Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2073/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (“X2” MMC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı (“X2” MMC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “borcu n ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3098/2025 nömrəli, 7 may 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, 18 mart 2020-ci il tarixdən 30 noyabr 2022ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 11.073,13 manat məbləğində borcun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması; 01 aprel 2021-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün 30.000 manat məbləğində dəymiş ziyanın və 202 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-17/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əldən çıxmış faydaya görə əsas borc üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 6.875 manat faiz və ödənilmiş dövlət rüsumunun 34 manatı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3098/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərardadı ilə (hakimlər: Fuad Abdıyev-sərlik edən və məruzəçi, Cəmilə Musayeva və Fuad Babayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)17/2025 saylı qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elekton” Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından cavabdehin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı xx.xx.2025-ci il tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti cavabdehin n ümayəndəsi və vəkili tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir.
6. Məhkəmə kollegiyası hesab etmişdir ki, müddət bir gün olsa da belə ötürülmüşdür. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən məhkəmə qətnaməsi ona rəsmi qaydada təqdim olunmamış və ünvanına çatdırılmamışdır. Eyni zamanda qeyd etmişdir ki, vəkili Vəkil ilə hüquqi yardım barədə müqavilə, müdafiəçinin onu yalnız Nəsim i Rayon Məhkəməsində təmsil etmək üçün bağlanmışdır. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi barədə məlumatı Vəkil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona bildirmişdir. Belə ki, vəkil mobil telefonuna zəng edib qətnamənin elektron sistemə yerləşdiyini bildirmiş, qətnamədən apellyasiya şikayəti vermək niyyətinin olub-olmadığını soruşmuş və ona bildirmişdir ki, apellyasiya şikayət vermək üçün mütləq qaydada yenidən müqavilə bağlamalı və bunun üçün ödəniş etməlidir. O, vəkilə xəstə olduğunu, eyni zamanda məhkəmənin qətnaməsinin ona verilmədiyini və ünvanına çatdırılmadığını bildirmişdir. Bundan başqa qeyd etmişdir ki, o, Çernobıl əlilidir, bununla əlaqədar olaraq vaxtaşırı müalicə alır və həmin vaxt səhhətində ağırlaşma olduğu üçün müalicədə olmuş, ona görə də vəkillə müqavilə bağlamaq üçün sağ lamlıq və maddi durumu imkan vermirdi. Bununla əlaqədar olaraq vəkilə bildirmişdir ki, pul əldə edən kimi, onunla müqavilə bağlayacaq və xahiş etmişdir ki, apellyasiya şikayətini hazırlayıb göndərsin. Kassator şikayətində Mülki Prosessual Məcəllənin 88, 360-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Ele ktron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
11. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 12.Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 13.Maddə 129.1. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
14. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
15. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyə n edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
17. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Qərardaddan kassasiya şikayəti verən kassator onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmışdır. Belə ki, qətnamə MPM-nin 10-1.3-cü maddəsinə əsasən cavabdehin vəkili və nümayəndəsi olmuş şəxsin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı xx.xx.2025-ci il tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir.
24. MPM-nin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutul muş qaydada (işdə iştirak edə şəxsin özünün və ya nümayəndəsinin elektron kabinetə yerləşdirilməklə) təqdim edilmiş sənədlərin digər qaydada verilməsinin tələb olunmasına yol verilmədiyindən cavabdehin qətnamənin şəxsən onun özünə göndərilməli olduğuna dair mülahizəsi əsassızdır.
25. Kassasiya şikayətində qeyd edilmiş digər mülahizələrlə bağlı (cavabdehin Çernobıl əlili olması, bununla əlaqədar olaraq vaxtaşırı müalicə alması, həmin vaxt səhhətində ağırlaşma olduğu üçün müalicədə olması və s) kollegiya qeyd edir ki, bu hallar buraxılmış müddətin bərpası barədə cavabdeh tərəfindən vəsatət verildiyi halda məhkəmə tərəfindən müddətin bərpasına üzürlü səbəb olub-olmadığı araşdırılarkən qiymətləndirilə bilər. Cavabdehin belə bir vəsatəti olmadığından qeyd edilən halar qanuni və əsaslı olan qəra rdadın ləğv edilməsi üçün əsas ola bilməz.
26. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3098/2025 nömrəli, 7 may 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.