Məhkəmə qərarları › İş №2(102)-2084/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2084/2019

25.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2084/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün Apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “girovlu istehlak kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, iş 2(004)-9116/2016)iddia qismən təmin edilmiş, “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, 120352-1-10135 № “Girovlu istehlak krediti müqaviləsi” ləğv olunmuş, “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, 1 20352-1-10135 № “Girovlu istehlak krediti müqaviləsi”nə əsasən 23 iyun 2016-cı il tarixində ödənilmiş 36920,00 manat məbləğində əsas, 2384,10 manat faiz borcu və 160,00 manat məbləğində cərimə, cəmi 39464,10 manat məbləğində borc, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat və xidmət haqqı qismində ödənilmiş 20 manat, ümumilikdə 39524,10 manat (otuz doqquz min beş yüz manat on qəpik) məbləğində pul Cavabdeh1 tutularaq “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 25, 3 otaqlı, ümumi sahəsi 72,1 kv.m. olan 13 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan istisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 25, 3 otaqlı, ümumi sahəsi 72,1 kv.m. olan 13 saylı mənzilin ilkin satış qiyməti 76000 (yetmiş altı min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 25, 3 otaqlı, ümumi sahəsi 72,1 kv.m. olan 13 saylı mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satıldıqdan sonra 1 ay ərzində həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılması, iddia tələbinin ipoteka predmetinin 68000 manat məbləğində müəyyən edilməsi hissəsinin təmin edilməməsi, həmçinin keçirilmiş əmlakın qiymətləndirməsinə dair məhkəm ə ekspertizasının xərci olaraq Cavabdeh1 300 (üç yüz) manat məbləğində pulun tutularaq “xxxx” MMC-nin Nərimanov filialına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), M.Bağırova və S.Məmmədov, iş № 2(103)-3749/2017) Cavabdeh1 Apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən Apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, i şin yenidən baxılması üçün Apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: “xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən Apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsə lələr: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da Apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bank ilə Cavabdeh1 19 dekabr 2013-cü il tarixli, 120352-1-10135 № “Girovlu istehlak krediti müqaviləsi”nə əsasən Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25 faizlə 40.000 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh2 arasında 19.12.2013-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın ipoteka müqaviləsinə” görə, yuxarıda qeyd edilən “kredit müqaviləsinin” təminatı olaraq, Cavabdeh2, mülkiyyətində o lan mənzili Bank qarşısında ipoteka ilə yülkü etmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 01 №-li, 05.06.2015-ci il tarixli 120352-110135 №-li Girovlu istehlak krediti müqaviləsinə dəyişiklik və əlavələr haqqında Razılaşmaya görə, kreditdən istifadəyə görə illik 25% dərəcəsi ilə, 42 ay müddətinə 33.668,77 manat məbləğində kredit müəyyənləşdirilmişdir. Daha sonra Bank ilə Cavabdeh1 arasında 02 №-li, 09.12.2015-ci il tarixli “120352-110135 №-li Girovlu istehlak krediti müqaviləsinə dəyişiklik və əlavələr haqqında Razılaşma” imzalanmış, həmin “Razılaşmaya” görə kreditdən istifadəyə görə illik 13% dərəcəsi ilə, 60 ay müddətinə 36.290 manat məbləğində kredit müəyyənləşdirilmişdir. Bankın 24.06.2016-cı il tarixli 13242 №-li “Arayışa” görə ki, Cavabdeh1 “120352-110135 №-li Girovlu istehlak kr editi müqaviləsinə dəyişiklik və əlavələr haqqında” 01 №-li və 02 №-li “Razılaşmalar” üzrə 23.06.2016-cı il tarixə əsas borcu 36920 manat, faiz borcu 2.384 manat, cərimə borcu isə 160 manat olmaqla, cəmi borcu 39.464,10 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 421.1, 421.2, 421.3, 425.1, 425.2, 427.1, 442, 448.1, 385.1-ci maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, Apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən məhkəmə iclasında onun iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlənilməsinə önəm verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki, ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflər in prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsində keçirilən proseslərin yalnız birində iştirak etmiş, Apelyasiya instansiyası məhkəmsində keçirilən proseslərin heç birində iştirak etməmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 adına ünvanladığı bildirişləri “ünvan 1ünvan bağlıdır,dəfələrlə gedilib” qeydi ilə geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13 5.3-cü maddəsinə görə, Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hal larda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə Apelyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin xəbərdar edilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuş, cavabdehin məhkəmə prosesində iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 418.4.5-ci maddəsinə görə, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı Apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən prosessual hüquq normalarının pozulması, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb ola bilərdi. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rə hbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar