəsinin və həmin qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi barədə xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin əmlaka dair Cavabdeh3 verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kass asiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin tərəfi olmadıqlarından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassızdır. Beləki, iddiaçıların Cavabdeh5 Həszə qızı və Cavabdeh1 QSC-dən pul vəsaitlərinin tutulması ilə bağlı qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Həmin qətnamələr əsasında icra vərəqələri verilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli qərardadı ilə borclu X1 məxsus olan Bakı şəhəri XXX ünvanında yerləşən sahəsi 1730,4 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri XXXcı mənzilinin üzərinə həbs qoyulması, tələbin həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin borcluya qaytarılması qərara alınmışdır. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tələb həmin əmlaklara yönəldilmiş, satılması üçün açıq hərraca çıxarılması qərara alınmışdır. Qanunvericiliyin tələblərinə riayət etməklə, Bakı şəhəri XXX ünvanında yerləşən sahəsi 1730,4 kv.m olan qeyri-yaşayış sahəsi tələbkar kimi onlara təklif olunmuş, həmin qeyri-yaşayış sahəsinin onlara ödənilməli olan pul məbləğinin əvəzində bərabər paylarla onlara verilməsinə razı olmaları barədə bir neçə dəfə yazılı ərizələrlə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə yazılı və şifahi müraciət etmişlər. Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli 17/68 23609 saylı məktubla müraciət olunaraq həmin qeyri-yaşayış sahəsinin onların adına rəsmiləşdirilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Sonuncu dəfə Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx xxxx 2018-ci il tarixli 17/68 2714 saylı məkt ubla müraciət olunaraq həmin qeyri-yaşayış sahəsinin onların adına rəsmiləşdirilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdeh1QSC-nə məxsus olan ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi mülkiyyətçinin borcunun əvəzində onlara təklif olunmuş, onlar təklifi qəbul etmiş, və bu barədə Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun müvafiq sənədlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə göndərilmişdir. Mülkiyyətçi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Bu müddət ərzində Rəmziyyə Abdullayevə onlara məlum olmayan üsulla “Cavabdeh1’’QSC- ndəki payını Cavabdeh2 adına rəsmiləşdirmişdir. Onun məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qərarlar ının icrasından boyun qaçırmaq olmuşdur. Sonradan digər təsisçilər də paylarını Cavabdeh2 adına keçirmiş və Cavabdeh2 Cavabdeh1 QSC-nin sədri seçilmişdir. Cavabdeh2 Cavabdeh1 QSC-nin adından xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış AN-İ N0774856 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini 2.000.000 manata Cavabdeh3 satmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini istəyirlər. Faktiki sahibliklərində olan qeyri-yaşayış sahəsi özgəninkiləşdirildiyindən həmin müqavilələri mübahis ələndirməkdə haqlıdırlar. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili Qəhrəmanova Rəsmiyyə Cəmşid qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hə min maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçılar Cavabdeh1 QSC ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirirlər. Onlar hesab edirlər ki, pul tələbinə dair məhkəmə qətnamələri icra olunacağı təqdirdə tələb alıq-satqının predmeti olan ünvan 3 ünvanında yerləşən, 1730,4 m2 olan 3 mərtəbəli qeyri-yaşayış binasına yönəlməli idi. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunmaması barədə məhkəmə qətnaməsini dəyişdirmədən saxlayarkən ona əsaslanmışdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçıların hüquq və mənafeyini pozmamışdır. Apely asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmamışdır. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Eyni zamanda qeyd olunur ki, məhkəmələr əqdin etibarsızılığını rədd edərkən haqlı olaraq ona istinad etmişlər ki, alqı-satqı zamanı əmlakın yüklü olmiamasına dair rəsmi məlumatlar olmuş, alıcı əmlakın dəyərini ödəməklə onu mülkiyyətinə keçirmi şdir. Nəzərə almaq lazımdır ki, pul tələbi ilə bağlı icra sənədinin icrası ilə bağlı tələbin borcluya məxsus hansı əmlaka yönəldilməsi məsələsini icranı həyata keçirən orqan müəyyən edir. İşdən də görünən ondan ibarətdir ki, icra qurumu iddiaçıların tələbi ilə bağlı icra sənədini uzun müddət icra edib başa çatdırmamışdır. 2014-cü ildən icra qurumu pul tələbi ilə bağlı icra işini borclu Cavabdeh1 QSC-nin əmlakına yönəltsə də, icranı başa çatdırmaq mümkün olmamışdır. Qanunverici (İcra haqqında Qanun 12.1. maddə) icranın həyata keçirilməsinin ağlabatan müddətlərini müəyyən etmişdir. Həmin normaya görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra qurumunun altı ildən atıq müddət ərzində icra sənədinin əmlaka yönəldilməsini başa çatdırmaması həmin əmlakla bağlı əqd bağlanmasını məhdudlaşdıra bilməz. Əks təqdirdə mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması məsələsi baş verir. İcra haqqında qanunvericilik icra hərəkətlərinin qəsdən vaxtında icra edilməməsinə görə borclu barəsində inzibati məsuliyyətdən tutmuş cinayət məsuliyyətinədək tədbirlər görülməsini nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏ RARA ALDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar