Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2084/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-856/2023 nömrəli mülki iş üzrə 13 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2937/1-i nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 14 faizlə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit xətti açılmışdır.
2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 85/11 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 23 faizlə 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. 3. 20 aprel 2016-cı il tarixli 007/16 saylı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2937/1-i saylı, 01 aprel 2015-ci il tarixli Kredit xətti müqaviləsi üzrə 1 saylı Əlavə Sazişdən görünür ki, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 3600(üç min altı yüz) manat təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 24 ay müddətinə illik 14 faiz ödənilməklə uzadılır. 4. 24 oktyabr 2016-cı il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 85/11 saylı, 04 avqust 2015-ci il tarixli Kredit kartının verilməsi və istifadə müqaviləsi üzrə 1 saylı Əlavə Sazişdən görünür ki, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 9997 (doqquz min doqquz yüz doxsan yeddi) manat əsas borc, 453( dörd yüz əlli üç) manat faiz borcu cəmi 10450 (on min dörd yüz əlli) təşkil edən qalıq məbləğ kreditə çevrilir və kreditin müddəti 24 aprel 2018-ci il tarixinədək uzadılır. Kreditin istifadəsinə görə borcalan kreditora illik 23 faiz ödəməyi öhdəsinə götürmüşdür.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(004)7985/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “DəmirBank" ASC-nln ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair” mülki iş üzrə iddia qismən təmin edilərək, Cavabdeh 13246,32 (on üç min iki yüz qırx altı manat otuz iki qəpik) manat əsas, 2902,33 (iki min doqquz yüz iki manat otuz üç qəpik) manat faiz borcu, 26.52 (iyirmi altı manat əlli iki qəpik) manat cərimə olmaqla cəmi 16175.17 (on altı min yüz yetmiş beş manat on yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 29,40 (iyirmi doqquz manat qırx qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan "DəmirBank’ ASC-nin xeyrinə tutulması. İddia tələbi qalan hissədə təmin olunması qət edilmişdir.
6. Bakı Apelyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(103)-4806/2019 saylı qərardadın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(004)-7985/2018 saylı qətnaməsi ləğv edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
7. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx. 2016-ci il tarixli kredit müqaviləsinə əsasən 10196,73 (on min yüz doxsan altı manat yetmiş üç qəpik) manat əsas, 377,85 (üç yüz yetmiş yeddi manat səksən beş qəpik) manat faiz, 5,82 (beş manat səksən iki qəpik) manat cərimə, cəmi 10580,40 (on min beş yüz səksən manat qırx qəpik) manat məbləğində borcu vardır.
8. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən 2757,64(iki min yeddi yüz əlli yeddi manat altmış dörd qəpik) manat əsas, 72,60(yetmiş iki manat altmış qəpik) manat faiz, 1,97(bir manat doxsan yeddi qəpik) manat cərimə, cəmi 2832,21(iki min səkkiz yüz otuz iki manat iyirmi bir qəpik) manat məbləğində borcu vardır.
9. Ləğv pros esində olan İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il bildirişlərdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. 10. 01 sentyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 153,83 (yüz əlli üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 21276,39 (iyirmi bir min iki y üz yetmiş altı manat otuz doqquz qəpik) manat bundan 13246,32 (on üç min iki yüz qırx altı manat otuz iki qəpik) manat əsas, 4503,85 (dörd min beş yüz üç manat səksən beş qəpik) manat faiz, 3126.94 (üç min bir yüz iyirmi altı manat doxsan dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 399,28 (üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 153,83 (bir yüz əlli üç manat səksən üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 2937/1-i nömrəli 01 aprel 2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 3700 (üç min yeddi yüz) manat məbləğində kredit xətti açılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 85/11 nömrəli 04 avqust 2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. 20 aprel 2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh arasında 007/16 nömrəli Əlavə Saziş bağlanaraq, Əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” if adəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 3600(üç min altı yüz) manat təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 24 (iyirmi dörd) ay təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 14 faiz ödəməli idi. 24 oktyabr 2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh arasında 1 nömrəli Əlavə Saziş bağlanaraq, Əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin cəmi 10450 (on min dörd yüz əlli) manat təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 24 aprel 2018-ci il tarixədək təşkil etmişdir. Kreditin istifadəsinə gö rə Borcalan Kreditora illik 23 faiz ödəməli idi. 2937/1-i saylı 01 aprel 2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə öhdəliklərin 85/11 saylı xx.xx.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə birləşdirilməsinə, əlavə və dəyişiklikliyə dair bağlanmış 2 nömrəli 29 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısında olan öhdəliklərinin əsas borc məbləğlərinin qalığı cəmi 13396,28 (on üç min üç yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat təşkil etmişdir.Kreditin müddəti 60 ay təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 17 faiz dərəcəsi ilə faiz ödəməli idi. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, c ərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2022-ci il tarixə Cavabdeh müqavilə üzrə cəmi borcu 21276,39 (iyirmi bir min iki yüz yetmiş altı manat otuz doqquz qəpik) manat təşkil edir. Bundan 13246,32 (on üç min iki yüz qırx altı manat otuz iki qəpik) manat əsas, 4503,85 (dörd min beş yüz üç manat səksən beş qəpik) manat faiz, 3126,94 (üç min bir yüz iyirmi altı manat doxsan dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 399,28 (üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat faiz borcu təşkil edir.
13. Da ha sonra İddiaçı ASC iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 20 aprel 2016-cı il tarixli, KM002T04160013S01 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə yaranmış cəmi borcu 2832,21 (iki min səkkiz yüz otuz iki manat iyirmi bir qəpik) manat - bundan 2757,64 (iki min yeddi yüz əlli yeddi manat, altmış dörd qəpik) manat əsas, 72.60 (yetmiş iki manat, altmış qəpik) manat faiz, 1,97 (bir manat, doxsan yeddi qəpik) manat cərimə borcu və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2016-cı il tarixli, KM002T10160013S01 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə yaranmış cəmi borcu 10580,40 (on min beş yüz səksən manat,qırx qəpik) manat - bundan 10196,73 (on min yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 377,85 (üç yüz y etmiş yeddi manat, səksən beş qəpik) manat faiz, 5,82 (beş manat, səksən iki qəpik) manat cərimə, həmçinin iş üzrə ödənilmiş 153,83 (yüz əlli üç manat, səksən üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2022-ci il tarixli, 2(004)-4963/2022 nömrəli qətnaməsi ilə (G.Babazadə) iddia təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında müvafiq kredit müqavilələri xx.xx.2015-ci il tarixdə 12 ay müddətinə, 04 avqust 2015-ci il tarixdə 12 ay müddətinə bağlanılmış, xx.xx.2016-cı il tarixli Əlavə Sazişlə xx.xx.2015-ci il tarixli müqavilənin müddəti 20 aprel 2018-ci tarixinə kimi, xx.xx.2016-cı il tarixli Əlavə Sazişlə xx.xx.2015-ci il tarixli müqavilənin müddəti 24 aprel 2018-ci tarixinə kimi uzadılmışdır. Lakin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC xx.xx.2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda iddia rədd olunmalıdır.
16. Məhkəmə iddiaçı tərəfin ilkin olaraq iddia tələbi ilə vaxtında məhkəməyə müraciət edilməsi, həmin müraciət zamanı iddia müddətinin ötürülmədiyini, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılması, Bakı Apelyasiya Məhkəməsinin 21 may 2019cu il tarixli 2(103)-4806/2019 saylı qərardadı ilə işin baxılmamış saxlanılması, ağlabatan müd dətin iddia müddətinə daxil edilməməsinə dair dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(103)-4806/2019 saylı qərardadında göstərilmişdir ki, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağabatan müddət iddia müddətinə daxil olmamlıdır. Göründüyü kimi bu müddət Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi üçün nəzərdə tutulmuş ağlabatan müddətdir. Qərardaddan da göründüyü kimi Fərmanda qeyd olunan prosesual hərəkətlərlə bağlı bank tərəfindən nə həmin müddətdə, nə də ki hazırki icraat müddətində məlumat daxil olmamışdır. 21 may 2019-cu il tarixindən hazırki iddia qaldırılanadək olan müddəti məhkəmə ağlabatan müddət kimi qiymətləndirmir. Eyni zamanda hesabdan çıxarışdan da müəyyən olunur ki, müqavilələr üzrə cavabdeh tərəfindən sonuncu ödənişlər 20 aprel 2016-cı il və 24 aprel 2016-cı il tarixlərində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 377.1, 384.0.4, 554.1 və 554.4-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. İddiaçı ASC ilə Cavabdeh Qafar oğlu arasında 01 aprel 2015-ci il tarixli “Kredit kartın verilməsi və istifadəsi” üzrə 12 ay müddətində müqavilə bağlanmışdır. 24 oktyabr 2016-cı il tarixdə Əlavə Sazış bağlanaraq kreditin bitmə müddəti 24 aprel 2018-ci il müəyyən edilmişdir.Bakı Şəhər Yasamal rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 2(004)-7985/2018 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Daha sonra Cavabdeh Qafar oğlu qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, həmin dövrdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərman qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4806/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə bankın iddiası baxılmamış saxlanmışdır. Buradan da görünür ki, bankın məhkəməyə ilkin müraciəti zamanı iddia müddəti ötürülməmişdir.
20. Qeyd olunan Fərman fiziki şəxslərin xarici valyuta olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanızmi, həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən etmişdir. Fərmanın 6.2-ci maddəsinə əsasən, fiziki şəxslərin vax tı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərini geri çağırılmasını təmin edən tədbirlər görməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4806/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın qəbul edilmə səbəbi də məhz Fərmanın təsirinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəmədənkənar qaydada həll edilmə tələbi olmuşdur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müdətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında Qaydalar müəyyən edilmişdir ki, həmin Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarınıın restrukturizasiya məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağıanması ilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Buradan görünür ki, bankın və cavabdehin həm Fərmanla, həm də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4806/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə müəyyən olunmuş icra müddəti məhkəmənin qeyd etdiyi “ağlabatan müddət” deyil, konkret olaraq 31 dekabr 2019-cu il tarixi olmuşdur.
22. Mübahisə tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin 3 dekabr 2022-ci il tarixdə b itməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi 05 sentyabr 2022-ci il tarixdə elektron qaydada göndərilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-201/23 nömrəli iş üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər–N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov,) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, iddiaı bank tərəfindən iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür.
25. Belə ki, 1-ci müqavilə, yəni xx.xx.2016-cı il tarixli müqavilə üzrə kredit müddəti 24 ay – xx.xx.2018-ci ilədək müəyyən edilib. 2-ci müqavilə, yəni xx.xx.2016-cı il tarixli müqavilə üzrə kredit mü ddəti 18 ay - xx.xx.2018-ci ilədək müəyyən edilib. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. 1-ci müqavilə üzrə həmin müddət xx.xx.2021-ci ildə, 2-ci müqavilə üzrə xx.xx.2021-ci ildə başa çatmışdır.
26. İddia ərizəsi baxılmamış saxlanıldıqdan 2 il 3 ay keçdikdən sonra - xx.xx.2022-ci ildə bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia müddətinin 1-ci müqavilə üzrə xx.xx.2021-ci ildə, 2-ci müqavilə üzrə xx.xx.2021-ci ildə başa çatdığı nəzərə alınarsa, bundan 1 il 4 ay sonra - xx.xx.2022-ci ildə verilən iddia ərizəsi üzrə iddia müddəti keçib. İddia ərizəsi baxılmamış saxlanıldıqdan sonra ötən 2 il 3 ay ərzində bank hazırkı kredit müqavilələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şə xslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə bağlı heç bir tədbir görməyib.
27. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına, Mülki Məcəllənin 375.2-ci MPM-nin 372, 384392-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı ASC (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
31. İddiaçı şikayətini Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına, Mülki Məcəllənin 373.2, 375.2 və 377.2-ci, MPM-nin 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
33. Maddə 375.2. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məh kəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razı laşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-856/2023 nömrəli mülki iş üzrə 13 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.