Məhkəmə qərarları › İş №2(102)-2066/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2066/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2066/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv olunması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, onun vəkili Qasımov Salman Elman oğlunun, Cavabdehin vəkili Vəkil, Digər Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, pul tələbi»nə dair və Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsi nin və çıxarışın etibarsız hesab edilməsi, evdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2021/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 öhdəlikləri yerinə yetirmədiyi üçün torpaq və evi ona qaytarılmaqla verdiyi 30.000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əaslandırmışdır ki, o, ev almaq məqsədi ilə cavabdehə 30000 manat pul vermişdir. Həmin pulun 1500 manatını beh olaraq vermişdir. Sonra 3 gün keçmiş 1000 ma nat, ev alan zaman 12000 manat, qalanını isə yekun olaraq 2019-cu ilin dekabr ayında vermişdir. Razılaşmalarına görə evi tam təmirli, hər hansı çatışmamazlıq olmadan keyfiyyətinə təminat verərək, qapı-pəncərədə, mətbəx-hamamda, qaz-su-işıq sistemində nasazlığa və qüsura yol vermədən təhvil verməli, ən azı bir il onlar problemsiz yaşamalıydılar. Evə köçəndən sonra evdə qüsurlar aşkar edilmişdir. Ərizəyə əlavə edilən şəkillərdən də göründüyü kimi evin təmiri qeyri-peşəkar aparılmışdır. Təmir zamanı istifadə olunan materiallar ucuz, keyfiyyətsiz və yararsız olduğu üçün evdə yaşamaq mümkünsüz hala gəlib. Hər şey tökülür. Santexnik və elektrik işləri sanki, heç görülməmişdir. Hazırda həmin evdə yaşamaq mümkün deyil, təkrar təmir üçün isə külli miqdarda pul lazımdır. Onun buna maddi imkanı yoxdu r. Bu səbəbdən torpağı, evi cavabdehə qaytarılmaqla, ona verdiyi 30000 manatı geri istəyir.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh3 ilə aralarında 19.12.2018-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması, Cavabdeh3 14000 manat və Cavabdeh2 16000 manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı yenidən iddia ərizəsinə əlavə təqdim edərək onun adına olan çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsinə əlavə təqdim edə rək tələbini onunla əsaslandırmışdır ki, 19.12.2018-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0042 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini almışdır. Aralarında olan razılaşmaya görə həmin torpaq sahəsinə görə o, cavabdehlərə 30000 manat məbləğində pul ödəməli idi. O, həmin 30000 manatın 14000 manatını alqı-satqı zamanı cavabdeh X1 ödəmiş və bu müqavilədə öz əksini tapmışdır. Qalan 16000 manat məbləğində pulu isə digər Cavabdeh2 ödəmişdir. Cavabdehlər ər-arvaddırlar. Cavabdeh2 onun mübahisəli evin alqı-satqısı zamanı 15500 manat məbləğində pul ödədiyini etiraf edir. Halbuki o, cavabde hə 15500 manat deyil 16000 manat ödəmişdir. Abşeron Rayon Polis İdarəsində cavabdeh izahat verərək ondan pul aldığını etiraf etmişdir. Lakin həmin etirafında guya onun cavabdehə ümumilikdə evin alqı-satqısı zamanı 15500 manat ödədiyini etiraf etmişdir. Belə olan halda onun cavabdehlərə ödədiyi pulun ümumi məbləği 29500 manat olur. Yəni cavabdehlər dolayısı ilə ondan aldıqları pulu etiraf etmişlər. Cavabdehlər ona yararsız mənzil satıblar. Belə ki, o, evi aldıqdan sonra həmin evə köçmüş, 10 gün sonra evin divarları çatlamış və hazırda ev qəzalı vəziyyətdədir. O, dərhal cavabdehlərə müraciət etmiş və bu barədə məlumat vermişdir. Lakin cavabdehlər onun müraciətinə məhəl qoymamışlar. Ona görə də o, aidiyyatı üzrə polis idarəsinə şikayət etmişdir. Həmçinin Xəzər televiziyasına da məlumat verm işdir və televiziya tərəfindən çəkiliş aparılmışdır. Cavabdehlər ona yararsız mənzil satdıqlarına görə o, cavabdehlərdən pulunu geri tələb edir. Ona görə də, Cavabdeh3 ilə aralarında olan alqı-satqı müqaviləsi ləğv olunması, Cavabdeh3 14000 manat, Cavabdeh2 isə 16000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh3 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı 2018-ci ilin dekabr ayında onun şəxsi mülkiyyətində olan ünvan 1ində yerləşən və sahəsi 0,0042 ha olan torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evini 30.000 (otuz min) manata almaq barədə aralarında razılığa gəlinmiş və İddiaçı evin razılaşdırılmış dəyərini ona ilkin ödəniş 14000 (on dörd min) manat olmaq la ödəyəcəyini, qalan pulu isə 3 ay müddətində tam olaraq ödəyib bağlayacağını bildirmişdir. O, cavabdehin bu şərti ilə razılaşaraq müvafiq sənədləri də toplamaqla birlikdə Sumqayıt Asan Xidmətin notariat kontoruna müraciət etmiş və orada aralarında 19.12.2018-ci il tarixdə AN-1 №0744503 saylı 4ə-4507 reyestr nömrəli alqısatqı müqaviləsi bağlanılmışdır. Müqavilə bağlanan vaxt cavabdeh ona 14000 manat məbləğində pulu ödəmiş, qalan borcdan cəmi 1500 manatı pulu sahə rəisinin vasitəsi ilə ödəmiş, razılaşdırılmış qalan borcunu, yəni 14500 (on dörd min beş yüz) manat pulu ona bu vaxta kimi ödəməmişdir. Cavabdehə satmış olduğu, lakin dəyərini tam olaraq ödəmədiyi 2 mərtəbəli evi qəsdən uçurur, yaşayış üçün yararsız hala salır, hər yerdə bəyan edir ki, guya ona satdığı bu ev qüsurlu olmuşdur. O, evini geri tələb edir, lakin cavabdeh ona satmış olduğu evi satıldığı an mövcud olmuş vəziyyətdə ona geri qaytarmalıdır və o, da cavabdehin bu evə görə ödəmiş olduğu 15500 manat pulu qaytarmağa razıdır. Ona görə də, İddiaçı ilə arasında “Sumqayıt asan” xidmətin notariat şöbəsində 19.12.2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı 4ə-4507 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin evə dair cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin evdə yaşayan İddiaçı ailə üzvəri ilə birlikdə bu evdən çıxarılması, evin əvvəlki vəziyyətdə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(060)-253/2020 sayl ı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, pul tələbi»nə dair iddiası qismən təmin edilib, İddiaçı və Cavabdeh3 arasında 19.12.2018-ci il tarixdə Sumqayıt «ASAN xidmət» mərkəzində bağlanılmış «Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi» və bu müqavilə əsasında verilmiş Çıxarış ləğv edilmiş, Cavabdeh3 14.000 (on dörd min) manat və Cavabdeh2 16.000 (on altı min) manat tutularaq İddiaçı ödənilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, evdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilib, İddiaçı ünvan 1i ünvanında 0,0042 ha torpaq sahəsindəki yaşayış evin dən çıxarılması və həmin evin Cavabdeh3 təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməmə qət edilmişdir. İddiaçı ünvan 1i ünvanında 0,0042 ha torpaq sahəsindəki yaşayış evindən çıxarılması və həmin evin Cavabdeh3 təhvil verilməsinin Cavabdeh3 14.000 (on dörd min) manat və Cavabdeh2 16.000 (on altı min) manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsinin məhkəmə qətnaməsinin eyni vaxtda icra edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə ilk iddia tələbini və qarşılıqlı iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2, 424.3, 424.4, 567, 581, 587-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(060)-253/2020 saylı qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və pros essual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

16. İddiaçı və onun vəkili Qasımov Salman Elman oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

17. Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəm ə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.

18. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə

421. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məh rum olur.

20. Maddə 424.2-ci Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

21. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

22. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

23. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

25. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

26. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bi lməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

27. Maddə 587.2.1. Alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin

28. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması, bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

29. Maddə 397.1. Müqavi ləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

30. Maddə Məcəllənin 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

31. Maddə

598. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 106.1 İşdə iştirak edən şəx slərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Apelyasiya Məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərə münasibətdə dəyişdirmədən saxlamaqda haqlı olmuşdur.

38. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı, 19 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0042 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini 14000 manat müqabilində İddiaçı satmışdır.

39. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0042 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 03.01.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1001 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydə alınmışdır.

40. İddiaçı şikayəti əsasında Abşeron RPİ-də aparılmış araşdırma zamanı Cavabdeh2 tərəfindən verilmiş izahatdan görünür ki, 2018-ci ilin noyabr ayında Masazır kəndi, Z.Əliyeva küçəsində yeni tikdiyi evi İddiaçı adlı qadına evin alğı-satqısı ilə bağlı 28000 manata razılaşmış, evin sənədi yoldaşı Cavabdeh3 adına olduğuna görə Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzində razılaşma əsasında 14000 manatı hesablarına ödəyərək, sonradan isə evin tam təhvil verilməsi ilə əlaqədar 2018-ci ilin dekabr ayında 1500 manat almış və evdə kombi, qapı təmir edilərək aralarında razılaşmışlar. İddiaçı ümumilikdə 15500 manat pul almışlar.

41. Məhkəmələr müəyyən etmişlər ki, ilk iddia üzrə İddiaçı yaşayış evi almaq məqsədi ilə Elçin və Cavabdeh1lərə müraciət etmiş, sonuncular özlərinə məxsus olduqlarını bildirdikləri yaşayış evini İddiaçı təklif etmiş, sonuncu ünvan 1i ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evini bəyənərək satış qiymətini 30.000 manata razılaşmışlar. Evin satış qiymətinin 30.000 manata razılaşdırılması hər iki tərəfin məhkəmə instansiyalarında verdikləri izahatları ilə də təsdiqini tapmışdır. Evin satışı ilə bağlı söhbətlər Elçin və Cavabdeh1lə danışılsa da fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 arvadı Cavabdeh3 məxsus olmuş, bu səbəbdən alqı-satqı müqaviləsi İd diaçı və Cavabdeh3 arasında bağlanmış və həmin vaxt bankın depozit hesabına alıcı tərəfindən 14.000 manat köçürülmüşdür.

42. Birinci instansiya məhkəməsinin araşdırması zamanı hər iki tərəf göstərmişlər ki, yaşayış evi satılan zaman tam təmirli olmamış, satıcı tərəf evin görülməmiş təmir işlərini qısa zamanda başa çatdıracağına vəd vermiş, müqavilə bağlandıqdan sonra alıcı tərəfindən evin təmir işləri ilə bağlı 1500 manat İddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir.

43. Hər iki tərəf etiraf etmişdir ki, fərdi ev üzərində olan torpaq sahəsi ilə birlikdə satılmışdır.

44. Məhkəmələr müəyyən etmişlər ki, cavabdehlər tərəfindən iddiaçıya satılan ev qüsurlu olmaqla yaşayış sahəsi üçün istifadəyə yararsız vəziyyətə düşmüşdür. İddiaçının həmin mənzilə köçdükdən qısa müddət sonra evdə belə bir qüsurl arın (çat, divarlar arasında ayrılma, aşınma və s.) yaranması həmin evin tikinti qaydalarına uyğun inşa edilməməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Evdə hər hansı digər səbəbdən (məs: iddiaçının özünün evi dağıtması səbəbindən) belə bir qüsurların yaranması ilə bağlı isə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.

45. Ona görə Apelyasiya Məhkəməsi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması və bunun hüquqi nəticəsi olaraq Çıxarışın ləğv edilməsi iddiasının təmin olunması ilə razılaşmaqda haqlı olmuşdur. Çünki iddiaçıa keyfiyyətsiz ev satılmışdır.

46. Hazırda əsas mübahisəli məsələ verilən pulun məbləği ilə bağlıdır. İddiaçı məhkəmədə bildirmişdir ki, evi baxıb bəyəndikdən sonra Elçinə 1000 manat beh, daha sonra 1500 manat təmirə görə vermişdir ki, a lqı-satqı müqaviləsi bağlanana qədər evin təmirini başa çatdırsınlar. İddaçı eləcə də bildirdi ki, alqı-satqı müqaviləsi bağlanan vaxt Sumqayıt ASAN xidmət mərkəzində 12000 manatı əlbəbəl Elçinə verməsi, pulun tam məbləğini bankın depozitinə qoymamasına səbəb cavabdeh tərəfin bunu istəməməsi olmuşdur. Belə ki, cavabdehlər bilrdirmişlər ki, bankın depozitindən pulu həmin gün götürmək mümkün deyil, yalnız 1-2 gündən sonra verilir, onlara isə həmin gün təcili 12000 manat pul lazımdır, lombarda qızıl qoymuşlar və həmin gün lombard ödənişinin son günü olmaqla, əgər pulu ödəməzlərsə qızıl-zinət əşyaları lombardın hesabına keçəcəkdir. Odur ki, o, cavabdehlərə inanaraq 12000 manatı Cəmilə və Namilin yanında sayıb Elçinə vermişdir. Bundan əlavə iddiaçı göstərmişdir ki, əgər o, cavabdehləri aldadara q evin pulunu tam ödəməsəydi bu müddət ərzində barəsində müxtəlif orqanlara şikayət edə bilərdilər. Lakin hazırkı vaxta qədər heç bir şikayət edilməmiş, əksinə o, cavabdehlərin hərəkətləri barəsində polisə, prokurorluğa, sonda isə məhkəməyə şikayət etmişdir.

47. Birinci instansiya məhkəməsinin araşdırması zamanı izahat verən Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda alqı-satqı müqaviləsi bağlandıqdan sonra evin dəyərinə daxil olan puldan 1500 manat İddiaçı tərəfindən Cavabdeh2 ödənildiyini etiraf etmişlər.

48. Alqı-satqı müqaviləsi bağlandıqda sonra İddiaçı Cavabdeh2 1500 manat ödəməsi Abşeron RPİ tərəfindən məhkəməyə göndərilən sənədlərlə də öz təsdiqini tapır.

49. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 bildirmişdir ki, lombarda qızıl əşyası qoyaraq 10.000 manat pul götü rmüş, həmin pulu alqı-satqı müqaviləsi bağlandıqdan sonra səhəri gün bankın depozitindən 14000 manatı götürərək ödəmişdir. Cavabehlərin nümayəndəsi göstərmişdir ki, cavabdehlərin həqiqətən də lombardda qızılları olub və alqı-satqı müqaviləsinin bağlandığı 19.12.2018-ci il tarix lombard ödənişinin son günü olub, ona görə də cavabdehlər İddiaçı ilə razılaşıblar ki, 14000 manat ödənilməklə alqı-satqı müqaviləsi bağlanılsın, qalan pul isə sonra ödənilsin. Cavabdeh2 fərqli izahat verərək bildirmişdir ki, lombarda ödəniş etmək üçün pulu ondan əlbəəl götürməsi barədə Aygünün göstərdikləri doğru deyil, onun lombarda borcu olmayıb. Göründüyü kimi cavabdeh tərəf məhkəmə iclasında mübahisələndirilən xüsusatla bağlı ziddiyyətli, bir-birini təkzib edən izahatlar vermişlər. Həmçinin məhkəmə tərəfindən c avabdeh tərəfə pul ödənişinin həyata keçirildiyi Lombard təşkilatı barədə ətraflı məlumat verilməsi, həmin ödəniş barədə sübut təqdim edilməsi təklif olusa da və bununla bağlı vaxt verilsə də heç bir sübut məhkəməyə təqdim etməmişlər. Əksinə cavabdeh tərəf öncə verdiyikləri izahatlarına zidd olaraq daha sonra bildirmişlər ki, qızıl əşyaları lombarda deyil, hər hansı şəxsə girov verilməklə pul götürülmüş, hazırda isə həmin şəxsi tapmaq mümkün deyildir.

50. Bundan başqa müəyyən edilmişdir ki, evin açarları alqı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçı təhvil verilmiş, sonuncu oraya köçmüşdür. Həmçinin, cavabdeh tərəf müqavilənin 19.12.2018-ci il tarixdə bağlanmasına baxmayaraq hazırki vaxtadək iddiaçının hərəkətləri, yəni onların iddia etdiyi kimi İddiaçı tərəfindən evin satış dəyərinin t am ödənilməməsi barədə heç bir orqana şikayət etməmiş, məhkəmə qaydasında mübahisələndirməmişlər.

51. Apelyasiya məhkəməsi işin bu hallarını, o cümlədən, tərəflərin evin dəyərinin 30.000 manata razılaşmaları, alqı-satqı müqaviləsindən sonra iddiaçının köçərək evdə yaşaması, keçən müddət ərzində cavabdehlərin evin qalıq pulunun verilməsi ilə bağlı heç bir etiraz irəli sürmədiklərini, belə etirazı iddiaçı məhkəməyə müraciət etdikdən sonra verilməsini, cavabdehlərin ziddiyyətli izahatlarını nəzərə alaraq iddiaçının dəlillərini həqiqət kimi qəbul etmişdir. Həqiqətən evin razılaşmış dəyəri ödənilmədən onu iddiaçıya təhvil verilməsi və keçən müddət ərzində bununla bağlı mübahisə açılmaması inandırıcı görünmür.

52. Alqı-satqı müqaviləsi mahiyyətcə konsensual müqavilədir. Belə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Alqı-satqı müqaviləsi həm də ikitərəfli müqavilədir. Bu müqavilə iki tərəfin–alıcı və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələri əsasında əmələ gəlir, tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Araşdırılan müqavilə şərtlərindən göründüyü kimi alıcı razılaşdırılmış qiyməti nağd şəkildə ödəmişdir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsində qiymət 14.000 manat g östərilsə də tərəflərin mübahisəsiz olaraq göstərdiyi kimi razılaşdırılmış qiymət 30.000 manat olmuşdur.

53. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericilik əşyaların nisyə və ya hissəhissə ödənilməsi qaydasını müəyyən etmiş və alqı-satqı müqaviləsinin bu şərtlərlə bağlanmasının mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu baxımdan razılaşdırılmış ödəniş məbləği alqı-satqı müqaviləsi bağlanan vaxt tam ödənilməmişdirsə müqavilənin həmin şərtlərlə bağlanması mümkün idi.

54. Alqı-satqı müqaviləsinin xarakterinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verir. Mülki Məcəllənin 606-cı maddəsinin tələbinə görə əgər alıcı tərəfindən əşyanın alış qiymətinin ödənilməsi gecikdirilirsə satıcı alış qiyməti ödənilənədək mülkiyyət hüququn özündə saxalaya bilər və müqavilədə mülkiyyət hüququnun saxlanması haqq ında xüsusi qeyd-şərt göstərə bilər. Göründüyü kimi qanunverici müqavilə azadlığını təmin etməklə tərəflərə öz istəklərinə uyğun şərtlərlə müqavilə bağlamaq və hər cür hüquq pozuntusundan müdafiə ilə bağlı imkanı tanımışdır. Araşdırılan müqavilə şərtlərindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə hər hansı bir şərt göstərilməmişdir.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməs in. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2021/2020 nömrəli iş üzrə XXX2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar