Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2076/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərə görə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-236/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən Cabbar Yusifova ünvanlanmış 905-Ş-21 nömrəli xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu B.Bünyatov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarətləri almağınızla bağlı Sabunçu RPİ-nin İŞ-də araşdırma aparılmış və Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış material qərarın əsaslılığının yoxlanılması üçün rayon prokurorluğu tərəfindən tələb edilmiş, sorğuya cavab olaraq Sabunçu RPİ-dən alınmış xx.xx.2021-ci il tari xli 073-34526124 nömrəli məktubda “dəftərxana işinin təşkili qaydaları”na əsasən saxlama müddəti bitdiyi üçün həmin toplanmış materialın məhv edildiyi bildirilmişdir. Bununla əlaqədar material üzrə qəbul edilmiş qərarın əsaslılığını yoxlamaq mümkün olmamışdır”.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən X3 ünvanlanmış 005-462983 nömrəli xx.xx.2021- ci il tarixli məktubun surətindən görünür ki, “Sabunçu rayonu B.Bünyatov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Sizin və qeyrilərinin xəsarət alması faktına görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin ba şlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə tədbir görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. Həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnuz vardır. Müraciətiniz qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilmişdir. 3. 021488 nömrəli xx.xx.2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. 4. xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, lombard (VÖEN: **********) tərəfindən X3 1018 saylı müqaviləyə əsasən 900 manat məbləğində kredit verilmişdir. 5. xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, lombard (VÖEN: **********) tərəfindən X3 1092 saylı müqaviləyə əsasən 1700 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikinin surətindən görünür ki, X8 "xxxx" ASC-dən 48 ay müddətinə illik 24.72 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit almışdır. xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, lombard (VÖEN: **********) tərəfindən X3 1252 saylı müqaviləyə əsasən 750 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinin surətindən görünür ki, kreditor-girov saxlayan BOKT "xxxx" QSC tərəfindən borclu-girov qoyan İddiaçı 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir.
6. GJN/1 seriyalı 221043 nömrəli girov biletinin surətindən görünür ki, İddiaçı 585 əyarlı qızıl üzüyü xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək girov saxlayan X2 (VÖEN: **********) saxlanca vermişdir. 7. “Elektron notariat” X1 çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində aşağıdakı məzmunda ərizə yazmışdır: “Nəzərinizə çatdırmaq istərdim ki, xx.xx.2017-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mənə dəymiş maddi zərər, sağlamlığımla bağlı xəsarətlərin aradan qaldırılması üçün 6500 (altı min beş yüz) manat ödənildiyi üçün və bu günkü günə kimi qardaşı X9 evimin maddi cəhətdən öhdəliklərini qarşıladıqları üçün minnətdaram. Bu günlərdə Moskva şəhərində yaşayan həkim qohumum mənə dəymək üçün Bakı şəhərinə gəldikdə ayağımın vəziyyətini görüb müalicəmin Moskva şəhərində zəmanətlə başa çatdırmaq mümkün olduğunu bildirdi. Qohumum Moskva şəhərindəki həkim dostları ilə əlaqə saxlayıb müalicəmin orada başa çatmağı üçün təqribi nə qədər pul tələb olunduğunu soruşduqda ona 5600 (beş min altı yüz) ABŞ dolları tələb olunduğunu bildirdilər. Bundan sonra Elnurla əlaqə yaradıb mənə müalicəmin Moskva şəhərində davam etdirə bilməyim üçün kömək edib edə bilməyəcəyini soruşdum, çünki Azərbaycandakı həkimlərə inamım yoxdur. Elnur məndən Moskvadakı həkimlərin müalicəm üçün nə qədər pul tələb olunduğunu soruşduqda 5600 (beş min altı yüz) ABŞ dolları olduğunu bildirdim, o da bir neçə gün möhlət verməyimi istədi və bir qohumundan alıb mənə 5600 ABŞ dollarını verdi. Mən 5600 ABŞ dollarını aldığım üçün Cavabdeh qarşı gələcəkdə heç bir iddiam və tələbim olmayacaq”. Qeyd olunan ərizə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2018-ci il tarixdə 8843 reyestr nömrəsi ilə təsdiq edilmişdir.
8. Bakı şəhəri Sabunçu rayon Prokurorluğu tərəfindən X3 ünvanlanmış 24-m-23 nömrəli xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, “Sizin 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almağınız faktı üzrə Sabunçu RPİ-nin İŞdə toplanmış material DİN-nin xx.xx.2005-ci il tarixli 018nömrəli xx.xx.2015-ci il tarixli 03Q001-15 nömrəli və Sabunçu RPİ-nin xx.xx.2021-ci il tarixli Ə1m-073-21 nömrəli əmrlərinə əsasən xx.xx.2021-ci il tarixdə məhv edilmişdir. Bu səbəbdən material üzrə qəbul olunmuş qərarın qanuni liyini yoxlamaq mümkün olmamışdır”.
9. TYP seriyalı 140114 nömrəli xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə saat 01:30-da idarə etdiyi “Hyundai TG” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakıxanov qəsəbəsi Bünyatzadə küçəsində hərəkət edərkən manevr qaydalarını pozub yolun sağına çıxıb hasara, sonra isə dayanmış vəziyyətdə olan “VAZ 21072 markalı 10KG-146 dövlət qeydiyyat nişanlı avtomobili vurub. Nəticədə avtomobilin sürücüsü, piyadalar X5, X7 yüngül bədən xəsarətləri almışlar.
10. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanmasının əməldə cinayət tərkibinin əlmatələri olmadığından rədd edil məsi, toplanmış materialın Cavabdeh əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Sabunçu RPİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 1323 nömrəli xx.xx.2017-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı sol ayağın daraqarxası sümüklərinin qapalı çıxığı, alın, sol said nahiyələrinin, sol diz oynağının sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomaşın vurması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx.xx.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa mü ddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1770/2017 nömrəli 01 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
13. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində aşağıdakı məzmunda ərizə yazılmışdır: “Yazıb Sizə bildirirəm ki, xx.xx.2017-ci il tarixdə mən İddiaçı **-OD-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh tərəfindən xəsarət yetirilmişdir. Zərərçəkmiş kimi sürücü – Cavabdeh tərəfindən mənə dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün sonuncuya qarşı heç bir id dia və tələbim yoxdur. Gələcəkdə bu hadisə ilə bağlı heç bir məhkəmə və digər orqanlara müraciət etməyəcəyəm”. Qeyd olunan ərizə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2017-ci il tarixdə 7E-23749 reyestr nömrəsi ilə təsdiq edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu günkü günə qədər (əvvəlki dövr üçün) müalicəsinə, həmçinin əməliyyatlarına çəkdiyi ümumi xərclərinin 40.000 manat hissəsi məbləğində; əvvəlki dövr üçün əldən çıxmış ümumi qazancının 32.400 manat hissəsi məbləğində; Almaniya klinikasında əməliyyat olunması üçün 35.000 manat məbləğində vəsait və 5000 manat məbləğində gediş-gəliş və digər əlavə xərclər üçün kompensasiya və cəmi 40000 manat məbləğində; vurulmuş zərərin icbari sığortaçısından ala bilmədiyi 8500 manat kompensasiya məbləğinin (hadisəni təsdiq edən müvafiq qərar ona təqdim edilmədiyi üçün 5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığına ağır zərər vurulduğuna görə kompensasiyanı sığortaçıdan ala bilmədiyi üçün); əmlakına (avtomobil - 7000 manat hissəsi, marketdə olan ərzaq mallarına görə - 30.000 manat hissəsi və hadisə vaxtı üzərində olan 1700 manat məbləğində vəsait) dəymiş ziyana görə cəmi 38.700 manat; mənəvi istirab və əzaba görə dəymiş zərərə görə 50.000 manat hissəsi məbləğində kompensasiya; xx.xx.2022-ci il tarixindən etibarən yaşaması və müalicə xərcləri üçün ömürlük hər ay 500 manat məbləğində vəsaitin tutulması; ümumilikdə isə cəmi 209.600 manat (iki yüz doqquz min altı yüz) məbləğ ində kompensasiya məbləğinin, həmçinin ərizənin verildiyi tarixdən hesablanmaqla hər ay üçün 500 manat məbləğində yaşayış və müalicə xərclərinə görə ömürlük aylıq dolanacaq xərci kimi ödənişin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Sabunçu rayonu ərazisində market işlətmoişdir. Orta aylıq xalis gəliri ən azı 1000-1200 manat təşkil etmişdir. Bakı şəhəri Sabunçu rayonu ərazisində 2017-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, ömürlük əlil olmuşdur və 1 qadın da ağır xəsarətlər almışdır. Ağır psixotrop maddənin təsiri altında olan Cavabdeh idarə etdiyi “Hyundai” markalı avtomobil dükanını gecə saat 1-2 radələrində bağla yıb maşına əyləşdiyi zaman xx.xx.2017-ci il tarixdə yüksək surətlə idarə etməni itirərək gəlib onun maşınına çırpılmış və yol kənarında dayanan 1 xanıma da xəsarət yetirmişdir. Avtomobilin surəti o qədər yüksək idi ki, zərbənin təsiri onu avtomobilin ön oturacağından arxa oturacağa atmışdı və o, huşunu tamam itirmişdi. Hadisə günü üstündə olan 1700 manat məbləğində (dükanın kassasından götürdüyü malın pulu) vəsait də naməlum şəraitdə itmişdir. Beləliklə də YNH-də təqsirkar olan Cavabdeh barəsində heç bir lazımi qanuni tədbir görülmədən əksinə barəsində sadəcə inzibati tənbeh tədbiri görülməklə məsuliyyətə cəlb edilmişdir (həmin qərar nə Sabunçu RPİ, nə də Sabunçu rayon prokurorluğundan ona təqdim edilmir). Hadisə nəticəsində onun şikəst qalması, 1 qadının da ağır xəsarətlər almasından başq a onun avtomobili də tam yararsız vəziyyətə düşmüşdür. Lakin Sabunçu RPİ-nin və Sabunçu rayon prokurorluğunun işə baxan müvafiq əməkdaşları hesab etmişlər ki, təqsirkarın sadəcə inzibati məsuliyyətə cəlb edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbul edilməsi qanuna uyğundur. Bu olduqca absurd və ağlasığmaz hərəkətdir. Lakin bu faktı o, 2017-ci ildən heç bir hüquq mühafizə orqanına sübut edə bilmir. Belə ki, müvafiq hadisə üzrə çıxarılmış olan sözügedən qərarı həm Sabunçu polisindən, həm də Sabunçu prokurorluğundan dəfərələrlə istəməsinə baxmayaraq ona cavabında arxiv işi olduğu üçün müvafiq qərar məhv edilmişdir kimi cavab verilmişdir. Beləliklə də, o, həmin qərarın surətinin ona təqdim edilmədiyi üçün cavabdeh (zərərvuran) Cavabdeh icbari sığortaçısı olan müvafiq sı ğortaçısından dəymiş zərərə görə maddi kompensasiyasını ala bilmir (5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığına ağır zərər vurulduğuna görə ümumi 8500 manat). Bundan da başqa məlum yol-nəqliyyat hadisəsindən sonra onu Sabunçu Rayon Xəstəxanasının (3 saylı Şəhər Klinik Xətəxana) cərrah həkimi səhv əməliyyat edib. Bunun nəticəsində o öz səhvini etiraf edərək onun dərmanlarının bir hissəsinin xərclərini və həmçinin də əməliyyat üçün ödədiyi məbləği ona qaytarmaqla günahının bağışlanmasını istəmişdir. Lakin o zaman məsələnin onun üçün nə dərəcədə ciddi və ağır fəsadlar verəcəyini bilmədən o da öz növbəsində fikirləşmişdir ki, sonra elə də ağır nəticələr verməz və s. Lakin bu yaxınlarda həmin xəstəxananın baş həkiminin qəbulunda olub tələbi bildirsə də ona cavab olaraq dedi ki, hal-hazırda o şəxs onların işçisi deyil və s. Beləliklə də mülki qanunvericiliyin tələbindən də məlum olduğu kimi işçinin vurduğu zərərə görə birbaşa işəgötürən məsuliyyət daşıdığı üçün müvafiq həkim-cərrahın onu səhv əməliyyat etməsi nəticəsində vurduğu zərərə görə məhz 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu Rayon Xəstəxanası) rəhbərliyi və hüquqi şəxs olaraq həmin təşkilat cavabdehdir. Lakin gedişat onu göstərir ki, o, bu gün 2- ci qrup əlildir, 3 dəfə omba nahiyəsindən əməliyyat olmuşdur və vəziyyətinin tam stabilləşməsi üçün yenə də əməliyyat olunmalıdır (hər əməliyyat ona bütün əməliyyat xərcləri və dərman vasitələri ilə birgə ən azı 10.000 -12.000 manata kimi başa gəlib və növbəti əməliyyatı da AR-da bu sahə üzrə güclü cərrahiyyə mütəxəssisi olma dığı üçün yerli həkimlər də əməliyyatı Almaniyada olan klinikalarda edilməsini məsləhət görüblər). Beləliklə, hadisə gününə kimi sahibkarlıq fəaliyyəti ilə əldə etdiyi və topladığı bütünvəsaitini müalicələrinə və əməliyyatlarına sərf etmişdir. Hətta himayəsində oğlunun ailəsi və həyat yoldaşı olduğu üçün artıq kifayət qədər borclanmışdır. Hadisə olan ərəfədə Cavabdeh qardaşı kimi özünü təqdim edən şəxs bildirirdi ki əgər o, bir dənə barışıq ərizəsi kimi razılıq yazıb versə və bununla da məsələni polisdə yoluna qoysalar ona dəyən bütün zərər və ziyanlar artıqlaması ilə ödəniləcək. Lakin məlum olduğu kimi YNH nəticəsində tamamilə yararsız hala düşmüş VAZ-2107 markalı avtomobilinin əvəzi belə ona ödənilmədi. Sadəcə avtomobili elə o yararsız vəziyyətdə satıb müalicəsinə sərf etdi. Beləliklə on a verilmiş vədin cüzi hissəsini ödəməklə (yalnız həmin anda xəstəxana xərclərinin bir hissəsini) ona zərərvuran şəxs və onun yaxınları yoxa çıxdı. Baş Prokurorluğa Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayətlər ünvanlasa da, Sabunçu rayon prokurorluğunun və Sabunçu RPİ-nin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilmir. Onun iddiası üzrə tələbinin hesablanması müddəti 2019-cu ilin fevralından bu günə kimi olan periodu nəzərdə tutur və iddia müddəti buna şamil olunmadığı üçün onun bu günkü gündə tələbi tam əsaslı və qanunidir. Cavabdeh qəza törədib onu ömürlük şikəst edənə kimi onun üçün sahibkarlıqla məşğul olduğu market və içindəki bütün dövriyyə malları ilə birgə olan şəraiti təmin etməlidir. Onun əmək qabiliyyəti tamamilə itib və o, bu gün artıq 2-ci qrup əlildir və bununla yanaşı onun müalicə xərcləri də artıb və belə olan halda Cavabdeh onun aylıq dolanacaq xərci kimi hər ay 500 manat məbləğində vəsaiti ona ödəməlidir. Qanunverici zərərvuranın təqsirkar olduğuna görə zərərçəkəni əvvəlki təminatı ilə tədarük görməsi üçün bütün tələbləri nəzərdə tutub və elə bu maddi hüquq normasının tələbinə görə də onun növbəti əməliyyatının yalnız Almaniya klinikalarının birində mümkün olduğu üçün Cavabdeh həmin 35.000 manat məbləğində vəsaiti ona ödəməlidir və yaxud həmin klinikanın hesabına köçürməlidir ki (onun yol xərci və s.), gedib orada əməliyyat olsun. Onun əlil olduğu və halhazırda əməliyyata ehtiyacı olduğu aşkardır və buna görə də o, dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini Cavabdeh və digər cavabdehərdən tələb edir. Cavabdeh ona vurduğu zərər bu günkü gündə bəlkə də maddi ziyan və zərər 500.000 manatdan çoxdur ki, az deyildir (vurduğu zərərdən başqa da əldən çıxmış fayda və s.) və eləcə də mənəvi ziyan pulla ölçülməz olduğuna görə onun bütün bunlara görə bu günkü gündə 50.000 manat ziyanı Cavabdeh tələb etməyə haqqı çatır. Cavabdeh tərəflə (cavabdehin özü yox qardaşı ilə bu razılıq olub) hətta onun ilkin razılaşması olsa belə sonradan onların belə bir razılaşma şərtlərini pozmasına görə sonradan onun zərərin əvəzinin ödənilməsinə dair müvafiq tələbindən imtina yolverilməzdir. Onun əvvəlki sahibkarlıq fəaliyyətindən əldə etdiyi orta aylıq gəlirinin məbləği (1000-1200 manat) ona vurulan zərərin həcmi müəyyənləşdirilərkən nəzərə alınmalıdır. Onun bu günə kimi çəkdiyi müalicə və əməliyyat xərcləri 150.000 manatdan çox olsa da onun yalnız 40.000 m anat hissəsini cavabdehdən tələb edir və həmçinin bundan sonra müalicəsinin davamını Almaniyada davam etdirmək üçün əlavə olaraq 40.000 manat vəsaitin ödənilməsinə dair tələbi də tam əsaslı və qanunidir. Bundan da başqa açıq aşkardır ki, bu günkü gündə onun əlil olaraq əlavə əməliyyata ehtiyacı var və bu əməliyyatı o, pulsuz heç cürə elətdirə bilmir. Cavabdehin ona vurduğu zərərə görə ödəyəcəyi zərərin məbləği hesablanarkən, dövlətin ona kəsdiyi əlilliyə görə pensiya nəzərə alınmamalıdır. Sabah (şərti olaraq haçansa) qanunla bu zərərin miqdarı artırıla mütənasib olaraq onun iddia tələbi artıralacaqdır. Belə ki, əvvəlki sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin yalnız 90 % nisbətində əvvəlki 3 illik müddət üçün tələb edir (900 manat) və bu da öz növbəsində 32.400 manat məbləğini təşk il edir. Bu günkü gündə o, artıq həmin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir (əmək qabiliyyəti itib) və buna görə də bundan sonrakı dövr üçün də hər ay Cavabdeh onunsaxlanma xərci kimi 500 manat məbləğində vəsaitin xeyrinə tutulmasını tələb edir. Qeyd etdiyi kimi itirmiş olduğu gəlir kimi hər ay sahibkarlıq fəaliyyətim ilə hadisədən öncə orta aylıq qazancını (1000-1200 manat) 3 illik dövr üçün cavabdehlərdən tələb etməsi tam əsaslı və qanunidir. İşin faktiki halları ilə artıq çəkdiyi 32.400 manat məbləğin cavabdehdən birdəfəlik alınaraq xeyrinə ödənilməsi qanunda nəzərdə tutulub və cavabdehində buna kifayət qədər imkanı var. Bütün bu əvvəl çəkdiyi xərclərdən əlavə onun gələcəkdə müalicəsinə çəkilməli olan bütün xərcləri cavabdehlər qarşılamalıdır, həmçinin onun əvvəlki sahib olduğu VAZ-2107 markalı avtomobil də alınıb ona verilməlidir. Belə ki, müvafiq qrup üzrə əlillik alması üçün artıq müvafiq olaraq həkim tibb komissiyasından keçmişdir. Bütün cavabdehlər öz fəaliyyətləri nəticəsində ona vurduqları ziyanı hər bir halda ödəməlidir.
16. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərə məruz qalmasını və şikəst olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində başqa bir qadının da ağır xəsarətlər alması barədə sübutları məhkəməyə təqdim etməyib. İddiaçı iddia ərizəsində göstərib ki, yol-nəqliyyat hadisəsindən sonra onu Sabunçu Rayon Xəstəxanasının (3 saylı Şəhər Klinik Xətəxana) cərrah həkimi səhv əməliyyat edib. Bunun nəti cəsində həkim öz səhvini etiraf edərək onun dərmanlarının bir hissəsinin xərclərini və həmçinin də əməliyyat üçün ödədiyi məbləği on qaytarmaqla günahının bağışlanmasını istəyib. Lakin o zaman məsələnin onun üçün nə dərəcədə ciddi və ağır fəsadlar verəcəyini bilmədən o da öz növbəsində fikirləşib ki, sonra elə də ağır nəticələr verməz və s. Lakin bu yaxınlarda həmin xəstəxananın baş həkiminin qəbulunda olub tələbi bildirsə də ona məlumat verilib ki, hal-hazırda həmin həkim orada işləmir. Həkimin vurduğu zərərə görə birbaşa işəgötürən məsuliyyət daşıdığı üçün də müvafiq həkim-cərrahın onu səhv əməliyyat etməsi nəticəsində vurduğu zərərə görə məhz 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu Rayon Xəstəxanası) rəhbərliyi və hüquqi şəxs olaraq həmin təşkilat cavabdehdir. Buna baxmayaraq iddia çı müalicəyə və həmçinin də əməliyyatlarına çəkdiyi ümumi xərclər: 40 000 manat məbləğində və Almaniyada əməliyyat olunması üçün 40.000 manat məbləğində xərcləri cavabdehdən tələb edir. İddiaçı həmin xərcləri təsdiq edən sübutları da məhkəməyə təqdim etməyib. İddiaçı əvvəlki dövr üçün əldən çıxmış ümumi qazancının 32.400 manat məbləğində olduğunu göstərsə də həmin məbləği haradan götürdüyünü və onun niyə həmin məbləği ödəməli olmağı təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Hadisəni təsdiq edən müvafiq qərarın iddiaçıya təqdim edilmədiyi üçün 5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığına ağır zərər vurulduğuna görə kompensasiyanı sığortaçıdan ala bilmədiyi üçün cəmi 8500 manat pulu niyə görə ondan tələb etməsi də anlaşılmazdır. Dövlət orqan larının hərəkətinə və hərəkətsizliyinə görə o cavabdehlik daşımır. İddiaçının hadisəni təsdiq edən müvafiq qərarın ona təqdim edilmədiyini niyə məhz 5000 manat qiymətləndirməsi bəlli deyil. İddiaçı guya onun sağlamlığına ağır zərər vurulduğuna görə 3500 manat məbləği də haradan götürdüyünü təsdiq edən sübutları da məhkəməyə təqdim etməyib. İddiaçı tələbinin sonrakı hissəsində əmlakına (avtomobil 7000 manat hissəsi, marketdə olan ərzaq mallarına görə - 30.000 manat hissəsi və hadisə vaxtı üzərində olan 1700 manat məbləğində vəsait) dəymiş ziyana görə cəmi 38.700 manat tələb edir. Məlum olur ki, o, avtomobilinə dəyən ziyana görə sığorta təşkilatından almaq istədiyi 5000 manatdan əlavə 7000 manatı da tələb edir. Lakin iddiaçı avtomobilinə dəyən ziyanı təsdiq edən sübutları məhkəməyə təqdim et məyib, iddia ərizəsində göstərilib ki, iddiaçı 7000 manat ziyan dəymiş hesab etdiyi VAZ-2107 markalı avtomobilini satıb. İddiaçı marketdə olan ərzaq mallarına görə - 30.000 manatı və hadisə vaxtı üzərində olduğunu iddia etdiyi 1700 manat məbləğində vəsaiti itirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməyib, həmin məbləğləri ondan niyə tələb edir, bəlli deyil. O, iddiaçıya mənəvi iztirab və əzab verməmişdir, buna görə iddiaçıya heç bir zərər vurmamışdır, iddiaçının ondan vurmadığı mənəvi iztirab və əzaba görə 50.000 manat kompensasiya tələb etməsi də absurddur. xx.xx.2022-ci il tarixindən etibarən yaşaması və müalicə xərcləri üçün ömürlük hər ay 500 manat məbləğində vəsait tələb edir, iddiaçı özü iddia ərizəsində həkimin səhv əməliyyatı nəticəsində şikəst qalmasını göstərsə də, ond an ömürlük yaşaması üçün pul tələb etməsi də əsasız və qanunsuzdur. İddiaçı bu günə kimi müxtəlif vaxtlarda onun yaxın qohumlarından dəfələrlə külli miqdarda pul alıb, hətta bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizə də verərək ona qarşı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bəyan edib.
17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-1031/2023 nömrəli iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədimova) iddia tələbi rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən təl əb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.
19. Əksinə, iş materiallarında olan sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül dərəcəd ə zərər vurulmuş iddiaçıya cavabdeh tərəfindən 6.500 manat və 5.600 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi, sonuncunun iddiaçıya dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödədiyi, iddiaçının cavabdehə qarşı heç bir iddia və tələbinin olmadığı iddiaçının ərizələri ilə təsdiq olunmuşdur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri ucbatından baş verməsi və iddiaçının həmin hadisə nəticəsində zərərçəkən şəxs kimi tanınmışdır. Lakin Rayon Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmamış və bununla da həmin hallara düzgün qiymət verməmiş və qanunvericiliyin normalarını düzgün tətbiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin 2(103)-3686/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, X6 X15 iş üzrə Məhkəməyə verdiyi 733/KEŞ saylı, xx.xx.2023-cü il tarixli rəyndə qeyd edilmişdir ki,, “3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2017-ci il tarixdə “Sol bud sümüyün qapalı yerdəyişmiş sınığı. Sol aşıq baldır oynağının çıxığı” diaqnozu ilə xəstəxanaya daxil olmuş və onun üzərində xx.xx.2017-ci il tarixdə “Sklet dartmasının tətbiqi”, xx.xx.2017-ci il tarixdə isə “Sol bud sümüyünün intramedulyar metallosteosintezi” cərrahiyyə əməliyyatları icra olunmuşdur. Qeyd olunan travmatik xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. 3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasına xx.xx.2018-ci il tarixdə “Sol budun sınıqlardan sonrakı vəziyyəti. Sol bud sümüyünün boynunun qapa lı köhnə sınığı yerdəyişmə ilə. Sol bud sümüyünün boynunun qapalı köhnə sınığı yerdəyişmə ilə. Sol bud sümüyünün orta 1/3-nin bitişməmiş sınığı metal fiksatorla. Sol diz oynağının və sol bud çanq oynağının kontrakturası. Sol aşağı ətrafın qısalığı və funksiya pozğunluğu” diaqnozu ilə daxil olmuş və ona sol bud çanaq oynağının endoprotezləşməsi məsləhət görülmüşdür. İddiaçı mütəxəssis müayinəsi zamanı onda “Sol bud sümüyünün boynunun bitişməmiş sınığı. Sol bud sümüyünün yuxarı miqrasiyası. Sol bud sümüyünün aşağı orta 1/3-nin bitişmiş sınığı. Cərrahi əməliyyatdn sonrakı vəziyyət. Sol aşağı ətrafın 7 sm qısalığı, əzələ atrofiyası, valqus deformasiyası. Sol diz oynağının kontrakturası, açma tamdır, bükmə 1000, yerişin çətinləşməsi”nin olduğu müəyyən edilmişdir ki, bu da müalicənin qüsurlu apa rılması ilə əlaqədar yaranmışdır. Qeyd olunan patologiya ilə əlaqədar xəstənin sol bud çanaq oynağında endoprotezləşdirmə cərrahiyyə əməliyyatına ehtiyac vardır. Müalicənin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyildir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-236/2024 nömrəli mülki iş üzrə 9 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə d üşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Əksinə, iş materiallarında olan sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül dərəcədə zərər vurulmuş iddiaçıya cavabdeh tərəfindən 6.500 manat və 5.600 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi, sonuncunun iddiaçıya dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödədiyi, iddiaçının cavabdehə qarşı heç bir iddia və tələbinin olmadığı iddiaçının ərizələri ilə təsdiq olunmuşdur.
26. Məhkəmə hesab etmişdir ki, iddiaçının inzibati xətaya dair iş üzrə icraat çərçivəsində barəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmu ş zərərin əvəzinin könüllü surətdə ödənilməsi, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı zərərçəkmiş şəxsin ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. İnzibati xətalara dair işlər üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə təsir edən amildir. Cinayət və ya inzibati mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. İnzibati xəta prosesində iddiaçının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan cavabdehlə barışması, cavabdehin (və qohum unun) həmin vaxt iddiaçıya, sonuncunun tələb etdiyi miqdarda pul məbləğlərinin ödəməsi, bunun müqabilində iddiaçının ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi və cavabdehə qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş qərarda inzibati tənbeh təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.
27. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfin dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizə verildikdən sonra iddiaçıya dəymiş bütün ziyanı ödəyəcəyini vəd etdiyini göstərsə də, bu barədə hər hansı sazişin olması barədə sübut təqdim etməmiş, həmçinin təqdim edilən ərizədə dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmişdir. Digər tərəfdən isə xüsusi ilə qeyd edilməlidir ki, sonradan iddiaçının səhhətində problemlərin yaranması onun müalicəsinin qüsurlu aparılması ilə bağlı olmuşdur (bax: hazırki qətnamənin 31-ci bəndinə). İddiaçı özü də iddia ərizəsində bu faktı təsdiq edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgündür.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097, 1118.1-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İş üzrə Cavabdeh kassasiya şikayətinə qarşı etirazı daxil olmuşdur.
32. Etirazın dəlillərində kassatorun Azərbaycan Respublik ası Konstitusiyasının 6-cı və Mülki Prossesual Məcəllənin 91. və 9.2-ci maddələrinə istinad edərək hüquqlarının pozulmasını qeyd etmiş lakin qeyd olunanların heç bir əsası olmadığı və kassasiya şikayətinin qanunsuz və formal xarakter daşıması göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı
36. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı
37. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hə rəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həm in dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2024-cü il tarixli 2(103)-236/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.