Məhkəmə qərarları › İş №2(102)-2076/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2076/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2076/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, MPM-in 403.1-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə Cavabdeh (Vəkil2) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etd: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) əsas borc qismində 18000 manat, illik 5 faiz qismində 2000 manat, hüquq xidmətinin göstərilməsinə görə vəkilə ödənilmiş qonorarın əvəzi qismində 300 manat və dövlət rüsumu qismində ödənilmiş 151 manat, cəmi 20451 (iyirmi min dörd yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 18000 manat məbləğində borc, ödənilmiş 151,37 manat dövlət rüsumu, vəkilə hüquqi yardıma görə ödənilən 300 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-5110/2024 saylı qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gedişatı zamanı hissə-hissə 400 manat pulu iddiaçının bank kartına göndərmişdir və onun iddiaçıya hazırda 17600 manat borcu vardır. Lakin qəbzləri məhkəməyə təqdim edə bilməmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-353/2025 nömrəli, xx.xx.2025-ci tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayət qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5110/2024 nömrəli qətnaməsi mübahisələndirilən – cavabdehdən 18000 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, cavabdehdən 1760 0 (on yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan 400 (dörd yüz) manat hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, cavabdeh borclu olduğu pulu hissə-hissə qaytarmağa razıdır və hazırda borcunu hissə-hissə qaytarır, iddiaçının bank kartına 200 manat da ödəniş edib. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə görə isə kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). İşdən görünür ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya 18000 manat borcunun olmasını etiraf edərək, həmin borcdan 400 manat ödəniş etməsini bildirmiş, apellyasiya instansiyası məhkəməsi də cavabdehin etdiyi ödəniş həddində iddianı qismən təmin etmişdir. Hazırda cavabdeh kassasiya şikayətində yenə də eyni dəlillərlə çıxış edərək, əlavə olaraq b orcundan daha 200 manat ödədiyini əsas gətirir və borcu hissə-hissə ödəməsinə razılığını bildirməklə qətnamənin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən tələbi yoxdur. Qeyd edildiyi kimi cavabdeh 18000 manat borcundan 400 manat ödəməsini qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi də bunu nəzərə alaraq həmin məbləğ hissədə iddianı rədd etmişdir. Cavabdehin apellyasiya şikayətində hər hansı başqa dəlili və tələbi də olmamışdır. Bunun nəticəsidir ki, kassasiya şikayətində mülki və prosessual qanunvericiliyin normaları sadalansa da, cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh edə bilməmiş, normaların məzmununu ş ikayətə köçürməklə kifayətlənmiş, bununla da kassasiya şikayətinin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bundan əlavə, kassasiya şikayətindən görünür ki, cavabdeh faktiki olaraq borcun hissə-hissə ödənilməsini xahiş edir ki, bu da kassasiya baxışının predmeti olan məsələ deyil. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən tələbi olmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından ca vabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)353/2025 nömrəli, xx.xx.2025-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar