Məhkəmə qərarları › İş №2(102)-2077/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2077/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2077/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2077/2019 Bakı şəhəri 14 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-1968/2018, hakim E.Z.Ağayev) İdd iaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 01 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.000 ABŞ dolları əsas borc, 3.187 ABŞ dolları faiz borcu, 979 ABŞ dolları cərimə olmaqla, cəmi 18.166 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş “Volkswagen Passat” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin cavabdehin borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsindən sonra qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9814/2018, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.N.İmanov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 20 faiz olmaqla 24 ay müddətinə 14.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında zaminlik müqaviləsi bağlanılmışdır. Həmin kredit müqavi ləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus “Volkswagen Passat” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə yüklü edilmişdir. 02 fevral 2018-ci il tarixdə İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşıkredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair iddiaərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmamışdır. Ona 01.07.2015-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş 14.000 ABŞ dolları verilməmişdir. Bu barədə iş materiallarında heç bir sənəd yoxdur. İpoteka müqaviləsi də notarial qaydada təsdiq edilməmişdir. İddiaçı bank tərəfindən pretenziya qaydasına riayət edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqavilələri üzrə əsas borc, faiz borcu və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Apellyaisya məhkəməsi kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı və iddiaçı tərəfindən təqdim edilmiş kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741, 462, 472.1, 472.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda a pellyasiya məhkəməsi ipoteka müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 03.07.2015-ci il tarixli ərizəyə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-nin adına olan 13.619 manat məbləğində kredit borcunun ona məxsus olan hesablaşma hesabınd an silinməsinə etiraz etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarla və 07.07.2015-ci il tarixli 01 saylı ödəniş tapşırığına əsasən isə müəyyən edilir ki, İddiaçı ASC həmin ərizəni əsas götürərək 14.000 ABŞ dolları məbləğində krediti faktiki olaraq Cavabdeh2 MMC-nin həmin banka olan borcuna silmişdir. Göründüyü kimi pul məbləği hesabdan hesaba köçürülmüş olsa da, Cavabdeh1 ərizəsi əsasında onun direktor olduğu Cavabdeh2 MMC-nin əvvəlki kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmiş və Cavabdeh2 MMC-nin məqsədləri üçün sərf edilmişdir. Ona görə də həmin məbləğ faktiki olaraq Cavabdeh1 tərəfindən mülkiyyətə alınmış əmlak hesab edilir. Çünki bu qaydada icra tərəflərin yaranmış vəziyyətdə mənafelərinə uyğun olmuşdur. Əks təqdirdə Cavabdeh1 Cavabdeh2 MMC-nin direktor u kimi zaminlik müqaviləsini və ipoteka qoyan kimi ipoteka müqaviləsini imzalamazdı, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından tamamilə imtina edər və bağlanmış müqavilənin ləğvi və ya etibarsızlığı ilə bağlı tələb irəli sürə bilərdi. Lakin cavabdeh bu imkanlardan istifadə etməyərək müqavilə üzrə öhdəliklərin bir hissəsini icra etmiş, müqavilə üzrə bankdan götürmüş olduğu kredit məbləğinin həcmini azatmış, sonradan isə hazırki dəlillərə istinad edərək müqavilənin icrasından tamamilə imtina etmiş, iddiaçı isə haqlı olaraq öhdəliklər icra olunmadğı üçün iddia tələbi irəli sürmüşdür. Həmçinin iş materiallarından müəyyən edilir ki, cavabdehə məxsus avtomobil ilk dəfə deyil, sonrakı ipotekaya qoyulmuşdur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2015-ci il tarixli ip oteka müqaviləsinə 01 saylı əlavə razılıqdan görünür ki, ipoteka müqaviləsi İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 04 mart 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış və Cavabdeh1 özünə məxsus avtomobili həmin kreditin təminatı kimi ipotekaya qoymuşdur. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi qeydiyyata alındığı andan qüvvəyə minir. Hazırki işdə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi 03.07.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış və həmin zaman ipoteka predmeti olan avtomobil Cavabdeh1 mülkiyyətində olmuşdur. Bundan başqa iddiaçı tərəfindən pretenziya qaydasına riayət etməsini təsdiq edən sənədlər iş materialına əlavə edilmişd ir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Ələsgər Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar