Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2078/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1173/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İ ddiaçı ilə Cavabdeh1 12 iyul 2012-ci ildən 2 noyabr 2022-ci il tarixədək rəsmi nikah münasibətlərində olmuşlar, birgə nikahdan övladları yoxdur.
2. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı müqavilə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 1 saylı evin 55 saylı mənzilini 38.000 manata X3 satmışdır.
3. Cavabdeh1 ilə “Sipark” yaşayış kompleksi Cavabdeh2 MMC arasında 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 8-ci mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 273 saylı mənzilə (bundan sonra- 273 saylı mənzil), 16 noyabr 2020-ci il tarixdə isə eyni binada yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 277 saylı mənzilə (bundan sonra –277 saylı mənzil) dair podrat müqaviləsi bağlanmışdır. Müqavilələrin şərtləri ilə Cavabdeh1 tərəfindən MMC-yə 273 saylı mənzilə görə ödəniləcək vəsaitin məbləği 87.600 manat, 277 saylı mənzilə görə isə 91.980 manat razılaşdırılmışdır. Cavabdeh1 mənzillər üzrə borcunun olmaması barədə Cavabdeh2 MMC-nin direktoru A.Q.Baxşəliyev tərəfindən 12 noyabr 2020-ci il tarixli və 16 noyabr 2020-ci il tarixli maliyyə arayışları verilmişdir.
4. Cavabdeh1 Bakı şəhəri 6 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə notarial qaydada hər iki mənzilə dair pay hüququndan imtina etməsi barədə ərizələr yazmışdır.
5. Hər iki mənzilə dair eyni şərtlərlə Cavabdeh2 MMC ilə X12 arasında 17 dekabr 2022-ci il t arixli müqavilələr imzalanmış, sonuncuya mənzillərin dəyəri ilə bağlı Cavabdeh2 MMC-nə borcunun olmaması barədə 17 dekabr 2022-ci il tarixli maliyyə arayışları verilmişdir.
6. Cavabdeh2 MMC-nin fəaliyyəti xx.xx.2022-ci ildən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir.
7. X12 xx.xx.2018-ci ildən "xxxx" ASC-də direktor vəzifəsində çalışır və hazırki əmək haqqı 2950 manat təşkil edir. 8. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X8 bank hesabında müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar aparılmışdır. xx.xx.2020ci ildə hesabdan 87.601 manat məxaric edilmişdir. xx.xx.2020-ci ildə hesabdan 98309,30 manat məxaric edilmişdir.
9. Cavabdeh1 xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında Korloff mağazasında menecer vəzifəsinə təyin edilmiş, onun aylıq əmək haqqısı 400 manat olmuş və o, xx.xx.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir.
10. Cavabdeh1 xx.xx.2021-ci il tarixindən fərdi sahibkar X7 yanında satış təmsilçisi vəzifəsində çalışır və hazırki əmək haqqı 175 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək mübahisəli mənzillərin cavabdeh X2 barədə xx.xx.2022-ci il tarixli 370 “a” və361 “a” nömrəli müqavilələrin və eyni tarixli maliyyə arayışlarının etibarsız hesab olunması, həmin mənzillərə pay haqqı tanınmaqla əmlakların yarısına mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə iddiaçının adına mübahisəli mənzilləri almışlar. Mənzillərin birinə 87.600 manat, digərinə 91.980 manat olmaqla, ümumilikdə 179.580 manat vəsait sərf edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 qohumu Valeh Əliyevin adına saxta müqavilələr təqdim etmiş və guya mənzillərin onun tərəfindən deyil, Valeh Əliyev tərəfindən alındığını və cavabdehin bu mənzillərə aidiyyatının olmamasını bildirmişdir. Valeh Əliyevin adına olan müqavilələr və maliyyə arayışları sonradan tərtib edildiyi üçün etibarsızdır.
13. Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü ildə məhkəməyə ünvanlanmış 68/ES.S saylı məktubda qeyd olunmuşdur ki, Cavabdeh1 ilə MMC arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli 302 A və 303 A saylı müqavilələri hal-hazırda qüvvədə deyil, həmin müqavilələr 17 dekabr 2022-ci ildə Cavabdeh1 həmin mənzillərə dair təqdim etdiyi 227048/0016168 və **********119 saylı imtina ərizələrinə əsasən ləğv edilmişdir. 17 dekabr 2022-ci il tarixdə X12 ilə MMC arasında 361 A və 370A saylı müqavilələr bağlanmışdır və hal-hazırda həmin mənzillər X10 məxsusdur. 14. 28 sentyabr 2023-cü il tarixdə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mübahisə ilə bağlı rəy verilmiş və həmin rəydə ekspertizaya təqdim olunmuş 16 noyabr 2020-ci il tarixli, 303A nömrəli müqavilənin sonunda “Sifarişçi” Cavabdeh1 “İmza” qrafasındakı imza X12 tərəfindən icra edildiyi, ekspertizaya təqdim edilmiş 12 noyabr 2020-ci il tarixli 302A nömrəli müqavilənin kserosurətində “Sifarişçi” Cava bdeh1” hissəsində “İmza:” qrafasında əks olunmuş imzanın X12 tərəfindən icra olunub olunmamasını təqdqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadığı, tədqiqata təqdim edilmiş "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli 303 A nömrəli müqavilədə olan imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edildiyi, tədqiqata təqdim edilmiş “Evrostroy S.S.MMC və Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli 302 A nömrəli müqavilədə olan imzalar axınlı printerdə çap edildiyi bildirilmişdir. 15. 31.10.2023-cü il tarixdə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1, X12, Əliyev X4 Aygün Firuddin qızı barəsində xüsusi qərardad çıxarılması barədə vəsatət vermişdir.
16. Bakı şəhəri Suraxanı Ra yon Məhkəməsinin 2(010)-1562/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Firuzə Mirzəyeva).
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin məhkəmədə bildirməsinə görə, mübahisəli mənzilləri əvvəlki yaşadıqları evlərini 2019-cu ildə 38.000 manata sataraq, üzərinə əlavə pul qoyaraq əldə etmişdirlər. Həmçinin iddiaçı məhkəmədə Vahid Əliyevin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzilin satışından əldə edilən 38.000 manat pul vəsaitinin əksəriyyəti övladlarının olması üçün məhz Cavabdeh1 müalicəsinə xərclənmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, bu qiymət və vaxt fərqinə görə, birgə nikah dövründə alınmış və sonradan satılmış ev hesabına mənzillərin tikilməsi üçün yüks ək pul məbləğinin verilməsi qeyri-mümkündür və mülki iş materialları ilə sübut olunmur. Həmçinin iddiaçı, mübahisəli mənzillərin nə yerləşdiyi yerini, nə mərtəbəsini dəqiq bilmədiyindən, onların birgə əmlak olmasını sual altına qoyur.
19. Nəzərə alınmalıdır ki, əmlak o, halda ər-arvadın birgə mülkiyyətinə daxil olur ki, həmin əmlak birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilsin.
20. Eyni zamanda, üçüncü şəxs – Valeh Əliyev məhkəməyə sözügedən müqavilələrin onun hesabına bağlanması barədə mötəbər sübut təqdim etmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X8 bank hesabından xx.xx.2020-ci il tarixdə hesabdan 87.601 manat, xx.xx.2020-ci il tarixində hesabdan 98309,30 manat məxaric edilmişdir. Müqavilələr də təxminən yax ın tarixlərdə bağlanmışdır. Müqavilələrdə “imza” yerində Əliyev Valeh imza çəkmiş, bu hal ekspertiza rəyi ilə təsdiq edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
21. Bunun nəticəsində məhkəmə qeyd etmişdir ki, məbləğlərin ödənilməsi də məhz Valeh Əliyev tərəfindən həyata keçirilmişdir. Həmçinin, şahid qismində cəlb edilmiş və Cavabdeh2 MMC-də kargüzar və xəzinədar (mühasib) işləmiş X6 pulu Valeh Əliyevdən qəbul etdiyini bildirmişdir.
22. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzillərin tikilməsinə pul X12 tərəfindən ödəndiyindən, Cavabdeh1 bu pulların mülkiyyətçisi olmamış, onun gəlirləri hesabına bu pullar əldə edilməmiş və bunun nəticəsində, həmin pullar birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə olunmuş kimi hesab edilə bilməzlər. İş materialla rında mübahisəli mənzillərin birgə nikah dövründə birgə gəlir hesabına alınması barədə mötəbər sübutların olmadığı görülmüşdür.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilərin 3-cü şəxs olan X1 dair müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunmasını tələb etsə də, etibarsız hesab edilməsi üçün əsas olmadığından, onlar tam etibarlı müqavilələr və arayışlar hesab olunur. Yuxarıda göstərilmiş faktlara görə mübahisəli mənzillərin tikilməsinə pul X12 tərəfindən ödənilmişdir. Buna görə də, 2022-ci ilin dekabr ayında Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizələri ilə mənzillərdən imtina edir. Cavabdeh1 ərizələrini əsas tutaraq, cavabdeh "xxxx" MMC mənzillərin tikilməsinə dair müqavilələri artıq pulu ödəmiş X12 ilə bağlayır. Məhkəmə bu hərəkətlərdə hər hansı bir hüquq pozuntusu və cinayət tərkibi görmür.
24. Məhkəmə öz hüquqi mövqeyini Ailə Məcəlləsinin 36.1, 36.2, 36.3, 36.4, 37.1, 37.2, 37.3-cü maddələrinə, habelə Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5, 357-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
25. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə iclas protokolları təhrif olunmuş, prosesdə deyilənlər düzgün qəbul edilməyərək, qətnamədə tamamilə əks əsasda qeyd olunaraq, iddianın rədd edilməsi üçün lazımi məzmunda t əqdim edilmişdir. Bu səbəbdən protokollara qeyd verilmişdir. İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olduqdan sonra mənzil almış, orada yaşamış, sonradan əmlak vəziyyətlərini genişləndirmək üçün mübahisəli mənzilləri təmirsiz halda almışlar. Mübahisəli mənzillərə dair Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli 302 “a” saylı, xx.xx.2020-ci il tarixli 303 “a” saylı müqavilələr tərtib edilmiş və müvafiq maliyyə arayışları təqdim edilmişdir. Mənzillərin dəyərinin ödənilməsi barədə cavabdehin adına kassa mədaxil orderi vardır. Həmin müqavilələr və maliyyə arayışları qüvvədədir və onlara qarşı heç bir iddia və mübahisə yoxdur. Hazırki iddia qaldırılan dövrədək müqavilələr Cavabdeh1 adında olmuş, iddia verildikdən sonra qanunsuz müdaxilə olunaraq iş üzrə üçüncü şəxs olan Valeh Əliyevin adına dəyiş dirilmişdir. İddiaçı kosmetoloji xidmətlər göstərir, Cavabdeh1 isə zərgərdir. Tərəflərin gəliri kifayət qədər yüksək olmuşdur. Cavabdeh1 zərgər olduğunu, “Mərkəzi Univermaqda” mağaza işlətdiyini nümayəndələri inkar etməmişlər. Cavabdeh1 əvvəlki vəkili (nümayəndəsi) Vəkil2 izahatında mübahisəli mənzillərin cavabdehin əmisi oğlu Valeh Əliyevə məxsus olduğunu, cavabdehin adına formal sənədləşdirildiyini, bunun səbəbinin Valeh Əliyevin bank müdiri olaraq tez-tez xarici ölkələrə səfər etməsi olduğunu bildirmişdir. Cavabdehin digər vəkili (nümayəndəsi) Vəkil3 mübahisəli mənzillərin cavabdehə məxsus olmadığını, cavabdehin mənzil almadığını və belə bir mənzil almaq imkanında olmadığını bildirmişdir. Valeh Əliyevin vəkili (nümayəndəsi) Vəkil4 isə öz izahatında Valeh Əliyevin cavabdehə əvəzsiz olara q pul verdiyini, mənzilləri cavabdehə hədiyyə etdiyini bildirmişdir. Lakin Rayon Məhkəməsi nümayəndələrin bu fərqli mövqelərini araşdırmayaraq, mənzillərin alınmasında Valeh Əliyevin iştirakının nədən ibarət olmasını, onun hansı səbəbdən müqaviləyə imza atmasının əsaslarının mötəbərliyini və niyə məhz iki mənzili də cavabdehin adına yazdırmaqla məhkəmə mübahisəsi açılan günədək onları öz adına keçirmədiyinə dair tərəfin mövqeyini qiymətləndirməmişdir. Mənzili alaraq külli miqdarda pul vermiş şəxsdə sənədlərin əslinin, yaxud surətlərinin olmamasına da aydınlıq gətirməmişdir. Halbuki Cavabdeh1 adına olan sənədlərin əsilləri yalnız iddiaçıda olmuşdur. Rayon Məhkəməsi sübutları araşdırmadan və mötəbərliliyinə əmin olmadan iddiaçı tərəfin mövqeyini təhrif etmiş, cavabdehin müqaviləni niyə özü imzalayaraq başqasının adına əmlak alması ilə bağlı dəlilləri tədqiq etməmiş və guya pul vəsaitinin başqa şəxs tərəfindən ödənilməsini birgə nikah dövründə əldə olunan əmlaka iddiaçının hüququnun yaranmasını inkar etməsi nəticəsinə gələrək yanlış əsaslara istinad etmişdir. İş üzrə şahid qismində dindirilmiş şəxslərin prosesə cəlb olunmasında prosessual qanunvericiliyin tələblərinə riayət etməyən məhkəmə bu ifadələrin tədqiqini də düzgün dəyərləndirməmişdir. Qanunsuz əqdi rəsmiləşdirən MMC-nin işçisi Aygün İsmayılova şahid qismində dindirilərək onun qeyri-səmimi ifadələri mötəbər qəbul edilmişdir. Hakim şahidlərin dindirilməsi barədə vəsatət, heç bir sənəd və şahidlərə məxsus şəxsiyyət vəsiqələri təqdim edilmədiyi halda baxış mərhələsində təmin edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi şah idin ifadəsinə qiymət verilməmişdir. İddiaçının izahatı da təhrif edilmişdir. Əlində müqavilə olan, iddianı qaldırarkən məhkəməyə sübut təqdim edən iddiaçı mənzilin harada və hansı mərtəbədə olmasını bilməyə bilməzdi və bunu məhkəmədə deməzdi. Əlbəttə ki, ev təsərrüfatı və ailənin ev işləri ilə məşğul olan qadın əri və yaxud onun əmisi oğlu ilə mənzilin alınması üçün tikinti şirkətinə getməyə və mənzilin quruluşuna baxmaya bilərdi. Bu heç əhəmiyyətli hal da deyil. Lakin hakim əhəmiyyətsiz dəlillərlə bunu qabartmaqla qanunsuz qətnaməsini əsaslandırmağa cəhd etmişdir. Valeh Əliyevin hesabından pulun götürülməsinə gəldikdə isə "xxxx" ASC-nin “Bakıxanov” filialının direktoru olan Valeh Əliyevin adına AZ128RS******************** saylı hesab üzrə xx.xx.2020-ci ildən xx.xx.2023- cü il tarixədək ç ıxarışdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə 51.530 ABŞ dolları (87.601 manat), xx.xx.2020-ci il tarixdə isə 57.829 ABŞ dolları (98.300 manat) pulun olması göstərilir. Həmin pulun çıxarılması qeyd olunmur. Mübahisəli mənzillərə dair ilkin müqavilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və maliyyə arayışı verilmişdir. İkinci müqavilə isə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş və maliyyə arayışı verilmişdir. Pulun əsas qismi isə xx.xx.2020-ci il tarixdə hesabda görünür.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1173/2024 nömrəli iş üzrə 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli, 2(010)-1562/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Talışınski və Azad İmanov).
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçının nümayəndəsi (vəkili) tərəfindən 38.000 manatın müalicəyə xərclənmədiyi, Rayon Məhkəməsi tərəfindən iddiaçının izahatının təhrif olunduğu qeyd edilsə də, mübahisəli mənzillərin ümumi məbləğini təşkil edən 179.580 manatın ailənin büdcəsi hesabına ödənilməsini təsdiq edən sübutlar mülki iş materiallarında mövcud deyil. İddiaçı mübahisəli mənzillərin ailənin birgə vəsaiti hesabına əldə edildiyini Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, üçüncü şəxs Valeh Əliyev məhkəməyə sözügedən müqavilələrin onun hesabına bağlanması barədə mö təbər sübut təqdim etmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Valeh Əliyevin bank hesabından xx.xx.2020-ci il tarixdə hesabdan 87.601 manat, xx.xx.2020ci il tarixdə hesabdan 98.309,30 manat məxaric edilmişdir. Müqavilələr də təxminən yaxın tarixlərdə bağlanmışdır. Müqavilələrdə “imza” yerində Valeh Əliyev imza çəkmiş, bu hal ekspertiza rəyi ilə təsdiq edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının məhkəmə iclasında mübahisəli mənzillərin yerləşdiyi yeri, mərtəbəsini dəqiq bilmədiyini bildirməsi, həmin mənzillərin ailənin birgə əmlakı olmasına şübhə yaradır. Apellyasiya şikayətində bu hal iddiaçının ailə təsərrüfatını idarə etməsi ilə əlaqələndirilmiş olsa da, bu dəlil məhk əmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Çünki iddiaçının yaşamağı nəzərdə tutduğu və ümumi birgə mülkiyyətində olduğunu bildirdiyi mənzilin yeri və mərtəbəsi barədə məlumatının olmaması ağlabatan deyil.
30. Belə olan halda məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, mübahisəli mənzil ər-arvad olmuş iddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına deyil, iş üzrə üçüncü şəxs olan Valeh Əliyev tərəfindən əldə olunmuşdur.
31. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı şahid ifadəsinə istinad edərək elə qənaətə gəlmişdir ki, mübahisəli mənzillərin tikilməsinə pul Valeh Əliyev tərəfindən ödəndiyindən, Cavabdeh1 bu pulların mülkiyyətçisi olmamış, onun gəlirləri hesabına bu pullar əldə edilməmiş və bunun nəticəsində, həmin pullar birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə ol unmuş kimi hesab edilə bilməzlər. Mübahisəli mənzillərin üçüncü şəxs Valeh Əliyevə satılmasına dair müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi öz hüquq mövqeyini Ailə Məcəlləsinin 36.1, 36.2, 36.3, 36.4, 37.1, 37.2, 37.3-cü maddələrinə, Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5, 357-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkilİ smayılov Ülvi Zahid oğlu) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikay əti ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlillərinə görə məhkəmə kollegiyası sübutları araşdırmadan və mötəbərliliyinə əmin olmadan mövqelərini təhrif etmiş, cavabdehin müqaviləni niyə özü imzalayaraq başqasının adına əmlak alması ilə bağlı dəlilləri tədqiq etməmiş və guya pul vəsaitinin başqa şəxs tərəfindən ödənilməsini birgə nikah dövründə əldə olunan əmlaka iddiaçının hüququnun yaranmasını inkar etməsi nəticəsinə gələrək yalnış əsaslara istinad etmişdir. Nümayəndə Vəkil4 mənzillərin əvəzsiz əqd qismində əmisi oğlu Cavabdeh1 adına yazdırıldığını deməsinə isə hakim heç aydınlıq gətirmək belə istəməmişdir. Məhkəmə tərəflərin bundan əvvəl əmlaka malik olduqlarını və on il nikahda qalaraq təsərrüfatı birgə idarə edərkən pul toplaya bilmək imkanlarına barmaq arası baxmışdır. Yaxın qohumluq əlaqəsində olan Valeh və Cavabdeh1lərin qarşılıqlı inamı və etibarlılığını nədənsə Valehin xeyrinə tətbiq edən məhkəmə ona inanan Cavabdeh1 onun üçün mənzil tapıb almasına iştirak etməsi kimi tapşırığının olması halını ehtimal belə etməkdən yayınmışdır. Halbuki, məhkəmə hazırlıq mərhələsinin başlanğıcında hakim açıq aşkar görürdü ki, Tofiqin adından vəkili tutan da Valeh Əliyevdir və prosesə Vəkil2 ilə birlikdə gəlirlər.Bu barədə prosesdə aparılan video qeydlərdə görüntü saxlanılmışdır. İş üzrə keçən Valeh Əliyevin hesabından pulun götürülməsinə gəldikdə isə Bank Respublika Sabubçu Filialının direktoru olan X8 adına AZ128RS******************** saylı hesab üzrə xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək çıxarışdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə 51530 ABŞ dolları (8 7601 manat), xx.xx.2020-ci il tarixdə isə 57829 ABŞ dolları (98300 manat) pulun olması göstərilir. Həmin pulun çıxarılması (məxarici barədə) qeyd olunmur və digər bir tərəfdən mənzillərə dair ilk müqavilə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş və maliyyə arayışı verilmişdir. İkinci müqavilə isə 16 noyabr 2020-ci il tarixdə tərtib olunmuş və maliyyə arayışı verilmişdir. Mövcud mübahisəli işdə isə baxış mərhələsinə keçirilmiş və izahatların verilməsinə başlanılmışdır. Məhkəmə isə artıq baxış mərhələsində hansısa adları bilinməyən şahidləri dindirmək üçün dəvət etməyə razılıq bildirmişdir. Məhkəmə hazırlıq mərhələsində cavabdeh iddianın müxtəlif yollarla təmin edilməməsinə çalışmış, təzyiq və digər vasitələrlə iddiaçıdan əmlak tələbindən imtina etməyini tələb etmişdir. Sonradan isə əmisi oğlu kimi tanıdığımız yaxın qohumu X8 adına saxta müqavilələr tərib etdirməklə əmlakın iddiaçının əlindən çıxarılmasına cəhd etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etirazda kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
36. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
37. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
38. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
39. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
40. Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
41. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
42. Maddə 33.1. Ər-a rvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
43. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
44. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
45. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər t ərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
46. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
47. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
48. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ü mumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
52. Maddə 337.4. etibarsız əqd o nun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
53. Maddə 357.3. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
64. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların oldu ğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
65. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlanmış, daha sonra münasibətləri pozulduğundan nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 1 saylı evin 55 saylı mənzil xx.xx.2019-cu il tarixdə 38.000 manata satılmışdır.
66. İddiaçı, cavabdehlə arasında bağlanmış nikah pozulduqdan sonra birgə nikah dövründə alınan Cavabdeh2 MMC tərəfindən “Sipark” yaşayış komp leksində inşa edilən mübahisəli 273 və 277 saylı mənzillərə pay haqqının tanınması və həmin mənzillərin üçüncü şəxs Valeh Əliyevə satılması barədə müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunmasına dair iddia qaldırmışdır.
67. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (Ailə Məcəlləsinin 32.1-ci maddəsi). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata ke çirilir (Ailə Məcəlləsinin 36.1ci maddəsi). Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər (Ailə Məcəlləsinin 36.2-ci maddəsi). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (Ailə Məcəlləsinin 37.1-ci maddəsi). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (Mülki Məcəllənin 225.1-ci maddəsi). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Mülki Məcəllənin 337.1-ci maddəsi). Habelə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyindəər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinəəsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətindəəldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətindəər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).... Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ərarvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
68. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan normaların tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin ddəlillərini araşdırıb qeyd etmişd ir ki, mübahisəli mənzillərə dair Cavabdeh1 və "xxxx" MMC arasında 302 “A” saylı, xx.xx.2020-ci il tarixli və 303 “A” saylı, xx.xx.2020-ci il tarixli “müqavilələr” bağlanmışdır. Həmin "xxxx" əsasən, MMC pul müqabilində müvafiq ünvanda mənzillərin tikintisini öz üzərinə götürmüşdür. MMC-yə müvafiq olaraq 87.600 manat və 91.980 manat, cəmi 179.580 manat pul ödənilmişdir. İddiaçı, iddia edir ki, mübahisəli mənzilləri əvvəlki yaşadıqları evlərini 2019-cu ildə 38.000 manata sataraq, üzərinə də əlavə pul qoyaraq əldə etmişlər.
69. Həmçinin iddiaçı məhkəmədə Valeh Əliyevin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzilin satışından əldə edilən 38.000 manat pul vəsaitinin əksəriyyəti məhz keçmiş əri Cavabdeh1 müalicəsinə xərclənmişdir.
70. Apellyasiya şikayətində iddia çının nümayəndəsi (vəkili) tərəfindən 38.000 manatın müalicəyə xərclənmədiyi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının izahatının təhrif olunduğu qeyd edilsə də, mübahisəli mənzillərin ümumi məbləğini təşkil edən 179.580 manatın ailənin büdcəsi hesabına ödənilməsini təsdiq edən sübutlar mülki iş materiallarında mövcud deyildir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Lakin iddiaçı mübahisəli mənzillərin ailənin birgə vəsaiti hesabına əldə edildiyini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
72. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, üçüncü şəxs Valeh Əliyev məhkəməyə sözügedən müqavilələrin onun hesabına bağlanması barədə mötəbər sübut təqdim etmişdir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Valeh Əliyevin bank hesabından xx.xx.2020-ci il tarixdə 87.601 manat, xx.xx.2020-ci il tarixdə 98.309,30 manat məxaric edilmişdir. Müqavilələr də təxminən yaxın tarixlərdə bağlanmışdır. Müqavilələrdə “imza” yerində Valeh Əliyev imza çəkmiş, bu hal ekspertiza rəyi ilə təsdiq edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
73. Həmçinin yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəmə iclasında mübahisəli mənzillərin yerləşdiyi yeri, mərtəbəsini dəqiq bilmədiyini bildirməsi, həmin mənzillərin ailənin birgə əmlakı olmasına şübhə yaradır. Apellyasiya şikayətində bu hal iddiaçının ailə təsərrüfatını idarə etməsi ilə əlaqələndirilmiş olsa da, bu dəlil məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilməmişdir. Çünki iddiaçının yaşamağı nəzərdə tutduğu və ümumi birgə mülkiyyətində olduğunu bildirdiyi mənzilin yeri və mərtəbəsi barədə məlumatının olmaması ağlabatan deyil.
74. Nəzərə alınmalıdır ki, əmlak o halda ər-arvadın birgə mülkiyyətinə daxil olur ki, həmin əmlak birgə nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilmiş xx.xx.2012-ci il tarixli qərarında deyilir ki, Ailə Məcəlləsinin 32-ci maddəs inin tələblərinəəsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətindəəldə olunması; əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması.
75. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil ər-arvad olmuş iddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına deyil, iş üzrə üçüncü şəxs olan Valeh Əliyev tərəfindən əldə olunmuşdur. Bundan başqa, şahid qismində cəlb edilmiş və MMC-də kargüzar və xəzinədar (mühasib) işləmiş şəxs X6 pulun Valeh Əliyevdən qəbul edilməsini demişdir.
76. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, müb ahisəli mənzillərin tikilməsinə pul Valeh Əliyev tərəfindən ödəndiyindən, Cavabdeh1 bu pulların mülkiyyətçisi olmamış, onun gəlirləri hesabına bu pullar əldə edilməmiş və bunun nəticəsində, həmin pullar birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Çünki, mülki iş materiallarında mübahisəli mənzillərin məhz tərəflərin birgə gəlirləri hesabına əldə olunmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Eyni zamanda işə baxan məhkəmələr tərəfindən mübahisəli mənzillərin üçüncü şəxs Valeh Əliyevə satılmasına dair müqavilələrin və həmin tarixli maliyyə arayışlarının etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzillərin dəyəri Valeh Əliyev tərəfindən ödənilmişd ir. Buna görə də, 2022-ci ilin dekabr ayında Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizələri ilə mənzillərdən imtina etmişdir. Cavabdehin ərizələrini əsas tutan MMC mənzillərin tikilməsinə dair müqavilələri pulu ödəmiş Valeh Əliyev ilə bağlamışdır.
77. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, onun bu dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir.
78. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)-1173/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.