Məhkəmə qərarları › İş №2(102)-2086/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2086/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2086/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2186/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş üzrə Cavabdeh icbari sığorta növü ilə sağortalanmış anası Ü.Səmədovaya məxsus avtomobili sərxoş vəziyyətdə idarə edərkən Binəqədi-Biləcəri şossesində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə piyada A.R.Məmmədovaya az ağır dərəcəli bədən xəsarəti yetirmiş, eyni zamanda qarşıdan gələn X1 məxsus “Opel Astra” markalı avtomobil əzilmiş, həmin avtomobildə olan sərnişin C.Cəbrayılov yüngül bədən xəsarəti almışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyu n ayında “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsiri üzündən baş vermiş qəza ilə əlaqədar “Opel Astra” markalı avtomobilin əzilməsi nəticəsində onun sahibinə dəymiş maddi zərərə görə 3200 manat, A.Məmmədovanın sağlamlığının bərpası üçün çəkilmiş xərcə görə 1500 manat ödəmələrini əsas göstərməklə sığorta hadisəsi ilə əlaqədar ödədikləri 4700 manatın Cavabdeh onların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-158/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: C.İ.Səfiyeva) iddia tələbi qismən təmin olunaraq cavabdehdən avtomobilin əzilməsi ilə əlaqədar dəymiş ziyana görə 2975,00 manat və A.Məmmədovaya dəymiş zərərə görə 1500 manatın, cəmi 4475 manatın və 20 manat rüsuma görə pulun alınaraq iddia çıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək “Opel Astra” markalı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyanın məbləği barədə ekspert rəyinin ehtimal əsasında verilməsini, A.R.Məmmədovanın sağlamlığının bərpası üçün çəkilmiş xərcin isə onun tərəfindən ödənilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1050-2186/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abbasov və T.Q.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti vermiş və şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1 S ubroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv ed ilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, sığorta şirkəti ilə “VAZ 11193” markalı avtomobilin sahibi Ü.Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli sığorta müqaviləsinin tələbinə müvafiq olaraq “Opel Astra” markalı avtomobilin sahibinə və piyada A.R.Məmmədovaya dəymiş ziyan sığortaçı tərəfindən ödənilmişdir. Kassasiya şikayətində avtomobilin əzilməsi nəticəsində onun sahibinə dəymiş ziyanın qətnamədə müəyyən olunan qədər (3200 manat) deyil, 1000-1200 manat təşkil etməsi iddia olunsa da, məhkəməyə həmin məbləğdə ziyanın dəyməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Məhkəmə tərəfindən “Opel Astra” markal ı avtomobilin sahibinə dəymiş ziyanın məbləği müəyyən olunarkən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyinə istinad olunmuşdur. Həmin rəyə görə avtomobilin hissələrinin qiyməti 1385.00 manat, təmir-bərpa işlərinin qiyməti isə 1590 manat təşkil edir. Belə olduqda, kollegiya kassasiya şikayətinin həmin dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlil qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində qəza nəticəsində sağlamlığı pozulmuş A.R.Məmmədovaya dəymiş maddi ziyanı ödəməsini bildirsə də, işdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, həmin işə baxılarkən zərərçəkmiş qismində ifadə verən A.Məmmədova sağlamlığının bərpası ilə əlaqədar valideynləri tərəfindən 6000 manatdan çox xərc çəkilməsini, lakin Cavabdeh və onun qohumları tərəfindən dəymiş ziyanın ödənilməsi ilə əlaqədar ona hər hansı bir maddi yardım göstərməmələrini bildirmişdir. Belə olan halda A.Məmmədovaya dəymiş ziyanın onun tərəfindən ödənilməsinə dair cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (936.1.) Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıy a subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (936.2.) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (936.5.) Qanunun göstərilən norması sığorta şirkətinə sığorta hadisəsi ilə əlaqədar ödədiyi pul məbləğini təqsirkar şəxsdən tələb etmək hüququ verdiyindən, kollegiya hesab edir ki, sığorta şirkəti ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmə iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd olunanlarla əlaqədar apellyasiya instansiyası məh kəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla, onun ləğv edilməsinə əsas verən qanun pozuntularına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2186/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar