Məhkəmə qərarları › İş №2(102)-2092/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2092/2019

01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2092/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli, 2(103)7580/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Məmmədov) 05.04.2018-ci il tarixli, 2( 004)-2683/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh maddi zərərə görə 2500 manat, mənəzi zərərə görə 200 manat olmaqla, ümumilikdə 2700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin mənəvi zərərin qalan hissəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 05.09.2018-ci il tarixli, 2(103)-7580/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.04.2018-ci il tarixli, 2(004)-2683/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 800 Avronun, 250 ABŞ dollarının (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) və mənəvi zərərə görə 200 (iki yüz) manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” dair iddia ərizəsi ilə 12.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itinin qaytarılması, it cavabdeh tərəfindən qaytarılmadığı halda cavabdehdən onun xeyrinə 2500 manat itə çəkdiyi xərclərinin və ona dəyən mənəvi zərər müqabilində 2000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı itinin itməsi səbəbindən həmin itə çəkdiyi xərclərin ona ödənilməsi barədə məhkəmədə iddi qaldırmışdır. Məhkəmələ tərəfindən də onun iddiası əsassız olaraq yəmin edilmişdir. Halbuki dəfələrlə, həm Səbail RPİ-nin 8-ci PB-də aparılan araşdırma zamanı, həm də məhkəmələrdə işə baxılması zamanı iddiaçının tələb etdiyi itin cavabdeh tərəfindən alınıb ona verilməsi barədə təklif iddiaçı tərəfindən qəbul edilməmiş, bu xüsusat nəzərə alınmamışdır. Belə ki, cavabdehin təklifi iddiaçı tərəfindən qəbul ediləcəyi təqdirdə, mübahisə faktiki olaraq öz həllini tapmış olacaq və məhkəmə mübahisəsinə zərurət qalmayac aqdır. Lakin iddiaçı süni şəkildə artıq məbləğ almaq məqsədilə cavabdehin təklifini qəbul etmir. Bununla da o, süni məhkəmə mübahisəsi yaratmaqla əsassız olaraq artıq məbləğ əldə etməyə nail olmuşdur. Həmçinin məhkəmələr tərəfindən mübahisə predmeti olan itin əvəzinə ödənilməli olan məbləğin müəyyən edilməsi zamanı hər hansı mötəbər sübuta istinad olunmamışdır. Halbuki internet resurslarında eyni cinsdən olan itin iddia tələbində göstərilən məbləğdən qat-qat aşağı olması barədə kifayət qədər məlumatlar mövcuddur. Lakin həmin xüsusatlar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir zərər vurulması sübut edilmədiyi təqdirdə, əsassız olaraq onun üzərinə maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 və 217-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə İddiaçı iddia tələblərinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Məmmədova Rəna Məhəmmə d qızı kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və Səbail RPİ-nin 8-ci Polis Bölməsinin materiallarında olan cavabdehin izahatından müəyyən olunur ki, o, iddiaçının itini itirmiş, nə qədər axtarsa da, tapa bilməmişdir. İddiaçının itini tapmazsa, əvəzinə iddiaçıya başqa it alıb verə bilər. Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyi tərəfindən verilmiş 02.04.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, Ukraynada “Sibir Haski” cinsli itlərin qiyməti ***-**** avro civarındadır. İtin xüsusi damazlıq dəyəri olduqda qiyməti daha yüksək ola bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh həqiqətən də iddiaçının Ukraynadan sifarişlə aldığı “Sibir Haski” cinsli itini müvəqqəti saxlamaq üçün götürmüş və ona qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 822-ci maddəsinə əsasən, bir şəxs (saxlayıcı) başqa şəxsin (tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 824.3-cü maddəsinə görə tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Cavabdeh ümumiyyətlə, iddianın məbləğini, iddiaçının həqiqətən də həmin iti 800 avroya almasını və Azərbaycana gətirilməsi üçün 250 ABŞ dolları xərcləməsini mübahisələndirməmiş, sadəcə iti itirdiyini və buna görə də iddiaçıya oxşar it alıb verməyə hazır olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehdən iddiaçının xeyrinə maddi zərərə görə 2500 manat tutulması qənaətinə gəlsə də, bu qənaətini, həmin məbləğin haradan yarandığını əsaslandırmamış, iddiaçı tərəfindən isə həqiqətən də həmin məbləğdə ona ziyan dəyməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bun a görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi zərərlə bağlı həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əld ən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və digər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkə tlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, şikayət qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə itin alınması ilə bağlı 800 avro, Azərbaycana gətirilməsi üçün 250 ABŞ dolları və mənəvi zərərə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı, iddia qalan hissədə əsassız olduğundan və iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi05.09.2018-cı il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.04.2018-ci il tarixli, 2(004)2683/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 800 Avronun, 250 ABŞ dollarının (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) və mənəvi zərərə görə 200 (iki yüz) manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsiqənaətinə gələrkən haqlı olmuş, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilm əli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətinin dəlili olan “məhkəmələr tərəfindən mübahisə predmeti olan itin əvəzinə ödənilməli olan məbləğin müəyyən edilməsi zamanı hər hansı mötəbər sübuta istinad olunmamışdır. Halbuki internet resurslarında eyni cinsdən olan itin iddia tələbində göstərilən məbləğdən qat-qat aşağı olması barədə kifayət qədər məlumatlar mövcuddur” dəlili ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi itin dəyəri ilə bağlı Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyi tərəfindən verilmiş 02.04.2018-ci il tarixli arayışa istinad etmiş, lakin cavabdeh tərəf bu faktın əksini göstərən hər hansı sübuta istinad etməmiş və hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 və 217-ci maddələrinin tələblərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən pozulması ilə bağlı hər hansı sübuta istinad edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-cı il tarixli, 2(103)-7580/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar