Məhkəmə qərarları › İş №2(102)-2067/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2067/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2067/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2067/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, kassasiya şikayətindən imtina, kassasiya baxışına xitam) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı XXX cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabde h3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1105/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XXX məhkəməyə iddia ərizəsi (sonradan əlavə verməklə) ilə müraciət edərək, 11.12.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətti müqaviləsinə və 23.10.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı razılaşma üzrə 20.365,46 ABŞ dolları əsas, 7718,71 A BŞ dolları faiz, 17.935,41 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 46019,58 ABŞ dolları borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan XXX ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin torpaq sa həsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı XXX i ilə Cavabdeh1 arasında bağlanmış 11,12.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətt müqaviləsinə və 23.10.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20.365,46 ABŞ dolları əsas, 7718,71 ABŞ dolları faiz, 10.000 ABŞ dolları cərimə borcu, 40 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı XXX xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus XXX torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin ilkin satış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməklə açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin borcunun İddiaçı XXX ödənilməsi, iddiaçının tələbinin tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim G.İmanova). İddiaçı QSC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1105/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin açıq hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan və XXX yerləşən Cavabdeh2 xüsusi mülkiyyətindəki 0,06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 27000 manat müəyyən edilərək, qətnamə İddiaçı XXX apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxılarkən Cavabdeh1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, ərizəsində kassasiya şikayətindən imtina etdiyini bildirmiş, imtinanın qəbul edilməsini və kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətin geri götürülməsi barədə ərizən i müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və mə hkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəflərin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1105/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə kassas iya icraatına xitam verilməldir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayətlindən imtinası qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1105/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar