Məhkəmə qərarları › İş №2(102)-2068/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2068/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2068/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh Əlişah oğlu və Zamin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1523/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassa siya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 29 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25% olmaqla, 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Apellyasiya icraatı zamanı təyin edilərək alınmış 07 oktyabr 2020-ci il tarixli rəyə əsasən Cavabdeh 29 oktyabr 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 29 oktyabr 2016-cı il tarixədək banka olan əsas və faiz borcu 3.343,89 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2.339,75 manat və faiz borcu üzrə 1.004,14 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Əlişah oğlu və Zamin müştərək qaydada 2.339 (iki min üç yüz otuz doqquz) manat 74 qəpik əsas borc, 1564 (min beş yüz altmış dörd) manat 68 qəpik faiz borcu, cəmi 3904 (üç min doqquz yüz dörd) manat 43 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 oktyabr 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsi üzrə 2.339 (iki min üç yüz otuz doqquz) manat 75 qəpik əsas borc, 2.130 (iki min yüz otuz) manat 06 qəpik faiz borcun, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesa blanan 1.072,39 AZN (min yüz yetmiş iki) manat, 39 qəpik faiz borcu, cəmi 5.542 (beş min beş yüz iki) manat 20 qəpik məbləğində borcun və 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Quba» filialı ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 25% ödəmək şərtilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri icrasının təminatı kimi iddiaçı ilə H.M.Şahmarov 29 oktyabr 2013-cü il tarixli 2020-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik şərtlərinə görə zamin borclu Cavabdeh bank qarşı sında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən, Cavabdeh hər ay qrafik üzrə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda, aylar üzrə qrafikə görə bölünmüş ödəmələri vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Quba rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov, iş № 2(027)-58/2020) iddianın təmin edilməsi, Cavabdeh Əlişah oğlundan 29 oktyabr 2013-cü il tarixli 2020 saylı kredit m üqaviləsi üzrə 2.339 (iki min üç yüz otuz doqquz) manat 74 qəpik əsas borc, 2.130 (iki min yüz otuz) manat 06 qəpik faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz 1.072 (min yüz yetmiş iki) manat 39 qəpik, cəmi 5.542 (beş min beş yüz qırx iki) manat 20 qəpik məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və iddiaçı qarşısından icra edilməyən öhdəliyə görə məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-1523/2020) Cavabdeh Əlişah oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin bu iş üzrə 08 yanvar 2020-ci il tarixli 2(027)58/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əlişah oğlu və Zamin qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Əlişah oğlundan 29 oktyabr 2013-cü il tarixli 2020 saylı kredit müqaviləsi üzrə 2.339 (iki min üç yüz otuz doqquz) manat 74 qəpik əsas borc, 1.004,14 (bir min dörd) manat 14 qəpik faiz borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz 1.072 (min yüz yetm iş iki) manat 39 qəpik hissəsində iddia təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh Əlişah oğlundan alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin miqdarını müqayisə edərək, faizlərin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə 29 oktyabr 2013-cü il tarixdə 36 ay müddətində bağlanmışdır. Həmin müqavilənin bitdiyi vaxt 29 oktyabr 2016-c ı il tarixdir, iddiaçı təşkilat isə 13 sentyabr 2017-ci il tarixdə məhkəməyə müraciət edərək həm faiz borcu, həm də Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.072,39 AZN (min yüz yetmiş iki) manatı tələb etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin həcminin artırılmasından sonra məhkəmə kreditin ödənişlərinin müqavilədə göstərilmiş qaydada əsas və faiz borcundan silinməsi qaydaları pozulduğundan əsas və faiz borcunun nə qədər qalması barədə ekspertiza keçirilməli bundan başqa həmin borcu yəni, Konstitusiya Məhkəməsini Plenumunun qərarına əsasən hesablanan 1072,39 manat faiz borcu cavabdehlərdən pul tutulan zaman nəzərə alınmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiy a şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan “xxxx” ASC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1523/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC kassasiya şikayətində qeyd etmişdir ki, “qətnamə faiz və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1072.39 manat faiz borcunun azaldılması hissəsində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, faiz borclarının tam təmin edilməsinə dair yeni qətnamə qə bul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Digər tərəfdən cavabdeh öhdəliklərini vaxtında icra etmədiyi və borclu olduğu pul vəsaitini vaxtında ödəmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bankın faiz tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kr editin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddət ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin' hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı “xxxx” ASC ilə Cavabdeh Əlişah oğlu arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur.” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı Ləğv prosesində olan “xxxx” ASC-nin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1523/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC kassasiya şikayəti vermiş və qətnaməni qismən – iddianın təmi n olunmayan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin şikayətdə mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlmə si halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun po zulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7- ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutu lmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiy a instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinin əsası kimi müqavilə müddəti üçün faiz məbləğinin qismən müəyyən edilməsinin və müqavilə müddətinin bitməsindən sonra 5% tutulması hissəsində iddianın rədd olunmasının qanuna uyğun olmaması ilə bağlıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış fayda) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kredit digər əsaslardan çıxış edərək daha b öyük məbləğ tələb edə bilmədikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüquqa malikdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilə müddəti üçün faiz borcunun məbləğinin həmin icraatda təyin edilərək alınmış ekspertiza rəyində göstərilən həddə müəyyən etmiş və haqlı olaraq bundan artıq miqdarda müqavilə müddəti üçün faiz borcunun mövcudluğunun sübut olunmadığını qeyd etmişdir. Qeyd edilməlidir ki, iddiaçı bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirir. Cavabdehin öhdəliyi vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsin ə mane olur və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5 %-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edərkən iddiaçının əldən çıxmış faydanın, yəni Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə tələb etmək hüququnun olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatandan sonra kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kredit digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüquqa malikdir. Bu b axımdan apellyasiya instansiya məhkəməsinin həmin məbləğin tələb edilməsi ilə bağlı bankın hüququnun olmaması dair mövqeyi əsassız olmaqla istinad olunan normanın tələbinə uyğun deyildir. Məhkəmə kollegiyası bankın gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq həmin hissədə işi yenidən baxışa qaytarmadan hazırkı icraat zamanı həll edilməsini mümkün sayır. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia qismən təmin olunaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin 210,60 (iki yüz on manat altmış qəpik) həddində müəyyən olunması ağlabatandır. Bundan artıq hissənin isə mövcud sübutlar baxımından təmin olunmasını qanuni və ağlabatan hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1523/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi «gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulmasının rədd edilməsi hissəsində» ləğv olunsun, həmin hissədə yeni qərar çıxarılsın. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh Əlişah oğlu və Zamin müştərək qaydada 210,60 manat (iki yüz on manat altmış qəpik) iddiaçının xeyrinə tutulsun. Ləğv edilmiş qalan hissədə iddia təmin olunmasın. İddiaçı tərəfindən mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar