Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2073/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-74/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC və vəkili Əzizli Nəvazi Vidadi oğlu tərəfindən ver ilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Laçın Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(047)-1622/2017 saylı qətnaməsi ilə (hаkim C.C.İbrahimov) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2934,17 ABŞ dolları əsas, 1533,25 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə, cəmi 4717,42 (dörd min yeddi yüz on yeddi ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilm əməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-74/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov, Z.B.Babayev) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Laçın Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(047)-1622/2017 saylı qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1533,25 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək faiz borcunun 895,85 ABŞ dolları məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2934,17 (iki min doqquz yüz otuz dörd dollar, on yeddi sent) ABŞ dolları əsas, 895,85 (səkkiz yüz doxsan beş dollar, səksən beş sent) ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə, cəmi 40 80,02 (dörd min səksən dollar, iki sent) ABŞ dollarının (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC tələbini onunla əsaslandırmışıdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28 faizlə 18 ay müddətinə 5100 ABŞ dolları kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2017-ci il sentyabr ayının 01-dək Cavabdeh1 banka 2934,17 ABŞ dolları əsas, 1533,25 ABŞ dolları faiz, 877,55 ABŞ dolları cərimə məbləği, cəmi 5344,97 ABŞ dolları borcu olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 2934,17 ABŞ dolları əsas, 1533,25 ABŞ dolları faiz, 877,55 ABŞ dolları cərimə məbləği, cəmi 5344,97 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı Ləğv prosesində olan “xxxx” ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin faiz borcunun 895.85 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində ləğv edilib faiz borcunun 1533,25 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin f aktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin kassasiy a şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının f aktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 28% olmaqla 18 ay müddətinə 5.100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin bu günə 2934,17 ABŞ dolları əsas, 1533,25 ABŞ dolları faiz, 877,55 ABŞ dolları cərimə, cəmi 5344,97 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-c i maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq borclu Cavabdeh1 “xxxx” ASC-dən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kred itor «xxxx» ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqavilələrindən görünür ki, həmin müqavilədə göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmadığından apelyasiya instansiyası məhkəməsi qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh1 icra edil məyən digər məbləğlər üçün də cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyə n digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi Azərbaycan Respublikası MM-in 471-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə zamin Cavabdeh2 iradə ifadəsinə zidd olmamış və onun tərəfindən imzlanmışdır. Həmin müqavilə ilə o, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasına razılıq vermişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2934,17 ABŞ dolları əsas, 1533,25 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə, cəmi 4717,42 (dörd min yeddi yüz on yeddi ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə 2934,17 ABŞ dolları əsas, 1533,25 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə, cəmi 4717,42 (dörd min yeddi yüz on yeddi ABŞ dolları qırx iki sent) ABŞ dolları borcun müəyyən edilməsi Cavabdeh1 etirazına səbəb olmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(106)-1056/2018 saylı qərardadı ilə xx.xx.2014-cü il il tarixli kredit sazişi üzrə borc məbləğinin yenidən hesablanmasını təmin etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, № 9685 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 3.129,91 (üç min yüz iyirmi doqquz dollar, doxsan bir sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 895,85 (səkkiz yüz doxsan beş dollar, səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 4.025,76 (dörd min yirmi beş dollar, yetmiş altı sent) ABŞ dol ları məbləğində borcu olduğu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, № 9685 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən faiz borcunun 895,85 (səkkiz yüz doxsan beş dollar, səksən beş sent) ABŞ dolları məbləğində müəyyən edilməsinə baxmayaraq birinci instiansiya məhkəməsi cavabdehlərdən 1533,25 ABŞ dolları faiz borcunun tutulmasına dair səhv nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün h üquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-74/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2073/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2073/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver