Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2075/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkilləri X7, X5, cavabdeh X4 və vəkili X6 ştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh X1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(056)-362/2019, hakim N.A.Bağırov) İddiaçı X2 qarşı i ddiası qismən təmin edilmiş, cavabdehdən xx xxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.000 manat, xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.000 manat, xx xxxxxx 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 10.000 manat olmaqla, cəmi 30.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(106)-2900/2019, hakimlər Q.B.Kərimov, Z.B.Babayev, N.F.Mirzəyev) X1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 10.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə, cavabdeh isə verdiyi şikayətində iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə X4 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə sonuncuya 10.000 manat, eyni zamanda xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.000 manat verildiyi göstərilmişdir. Tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə isə X1 İddiaçı 10.000 manat borcu olması barədə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı X2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30.000 manat əsas borc, 6.030 manat faiz borcunun, o cümlədən mənəvi zərərə görə 1.000 manat məbləğində pulun tutulub ona verilməsi barəd ə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İş materiallarından da aydın görünür ki, tərəflər arasında xx xxxxx 2016-cı il tarixdə, xx xxxxxxxx 2016-cı il tarixdə kredit müqavilələri, xx xxxxxx 2017-ci il tarixdə isə mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Hər bir müqavilə üzrə iddiaçı cavabdehə 10.000 manat, cəmi 30.000 manat borc vermişdir. Hər bir müqavilə müstəqil bağlanılmaqla, cavabdeh hər müqavilə üzrə ayrıca məsuliyyət daş ımalıdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnaməsində yalnız işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş, iddiaçıya qaytardığı məbləğlər hesablanmamış, borc məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının cavabdehə verdiyi borcun qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öh dəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsi üzrə borcun verilməsini sübutetmə vəzifəsi kreditorun, aldığı pulun qaytarılmasını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. İddiaçının iddia ərizəsinə əlavə etdiyi notarial qaydada təsdiqlənmış xx xxxxx 2016cı il tarixli kredit müqaviləsi üzrə cavabdehə 10.000 manat, eyni zamanda xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.000 manat verildiyi göstərilmişdir. Tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə isə cavabdehin iddiaçıya 10.000 manat borcu olması barədə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinin tələblərinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslana n iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Apellyasiya məhkəməsi kredit müqavilələri üzrə borcun tutulması barədə tələbi əsassız hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci il tarixli borcun etirafı haqqında müqavilədə cavabdehin iddiaçıya cəmi 10.000 manat məbləğində borcunun olması və həmin borcu xx xxxxxx 2017-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürməsi göstərilmişdir. Eyni zamanda cavabdehin birinci kredit müqaviləsi üzrə borcunu göstərilən müddətdə iddiaçıya ödəmədiyi halda, ikinci müqavilə üzrə iddiaçının ona yenidən eyni məbləğdə borc verməsi ağlabatan və inandırıcı deyil. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 882.1-ci maddələrinə əsasən xx xxxxxx 2 017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə göstərilən 10.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh həmin borcun qaytarıldığını göstərsə də, istinad etdiyi halı təsdiq edən heç bir yazılı sübut təqdim etməmiş, eyni zamanda qeyd olunan borc sənədini kreditor məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranın təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Ş irvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2075/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2075/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver