Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2081/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Accessbank” QSC-nin cavabdehlər “Far El“ Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh 5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(106)-196/2023 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 23 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" QSC (bundan sonra – iddiaçı yaxud bank) ilə bağladığı 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 10 sentyab r 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m² yaşayış, 54.6 m² yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m² tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m2 tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m² tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 3. "xxx x" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bankın bağladığı 28 sentyabr 2012-ci il tarixli 08R000010914 saylı kredit kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
4. Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
5. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bankın bağladığı 10 sentyabr 2012-ci il tarixli, 08 M000000903 saylı sonrakı ipoteka müqaviləsi əsasında Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyriyaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
7. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 ilə Bankın bağladığı 10 sentyabr 2012-ci il tarixli, 08M000000905 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 2 saylı evin 63 m² ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzili "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 8. 28 sentyabr 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 07 sentyabr 2012-ci il tarixli kredit xətt müqaviləsi ("xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış kredit xətt müqaviləsi) və onun ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin təmin edilməsi məqsədi ilə bağlanmışdır. Öhdəliyin həddi kredit xətti üzrə 600.000 ABŞ dolları və 120 ay. 9. 17 aprel 2015-ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R00001091 4SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017ci il tarixli 08R000010914SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı QSC cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada iddiaçının xeyrinə 08R000010914 saylı kredit razılaşması üzrə 41351.38 ABŞ dolları kredit borcu, 29947.87 ABŞ dolları faiz borcu və 47397.96 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 116697,21 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının tutulması, - tələbin Astara rayonu Ərçivan kəndində Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 paylı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi; tələbin "xxxx" MMC-nin mülkiyyətində olan Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi; - tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m² ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə yönəldilməsi; - həmin əmlakların açıq hərracdan satılması və 116697 ABŞ dolları 21 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; - hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutulması; - Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 həmin əml akdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 299.5 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 2 saylı evin 63 m² ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edil məklə belə əsaslandırılmışdır ki, 07 sentyabr 2012-ci il tarixli müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 oktyabr 2017-ci il tarixdən banka qaytarmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti götürdüyü kredit borcundan 158 648.62 ABŞ dolları ödəmiş, onun 41351.38 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Nəticədə 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış faiz borcu 29947.87 ABŞ dolları, 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış cərimə 47397.96 ABŞ dolları təşkil etmişdir. Həmçinin, kredit xətti müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İpoteka saxlayan iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir.
12. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/1557 saylı rəyinə əsasən, xx.xx.2012-ci il tarixli 08R000010914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 yanvar 2019-cu i l tarixinə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 63.367,95 ABŞ dolları əsas borc, 8.504,41 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur.
13. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası üzrə Azərbaycan Respublikası «X2» tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli, 440 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Ərçivan kəndində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m., yaşayış sahəsi 219.4 kv.m., yardımçı sahəsi 54.6 kv.m., tərkib hissəsi olan 22.3 kv.m. qaraj, 19.7 kv.m. hamam, 2.1 kv.m. ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 62.687,00 manat müəyyən edilir. Qeyd: Astara rayonu, Ərçivan kəndində və ona yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinin daşın maz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 106.250.00 manat müəyyən edilir. Astara şəhəri, Azərbaycan küçəsində və ona yaxın ərazilərdə yerləşən qeyri-yaşayış binalarının daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 111.010.00 manat müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində və ona yaxın ərazilərdə yerləşən mənzillər in daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir.
14. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 10/7304 saylı rəyinə əsasən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6 məxsus Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti təqribən 85.500,0 manat və RX seriyalı, ******* nömrəli hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiyməti 112500,0 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və Cavabdeh2 məxsus ünvan 1,9 saylı mənzilin ilkin satış qiymətinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
15. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 sentyabr 2022-ci il tarixli, 01/22-425 nömrəli, 05 sentyabr 2022-ci il tarixli, 01/22- 430 nömrəli, 05 sentyabr 2022-ci il tarixli, 01/22-424 nömrəli ekspert rəylərinə əsasən, Astara rayonun, Ərçivan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m., yaşayış sahəsi 219.4 kv.m., yardımçı sahəsi 54.6 kv.m, tərkib hissəsi olan 22.3 kv.m. qaraj, 19.7 kv.m. hamam, 2.1 kv.m. ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 68.000 manat, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 93.500 manat, ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 119.000 manat müəyyən edilir.
16. Astara Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(018)-09/2022 nömr əli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim: Zamin İbrahimov) ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 41351,38 ABŞ dolları, faiz borcu üzrə 8,504,41 ABŞ dolları və cərimə borcu olaraq 1000 ABŞ dolları, ümumilikdə 50.855,79 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə), ödənilmiş 30 manat dövlət rüsumunun 60 manat xidmət haqqına görə pulun alınıb iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşa yış evi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68.000 manat müəyyən edilməsi, Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışınd an əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması,ipoteka predmeti olan Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid qiymət) 93.500 manat müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiymətinin (likvid qiymət) 119.000 manat müəyyən edilməsi, iddianın qalan hissələrdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi faiz borcunu qismən təmin edərkən müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcələri ilə müqavilə müddətinin sonuna qədər hesablanmış götürmüş, müqavilə müddəti bitdikdən sonra iddiaçının tələb etdiyi gecikdirilmiş faizləri rədd etməyi qanuni və əsaslı saymışdır.
18. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan 47397,96 ABŞ dolları cərimə pulunu azaldaraq 1000 ABŞ dollarə həcmində müəyyən etmişdir.
19. Həmçinin, məhkəmə əsas borcu ekspert rəyində göstərilən kimi deyil, iddia tələbində qeyd olunan həddə təmin edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir.
20. Bundan başqa, məhkəmə tələbin yönəldildiyi ipoteka predmeti olan hər üç əmlakın dəyəri ilə təmin olunan və cavabd ehlərdən alınmalı olan pul məbləği arasında olan fərqlə bağlı qeyd etmişdir ki, həmin əmlaklara qoyulmuş likvid qiymətlər qətnamə qanuni qüvvəsini aldıqdan və icra yönəldikdən sonra dəyişilə bilər. Belə ki, gələcəkdə əmlaklar açıq hərracdan satıldıqda, satış vaxtı əmlakların dəyəri azala bilər və belə olan halda, əgər əmlaklardan hər hansı birinə tutma yönəldilməyibsə, onda bu qətnamənin tam olaraq icrasına maneçilik yaratmış olar. Digər tərədən, hər üç əmlakın mülkiyyətçiləri olan cavabdehlər ayrı-ayrı şəxslərdir və tələbin əmlaklardan birinə yönəldilməsi, digər əmlakla bağlı isə iddianın təmin olunmaması ziddiyyətli olardı.
21. Birinci instansiya məhkəməsi iddianın ipoteka predmetinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cava bdehlərdən ümumi qaydada tutulması ilə bağlı hissəni təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra “İcra haqqında” Qanuna müvafiq olaraq icraya yönəldilməklə, müvafiq icra hərəkətləri aparılmalı və qətnamənin cavabdeh tərəfindən ümumi qaydada icra edilməsi də icra mərhələsində həyata keçirilməlidir.
22. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılması kimi öhdəliyin əmələ gəlməsi ipoteka predmetinə tutmanın yönəldiləməsi və onun satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə isə tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılsa da, həmin predmeti təşkil edən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsində olan 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümu mi, 219 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzil satılmamışdır. Bu isə o deməkdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılması yalnız həmin ev açıq hərracdan satıldıqdan sonra tərəflər 1 ay ərzində onu tərk etmədikdə mümkün ola bilər.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı həmçinin qeyd etmişdir ki, ipoteka qoyan şəxs ipoteka predmeti satılanadək istənilən vaxt kredit öhdəliyini icra edib, ipotekaya xitam vermək hüququna malikdir və bu hüququnun məhdudlaşdırılması barədə hər hansı razılaşma etibarsızdır.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləs inin 317.1, 319.1, 319.6, 385.1, 442, 448.1, 460.1, 462.1, 467, 472.1, 475.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36, 37, 39.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər m ülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaklara tutma yönəldiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Belə ki, müvafiq qanunvericilik normalarının tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır.
27. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması və ipoteka predmetləri olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219,4 kv.m. yaşayış, 54 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 68.000 manat və Astara şəhəri Azərbaycan küçəsin də yerləşən 299,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının isə ilkin satış qiymətinin 93.500 manat müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına yönəldilməsi hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir.
29. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutm anın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 9 nömrəli mənzilə yönəldilməsi hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir.
30. Cavabdeh9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və mütəxəssis xərclərinin ondan tutulması hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəld iyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Belə ki, onunla bank arasında hər hansı kredit və zaminlik müqaviləsi bağlanmamış və bunlarla bağlı bank qarşısında hər hansı öhdəlik götürməmişdir.
32. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(106)-196/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Tofiq Heydərov) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmeti olan əmlaklara yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehl ərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması və əmlakların hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219.4 kv.m. yaşayış, 54.6 kv.m. yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4n, Cavabdeh6, Cavabdeh8, X3 və Cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299,5 (kv.m.) ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o sat ıldıqdan 1 ay sonra həmin qeyriyaşayış sahəsinin boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 2 saylı evin 63 kv.m. sahəsindən ibarət 3 otaqlı 9 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, birinci instansiya məhkəmsinin qətnaməsinin Cavabdeh9 kredit müqaviləsi üzrə borcun, ekspertiza və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
33. Məhkəmə kollegiyası gədiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilməsi hissəsində iddiaçıya və Cavabdeh9 münasibətdə qətn amə qəbul edərkən həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, maddi hüquq normalarının tələbləri pozulmuşdur, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlillərini əsaslı sayaraq hesab etmişdir ki, iş materiallarında olan sənədlərdən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə dair öhdəlik götürdükləri görünür. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv olunması üçün əsasdır. İddiaçının həmin tələbi qanundan və cavabdehlərin notariat qaydasında üzərinə götürmüş olduqları öhdəliklərdən irəli gəlir və tutmanın ipoteka predmeti olan yaşayış evinə və əmlaka yönəldilməsi mərhələsində yeni mülkiyyətçi bəlli olmadan tələbin bu hissədə əsassız olmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır.
35. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh9 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi borcun, ekspertiza və mütəxəssis xərclərinin həmçinin Cavabdeh7 tutmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı ilə Cavabdeh7 arasında hər hansı kredit və ya zaminlik müqaviləsi bağlanmamış və o, bank qarşısında qeyd edilənlərlə bağlı hər hansı öhdəlik götürməmişdir. Ümumiyyətlə iddia ərizəsinə nəzər saldıqda aydın olur ki, iddia ərizəsi üzrə Cavabdeh7 qarşı belə bir tələb irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi borcun, ekspertiza və mütəxəssis xərclərinin Cavabd eh7 tutmaqla iddia tələbindən kənara çıxmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi digər cavbdehlərin şikayətlərinin dəlilləri ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı borc alan Cavabdeh3 ilə kredit xətti müqaviləsi çərçivəsində kredit razılaşması bağlayarkən, verilən kreditin faizi və qaytarılması müddəti barədə zaminlər Cavabdeh6 və Cavabdeh2 razılığını almışdır. Belə ki, cavabdehlər iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlərə qarşı həmin müqavilə əsasında irəli sürdüyü öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslıdır.
37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəllə sinin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 442, 448.1-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 218.3, 384.0.2, 385-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh6 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan kredit razılaşması ilə müəyyən edilən faiz dərəcəsi barədə onun zamin və ipoteka qoyan olaraq razılığı alınmamışdır. 17 aprel 2015-ci il tarixli, 05 noyabr 2015-ci il tarixli, 19 fevral 2016-cı il tarixli və 07 aprel 2017-ci il tarixli sazişlərlə həmin kredit razılaşması və ödəniş planına dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər barədə onun xəbəri olmamış və faiz dərəcəsi barədə razılığı alınmamışdır. Belə ki, bu hal onun zamin olaraq məsuliyyətinin artması kimi qiymətləndirilməli və zaminliyinə xitam verilməli, həmçinin onunla bağlanmış ipoteka müqavilələrinin "xxxx" MMC ilə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit razılaşmasına və ona dəyişikliklərin edilməsi ilə əlaqədar bağlanmış sazişlərə münasibətdə bağlanmamış hesab edilməlidir. Məhkəmənin heç bir sübut olmadan cavabdehin razılığı olmasına dair əsaslandırma irəli sürməsi onun mövqeyinin əsaslı olmadığını göstərir.
40. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14, 88-ci maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqın da” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
48. Maddə 477.0.4. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdiri lə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azər baycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Qərarı
55. Kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitə si funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh6 tərəfindən tam mübahisələndirilmiş olsa da, dəlilləri ondan tutulan borcun həcmi, on unda birgə mülkiyyətçisi olduğu daşınmaz əmlaka tələbin yönəldilməsinə dair hissələr üzrə olmuşdur. Bu baxımdan hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin qismən yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
59. Belə ki, iddia tələbi kredit xətt müqaviləsi, onun əlavəsi olan razılaşma və sazişlər üzrə borcun borclu və zaminlərdən kreditorun xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır.
60. Hazırkı icraatda kassasiya şikayətinin cavabdehlərdən biri olan eyni zamanda həm zamin, həm də ipotekaya qoyulmuş birgə mülkiyyət olan əmlakın mülkiyyətçlərindən biri olan Cavabdeh6 vermiş, şikayətinin dəlillərində isə göstərir ki, kredit razılaşması ilə müəyyən edilən faiz dərəcəsi barədə onun zamin və ipoteka qoyan olaraq razılığı alınmamışdır. 17 aprel 2015-ci il tarixli, 05 noyabr 2015-ci il tarixli, 19 fevral 2016-cı il tarixli və 07 aprel 2017-ci il tarixli sazişlərlə həmin kredit razılaşması və ödəniş planına dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər barədə onun xəbəri olmamış və faiz dərəcəsi barədə razılığı alınmamışdır. Bu hal onun zamin olaraq məsuliyyətinin artması kimi qiymətləndirilməli və zaminliyinə xitam verilmə li, həmçinin onunla bağlanmış ipoteka müqaviləsinin "xxxx" MMC ilə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit razılaşmasına və ona dəyişikliklərin edilməsi ilə əlaqədar bağlanmış sazişlərə münasibətdə bağlanmamış hesab edilməlidir. Məhkəmənin heç bir sübut olmadan cavabdehin razılığı olmasına dair əsaslandırma irəli sürməsi onun mövqeyinin əsaslı olmadığını göstərir.
61. Hazırkı iş üzrə iddianın faktiki əsasını təşkil edən 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2012-ci il tarixli kredit razılaşmasına əsasən 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə MMC-yə hissəhissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit v erilmişdir. 17 aprel 2015ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017-ci il tarixli 08R000010914SD saylı sazişlə 28 sentyabr 2012-ci il razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Sazişlər əsasında kredit razılaşma ilə müəyyən olunmuş müddətdə müvafiq olaraq artırılmışdır. xx.xx.2012-ci il tarixdə Cavabdeh6 ilə bağlanmış zaminlik müqaviləsində kredit razılaşmasında nəzərdə tutulmuş şərtlər deyil, məhz kredit xətti müqaviləsində nəzərdə tutulmuş şərtlər (kredit xəttinin ümumi məbləği və kreditin müddəti) göstərilmişdir. Borcalanla borcverən arasında bağlanmış kredit razılaşması ilə şərtlər müəyyən edilmişdir. 10 sentyabr 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsi nə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m² ümumi, 219.4 m² yaşayış, 54.6 m² yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m² tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m² tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m² tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müvafiq olaraq ipoteka müqaviləsində də kredit razılaşmasında nəzər də tutulmuş şərtlər deyil, kredit xətt müqaviləsində nəzərdə tutulmuş şərtlər göstərilmidir.
62. Göründüyü kimi, kassatorun ipoteka qoyan və zamin kimi məsuliyyət götürdüyü müqavilə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış, həmin müqavilədə isə kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamış, həmin müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği, faiz dərəcələri, məqsədi və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması şərtləşdirilmişdir. Sonradan isə sazişlərlə müddət müvafiq olaraq uzadılmışdır.
63. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, iş üzrə zaminlərin (ayrıca götürüldükdə Cavabdeh6) kredit xətt müqaviləsinin əlavə razılaşmas ının bağlanması zamanı razılığı olmuşdur. Lakin məhkəmənin bu nəticəyə hansı sübutlar əsasında gəlməsi müəyyən olunmur, mövqeyi isə əsaslandırılmamışdır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ˝ xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilir ki, «… mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqa vilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına v ə ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir.»
65. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.
66. Qərarda müəyyən edilən digər mövqeyə görə “İpoteka haqqında” Qanunun 10.5ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində t ərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstər ilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. - Qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. - Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. - Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab edir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın r azılığının alındığı hallara şamil edilmir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il qərardadına əsasən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adları qeyd edilən 31 may 2018-ci il və və 25 iyul 2019-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun həmin Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
68. İş materiallarından isə görünür ki, sözügedən zaminlik müqaviləsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi xx.xx.2019-cu il tarixdən başlanmışdır.
69. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh6 şikayəti əsasında yoxlayarkən zaminin xx.xx.2012-ci il tarixli kredit razılaşmasında nəzərdə tutulan illik faiz dərəcəsi ilə bağlı razılığını təsdiqləyən hər hansı sənədin iş materiallarında mövcud olmamasına, bu halın zamin və ipoteka qoyan olaraq məsuliyyətinin artması kimi qiymətləndirilməsinə və Mülk Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin xitamına əsas olmasına diqqət yetirməmiş, belə razılığın olubolmamasını araşdırmamış, həmin hissədə iş üzrə gəlinən nəticəni qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqelərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
70. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prossesual hüquq normalarını düzgün tətbiq etm əmişdir, bu isə həmin qətnamənin ləğvi üçün əsasdır.
71. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv olunub, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən - «Cavabdeh6 əsas borc üzrə 41.351,38 ABŞ dolları, faiz borcu üzrə 8.504,41 ABŞ dolları və cərimə borcu olaraq 1000 ABŞ dolları pulun alınıb "xxxx" QSC-nə verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayon Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərətbəli 8 otaqlı 274 kv.m. ümumi, 219,4 kv.m. yaşayış, 54,6 kv.m. yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X3 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldlaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka p redmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68.000 manat müəyyən edilməsi» hissələrində ləğv olunsun, həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.