Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-207/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2(104)-1521/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdim: İşin halları
1. Daşkəsən rayon X3 xx.xx.1992-ci il tarixli qərarı ilə "Acı dərə" qışlağında olan qoyun yataqlarına məxsus örüş-otlaq sahəsi müvəqqəti olaraq 10 il müddətinə “Hacı-Tağı” adına kəndli fermer təsərrüfatının başçısı İddiaçı istifadəsinə verilmişdir.
2. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 2008-ci il tarixli Sərəncamı ilə, Goranboy rayonunun ərazisində olan 46 saylı qış otlaq sahəsindən 410,0 hektar, 47 saylı qış otlaq sahəsindən 460,0 hektar, 48 saylı qış otlaq sahəsindən 1777 hektar, cəmi 2647 hektar qışlaq örüş yeri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 mart 2006-cı il tarixli 60 saylı qərarına əsasən icarə müqaviləsinin başa çatdığı nəzərə alınmaqla 15 il müddətinə Daşkəsən rayon sakini “Hacı Tağı” adına kəndli-fermer təsərrüfatının başçısı, hazırki iş üzrə İddiaçı icarəyə verilmişdir
3. Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 avqust 2018-ci il tarixli 2(045)-278/2018 nömrəli qətnaməsinə əsasən cavabdehlərin heyvanları ilə birlikdə 800 ha torpaq sahəsindən çıxarılmaları qət edilmiş və həmin qətnamə 27 dekabr 2018-ci il tarixdə icra olunmuş, nəticədə “Hacı-Tağı fermer” təssərüfatına məxsus olan 800 ha torpaq sahəsi 110 gün müddətində cavabdehlərin istifadəsində olmaqla orada xırda buynuzlu heyvanlar saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 38216 manat məbləğində maddi zərərin əvəzinin və 5000 manat məbləğində mənəvi zərər ə görə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən rayon X3 xx.xx.1992-ci il tarixli 4 saylı qərarına əsasən Goranboy rayonu ərazisində yerləşən "Acıdərə" qışlağında 47,48 saylı örüş otlaq sahəsində cəmi 3783,0 ha torpaq sahəsi kəndli fermer təsərrüfatının başçısı olaraq onun müvəqqəti istifadəsinə verilmişdir. Goranboy rayon İcra Hakimiyyəti başçısının 17 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə icarə müqaviləsinin başa çatdığı nəzərə alınmaqla "Acıdərə" qışlağında yerləşən həmin torpaq sahəsindən 2647 ha 15 il müddətinə onun icarəsinə verilmiş, onunla illik 1747,02 manat icarə haqqı ödəməsi şərti ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. Həmçini n, qanuni qüvvəyə minmiş Goranboy Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(045)-287/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, 2017-ci ilin sonlarında Cavabdeh və Yelmar Hüseynov ona icarəyə verilmiş torpaq sahəsinin bir hissəsini zəbt edərək orada tikinti işləri aparmışlar. Bununla əlaqədar tərəflər arasında mübahisənin həlli məqsədilə Cavabdeh rayon İcra Hakimiyyətində qəbulda olmuş və ona yatağını başqa əraziyə köçürülməsi təklif edilmiş xx.xx.2017-ci il tarixdə bu barədə İddiaçı məlumat verilmişdir. Həmin vaxt Cavabdeh hazırda qışlama dövrünün başlanmasını nəzərə alaraq mövsüm başa çatdıqdan sonra fermanı mütəxəssislərin rəyi ilə başqa əraziyə köçürəcəyini bildirmiş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq apardığı tikintini sökməmiş və yatağını basqa əraziy ə köçürməmişdir. Həmin qətnamə ilə cavabdehlər X4 və Cavabdeh tərəfindən icarə hüququ əsasında ona məxsus 800 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin ərazidən çıxarılması qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(045)287/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar 27 dekabr 2018-ci il tarixə icra tədbiri təyin edilmiş, icra sənədində göstərilən tələb tam icra olunmuş və bu barədə 27 dekabr 2018-ci il tarixli akt tərtib edilmişdir. 03 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Goranboy rayon icra və probasiya şöbəsi tərəfindən qəbul olunmuş qərara əsasən Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2(045)287/2018 saylı icra sənədi üzrə icraata x itam verilmişdir. 29 noyabr 2017-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafının təhlili və Proqnozlaşdırılması şöbəsinin və Goranboy Rayon Baytarlıq İdarəsinin nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən Goranboy rayonu, "Acidərə" adlanan qış otlaq sahəsində 48 saylı qışlaqdan icarəyə verilmiş örüşdə onun təsərrüfatında 2050 ana qoyun, 60 törədici qoç, 330 toğlu, 270 keçi, 7 quzu və çəpiş cəmi, 3480 baş xırda buynuzlu heyvanlarının olması müəyyən edilmiş və 29 noyabr 2017-ci il tarixdə Goranboy Rayon Baytarlıq İdarəsi ilə aralarında baytarlıq xidməti haqqında müqavilə bağlanmışdır. 12 noyabr 2018-ci il tarixdə tərtib olunmuş akta asasən Göygöl rayonu Pənahlılar kənd sakinləri Cavabdeh və onun oğlu X4 və onların təsərrüfatının çobanları özlərinə məxsus olan təxminən 2000 (iki min) baş xırda buynuzlu davarları Hacı Tağı adına fermer təsərrüfatına məxsus olan 2600 ha otlaq örüş sahəsini qəsdən, bilərəkdən münaqişə zəminində oktyabr, noyabr və dekabr ayları ərzində qoyunları ərazidə gecə-gündüz otarmaqla otlaq sahəsini tamamilə yararsız hala salmaqla onun təsərrüfata xeyli miqdarda ziyan vurmuşlar. Yəni, ərazidə heyvanların otlaq sahəsində saxlanılması mümkün olmamışdır. Ona görə də təsərrüfatın qoyun və quzularının, keçilərinin yemsizlik ucbatından gündə 10-12 başı tələf olmuşlar, boğaz qoyunlar quzu salmışlar. Beləliklə, oktyabr, noyabr və dekabr aylarında 80 baş qoyunlar, toğlular tələf olmuşdur. Tələf olmuş heyvanların bir başının orta dəyər qiyməti 250 manat olmaqla 80 baş qoyunun dəyəri, cəmi 20000 (iyirimi min) manat təşkil edir. "Ha cı Tağı" adına kəndli fermer təsərrüfatında zootexnik işləyən X5 tərəfindən verilmiş rəyə əsasən 2900 baş xırda buynuzlu heyvanlar üçün 110 yem günündə, cəmi 33.660 kq arpa, 54.120 kq yonca otu sərf edilmişdir. Əlavə edilən sənədlərdən göründüyü kimi, Goranboy rayon İcra Hakimiyyəti başçısmın 17 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə "Acıdərə qışlağında yerləşən torpaq sahəsindən 2647 ha 15 il müddətinə ona icarəyə verilmiş, 2017-ci ilin sonlarında Cavabdeh və Yelmar Hüseynov adlı şəxslər ona icarəyə verilmiş həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt edərək orada tikinti işləri aparmışlar. Bununla əlaqədar məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsinə əsasən 800 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin əraz idən çıxarılmaları qərara alınmış, qətnamə qüvvəyə mindikdən sonra tam icra edilmişdir. Məhkəmənin qətnaməsi 02 avqust 2018-ci ildə qəbul edildikdən sonra cavabdehlər qətnamənin olmasına məhəl qoymamış, özbaşına hərəkətlərini davam etdirməklə ona məxsus torpaq sahəsində öz heyvanlarını otarmış, torpağı tam yararsız hala salmış, ona məxsus heyvanlar yeməyə ot tapmamış və o, məcbur olub heyvanları üçün 18216 (on səkkiz min iki yüz on altı) manat dəyərində arpa və yonca almışdır. Eyni zamanda 80 baş xırda buynuzlu heyvanları aclıqdan tələf olmuşdur. Odur ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində özünün təsərrüfatına 38216 (otuz səkkiz min iki yüz on altı) manat maddi zərər və 5000 manat mənəvi zərər dəyməsini və həmin məbləğdə pulun onlardan alınıb verilməsi barədə qətnamə çıxarılmas ı xahiş edilmişdir.
3. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 890 baş xırda buynuzlu heyvanın 110 gün müddətində dam şəraitində saxlanması üçün tələb olunan xərcin, yəni 78000 manat məbləğində pulun və 80 baş xırda buynuzlu heyvanın (hər birinin dəyəri 250 manat olmaqla) dəyəri olan 20000 manat pulun, cəmi isə 98000 manat pulun cavabdehlərdən birgə qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4. “Mal-Qara” bazarının müdiri X2 məhkəməyə ünvanladığı 27 sentyabr 2020-ci il tarixli, 25/09 nömrəli məktubdan görünür ki, 2018-2019-cu illərdə 1 kq arpanın bazar dəyəri 0,42 manat və 1 kq yonca otunun dəyəri 0,27 manat təşkil edir. 5. “Mal-Qara” bazarının müdiri Zaur Nəsiroğlu İsmayılovun məhkəməyə ünvanladı ğı 30 sentyabr 2021-ci il tarixli, 50 nömrəli məktubdan görünür ki, 1 kq senaj yeminin 2018-2019-cu illərdəki bazar dəyəri 0,11 manat təşkil edir.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Göygöl X8 Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli, nömrəli məktubuna əsasən zootexniki qaydalara uyğun olaraq qış mövsümündə qapalı şəraitdə 1 (bir) baş qoyunun saxlanılması üçün gündəlik 2 ki quru ot, 1,5 kq kq silos və 0,2 kq qüvvəli yem tələb olunur. 7. “Hacı-Tağı” adına kəndli fermer təsərrüfatında zootexnik işləyən X5 tərəfindən verilmiş rəyə əsasən Hacı-Tağı adma kəndli fermer təsərrüfatında 2900 baş xırda buynuzlu heyvanlar olduğu göstərilmişdir.
8. Göygöl Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(066)-272/2021 nömrəli qətnaməsi ilə (hakim Qələmd ar Abbasov) iddanın qismən təmin edilməsi, cavabdehlərdən birgə qaydada 67000 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, 890 heyvanın 110 gün müddətində tövlə şəraitində saxlanılması üçün cavabdehlərdən birgə qaydada tələb olunan 78000 manat pulun iddiaçıya verilmısinə aid hissədə iddia qismən təmin edilməli, iddianın cavabdehlərdən 20000 manat pulun tutulması dair hissədə qanuni əsası olmadığına görə təmin edilməməlidir.
10. Belə ki, xırda buynuzlu heyvanın bir gün ərzində tövlə şəraitində saxlanılması üçün ( 2kq yonca otu=0,44 qəpik, 1,5 kq silos=0,165 qəpik, 0,2 kq arpa yemi=0,08 qəpik) 0,685 qəpik pul tələb olunur. Bir baş heyvanın 110 gün dam şəraitində saxlanılması üçün (0,685 qəpik x 110 gün=75,35) 75,35 manat pul tələb olunur. Belə olanda 890 baş xırda buynuzlu heyvanın 110 gün müddətindı dam şəraitində saxlanması üçün 67000 manat pul tələb olunur.
11. Məhkəmə 20000 manat maddi ziyanın təmin edilməməsini onunla əsaslandırır ki, Hacı-Tağı kəndli fermer təsərrüfatı 110 gün müddətində 67000 manatlıq qida rasionu alıb heyvanları yemləsəydi təsərrüfatda 80 baş xırdabuynuzlu heyvanlar tələf olmazdı. Ona görə də, iddia 20000 manat hissədə təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.2 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdehlər apellyasiya şikayəti verərək b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, şahid kimi ifadə vermiş şəxslər “Hacı-Tağı” fermer təsərrüfatının işçiləri olmaqla, iddiaçıdan asılıdırlar. Belə ki, həmin təsərrüfatın rəhbəri iş üzrə İddiaçıdir. Bu isə özlüyündə şahid ifadələrinin doğruluğunu şübhə altına alır.
15. Apellyasiya şikayətinin digər dəlilinə görə, birinci instansiya məhkəməsi Goranboy Rayon Məhkəməsinin 2 avqust 2018-ci il tarixli, 2(045)-278/2018 nömrəli qətnaməsinə sübut kimi istinad edərkən, yalnız qətnamənin nəticə hissəsinə deyil, həbelə qətnamənin nəticəsini müəyyən edən işin faktiki hallarına istinad etməli idi.
16. Həmçinin məhkəmənin əsaslandığı “Hacı- Tağı” fermer təsərrüfatında zootexnik işləyən Adil Məmmədovun rəyi iş üzrə sübut kimi qəbul edilə bilməz. Həmin şəxsin bu işlə bağlı rəy verməsi üçün hər hansı hüququ yoxdur. Əvvəla, o da iddiaçının işçisi olmaqla ondan asılıdır, ikincisi isə onun bu cür səlahiyyətinin olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmamışdr.
17. Cavabdehlər onu da qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan belə nətiəcəyə gəlmək olur ki, iddiaçı ona ziyan dəyməsini 2600 ha otlaq örüş sahəsində oktyabr, noyabr və dekabr aylarında cavabdehlərə məxsus heyvanların otarılmasında görür və bunu təsdiq edən yeganə sübut kimi isə xx.xx.2018-ci il tarixli akta istinad edir. Halbuki, iddiaçı ilk öncə cavabdehlərin hüquqa zidd əməllərinin olmasını sübut etməlidir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası (bu ndan sonra - apellyasiya instasiya məhkəməsi) 8 iyul 2022-ci il tarixli, 2(104)-1521/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ədil Məmmədovun sədrliyi və məruzəsi ilə, Rəhman Muradov və Fikrət Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmış, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehlər tərəfindən verilmiş şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin mahiyyətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirilir.
20. Birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş 67000 manat məbləğində pulun cavabdehlərdən alınıb iddiaç ıya verilməsi hissədə gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin nəticə əsaslı və qanuni deyildir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının 80 baş xırdabuynuzlu heyvanının tələf olması və həmin heyvanların tələf olmasında cavabdehlərin təqsirli olmaları fakt kimi müəyyən edilməmişdir. 21. 890 baş xırda buynuzlu heyvanın 110 gün müddətində tövlə şəraitində saxlanması üçün 67000 manat məbləğində pul tələb olunması və iddiaçının həmin vəsaiti xərcləməsi isə inandırıcı deyildir, iddiaçı tərəf həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin məsələ ilə bağlı iddia ərizəsinin özündə ziddiyyətli hallar göstərilmişdir; “Hacı-Tağıı kəndli fermer təsərrüfatı 110 gün müddətində 67000 manatlıq qida rasionu alıb hey vanları yemləsəydi təsərrüfatda 80 baş xırda buynuzlu heyvanlar tələf olmayacağını qeyd edən iddiaçı həmin müddətə 2900 xırda buynuzlu heyvanların yemlənmələri üçün cəmi 18216 manat dəyərində yem aldığını göstərmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi daha sonra hesab etmişdir ki, “HacıTağı” kəndli fermer təsərrüfatının işçiləri tərəfindən tərtib edilmiş və Hacı-Tağı kəndli fermer təsərrüfatının möhürü ilə möhürlənmiş 27 dekabr 2018-ci il tarixli aktı və işə baxılarkən iddiaçının məhkəməyə dəvət etdiyi şahidlərin ifadələri 67000 manat məbləğində pul tələbi barədə iddianın təmini üçün mötəbər sübutlar kimi qəbul edilə bilməz. Həmin akt iddiaçının rəhbəri olduğu fermer təsərrüfatının işçiləri tərəfindən tərtib edilmiş, fermer təsərrüfatının işçiləridir. Həm aktı tərtib edən şəxslər, hə m də şahidlər işin nəticəsində bilavasitə maraqlıdırlar.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassator şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
26. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1132-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdı r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhk əməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər iddia ərizəsində və apellyasiya məhkəməsi işə baxılan zaman da irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2(104)1521/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.