Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2082/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Təcili və X5 Stansiyası” publik hüquqi şəxsinə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: əşyaya sahiblik edən şəxsin zərərin əvəzini tələb etmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 aprel 2025-ci il tarixli, 2(103)1371/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir və onun tərəfindən ƏN-Vİ № 286142 saylı, xx.xx.2020-ci il tarixli etibarnamə əsasında xx.xx.2032-ci il tarixinədək İddiaçı həmin avtonəqliyyat vasitəsinə dair etibarnamə verilmişdir; 3. “X10” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsin balansındadır və həmin nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2032-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yol vərəqəsi əsasında sürücü X7 verilmiş, o, tibbi müayinələrdən keçməklə sürücü kimi i şə buraxılmışdır; 4. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində qeyd olunan avtomobillər toqquşmuşdur; 5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 202570 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələri və zəhmət haqqı nəzərə alınmaqla, cəmi 12.144 manat məbləğində maddi ziyan dəymişdir; 6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə qəbzindən müəyyən olunur ki, X2 hesabına 5.000 manat məbləğində sığorta ödənişi ödənilmişdir;
7. Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəs ində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “X10” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təxirə salınmaz təcili tibbi yardım avtomobilinin sürücüsü X3 inzibati xəta məsuliyyətinə cəlb olunması məsələsinin həlli üçün toplanmış material və qərarının surəti Nəsimi RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər X7 və “Təcili və X5 Stansiyası” publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq, cavabdehlərdən 7.144 manat dəymiş ziyanın və ödənilmiş 105 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsi mi rayonu Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində “X10” markalı **-JH-*** dövlət nömrə nişanlı xüsusi təyinatlı X5 avtomobili ilə onun idarə etdiyi “Lada Granta” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində xəsarət almışdır. xx.xx.2023-cü il tarixdə onun sərxoşluq vəziyyəti yoxlanılmış və 2/21449 saylı aktla təsdiq edilmişdir ki, onda sərxoşluq vəziyyəti olmamış və ayıq göstərilmişdir. İş üzrə MTE-nın xx.xx.2023-cü il tarixli 964 saylı rəyində qeyd edildiyi kimi sağ qalça darağı nahiyəsində, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsi nahiyəsinin qançırı aşkar edilmiş, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilməmişdir. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Saleh Salahzadənin cinayət işinin başlanmasın ın rədd edilməsi haqqında qərarına görə hadisədə təqsirli olan X3 İXM-nin 327.2-ci maddəsi əsasında inzibati protokol tərtib olunmuşdur. "xxxx" ASC-nin zərərin qiymətləndirilməsinə dair hesabatına görə 12144 manat ziyan dəymiş, sığorta təşkilatı tərəfindən cəmi 5000 manat pul ödənilmişdir. 7144 manat dəymiş ziyanı isə cavabdehlər ödəmir. Cavabdeh, “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinə məxsus avtomobili idarə etdiyini və həmin müəssisənin işçisi olduğunu nəzərə alaraq vurulmuş ziyana görə birgə məsuliyyət daşıyırlar.
10. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək X3 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymiş, həmçinin nəqliyyat vasitəsini hüquqi şəxsin sürücüsü idarə etmişdir. Lakin tələb olunan məbləğlə razı deyil. Çünki həmin məbləğ həddindən artıq şişirdilmişdir. Belə ki, sığorta şirkətləri 5.000 manatadək sığorta ödənişi etməli olduqda, bu zaman qüsur aktını dəqiqliklə tərtib etməkdə maraqlı olurlar. Ödənilməli məbləğ 5.000 manatdan yuxarı olduqda isə sığorta şirkətləri onsuzda 5.000 manat pulu ödəməli olduqları üçün, qüsur aktını dəqiqliklə tərtib etməkdə maraqlı olmurlar, həmçinin dəymiş ziyanı şişirdilmiş şəkildə yazırlar. Hazırkı qüsur aktından görünür ki, iddiaçıya 12144 manat ziyan dəymişdir. Lakin məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir ki, “Lada Granta” markalı avtomobilin modelinə və növünə baxdıqda, 12.144 manat ziyan dəy məsi ağlabatan deyil, məbləğ həddindən artıq şişirdilmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-465/2024 saylı 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdehin işçisinin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxs işəgötürən olaraq dəymiş ziyanın ödənilməsinə görə məsuliyyət daşıdığından, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.
14. Birinci inctansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məc əlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1114.1 və 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh “Təcili və X5 Stansiyası” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-465/2024 saylı 30 avqust 2024-cü il tarixli qətnaməsinin 7.144 manat məbləğində pulun cavabdehdən iddiaçının lehinə tutulması hissəsində ləğv edilərək işin hallarının tam, hərtərəfli və obyektiv formada araşdıraraq 1000 manat məbləğində vurulmuş zərərin əvəzinin cavabdehdən iddiaçının lehinə tutulması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği işin mübahisələndirilən halıdır. İddiaçıya, həqiqətən də, maddi zərər vurulması faktı işin mübahisəsiz halı olsa da, hansı məbləğdə zərərin əvəzinin cavabdehdən tutulmalı olması ilə bağlı mübahisənin mövcudluğu həmin məsələnin tam və hərtərəfli araşdırılmasını şərtləndirməkdədir. Bu məqsədlə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı, ekspertizanın nəticəsindəki rəy qiymətləndirmə hesabatı ilə müqayisə olunmalı və nəticədə vurulmuş faktiki real zərərin məbləği müəyyənləşdirilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunsa da, Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş vəsatətlə eksper tizanın aparılması üçün əlavə tədqiqat materiallarının göndərilməsi xahiş olunmuşdur. Həmin vəsatətdə maşının hansı hissələrinə zərər vurulmasının müəyyənləşdirilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş qüsur aktının təqdim edilməsi xahiş olunmuş, lakin birinci instansiya məhkəməsi iş materiallarında olan həmin aktı təqdim etmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Bu da birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması prinsipinə etinasızlıqla yanaşıldığını təsdiq etməkdədir. Birinci instansiya məhkəməsi həmin vaxt müvafiq prinsipləri rəhbər tutmaqla vəsatəti təmin etməli, vəsatəti təmin etməsə belə, ekspertizanın keçirilməsindən imtina olunmasından sonra yenidən ekspertizanın keçirilməsini təmin edərək ekspert rəyini əldə e tməli idi. İddiaçı tərəfindən təqdim edilmiş və "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatında 2020-ci il buraxılışlı, “LADA (VAZ) GRANTA markalı avtomobilə dəymiş zərərin məbləği 12.144 manat müəyyənləşdirilsə də, qiymətləndirilən əmlakın özünün bazar qiyməti, modeli həmin məbləğinin mötəbərliliyini şübhə altına almaqdadır. Avtomobillərin satışı üçün nəzərdə tutulmuş internet saytlarında buraxılış ili 2020-ci il olan eyni model avtomobillərin satış qiyməti 14000-15000 manat civarında müəyyən olunmuşdur ki, qiymətləndirmə hesabatında qeyd olunan 12144 manat, demək olar ki, həmin model avtomobillərin satış qiymətinə uyğun gəlməklə qeyd olunan məbləğlə bağlı şübhələrinin əsaslı olduğunu göstərməkdədir. İşin hallarının hərtərəfli araşdırılması mövcud şübhələrin aradan qaldırı lmaqla dəymiş zərərin məbləğinin müəyyənləşdirilməyini şərtləndirirdisə də, birinci instansiya məhkəməsi həmin məbləği müəyyənləşdirmədən sadəcə mötəbərliliyi şübhə doğuran qiymətləndirmə hesabatına istinad etməklə iddia tələbini təmin etmişdir ki, bu da qeyd olunan prinsiplərin məhkəmə tərəfindən pozulduğunu göstərir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1371/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva – sədrlik edən və məruzəçi, Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-465/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.
18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışd ır ki, iddiaçının atası – X8 özünə məxsus mübahisəli nəqliyyat vasitəsini, rəsmi dövlət reyestrində qeydə alınmalı olan daşınar əşya ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair etibarnamə ilə (əvəzsiz şəkildə) iddiaçının sahibliyinə və istifadəsinə versə də, özü bu əmlakın mülkiyyətçisi olaraq qalmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qanunla qorunan mənafeyinin pozulduğu, real zərər və ya əldən çıxmış fayda formasında maddi zərərə uğradığı və yaxud da ki, əmlakın mülkiyyətçisi olan X8 qarşısında hər hansı həcmdə öhdəliyi yarandığı hallarının müəyyən edilməsi mümkün olmamışdır.
19. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri saymışdır ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 202570 nömrəli “zərər dəymiş avtonəqliyyat vasit əsinin qiymətləndirilməsinə dair hesabat”dan, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə qəbzindən da görünür ki, “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin 5.000 manatı məbləğində sığorta ödənişi məhz avtomobilin mülkiyyətçisi olan X4 ödənilmişdir.
20. Belə olan halda, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, o cümlədən həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik deyildir. Törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində onun qanunla müdafiə olunan hər hansı hüququ pozulmamışdır. Əks yanaşma hazırkı iddiaçının cavabdehin hesabına əsassız varlanmasına zəmin yaradar.
21. İşə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 157.8, 158.4 v ə 164cü maddələrini düzgün tətbiq etməmiş, iddiaçının istifadəsində olan avtomobilə mülkiyyət hüququ olmadığı təqdirdə, avtomobilə dəymiş zərəri hansı hüquqla tələb edə bildiyini araşdırmamış, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə müvafiq subyektiv hüquqa, yəni dəymiş zərəri tələb etmək hüququna malik olub-olmamasını yuxarıda sadalanan maddələrə əsasən dəyərləndirməmiş, iddianın əsaslı olması qənaətinə gəlmişlər.
22. Pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun.
23. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır.
24. Apel lyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.8, 158.4, 159, 160, 161, 164, 1096, 1097.1, 1097.3, 1099, 1108.1, 1108.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli və “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli qərarlarında əks e dilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1371/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının nəqliyyat vasitəsinə etibarnamə əsasında sahiblik etməsi faktı nəzərə alınmadan, onun zərərin əvəzini tələb etmək hüququ əsassız olaraq rədd edilmişdir. Halbuki Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları qanuni əsasla əmlaka sahiblik edən şəxslərə də mənsubdur. Bakı Apellyasiya məhkəməsində iclasda iştirak edən müstəqil tələb irəli sürməyən şəxs X8 bildirmişdir ki, həmin ərəfədə o, müdir sürücüsü kimi işləyirdi. Onun maşına ehtiyacı yox idi, maşını oğlu üçün almışdı. Yəni maşın oğlunundur və o istifadə edir, etibarnamə ilə onun adınadır, lakin vaxtı olmadığı üçün sənədləşmə edə bilməmişdir. Apelyasiya məhkəməsi iddiaçı əsl iddiaçı olmadığından iddianı rədd etmişdir. Lakin qanunvericiliyə əsasən bu halda məhkəmə öz təşəbbüsü ilə iddiaçını əsl iddiaçı ilə əvəz edə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qa nunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərər in, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
33. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət gös tərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahis ələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Tərəflər arasındakı mübahisə mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
43. İddiaçı bildirir ki, cavabdehin işçisinin təqsirli şəkildə törətdiyi avtoqəza nəticəsində qanuni əsaslarla sahibliyində olan avtomobilə maddi zərər dəymişdir. Buna baxmayaraq cavabdeh təşkilat həmin zərərin ödənilməsindən boyun qaçırır (§ 9).
44. Cavabdeh isə etirazında zərərin iddia olunan məbləği ilə razılaşmamış, apelyasiya şikayətində ondan 1000 manat pulun tutulmasına etiraz etməmişdir (§ 11, 15).
45. Mübahisə işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir (§ 12,17).
46. Hazırda kassasiy a şikayəti verən iddiaçı bildirir ki, onun bu tələbi irəli sürməyə subyektiv hüququ olmaması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsaslı deyil.
47. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
48. İddiaçının tələbinin qanuni əsası olan Mülki Məcəllənin (bundan sonra - MM) 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (§ 32).
49. Təbii ki, belə iddiaya baxan məhkəmənin ilkin vəzifələrindən biri, o cümlədən hazırkı işdə mübahisəyə səbəb olan hüquqi məsələ iddiaçının zərərin əvəzini tələb etmək h üququna malik olub-olmamasını müəyyən etməkdir.
50. Bir çox halda bu məsələyə belə yanaşılır ki, zərərin əvəzini əşyanın mülkiyyətçisi tələb edə bilər. Təbii ki, əşya mülkiyyətçisi bu hüquqa malikdir. Lakin mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzini tələb etmək hüququ olan şəxslərin dairəsini düzgün müəyyənləşdirmək üçün aşağıdakı normaların şərtlərini nəzərdən keçirmək lazımdır.
51. MM-in 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
52. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində f iziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
53. Göründüyü kimi, qanunverici zərər vurulan subyekti mülkiyyətçi, obyekti isə əşya, olaraq dar anlamda nəzərdə tutmamışdır. Mülki hüquq münasibətlərinin əhatə dairəsinin genişliyi və müxtəlifliyi nəzərə alınaraq, MM-in 1096.1-ci maddəsində subyekt qismində “hüquqla və ya qanunla müdafiə edilən şəxs”, 1097.1-ci maddəsində zərər vurulan obyekt qismində isə “əmlak” ifadələrindən istifadə edilmişdir.
54. Bu mənada müdafiə edilən şəxs və əmlak dedikdə, mülki hüquq sistemi ilə qoruma altına alınan bütün subyektlər və mənafelər nəzərdə tutulur. Buraya mülkiyyətçi ilə yanaşı, məhdud əşya hüququ sahibləri, qanundan və y a müqavilədən irəli gələn əmlak hüquqlarının mənsub olduğu şəxslər də daxildir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 №-li Qərarında verilmiş izahdan görünür ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu anlayışa pulla qiymətləndirilə bilən bütün aktivlər (daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s.) və passivlər, yəni öhdəliklər aiddir.
56. Əgər bir şəxs mülkiyyətçi ilə bağladığı əvəzsiz istifadə, icarə, lizinq, uzufrukt və digər müqavilələr əsasında əşyanı müəyyən müddətdə istifadə etmək üçün sahibliyinə götürmüşdürsə, əqddən irəli gələn hüquqlar, eləcə də əşyadan yararlanmaq imkanı onun əmlak aktivinə daxildir. Eyni zamanda həmin əqdlərdən meydana gələn öhdəliklər əşya sahibinin əmlakının passivində yer alır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Qədirovun şikayəti üzrə 18 dekabr 2017-ci il tarixli qərarında vurğulamışdır ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.
58. Qeyd edilənlər bu nəticəyə gəlməyə əsas verir ki, delikt nəticəsində dəymiş zərəri tələb etmək hüququna nəinki əşyanın mülkiyyətçisi, həm də müqavilədən irəli gələn hüquqlarla əşyaya sahiblik və onu istifadə edən şəxslər də malikdir. Odur ki, əşyanın sahibi də əmlak hüquqlarına vurulmuş zərərin əvəzini MM-in 1097.1, 1099.1 və digər aidiyyəti maddələrinə əsasən tələb edə bilər.
59. Bu mənada bir avtomobili mülkiyyətçidən əvəzsiz istifadə müqaviləsi əsasında əldə etmiş şəxsin sahibliyinin pozulması nəticəsində vurulan zərərin əvəzini tələb etmək hüququ tanınır.
60. Məlum məsələdir ki, vurulmuş zərərin aradan qaldırılması (təmir və s.) üçün müəyyən müddət avtomobildən istifadə edilməyə bilər. Bu səbəbdən sahib müəyyən xərclər də çəkə bilər - məsələn, təmir müddətdə nə qliyyat vasitəsinə olan ehtiyacı qarşılamaq üçün başqa bir avtomobilin icarəyə götürülməsi müqabilində ödənilən icarə haqları və s.
61. Maddi zərərin əvəzinin ödənilməsi həm də o səbəbdən sahibin mənafeyi daxilindədir ki, zərər vurulmuş əşya bərpa olunmadan sahib gələcək dövrdə avtomobilə olan mənfəətini təmin edə bilməz. Bu mənada zərərin əvəzinin ödənilməsi həm də sahibliyin pozulmasının nəticələrinin aradan qaldırılması vasitəsi kimi çıxış edir. Zərər ödənilmədikdə isə əksər hallarda sahib məcbur olur ki, özü təmir xərclərini çəkməklə əşyadan istifadə imkanını bərpa etsin.
62. O da nəzərə alınmalıdır ki, əşyaya əqd əsasında, o cümlədən əvəzsiz istifadə müqaviləsi ilə sahiblik edən şəxs bir qayda olaraq, onu aldığı vəziyyətdə mülkiyyətçiyə qaytarmaq öhdəliyi daşıyır. Bu baxımdan sahib, ə şyada meydana gəlmiş ziyana görə mülkiyyətçi qarşısındakı məsuliyyəti həddində bu zərəri meydana gətirən üçüncü şəxsə qarşı tələb hüququna malik olur.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də adı çəkilən qərarında bu xüsusata diqqət çəkərək vurğulamışdır ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir.
64. Deməli, həm əşyadan məhrum qalınması nəticəsində çəkilən xərclər, həm sahibliyin gələcəkdə davam etdirilməsi məqsədilə əşyanın özünün bərpası üçün çəkilməli olan xərclər, həm də sahibin mülkiyyətçi qarşısında meydana gələn öhdəlikləri baxımından delikt törədən şəxsd ən zərərin əvəzinin tələb edilməsi sahibin əmlak mənafeyi daxilindədir.
65. MM-in 21.2-ci maddəsində belə xərclər maddi zərər hesab edilir, 1097.1-ci maddəsi isə şəxsin əmlakına vurulmuş zərərin tam həcmdə ödənilməsini nəzərdə tutur (§ 29, 31).
66. Baxılan işdə zərər dəymiş “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 olsa da, İddiaçı həmin nəqliyyət vasitəsindən istifadə edən sahibdir. Hazırkı məqamda iddiaçının əşyaya sahibliyi itirməsi halı nəinki aşkar edilməmiş, xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, o, xx.xx.2032-ci ilədək avtomobildən istifadə etmək səlahiyyətinə malikdir.
67. Belə olan halda İddiaçı həmin avtomobilə vurulmuş zərərin əvəzini tələb etmək üçün subyektiv hüquqa malik olmaması barədə apellyasiya məhkəməsinin mö vqeyi yuxarıda qeyd olunan normalar və hüquqi mövqelər baxımından qanuni və əsaslı sayıla bilməz.
68. Beləliklə, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamış, bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır (§ 37-38).
69. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır.
70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 aprel 2025-ci il tarixli, 2(103)1371/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.