Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2090/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “X10 Azərbaycan” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-***/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Məhkəməsinin (hakim A.Eyvazov) xx.xx.2017-c i il tarixli, 2(044)-j/2017 nömrəli qətnaməsi ilə iddiaçı “X10 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 199401.71 manat əsas kredit borcunun, 25517.89 manat əsas məbləğə hesablanmış faiz borcunun, cəmi 224919.60 manat məbləğində borcun, 5.47 manat öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərclərinin, 2.75 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərclərinin, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “X10 Azərbaycan” QSC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 0.027 ha torpaq sahəsində yerləşən, 1 və 2 mərtəbəli, ümumi sahəsi 353.7 kv.m, tikintialtı sahə 288 kv.m-dən ibarət ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 745000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 224919.60 manat məbləğində borcuna, 5.47 manat öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə, 2.75 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərclərinə, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcə, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 0.027 ha torpaq sahəsində yerləşən, 1 və 2 mərtəbəli, ümumi sahəsi 353.7 kv.m, tikintialtı sahə 288 kv.m-dən ibarət ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində mülkün boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması, iş üzrə aparılmış qiymətləndirmə (ekspertiza) dəyəri 200 manat pul və saitinin Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” MMC-nin nəfinə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Əliyeva, R.Muradov, Cavabdeh1) xx.xx.2018-ci il tarixli, 2(104)-****/2018 nömrəli qətnaməsi ilə iddiaçı “X10 Azərbaycan” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)Jj/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev, V.İbayev, Ə.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(102)-K/2018 saylı qərarı ilə iddiaçı “X10 Azərbaycan” QSC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-****/2018 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilməsi və işin həmin hissədə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Bayramov, L.Süleymanov, F.Mehtiyev) xx.xx.2019-cu il tarixli, 2(104)-***/2019 nömrəli qətnaməsi ilə iddiaçı “X10 Azərbaycan” QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə şəhəri Nizami Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-j/2017 nömrəli qətnaməsinin ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin 745000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ü nvan 1 ünvanda yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin 350000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “X10 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 199401.71 manat əsas kredit borcunun, 25517.89 manat əsas məbləğə hesablanmış faiz borcunun, cəmi 224919.60 manat məbləğində borcun, 5.47 manat öhdəliklərini pozduqlarına görə cavabd ehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərclərinin, 2.75 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərclərinin, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X10 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 0.027 ha torpaq sahəsində yerləşən, 1 və 2 mərtəbəli, ümumi sahəsi 353.7 kv.m, tikintialtı sahə 288 kv.m-dən ibarət ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifay ət etmədikdə məbləğin qalan hissəsinin borclu və zamindən tutulması, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə qeyri-yaşayış sahəsinin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili V3 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə birtərəfli qaydada baxmaqla Azərbaycan Respublikası MPM-nin 9, 77, 78, 88 və 420-ci maddələrinin tələblərini pozmuşdur. Bundan başqa, apelyasiya məhkəməsi nədənsə iş materiallarında olan xx.xx.2017-ci il tarixli 328 nömrəli rəyi deyil, DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfind ən keçirilmiş ekspertiza üzrə xx.xx.2019-cu il tarixli rəyi üstün götürmüşdür. Halbuki iş materiallarında olan və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən əmlakın dəyəri 414000 manat müəyyən edilmişdir. Ancaq sonuncu rəydə əmlakın dəyəri 350000 manat müəyyən edilmişdir. Kredit götürülən zaman da iddiaçı tərəfindən qiymətləndirici təşkil olunmaqla qeyri-yaşayış sahəsi qiymətləndirilmişdir. Kredit götürüldükdən sonra əmlakın üzərinə əhəmiyyətli dərəcədə xərc qoyulmuş, otaqlar təmir etdirilmiş, əlavə bokslar artırılmış və digər işlər görülmüşdür. Necə ola bilər ki, Gəncə şəhərinin mərkəzi prospektində, yəni H.Əliyev prospektində yerləşən əmlakın dəyəri hətta təmirdən sonra Bankın qiymətləndirməsinin ziddinə olaraq 350000 manat müəyyən edilsin. Kredit verilərkən əmlakın dəyəri 414000 olduğu təqdirdə, onun üzərinə əlavə xərc çəkildikdən sonra dəyərinin 745000 manat təşkil etməsi ağlabatan və ədalətli olardı. İş materiallarında bu cür rəylər olduqdan sonra məhkəmə tərəfindən cavabdeh tərəf işə cəlb olunmaqla rəyə qarşı münasibətlərini bildirmək hüquqları pozulmaqla məhkəmə cavabdehlərin müdafiə hüquqlarını pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən təkrar ekspertiza keçirməli idi. Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli rəyin üstün tutulması ilə bağlı heç bir əsaslandırma aparılmamışdır. Bu isə Azərbaycan Respublikası MPM-nin və Ali Məhkəmənin məhkəmə qətnamələri barədə qəbul etdiyi qərarın tələblərinə ziddir. Ona görə də onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-***/2019 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə alternativ əmtəəşünaslıq ekspertizası təyin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili V3 oğlu məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı “X10 Azərbaycan” QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kasasiya instansiyası məhkəməsi qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv etmiş və işin həmin hissədə apelyasiya qaydasında yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Odur ki, apelyasiya kollegiyası kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyinə uyğu n olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını göstərilən hissədə yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksi ilkin satiş qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli, 328 nömrəli rəydən görünür ki, Cavabdeh1 məxsus 0.027 ha torpaq sahəsində yerləşən, 1 və 2 mərtəbəli, ümumi sahəsi 353.7 kv.m, tikilialtı sahə 288 kv.m-dən ibarət ünvan 2 ünvanda yerləşən əmlak kompleksi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 745.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə kasasiya instansiyası məhkəm əsi mövqeyini və məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə iddiaçının vəsatətini nəzərə alaraq ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 003-03/19 daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəylə ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin xx xxxxxx 2019-cu il tarixə bazar dəyəri 350.000manat təşkil etdiyi müəyyən edilmişdir. Apelyasiya kollegiyası hesab edir ki, ekspert rəyi əsaslıdır. Belə ki, mövcud bazar qiyməti, əmlak kompleksinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və təmir vəziyyəti əsas götürülməklə müvafi q tədqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Kasasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apelyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağalanarkən ipoteka predmetinin dəyəri müqavilənin 3.1-ci bəndinə əsasən xx.xx.2014-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 414000 manat müəyyən edilmiş (səh 20), məhkəmə qaydasında tərəflər arasında mülki mübahisəyə baxılarkən əldə edilmiş qiymətləndirmə rəyi ilə əmlak kompleksi 745000 manat qiymələndirilmiş (səh 88), daha sonra kasasiya instansiyası məhkəməsinin göstərişləri əsasında mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası yenidən əmlakın qiymətləndirilməsini həyata k eçirmiş və əldə etdiyi əmlak kompleksinin dəyərinin 350000 manat təşkil etməsini göstərən qiymətləndirmə rəyini (səh 266) əsas götürməklə qəbul etdiyi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini 350000 manat müəyyən etmişdir. Lakin apelyasiya kollegiyası mübahisəyə mahiyyəti üzrə baxarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar 3 bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən, yəni bir biri ilə ziddiyyətli qiymətləndirmə rəylərinin olmasını nəzərə almamış, məhkəmə araşdırmasını davam etdirməklə əmlak kompleksinin dəyərinin müəyyən edilməsi üçün təkrar ekspertiza təyin etməmiş, qətnamə qəbul etməklə məhkəmə araşdırmasını yekunlaşdırmış, cavabdehlərin əldə edilmiş rəyə münasibətini öyrənməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iş materiallarında 3 ədəd bir-birinə ziddiyyətli qiymətləndirmə rəyinin olması cavabdehlərin kasasiya şikayətində qeyd etdikləri kimi məhkəmə baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyini mübahisələndirməsi üçün, ədalətli və ətra flı məhkəmə araşdırmasının davam etdirilməsi üçün kifayət qədər əsas verir. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının ) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən lə ğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən, “K asasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apelyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apelyasiya məhkəməsi tərəfindən kasasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apelyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apelyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.” Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlillər iş üzrə apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işi n ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yeni apelyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yeni apelyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquql arı Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X6rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)***/2019 nömrəli qətnaməsi qismən--ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməs i hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2090/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2090/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver