Məhkəmə qərarları › İş №2(102)-2087/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2087/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2087/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət (real zərər), öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-627/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 8 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh2 Mənzil Tikinti Kooperativinin icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış 14 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv metr olan 2 otaqdan ibarət C04 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (108273 manat) Kooperativə ödənilməsini öhdəsinə götürmüş və maliyyə arayışına əsasən isə qeyd edilən mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən tam olaraq ödənilmişdir.

2. Həmçinin Cavabdeh2 Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 5 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv metr olan, 156,5 kv metr izolə olunmuş, 4 otaqdan ibarət B03 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (172190 manat) Kooperativə ödənilməsini öhdəsinə götürmüş və xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən isə qeyd edilən mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(101)87/2023 nömrəli hökmünə əsasən, əsasən təqsirləndirilən şəxslər Cavabdeh4 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 həmin Məcəllənin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 Mənzil Tikinti Kooperativi barəsində CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə nəzərdə tutulan əməlləri törətmələri, əməllərində cinayət tərkibinin olmasını və onların təqsirlərini tam sübuta yetirilmiş hesab edilərək, Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.4 və 308.2-ci maddələri, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh4 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 13 (on üç) il 6 (altı) ay m üddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 18 mart 2021-ci il tarixdən hesablanması və barəsində xüsusi müsadirə tətbiq edilməsi, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tu tmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh3 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 27 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və barəsində xüsusi müsadirənin tətbiq edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı 18 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində "həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 məhkəmə zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxansına göndərilməsi və barəsində xüsusi müsadirə tətbiq edilməsi, Cavabdeh2 Mənz il Tikinti Kooperativi hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edilməsi və əlavə cinayət-hüquqi tədbir qismində iki yüz min manat miqdarında cərimə təyin edilməsi, zərərçəkmiş şəxslər X3 50301 manat əldən çıxmış fayda, X8 38.412 manat əldən çıxmış fayda, 100000 manat mənəvi zərər, X4 56822 manat əldən çıxmış fayda, X9 35211 manat əldən çıxmış fayda, 100000 manat mənəvi zərər, X1 2000 manat mənəvi zərər, X10 100000 manat əldən çıxmış fayda, X7 59241 manat əldən çıxmış fayda, 20000 manat mənəvi ziyan, zərərçəkmiş şəxs X5 hüquqi varisi X11 2000 manat mənəvi ziyan, X14 39630 manat əldən çıxmış fayda, X6 müdafiəçiyə hüquqi yardım üçün ödədiyi 500 manat, X15 10.000 manat mənəvi ziyan, X16 15000 manat mənəvi ziyan, X2 mənəvi zərər olan 15000 manat, X17 mənəvi zərər olan 15000 m anat, X18 mənəvi zərər olan 2000 manat, X12 Azərbaycana gəib-getdiyi təyyarə pulu 2571 ABŞ dolları və 727 evro, X19 2019-cu ildə bugünədək yaşamaq üçün kirayə ödədiyi 40000 manat, mənəvi zərərərə görə 30000 manat tələbi barədə mülki iddaları araşdırma tələb etdiyindən həmin zərərçəkmiş şəxslərə mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilməklə mülki iddalarının həmin hissələri baxılmamış saxlanılması qət edilmişdir. Həmçinin hökmə əsasən, Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98,43 kv metr olan 1 ədəd mənzilə görə sonuncu tərəfindən 108273 (bir yüz səkkiz min iki yüz yetmiş üç) manat pul vəsaiti kooperativə ödənilməsi, həmçinin hökmə əsasən Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172,19 kv metr olan 1 ədəd mənzilin 172190 manata sonuncu tərəfindən alınmasının rəsmiləşdirilməsi qeyd edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm cəzanın təyin edilməsi, o cümlədən mülki iddia ilə bağlı hissələrdə dəyişdirilmiş, nəticə etibarı ilə təqsirləndirilən şəxslərin mübahisəyə aidliyi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Bi rinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 280463 manat zərərin və 513,42 manat dövlət rüsumunun, cəmi 280976,42 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, hazırkı vaxtadək aldığı mənzillər ona təhvil verilməmiş, oxşar hallarla bağlı cinayət işi açılmış və o, da zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət təqibi qaydasında müəyyən edilmişdir ki, Cavabdeh2 MTK-nın icraçı direktor vəzifəsində işləmiş Cavabdeh4 və Cavabdeh2 MTK-ya faktiki rəhbərliyi həyata keçirmiş Cavabdeh3 öz qul luq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Cavabdeh4, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X29 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatd an keçmiş Cavabdeh2 MTK-nın 5 faiz payla təsisçisi və 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə və vəzifə təlimatına əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxs lər və təsisçisi olduğu Cavabdeh2 MTK üçün qanunsuz üstünlük, yəni özləri üçün qazanc, MTK-nin isə yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və satışı sahəsində nüfuz, maliyyə vəsaitlərinin hesabına əlavə işlərin görülməsində ifadə olunan fayda, əldə etmək məqsədilə tanışı və kooperativə faktiki rəhbərliyi həyata keçirən Cavabdeh3 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə sifarişçi qismində "xxxx" MMC ilə ünvan 2 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə da ir podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işlərinin icrasına faktiki olaraq 2018-ci ilin yanvar ayından başlayaraq tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, əlbir olduğu Cavabdeh3 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barte r olunması) həyata keçirilmədən tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədlərimənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarının bir qismini şəxsən, digərlərinin isə istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub möhürləməklə təsdiq edərək qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 142 müqavilə üzrə müxtəlif ölçüdə yaşayış və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə, o cümlədən, həmin binanın C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzili 108.273 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncuya satmaqla, İddiaçı məxsus 108.273 manat məbləğində əmlakını, ümumilikdə qeyd edilən qaydada 142 müqavilə üzrə 114 nəfərə mənzil və qeyri-yaşayış sahəsinin satışı üzrə əldə etdiyi cəmi 18.070.525,85 manat məbləğində pul vəsaitini Cavabdeh3 ilə arasında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh3 T əmraz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 114 nəfərə məxsus ümumilikdə 18.070.525,85 manat məbləğdə pul vəsaitini ələ keçirib vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə qeyd edilən 114 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin Cavabdeh3, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X29 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 MTK-nin faktiki rəhbəri vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə və vəzifə təlimatına əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edil məsi, maliyyəuçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və faktiki rəhbəri olduğu Cavabdeh2 MTK üçün qanunsuz üstünlük, yəni özləri üçün qazanc, MTK-nin isə yaşayış və qeyriyaşayış sahələrinin tikintisi və satışı sahəsində nüfuz, maliyyə vəsaitlərinin hesabına əlavə işlərin görülməsində ifadə olunan fayda, əldə etmək məqsədilə tanışı və kooperativin 5 faiz payla təsisçisi və 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləyən Cavabdeh4 ilə cinayətkar əlaq əyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə sifarişçi qismində "xxxx" MMC ilə ünvan 2 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işlərinin icrasına faktiki olaraq 2018-ci ilin yanvar ayından başlayaraq tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifar işçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, əlbir olduğu Cavabdeh4 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədlərimənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarının bir qismini C avabdeh4 tərəfindən, digərlərinin isə istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, müəssisənin möhürünü birbaşa olaraq Cavabdeh4 vasitəsi ilə sənədə vurub möhürləməklə təsdiq edərək qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 142 müqavilə üzrə müxtəlif ölçüdə yaşayış və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə, o cümlədən, həmin binanın C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzili 108.273 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncuya satmaqla, İddiaçı məxsus 108.273 manat məbləğində əmlakını, ümumilikdə qeyd edilən qaydada 142 müqavilə üzrə 114 nəfərə mənzil və qeyri-yaşayış sahəsinin satışı üzrə ə ldə etdiyi cəmi 18.070.525,85 manat (on səkkiz milyon yetmiş min beş yüz iyirmi beş manat səksən beş qəpik) məbləğində pul vəsaitini Cavabdeh4 ilə arasında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 114 nəfərə məxsus ümumilikdə 18.070.525,85 manat məbləğdə pul vəsaitini ələ keçirib vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə qeyd edilən 114 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa Cavabdeh2 MTK-nın təsisçisi və sədri vəzifəsində işləmiş Cavabdeh1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Cavabdeh1, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X29 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 MTK-nın 50 faiz payla təsisçisi və xx.xx.2018-ci il tarixdən sədri vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi və digər səlahiyyətlərə malik kooperativin fəaliyyətinə cari rəhbərliyin həyata keçirilməsi və operativ idarə edilməsi ilə əlaqədar təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və təsisçisi olduğu Cavabdeh2 MTK üçün qanunsuz üstünlük əldə etmək, yəni Cavabdeh2 MTK-nın 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləmiş Cavabdeh4 tərəfindən işlədiyi müddət ərzində istintaqa məlum olmayan şəxslər ilə alqısatq ısı həyata keçirilmiş yaşayış və qeyri-yaşayış sahələrinin başqa şəxslərin adlarına rəsmiləşdirilməsi və alınmış malmateriala görə yaranmış borc öhdəliklərinin tanınması barədə müraciətlərinin rəsmiləşdirilməsi məqsədi ilə sifarişçi qismində "xxxx" MMC ilə qeyd olunan yaşayış binalarının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməs i nəzərdə tutulmasına baxmayaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində rəsmi sənədləri-mənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarını imzalayıb, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub təsdiq etməklə qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 18 müqavilə üzrə ayrı-ayrı şəxslərin adına müxtəlif ölçüdə yaşayış, qeyriyaşayış sahələri və mal-material alışı ilə əlaqədar borca dair təminat məktubu üzrə rəsmiləş dirmə aparmaqla, o cümlədən, həmin binanın B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172.19 m2 olan 1 ədəd mənzili 172.190 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncunun adına rəsmiləşdirməklə, ümumilikdə qeyd edilən 16 nəfərə münasibətdə cəmi 3.321.520,8 manat dəyərdə mənzil və qeyri-yaşayış sahəsinin qeydiyyatına və malmaterial alışına dair 18 müqavilə üzrə rəsmiləşdirməni qanunsuz əsaslarla həyata keçirməklə, həmin 16 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2034/2024 saylı, xx. xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməsi, 280463 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 513,42 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin müxtəlif cinayət əməlləri törədərək iddiaçıya ziyan vurmaları. 14 fevral 2019-cu il, 5 dekabr 2019-cu il tarixli müqavilələr, maliyyə arayışları, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(101)- 87/2023 nömrəli hökmü, həmin hökmdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə ilə öz təsdiqini tapmışdır, ona görə də iddia tələbi əsaslı hesab olunmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 385.1, 386.1, 442, 1113.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.4, 88, 106.1 və 119.1-ci, Cinayət Prosessual Məcəllənin 65.4 və 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini, iddia tələbinin Cavabdeh1 münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 Bəhrəm oğlu Cavabdeh2 MTK-nın sədri olmuş, lakin MTK-nın idarəçiliyində iştirak etməmiş, mənzil satmamış və iddiaçıdan heç bir vəsaiti qəbul etməmişdir. O, həmin dövrdə Formula-1 yarışlarının keçirildiyi Bakı Şəhər Halqasında X13 MTK-nın idarəçiliyini icraçı direktor Cavabdeh4 həvalə etmişdir. Lakin həmin dövrdə icraçı direktor digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MTK-da mənzil satışları barədə məlumatı olmamışdır. Cavabdeh1 MTK-da baş verən qanunsuzluqlar barəsində məlumat aldıqdan sonra MTK-nın ofisinə gəlmiş və qanunsuz satılan mənzillərlə bağlı müvafiq araşdırma aparmışdır. Araşdırma nəticəsində müəyyən olmuşdur ki, İddiaçı qeyd olunan mənzilləri MTK-dan yox, MTK-nı tikinti materialları ilə təmin edən X30 adlı şəxsdən almış və iddia etdiyi 280976,42 manatı MTK-ya yox, bir başa Sadiq Abbasova ödəmişdir. Bundan sonra formal olaraq MTK-dan müqavilə və maliyyə arayışı almışdır. Əgər iddiaçı pulu MTK-ya ödəsəydi, pulun ondan qəbulu barədə kassa mədaxil orderinin qəbzi ona təqdim olunardı. Həmçinin müəssisədə satış meneceri vəzifəsində işləmiş X20 tərəfindən verilən arayışa əsasən İddiaçı MTK-da mənzillər Sadiq Abbasov tərəfindən satılmışdır. Sadiq Abbasov iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesi zamanı şahid qismində dindirilən zaman, iddiaçının da mənzili daxil olmaqla MTK-da mənzillərin onun tərəfindən iddiaçı və digər şəxslərə satıldığını etiraf etmişdir. Bu halda iddiaçı dəymiş ziyanı Sadiq Abbasov və Cavabdeh4 tələb etməli idi. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarında Cavabdeh1 tərəfindən İddiaçı zərər vurulması ö z əksini tapmamışdır və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə, Bakı Apellyasiya Məhkəməsinin qərarında zərəçəkmiş şəxsin ziyanının Cavabdeh1 tərəfindən ödnilməsi barədə öhdəlik qoyulmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi hökm qanuni qüvvəsini almadığı halda həmin məhkəmə hökmünə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki qətnamə qəbul edildiyi dövrdə hökm üzrə verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş, birinci instansiya məhkəməsi mülki iş üzrə icraatı dayandırmaq əvəzinə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-627/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Cəmilə Musayeva) apellyasiya şik ayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2034/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 İddiaçı xeyrinə müştərək qaydada tutulacaq 280463 manat məbləğin və 513,42 manat dövlət rüsumunun Cavabdeh1 münasibətdə 108273 manat pulun və 198,21 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə olan hissəsini düzgün araşdırmamış, nəticədə maddi və prosessual n ormaların pozuntusuna yol vermişdir. Belə ki, Cavabdeh1 mövqeyi qismən, yəni İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə münasibətdə əsaslı olmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, məhkəmə aktlarına əsasən İddiaçı ilə xx.xx.2019cu il tarixli, C-228/16 nömrəli və xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli iki müqavilə bağlansa və nəticədə ona və hökmlə zərərçəkmiş şəxs qismində tanınan digər şəxslərə qarşı cinayət əməli törədilsə də, həmin müqavilələrin heç də hər ikisi hazırki iş üzrə Cavabdeh1 ilə bağlanmamışdır. Belə ki, hazırda qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə İddiaçı ilə Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 arasında bağlanmış, sonuncu öz cinayət əməlində Cavabdeh3 adlı şəxslə əlbir olmuş və buna görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquqi məsuliyyət daşıyan şəxs məhz delikti törədən şəxs olduğundan, xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçıya dəymiş 108273 manat zərərin cavabdehlərdən Cavabdeh1 tutulması əsassız olmuşdur.

15. Məhkəmə xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə üzrə iddiaçıya dəymiş zərərin Cavabdeh1 tutulmasının əsassız olmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə v ahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin şəxslərdən biri də aralarında xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə bağlanmış hazırkı iş üzrə İddiaçı olmuş və sonuncu tərəfindən Cavabdeh1 sözügedən müqavilənin dəyəri kimi 172190 manat ödənilmişdir.

16. Cavabdeh1 iş materiallarında olan məhkəmə qərarlarından da göründüyü kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digər təqsirləndirilən şəxslərlə (indiki halda digər cavabdehlər) birgə bir sıra şəxslərin, o cümlədən iddiaçının hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq dəym iş zərərin məbləği kimi 172190 manatı digər cavabdehlərlə müştərək qaydada iddiaçıya ödəməlidir və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni qüvvəyə minmədən ona istinad edilməsi barədə mövqeyinə münasibətdə qeyd etmişdir ki, hazırkı apellyasiya baxışı zamanı həmin hökmün qanuni qüvvəsi məsələsinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hökmün sadəcə cəzanın təyini, mülki iddia və s. hissələrdə dəyişdirilməsini, yəni təqsirləndirilən şəxslərin həmin hadisəyə aidliyi hissədə qüvvədə qaldığı müəyyən edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi gə ldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1. 425.1, 425.2, 442 və 1113.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qətnaməsində Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmaması ilə bağlı məhkəmə qərarını nəzərə almamışdır. Bununla da cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Həmçinin, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehin hüquqlarını kobud sürətdə pozan qətnamə çıxarılmışdır. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh1 təqsiri qüvvəyə minmiş məhkəmə qə rarı ilə sübuta yetirilmişdir. Odur ki, şikayəti hüquqdan sui-istifadə kimi qiymətləndirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri:

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qətnamə apellyasiya şikayətinin təmin olunmayan hissəsində mübahisləndirildiyindən apell yasiya instansiyası məhkəməsinin aktı həmin hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərl ər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Maddə

442. Öhdəliyin icra e dilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veri r. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə q iymətləndirməyə zərurət görmür.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2025 nömrəli iş üzrə 12 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar