Məhkəmə qərarları › İş №2(102)-2070/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2070/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2070/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-713/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 5 avqust 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh Sərraf oğlu İddiaçı kartof əkib-becərməsi üçün ümumilikdə 7600 manat və Xəyal adlı şəxsin məhkəmə işi ilə bağlı 6500 manat almış və indiyədək həmin vəsaitləri qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqlarını işə düzəltmək adı ilə aldığı 4000 manat, Xəyalın məhkəməsi adı ilə aldığı 4600 manat və Gədəbəy rayonunda kartof əkib becərmək adı ilə aldığı 7600 manat pulun, 138,6 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X11 ilə təxminən 2 il bundan əvvəl uşağını həkimə aparan zaman taksi sürücüsü kimi tanış olmuş, onunla uşağını “Ömür” klinikasına aparıb gətirmiş, təxminən birlikdə 5 gün uşağı aparıb-gətirmişlər. Taksidə söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, artıq o “karqo terminalında” işə düzəlib və ona görə uşağı aparıb-gətirə bilməyəcəkdir. Həmin vaxt o, cavabdehə bildirmişdir ki, əgər orada yaxşı iş olsa, onun da oğlunu, qızını ora işə düzəltməkdə köməklik göstərsin. Bir həftədən sonra cavabdeh ona zəng etmiş və tanışı Xəyal vasitəsi ilə uşaqlarını işə düzəldə biləcəyini bildirmişdir. İşə düzəltmək üçün ilkin sənədləri hazırlamağı tapşırmış, 6500 manat pul istəmiş və bildirmişdir ki, 10 gün ərzində işə çağıracaqdır. O zaman 6500 manat pulu hissə-hissə olmaqla cavabdehə vermiş və cavabdeh bildirmişdir ki, həmin vaxt pulu Xəyal adlı şəxsə verəcəkdir. Lakin 3 ay keçməsinə baxmayaraq uşaqlarının heç birini işə düzəldə bilməmişdir. O, dəfələrlə Samirə xəbərdarlıq edərək ya uşaqlarını işə düzəltməyi, ya da ona verdiyi pulu qaytarmağı tələb etmişdir. Samir vaxtı uzatmışdır. Ona görə də xəstə həyat yoldaşı ilə birlikdə Samirin Sabunçu rayonu ərazisində doğum evində tibb bacısı işləyən anasının yanına gedərək Samirin karqoda işləyib-işləmədiyini soruşmuş və Samirin anası bildirmişdir ki, oğlu işdən gec gəlir. Anası ona deyilənləri Samirə çatdıracağını və onun uşaql arını işə düzəltdirməsi üçün verdiyi sözə əməl etdirəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, Samir yenə də heç bir iş görməmişdir. Ona görə məcbur olub Samirin yaşadığı evə gedərək onun ata-anası ilə görüşmüş, ya uşaqları işə düzəltməsini, ya da pulunu qaytarılmasını tələb etmişdir. Həmin vaxt Samirin ata-anası şübhəli danışmışlar, onun uşaqlarını işə düzəldibdüzəltməyəcəklərini bilmədiklərini bildirmişlər. O zaman Samiri çağırtdırmış və ondan uşaqların işə düzəldib-düzəltməyəcəyini soruşmuşdur. Həmin vaxt Samir bildirmişdir ki, iş məsələsini Xəyal həll edəcəkdir. Ona görə o, Samirin anası ilə Xəyalgilə getmişdir. Xəyalın anası ilə görüşmüş, həmin vaxt Xəyalın bacısı bildirmişdir ki, Samir və anası yalan deyir, Samir yalnız onun pulunu Xəyala verib, digərlərindən heç bir qəpik almayıb, həmin pulları Samir alıb xərcləyib. O, pulu verməsələr məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin vaxt Xəyalın anası və bacısı evi satıb pulunu ödəyəcəklərini bildirmişlər. Ona görə o, sonradan ev üçün müştəri göndərmiş, lakin evi satmamışlar. Həmin vaxt ona aydın olmuşdur ki, Samir və Xəyal onu aldadır, ona görə məcbur olub polisə müraciət etmişdir. Polis orqanları həm Xəyalı, həm Samiri saxlasalar da, lakin sonradan Samiri işdən kənarlaşdırmışlar. Ona və digər şəxslərə olan borcun qaytarılması barədə Sabunçu Rayon Məhkəməsində işə baxılarkən Samir ona bildirmişdir ki, Xəyala verilmiş bütün pulların qaytarılması məqsədi ilə məhkəmədə iş görmək üçün ondan 4500 manat pul almışdır. Həmin vaxt Samir ona bildirmişdir ki, Xəyal barədə məhkəmə prosesi gedir və Xəyalın on a-Samirə böyük məbləğdə pul borcu vardır. Ona görə məhkəmə işlərinin aparılması üçün ona 4500 manat pul versə, məhkəmə qətnaməsi qəbul etdirəcək və Xəyaldan pul alaraq ona olan bütün borcları qaytaracaqdır. Ona görə o zaman əlavə olaraq Samirə 4500 manat pul vermişdir. Onunla cavabdeh arasında çoxsaylı telefon danışıqlarında ondan pulun alması faktı təsdiq edilmişdir. O zaman elə hesab etmiş ki, Samir günahsızdır və onun pulunu başqa adla mənimsəmişdir. Ona görə o zaman Samirlə münasibətlərini təkrarən yaxşılaşdırmışdır. Bir müddət sonra Samir bildirmişdir ki, Gədəbəydə torpaq sahəsi var, orada yaxşı kartof əkib becərməklə 3 qat qazanc götürə bilər. Bunun üçün pul lazım olduğunu bildirmişdir. Ona görə o, Samirə iki hektar torpaq sahəsinin əkib becərmək üçün ilkin olaraq 3400 manat, daha sonra 3200 manat pul vermişdir. O zaman Samir söz vermişdir ki, hər hektardan 10 ton kartof götürəcəkdir. O da Samirə inanmışdır. Bir müddət sonra Samirdən kartof əkib-əkmədiyini soruşduqda, Samir bildirmişdir ki, verilmiş pulun müqabilində kartof əkmiş və kartofun çıxarılması üçün əlavə pul lazım olduğunu bildirmişdir. Ona görə də yenidən əlavə olaraq 1000 manat pulu yeznəsi vasitəsi ilə Samirə göndərmişdir. Lakin sonradan Samir ona nə kartof, nə də pul qaytarmamışdır. Samir onu aldatmış, ona verilən pula özü üçün yaxşı münbit sahədə kartof əkmiş və sataraq külli miqdarda gəlir götürmüşdür. Lakin ona bildirmişdir ki, guya onun üçün əkdiyi sahədən cəmi 3 ton keyfiyyətsiz və çürük kartof çıxarılmış, həmin kartofu heç kim almamış və zay olmuşdur. Samirin onu aldatmasını yerində yoxlamaq üçün Gədəbəy rayonuna getmiş və kartof sahəsini mütəxəssislərlə aydınlaşdırmış və məlum olmuşdur ki, Samir onu aldadıb, ondan aldığı pula özü üçün yaxşı yerdə kartof əkmiş, onun üçün isə pis yerdə və az sahədə kartof əkmiş, həm də əkilən toxumluğu lazım olandan iki dəfə az sərf etmişdir. Ona görə də orada kartof bitməmişdir. Ona görə Samirdən pulu istədikdə, Samir müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Samirin əvvəldən fikri onu aldatmaq olmuş və o öz istəyinə nail omuşdur. Həyat yoldaşı 1-ci qrup əlildir və onun himayəsində olan əkiz nəvələri ağır xəstədirlər, onun daimi müalicəyə ehtiyacı vardır. Maddi vəsaitinin olmaması üzündən xəstə ailə üzvləri müalicəsini təmin edə bilmir. Bununla əlaqədar onu aldadaraq pulu alıb qaytarmayan Aliyev Samir barəsində qanuni tədbir görülməsi və ona verdiyi 7600 manat pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılmış, iş üzrə cavabdeh Aliyev Samifin izahatı alınmışdır. Cavabdeh öz izahatında qeyd etmişdir ki, ümumilikdə ondan 7600 manat pul almış, lakin kartof əkibbecərə bilmədiyi üçün pul qazana bilməmişdir. Ondan aldığı 6100 manat pulun yarısını, ayda 100 manat olmaqla qaytara bilər. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində HK-1/3021 saylı material üzrə işin mülki xarakterli olduğunu əsas gətirməklə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Mübahisəli işin mülki qaydada həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildiril mişdir.

4. Daha sonra ilkin iddia üzrə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh uşaqlarını işə düzəltmək adı ilə aldığı 4000 manat, Alıyev Xəyalın məhkəmədə vəkilə verilməsi, avtomaşının təmiri, icarə haqqının ödənilməsi və s. ad ilə ondan aldığı 6500 manat və Gədəbəy rayonunda kartof əkib-becərmək adı ilə ondan aldığı 7600 manat, ümumilikdə 18100 manat pulun və 138,6 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Sonradan ilkin iddia üzrə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh Xəyalın məhkəməsində iş görmək adı ilə aldığı 6500 manat, kartof əkib becərmək adı ilə aldığı 7600 manat pulun və ödənilmiş 138,6 manat dövlət rüsumunun alın araq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Gədəbəy rayonunda kartof əkib becərilməsi üçün xərclədiyi 614 (altı yüz on dörd) manat vəsaitin, müxtəlif vaxtlarda ona verdiyi 2014 (iki min on dörd) manat vəsaitin və ona vurduğu mənəvi ziyana görə 10000 (on min) manat vəsaitin, ümumilikdə 12428 (on iki min dörd yüz iyirmi səkkiz) manat vəsaitin alınaraq ona ödəniİməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində bildirdiyi ilk 2 iddia üzrə Sabunçu Rayon Məhkəməsində məhkəmə baxışı keçirilib v ə müvafiq qərar qəbul edilmişdir. Cavabdehin iddia ərizəsində özünə daha keyfiyyətli torpaq sahəsi alması barədə məlumat həqiqəti əks etdirmir. Belə ki, cavabdehin icarəyə götürərək kartof əkdiyi sahə qara torpaq ərazidə, onun kartof əkdiyi sahə isə sarı torpaq ərazidə yerləşir. Cavabdeh iddia ərizəsində guya ona 7600 manat verdiyini qeyd etmişdir. Lakin həmin məbləğin 1000 manatını Təranənin kürəkəni ona verməmiş, özü kəndə gedərək hazır məhsulu sahədən fəhlələrə çıxartdıraraq aparmışdır. O, görüləcək bütün işlər və xərcləri barədə Təranəyə əvvəlcədən məlumat vermişdir. Təranə onunla hazırlanmış və hesablanmış layihə əsasında ona aşağıda qeyd edilən xərcləri ödəmək üçün pul vermiş, kifayət etmədiyi halda özünün vəsait xəcləməsini və sonradan xərclərini ödəyəcəyini bildirmişdir. Torpaq ica rə haqqı - 2 hektar 500 manatdan = 1000 manat; payız şumu - 2 hektar 60 manatdan = 120 manat; toxum - 2 hektar 6 ton 55 qəpikdən = 3300 manat; toxum səpmək - 2 hektar 130 manatdan = 260 manat; gübrə -10 kisə - Azot =260 manat; gübrə - 4 kisə - yemləmə =144 manat; alaq dərmanı - 180 manat; dərmanı səpməyə -100 manat; yaz şumu - 2 hektar 60 manatdan = 120 manat; əkin - 2 hektar 150 manatdan = 300 manat; birinci döyüm - 2 hektar 60 manatdan = 120 manat; birinci döyüm - 2 hektar 60 manatdan = 100 manat; həşərat dərmanı- 50 manatdan 2 dəfə =120 manat; maşın pulu (Qazel) - 130 + 60 = 190 manat; fəhlə - gündəlik 25 manat, 2 nəfər x10 gün = 500 manat; fəhlələrə və traktorçuya yemək - 300 manat; fəhlələrə və traktorçuya siqaret pulu -100 manat, ümumi xərc 7214 manat. Göründüyü kimi, Təranənin əlavə xərcləri hesablamadan ona kartof əkinindən 7214 - 6600= 614 manat məbləğində borcu qalmışdır. Fəhlələrdən aldığı məlumata görə İddiaçı kartof əkdiyi sahədən 3,5 - 4 ton kartof çıxarılıb. İddiaçı ondan 2022-ci ilin noyabr ayında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə şikayət edərək ona borclu olduğunu bildirmişdir. O, öz abrına utanaraq orda Təranənin ümümi xərcləmiş olduğu 6100 manat vəsaitin yarısını, yəni 3050 manat hissəsini hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Ondan sonra İddiaçı 1500+300=1800 manat ödəmişdir. Bununla İddiaçı 614+1800=2014 manat məbləğində pul vəsaiti vermiş hesab olunur. O, gündəlik 25 manat ödəməklə icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu vaxtda 5 dəfə İddiaçı (ümumilikdə 20 gün) kartof əkdiyi sahəsində işlərin yerinə yet irilməsi üçün öz hesabına Gədəbəy rayonuna getmişdir (Gədəbəy rayonuna gedib gəlmək üçün avtomobilin tək yanacaq xərci 120-150 manat edir). Buna görə Təranə ona ödəniş etməyib. Bununla, İddiaçı onu qazana biləcəyi gəlirdən məhrum etmişdir. İddiaçı bu dələduzluq əməlləri ilə ona və ailə üzvlənə mənəvi zərər vurmuşdur. İddiaçı onun vaxtını boşuna sərf etməsinə, lüzumsuz xərcə düşməsinə səbəb olmuş, habelə əldə edəcəyi gəlirləri əldən çıxdığından mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəyib. Ona dəymiş mənəvi ziyanı 10000 manat vəsait kimi qiymətləndirir. Bundan əlavə, ödəmiş olduğu 138 manat 60 qəpik dövlət rüsumunun ona ödənilməsi barədə iddiasının qarşılıqlı iddia təmin edildikdə cavabdehdən tutulmalı olduğu qənaətindədir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsin in 2(008)-2419/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 6500 manat və 7600 manat olmaqla, cəmi 14100 manat məbləğində pul vəsaiti və 132,3 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442 və 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sə raf oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Gədəbəy rayonu ərazisində iddiaçının kartof sahəsində becərmə işlərini aparmış, Gədəbəy rayonu, Xar-Xar kənd sakini, xx.xx.1965-ci il təvəllüdlü X8 vasitəçiliyi ilə kartofu yığmışdır. Hətta qeyd edilən şəxsin məhkəmə prosesində şahid qismində dindirilməsi ilə bağlı ərizə də verilmişdir. Lakin iddiaçı şahidlə əlaqə saxladıqdan sonra X12 məhkəmə prosesinə gəlməmişdir. Həmçinin hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələb etdiyi pul ondan deyil, X2 tutulmalıdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n (F.Babayev (sədrliyi və məruzəsi ilə), hakimlər G.Axundova və C.Musayeva) 2(103)-713/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2419/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 6500 manat və 7600 manat olmaqla, cəmi 14100 (on dörd min yüz) manat məbləğində pul vəsaiti və 132,3 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

14. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri borc münasibəti kimi qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında şifahi borc münasibətləri olmuşdur.

16. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.

17. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.

18. Məhkəmə apellyasiya şikayətinin qarşılıqlı iddia üzrə iddiaçının kartof əkilməsi üçün ona verilən 6600 manat məbləğində puldan sonra əkin işləri üçün özünün 7214 manat pul xərcləməsi və hələ qarşı tərəfin ona 614 manat borclu olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, hazırki tələblə bağlı sübutetmə yükü, yəni qarşılıqlı iddia üzrə iddiaçıya maddi zərərin dəydiyini sübut etmək vəzifəsi məhz Cavabdeh Sərraf oğlunun üzərinə düşür, lakin o, həmin halı sübuta yetirə bilməmişdir.

19. Qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki hazırkı iş üzrə onun qarşılıqlı iddia tələbi ilə bağlı sübutetmə yükü öz üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun özü tərəfindən xərcləndiyinə dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir və iş materialları ilə qarşılıqlı iddia üzrə iddiaçıya maddi zərərin dəyməsi faktı təsdiq olunmur. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır.

20. Eyni zamanda apellyasiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının ona dəymiş maddi zərərin ödənilməsi ilə bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi də təmin edilməməlidir.

21. Məhkəmə g əldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 385, 386.1, 390.1, 390.2, 406.1, 425, 442, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1092.1, 1092.1.2, 1093.1, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1589/2021 saylı qətnaməsinə əsasən, İddiaçı və Cavabdeh X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 3700 ( üç m in yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı, 6500 ( altımin beş yüz) manat məbləğində pulun Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilən 6500 manat pul, X2 tutularaq Cavabdeh ödənilməli puldur. Təəssüf ki, məhkəmə qeyd edilən halı nəzərə almamışdır. İddiaçı bildirmişdir ki, Gədəbəy rayonunda kartof əkmək adı ilə ona 7600 manat pul vermişdir ki, iddiaçının iddiasında qeyd etdiyi məlumatlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçının kartof əkdirdiyi sahə daha münbit ərazidə, qara torpaqda yerləşir. İddiaçı iddia ərizəsində ona 7600 manat pul verdiyini qeyd edir. O, görüləcək işlər və xərclər barədə iddiaçıya məlumat vermişdir. İddiaçı bununla razılaşmış və hesablanmış layihə əsasında ona pul v ermişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən pul kifayət etmədikdə özünün vəsaitini xərcləsin və sonradan çəkilən xərcləri ödəyəcək.

24. Göründüyü kimi, iddiaçı cavabdehə kartof əkilməsi üçün pul vermişdir. Cavabdeh qeyd edilən pulu kartof əkilməsi ilə bağlı məsrəflərə xərcləmişdir. Kartof əkildiyi il nəinki Gədəbəy rayonunda, hətta ətraf rayonlarda hava şəraitinin kəskin istiləşməsi nəticəsində əkin sahəsindən istənilən keyfiyyətdə məhsul götürmək mümkün olmamış, bu barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı Gədəbəy rayonu ərazisində iddiaçının kartof sahəsində becərmə işlərini aparmış Gədəbəy rayonu, Xar-Xar kənd sakini, xx.xx.1965-ciil təvəllüdlü X8 vasitəçiliyi ilə kartofu yığmışdır. Hətta qeyd edilən şəxsin məhkəmə prosesində şahid qismində dindirilməsi ilə bağlı ərizə də ve rilmişdir. Lakin iddiaçı şahidlə əlaqə saxladıqdan sonra X12 məhkəmə prosesinə gəlməmişdir. İddiaçının cavabdehdən tələb etdiyi 6500 manat pula gəldikdə isə, məhkəmə araşdırması zamanı toplanmış materillarla müəyyən edilmişdir ki, cavabdeh Xəyal Məmmədov iddiaçılar İddiaçı 4200 manat məbləğində pul almış, ondan 500 manat məbləğində pulu qaytarmış, Cavabdeh isə 6500 manat məbləğində pul almışdır. X1 Sabunçu rayon Polis İdarəsinin 12-cü Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, Cavabdeh qohumu Hikmət Quliyevin məhkəmədə olan işi ilə əlaqədar məsələnin həll olunması üçün Samir Əliyev vasitəsi ilə ümumilikdə 6500 manat məbləğində pul aldığını etiraf etmişdir. Nəticə etibarilə sübut olunmuşdur ki, iddiaçının bildirdiyi kimi, oğlunu işə düzəltmək adı ilə verdiyi pul cavabdehə deyil, X5 verilmişdir. Belə olduğu halda 4000 manat pulun və 6500 manat pulun cavabdehdən tələb edilməsi əsassızdır. Belə ki, sübut olunmuşdur ki, iddiaçının tələb etdiyi pul cavabdehdən deyil, X2 tutulmalıdır. Hal hazırda İddiaçı X2 Cavabdeh xeyrinə tutulmalı olan pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanunsuzdur. Göründüyü kimi, yuxarıda qeyd edilən səbəblərdən hazırki iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermiş, şikayətin dəlillərinin əsassız olduğunu göstərərək təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Et ibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

35. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

36. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

38. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aş ağıdakılara da şamil edilir:

41. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

42. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

43. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 416.1 Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. Cavabdeh və qarşılıqlı iddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman da sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün mü əyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-713/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar