Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2076/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı-nin (hal-hazırda “xxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abuşov) iddia qismən təmin edilmiş, Saatlı rayonu, Gomuşçu kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh1 və Saatlı rayonu, Gomuşçu kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1981-ci il təvəllüdlü Cavabdeh2 xx xxxxxxxx 2014-cü il tarixli 23-M-1-0-621-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi üzrə 1197,79 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə əldən çıxmış fayda kimi hesablanmış 65,90 ABŞ dolları, cəmi 1363 (bir min üç yüz altımış üç) ABŞ dolları 69 (altımış doqquz) sent pulun icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 3 0 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən Q.Kərimov, hakimlər Z.Babayev və N.Mirzəyev) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblə rini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı xxxx İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9101,7 ABŞ dolları əsas borc, 4829,58 ABŞ dolları faiz borcu, 758,9 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 31,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 14722,03 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barə də qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın həcmininn azaldılması barədə ərizə verərək cavabdehlərdən 4829.58 ABŞ dolları faiz borcunun, 758.60 ABŞ dolları cərimənin və kredit müqaviləsi üzrə xx.xx.2014-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə əldən çıxmış fayda kimi hesablanmış 65.90 ABŞ dolları pulun, cəmi 5654.08 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilm əməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda göstərilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, iddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 ay müddətinə, illik 22% ödəmək şərtilə 19000 ABŞ dolları məbləğində kreditin verilməsi ilə əlaqədar xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini öhdəsinə götü rür. «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinə 4829,58 ABŞ dolları faiz borcu, 758,6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 65,90 ABŞ dolları borcu vardır. Cavabdeh1 kredit müqaviləsi üzrə sonuncu ödənişini 17.01 2019-cu il tarixdə 6102 ABŞ dolları məbləğində etmişdir. Kredit ödənişlərinə dair mədaxil qəbzlərindən görünür ki, Cavabdeh1 «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2016-xx.xx.2019-cu il tarixlərində ümumilikdə 13240,45 ABŞ dolları kredit ödənişi etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ek spertizası Mərkəzi tərəfindən hazırki iş üzrə veriilmiş xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və onun (cavabdehin) xx xxxxxxxx 2016-cı il tarixə iddiaçıya 13542,54 ABŞ dolları əsas borcu, 1197,79 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx xxxxxxxx 2014- cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 88,01 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun i sə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,.daşarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra elməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, fa izlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1 -ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbayacan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399 4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1 -ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbayacan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilə r. Qeyd olunanalara əsasən kollegiya hesab edir ki apelyasiya instansiyası məhkəməsi ekspert rəyini işin faktiki halları və tədqiq olunmuş sübutlarla birgə qiymətləndirərək iddiaçının xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixinə olan 1197,79 dolları faiz borcunun, kredit müqaviləsi üzrə xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə əldən çıxmış fayda kimi hesablanmış 65,90 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlı olması barədə qərar qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi cavabdehlərdən xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə tələb oluna n 758,60 ABŞ dolları cərimənin (dəbbə pulunun) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq cərimənin 100 ABŞ dollarınadək azaldılması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2076/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2076/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver