Məhkəmə qərarları › İş №2(102)-2084/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2084/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2084/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçılar: İddiaçı2, İddiaçı4 Cavabdehlər: Cavabdeh1, X6 İddia tələbi: pul tələbi Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorlar İddiaçı2, İddiaçı4, onların vəkili Vəkil Qurbanəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin bi nasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxx 2018-ci il tarixdə İddiaçı2 və İddiaçı1 İsmixan qızı X1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat məbləğində pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 öz oğluna toy etməsi, evini təmir etməsi və gəlininə qızıl alması üçün təcili pul lazım olduğunu bildirərək İddiaçı2 2016-cı ilin yay ayından başlayaraq, Sumqayıt şəhərində 4-5 ay ərzində cəmi 20125 manat məbləğində borc pul almış, toydan dərhal sonra borcu qaytaracağına dair söz vermişdir. İddiaçı2 buna razı olmuş, pulu ondan X3 həyat yoldaşı Cavabdeh1 götürmüşdür. Sonradan məlum olmuşdur ki, cavabdehlər toy etmək, mənzili təmir etmək və qızıl almaq bəhanəsi ilə borc alaraq İddiaçı2 aldatmış, hər dəfə müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınmışlar. Həmin borcdan 10125 manat geri qaytarılsa da, cavabdehlər qalan 10000 manat borcu geri qaytarmaqdan boyun qaçırmışlar. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıların 10000 manat məbləğində pul tələbi etməsi əsassızdır. Belə ki, o, İddiaçı2 əvvəlcə 2000 manat, bundan başqa ayrı-ayrı vaxtlarda az məbləğdə borc götürmüş, lakin onun götürdüyü pul 10000 manat məbləğində deyil, bir qədər az olmuş və hətta faizlər də ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7096/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia təmin edilmiş, Cavabdeh1 və X2 10000 (on min) manat məbləğində pulun alınaraq İddiaçı2 və İddiaçı1 İsmixan qızına verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, həqiqəti əks etdirməməklə yalnız iddiaçının izahatına istinad edilir. İddiaçı tərəfindən isə, məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1923/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari, L.M.Məmmədova, F.Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 10000 (on min) manat alınaraq İddiaçı2 və İddiaçı1 İsmixan qızına verilməsi qət edilmiş, iddia X4 münasibətdə rədd edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsini ləğv etsə də, mahiyyət etibarilə heç bir dəyişiklik etməmiş, faktiki olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə faktiki olaraq apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası A li Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7473/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.F.Hacıyev, Ə.A.Əhmədov və E.R.Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh yalnız 1 dəfə 10.000 manat məbləğində borc aldığını etiraf etdiyindən və iddiaçı da ona cavabdeh tərəfindən 10.150 manat pulun qaytarıldığını bildirdiyindən 2-ci dəfə ona 10.000 manat məbləğində pul verməsi ilə bağlı sübutetmə yükü məhz iddiaçının üzərinə düşmüş olur. Apellyasiya instansiyası məhkəməs i isə prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, cavabdeh tərəfindən alındığı qəbul edilməyən 2-ci məbləğin qaytarılması üzrə sübutetmə yükünü cavabdehin üzərinə qoymuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-978/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov, E.M.Əhmədov, T.Q.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə Cavabdeh1 aid hissədə də ləğv edilmiş, iddia Cavabdeh1 aid hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılardan Cavabdeh1 10000 manat borc pul almışdır. O cümlədən, tərəflər etiraf edir ki, həmin borc ödənilmişdir. İddiaçılar e tiraf edir ki, ödənilən məbləğ 10125 manat olmuşdur. Həmçinin, iddiaçılar iddia edir ki, digər vaxt 10000 manat verilən borcu cavabdeh qaytarmamışdır. Lakin, buna dair sübutu təqdim etmək onlara təklif edilmiş, heç bir tutarlı sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorlar və onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavab dehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsi nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qay tarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qət namə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar