Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2087/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(107)56/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xxx-ci il tarixli, xxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Quliyev) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 105.500 manat pulun tutulub iddiaçıya verilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(107)56/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xxx-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, tələbkar İddiaçı məhkə mə iclasında iştirakını təmin etməklə, borclu Cavabdeh pozulmuş hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan 105.500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSƏLİN İZAHATLARİ Cavabdeh və İddiaçı məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosess ual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, iddiaçının iddia tələbinin 98.000 manat hissəsindən imtina barədə ərizəsi təmin edilməli, həmin hissədə onun iddiadan imtinası qəbul edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməklə, iş üzrə icraata xitam verilməli və qalan hissədə, yəni 7.500 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində qətnamə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında notarial qaydada bağlanmış xxx -ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 105.500 manat borc pul alıb və həmin müqavilənin şərtlərinə görə cavabdeh həmin borcu 04 iyul 2016-cı il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürüb. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin sözügedən kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi bu günədək icra etmədiyini göstərib, sözügedən borcun cavabdehdən tutulub ona ödənilməsini iddia etmişdir. Apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən, işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş 7.500 manat borcu qalıb. İddiaçının poçtla Ali Məhkəməyə daxil olmuş ərizəsindən, eləcə də onun kasasiya instansiyası məhkəməsinin iclasında bilavasitə verdiyi və cavabdehin özü tərəfindən də imzalanmış yazılı ərizəsindən görünür ki, o cavabdehin ona olan 105.500 manat borcundan 7.500 manat hissə istisna olmaqla, qalan hissə ödənildiyi üçün ödənilmiş məbləğə aid hissədə iddia tələbindən imtina etmişdir və həmin hissədə qətnamənin ləğv edilərək işin icraatına xitam verilməsini və iddiadan hissəvi imtinanın nəticələrinin ona məlum olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə cavabdehə verdiyi 105.500 manat borcun (105.500-7.500) 98.000 manat hissəsindən imtina etmişdir və hazırda cavabdehdən onun xeyrinə cəmi 7.500 manat pulun tutulmasını iddia edir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur v ə tərəflər, qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Göründüyü kimi iddiaçı kasasiya instansiyası məhkəməsinə yazılı ərizə təqdim edib və könüllü şəkildə iddia tələbinin 98.000 manat hissəsindən imtina etmişdir və onun öz iradəsini ifadə edib iddia tələbindən qismən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və ümumiyyətlə mülki iş materiallarında iddiaçının iddia tələbindən qismən imtina etməsinin qəbul edilməsini istisna edən heç bir hal yoxdur. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinin mənasına görə, iddiaçı iddiadan imtina etdiyi və bu imtina məhkəmə tərəfindən qəbul olunduğu halda işə baxan məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin 98.000 manat hissəsindən imtinası barədə ərizəs i təmin edilməli, həmin hissədə onun iddiadan imtinası qəbul edilməli və iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Daha sonra işdən, iddiaçının yazılı ərizələrindən, cavabdehin etirafından görünür ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 7.500 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehin öz öhdəliklərini icra etməməsi, yəni onun öz öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməməsi və hazırda iddiaçıya ödənilməmiş 7.500 manat borcunun qa lması mülki iş materialları ilə, eləcə də tərəflərin özlərinin izahatları, iddianın çoxsaylı yazılı ərizələri ilə istisna edilmədiyindən, qalan hissədə, yəni 7.500 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı iddia tələbinin 98.000 manat hissəsindən imtina barədə ərizəsi təmin edilsin, həmin hissədə onun iddiadan imtinası qəbul edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx cu il tarixli, xxxx saylı qətnaməsi həmin hissədə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qalan hissədə, yəni 7.500 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi hissəsi ndə qətnamə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2087/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2087/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver