Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2080/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: etibarsız əqd, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11527/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 2019-cu ilin aprel ayında Cavabdeh (bundan sonra – cavabdeh) “Hyundai Elantra” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – mübahisəli avtomobil) satın almaq məqsədilə ona 14.700 manat pul vermiş və iddiaçıya mülkiyyətçinin adından avtomobilə dair sərəncam vermək hüququ da daxil olmaqla notariat qaydada təsdiq edilmiş etibarnamə verilmişdir. 2. 2019-cu ilin may ayında iddiaçı avtomobili X5 məqsədilə ondan 16.000 manat pul almış və ona mülkiyyətçinin adından avtomobilə dair sərəncam vermək hüququ da daxil olmaqla notariat qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Sonradan avtomobilin X2 adına qeydiyyata alınması məqsədi ilə maşına baxış keçirilərkən mübahisəli avtomob ilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olmuş, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silindiyi aşkar edilmişdir.
3. X6 hazırkı iş üzrə iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, hazırkı iş üzrə iddiaçıdan X3 xeyrinə 16.000 manat, hüquqi xidmət üçün 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13.04.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.700 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin aprel ayında mübahisəli avtomobili cavabdehdən 14.700 manata satın aldıqdan sonra bir müddət avtomobili sadə etibarnamə əsasında idarə etmişdir. Avtomobili alarkən avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-imtahan İdarəsində baxışdan keçirilmiş və hər-hansı qeyriqanuni fakt aşkarlanmamışdır. Eyni zamanda, onun tərəfindən avtomobil üzərində istifadə müddətində heç bir dəyişiklik aparılmamışdır. Lakin sonradan avtomobilin qeydiy yata alınması məqsədi ilə avtomobilə baxış keçirilərkən mübahisəli avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olmuş, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silinmə nömrəsinin olması aşkar edilmişdir. Nəticədə ona qarşı yuxarıda qeyd olunan iddia qaldırılmış və məhkəmə tərəfindən təmin edilmişdir. Hazırda həmin mülki işlə əlaqədar icra sənədi icra şöbəsinin icraatındadır və o, da qarşılıqlı olaraq borcunu bağlaması üçün cavabdehdən öz pulunu tələb edir.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1203/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli avtomo bilin satılmasının lazımı forma və qaydasına riayət olunmadığı, habelə, əşya üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya verilmədiyi üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır. Belə ki, cavabdeh etibarnamə ilə ona verilmiş səlahiyyətləri olduğu kimi iddiaçıya ötürmüş, müvafiq qeydiyyat orqanında lazımı şəkildə hər hansı alqı-satqı prosesi baş tutmamışdır. Odur ki, iddia təmin edilməli, cavabdehdən 14.700 manat pul alınaraq, iddiaçıya ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisəli avtomobili öz mülkiyyətinə keçirmədən, onun dəyərini ödəməklə avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə almış, sonra həmin etibarnamə üzrə səlahiyyə tlərini hazırkı iş üzrə iddiaçıya ötürmüşdür. Bu hal onu iddiaçı ilə eyni statusa gətirir və ödədiyi vəsaiti geri almaq hüququ yaradır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 425, 1091, 1093-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı öz ərizəsində avtomobili BDYPİ-dən texniki baxışdan keçirdiyini, lakin həmin vaxt avtomobildə hər hansı problem aşkar edilmədiyini qeyd etmişdir. Avtomobildə problem aşkar edilmişdirsə, bu, avtomobil iddiaçının istifadəsinə verildikdən sonra yaranmışdır ki, buna görə də cavabdeh hər hansı məsuliyyət daşımamalıdır. Digər tərəfdən, avtomobilin texniki pasportundan da göründüyü kimi mülkiyyətçi X4r və cavabdehə verilmiş etibarnamə ləğv edilmişdir. Belə olan halda iddia mülkiyyətçiyə qarşı irəli sürülməlidir. Məhkəmənin iddianı təmin etməsi əsassız varlanmaya əsas olur. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi məbləğdən məhrum olması ilə bağlı sübut təqdim etməlidir. İddiaçı həm avtomobili idarə edir, həm də pul tələb edir. Digər tərəfdən, məhkəmə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını qəbul etmiş, lakin onun lazımi qaydada bağlanmadığı və avtomobilin üçüncü şəxsin hüquqlarından azad şəkildə iddiaçıya verilmədiyi üçün ödənilmiş vəsaitin qaytarılmasına qərar vermişdir, halbuki iddiaçı da öz iddia ərizəsində qe yd etdiyi kimi, cavabdeh avtomobili təhvil verəndə hər hansı bir pozuntu olmamış və avtomobilin üzərində hər hansı bir məhdudiyyət olmamışdır, deməli cavabdeh burada üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Digər tərəfdən, məhkəmə əsassız varlanmaya istinad edərək pulun qaytarılması barədə qərar qəbul etmişdir, lakin iddiaçının da etiraf etdiyi kimi avtomobilin iddiaçıda olmasına əhəmiyyət verməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11527/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Bayramov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur.
13. Apellyas iya instansiyası məhkəməsi iddia ərizəsində avtomobilin baxışdan keçirilməsinin texniki səhv olaraq yazılması barədə iddiaçının izahatına tənqidi yanaşaraq qeyd etmişdir ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Toğrul Arazlı tərəfindən qəbul edilmiş 24.02.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı iddiaçı izahatında bildirmişdir ki, mübahisəli avtomobil alınarkən BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində baxışdan keçirilmiş və hər hansı qeyri-qanuni fakt aşkarlanmamışdır. Yəni, iddiaçı həm Binəqədi RPİ-nin İstintaq şöbəsində aparılmış araşdırma zamanı verdiyi ifadəsində, həm də məhkəməyə verdiyi iddia ərizəsində mübahisəli avtomobilin cavabd ehdən alınarkən baxışdan keçirildiyini və hər hansı qeyri-qanuni faktın aşkarlanmadığını bildirmişdir.
14. Apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı iddiaçıya verilmiş suala cavab olaraq iddiaçı bildirmişdir ki, iddia ərizəsində texniki səhv olaraq elə qeyd olunmuşdur. Faktiki cavabdehdən mübahisəli avtomobil alınarkən heç bir baxış keçirilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli avtomobili iddiaçıya satdığı vaxt onun ban nömrəsi üzərində hər hansı bir dəyişiklik olması öz təsdiqini tapmamışdır. İddiaçı isə, öz növbəsində, mübahisəli avtomobil ona satıldığı vaxt onun ban nömrəsində dəyişiklik edilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehdən pul tələb etməsi və qarşılığında avtomobili qaytarmaması ümumiyyətlə qanunvericiliyin tələbinə ziddir. Bundan başqa, iş materiallarında olan texniki pasportdan da görünür ki, mübahisəli avtomobil X1 mülkiyyətindədir. Cavabdeh də ona verilmiş etibarnamə əsasında həmin avtomobili iddiaçıya satmışdır. Hazırda cavabdehə verilmiş etibarnamə ləğv edilmişdir.
17. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil və nümayəndə Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh avtomobili iddiaçıya satmış və bütün əməliyyatlar etibarnamə əsasında aparılmışdır. Cavabdeh tərəfindən alqı-satqı müqabilində pul alınsa da, iddiaçı tərəfindən avtomobilin öz adına rəsmiləşdirilməsi baş verməmişdir. Bunun da əsas səbəbi həmin avtomobilin banka məxsus olması olmuşdur. Bu halda cavabdeh tərəfindən əldə olunmuş pul vəsaiti qanunvericiliyin müddəalarına əsasən əsassız varlanma kimi qiymətləndirilməli idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(103)-2692/2021 nömrəli qətnaməsi ilə 16.000 manat məbləğində pul vəsaitinin İddiaçı Əliyar Cavadovun xeyrinə tutulması qət edilsə də, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə pulun tutulmaması qət edilmişdir. Bir-biri ilə əlaq əli olan iki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin fərqli qərarları hüquqi müəyyənlik prinsipi baxımdan qəbuledilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə lər notariat qaydasında təsdiqlənməlidir.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərd ən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçir ilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MPM
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).
35. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
36. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).
37. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).
38. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).
39. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. B axılan iş üzrə iddiaçı mübahisəli avtomobilin dəyəri kimi cavabdehə verdiyi pulun qaytarılmasını tələb edir. Tərəflər arasında avtomobilə dair müəyyən olunmuş qaydada yazılı alqı-satqı müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır.
41. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Eyni zamanda Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqısatqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir.
43. Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri əhəmiyyətsiz olmaqla qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında ifadə edilmiş rəsmi şərhə əsasən Mü lki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarın təsviriəsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
45. İşə baxmış birinci instansiya məhkəməsi məhz etibarsız əqd üzrə əsassız varlanma qaydalarını tətbiq etməklə iddianı təmin etmişdir. Həmin qətnaməni ləğv edərək iddianın rədd olunması barədə məhkəmə aktı qəbul etmiş apellya siya instansiyası məhkəməsi öz qərarını iddiaçının cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində ona ziyan vurulduğunu sübuta yetirə bilmədiyi ilə əsaslanmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi etibarsız əqdlər üzrə əldə edilmişlərin geri qaytarılması (restitusiya) barədə əsassız varlanma qaydalarının mübahisəyə tətbiqi mümkünsüzlüyünü əsaslandırmamışdır.
46. Halbuki məhkəmə özü mübahisəli avtomobilin nə iddiaçının, nə də cavabdehin deyil, üçüncü şəxsin mülkiyyətində olduğunu, cavabdehin avtomobili iddiaçıya etibarnamə ilə satdığını və etibarnamənin hazırda ləğv olunduğunu müəyyən etmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11527/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.