Məhkəmə qərarları › İş №2(102)-2070/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2070/2019

05.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2070/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı X1 vəkili Vəkil və üçüncü şəxs Maraqlı şəxs vəkili X6 oğlunun iştirakı ilə, İddiaçı oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7974/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Q.Sadıqov) 2(007)-547/2018 nöm rəli, 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib, İddiaçı oğlu ilə Cavabdeh arasında 30 avqust 2016-cı il tarixdə bağlanaraq Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən həmin tarixdə reyestrdə 4Ə-669 nömrə ilə qeyd adilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 26 nömrəli evin 146 nömrəli mənzilinin 03 sentyabr 2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarış ləğv edilməsi, həmin mənzilə dair İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi, 65.000 manat məbləğində pul İddiaçı oğlundan alınaraq Cavabdeh verilməsi, Bakı şəhə ri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 16 nömrəli evin 146 nömrəli mənzili Cavabdeh alınaraq İddiaçı oğluna qaytarılması, pulun verilməsi ilə mənzilin qaytarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və V.T.Həsənov ) 2(103)-7974/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-547/2018 nömrəli, 17 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, reyestr çıxarışının ləğv edilməsi və alınmış pulun geri qaytarılması barədə” iddiası rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı oğlu Cavabdeh qarşı “alqı-satqı müqavil əsinin etibarsız sayılması, reyestr çıxarışının ləğv edilməsi və alınmış pulun geri qaytarılması” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh ilə 30.08.2016-cı il tarixdə aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılaraq mülkiyyət vəsiqəsinin ləğv edilməsi, yeni qeydiyyat vəsiqəsində mülkiyyətçi onun göstərilməsi, eləcə də 65.000 manat pulun ondan cavabdehə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7974/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gö ndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs vəkili X6 oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyas ında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-7974/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə nin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: -İddiaçı oğlu (satıcı) ilə Cavabdeh (alıcı) rasında 30 avqust 2016-cı il tarixdə bağlanaraq Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən həmin tarixdə reyestrdə 4Ə-669 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı özünə məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 26 nömrəli evin 146 nömrəli mənzilini alıcının mülkiyyətinə vermişdir. Satıcı əmlakı 65.000 manata satmış, alıcı sə həmin qiymətə almışdır; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Nizami rayonu, B.Nuriyev küçəsindəki 26 nömrəli evin 146 nömrəli mənzili 03 sentyabr 2016-cı il tarixdə Cava bdeh adına qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsində mənzilin qiyməti 65.000 manat göstərilib, həmin məbləğ alıcı tərəfindən satıcıya ödənilib. Əlavə 13.000 manat pula münasibətdə müqavilə yoxdur. Müqavilədən kənar pul öhdəliyi yarana bilməz. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəkərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, alqı-satqı edilmiş mənzilin qiymətinin satıcıya ödənilməsi alıcının öhdəliyidir. Öhdəliyin icra edilməməsi öhdəliyi əmələ gətirən müqavilənin (əqdin) etibarsızlığına əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilib, lakin həmin əsasların sırasında “öhdəliyin icra edilməməsi” nəzərdə tutulmayıb. Mülki qanunvericiliyin heç bir müddəasında “öhdəliyin icra edilməməsi” əqdin etibarsızlığının əsası kimi müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir ki, “öhdəliyin icra edilməməsi” əqdin bağlanmasından sonra mövcud olan haldır, əqdin etibarsızlığına o hal əsas ola bilər ki, həmin hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olsun. Mülki Məcəllənin 337.1- ci maddəsinin göstərişi də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunub ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Burada işlədilən “pozmaqla bağlanmış” i fadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Odur ki, “öhdəliyin icra edilməməsi” əqdin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd kimi qiymətləndirilməsinə əsas verə bilməz. Əgər alıcı öhdəliyi icra etməyibsə, belə halda satıcı alıcıya qarşı mənzilin qiymətinin ödənilməsi barədə iddia verə bilər. Bundan əlavə apellyasiya instnasiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 30.06.2017-ci il tarixində 2(007)-2539/2017 nömrəli başqa iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi ilə mənzil ərarvadın ümumi birgə mülkiyyəti hesab olunub, mənzildə cavabdehin (ərin) payı 1\3 hissə, üçüncü şəxsin (arvadın) payı 2/3 hissə müəyyən olunub. Cavabdeh (ər) həmin qətnamənin icrasına mane o lmaq üçün 5 ay sonra - 13.11.2017-ci il tarixində alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddianın verilməsini təşkil edib, özü isə cavabdeh kimi iddianı etiraf edib. Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna (əqdlərin etibarsızlığının əsaslarını müəyyən edən normalara) ziddir və üçüncü şəxsin mənzil üzərində mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7974/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7974/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar