Məhkəmə qərarları › İş №2(102)-2094/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2094/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2094/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: delikt, işin müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halları, ekspert rəyi, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-88/2023 nömrəli, 17 yanvar 2023-cü il ta rixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21.05.2021-ci il tarixdə saat 22:00 radələrində İddiaçı (bundan sonra – iddiaçı) ona məxsus “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil (bunda sonra – avtomobil) ilə Ağcabədi-Zərdab yolunda Zərdab rayonu istiqamətində hərəkətdə olan zaman yolun 23-cü kilometrliyində, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissədə həmin kənd sakini Cavabdeh (bundan sonra – cavabdeh) məxsus 10 baş iribuynuzlu heyvan həmin yola - avtomobilin hərəkət istiqamətinə çıxmış, bu zaman avtomobil idarəetməsini itirərək, öz hərəkət zolağında heyvanlardan 2 baş iribuyn uzlu heyvanı vurmuşdur.

2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərarla tərəflərin qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyana görə cavabdehdən 10.844 manat məbləğində pul tutulmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla, tələbini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Ona görə də, həmin ziyan ona ödənilməlidir.

5. İddiaçının sübut qismində məhkə məyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 may 2021-ci il tarixli “mütəxəssis rəyi”ndə qeyd olunmuşdur ki, avtomobilə dəymiş maddi ziyan 10.844 manat təşkil edir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı yol hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş, sonuncu ona məxsus 2 baş iribuynuzlu heyvanı vurmaqla ona maddi ziyan vurmuşdur. Heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçmiş, həmin hadisədə onun heç bir günahı olmamış, əksinə ona maddi ziyan dəymişdir.

7. Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 9/2560 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan "xxxx" MMC t ərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8954 manat, istifadəyə yararlı avtomobilin 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 17.000 manat müəyyən olunur.

8. Ağcabədi Rayon Мəhkəməsinin (bunda sonra – birinci instansiya məhkəməsi) 2(017)-181/2022 nömrəli iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Quliyev) iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin hərəkətlərində yol hərəkəti qaydalarının pozulması halı, başqa sözlə delikt müəyyən edilməmişdir.

10. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərara əsasən müəyyən etmişdir ki, tərəflərin qarşılıqlı müraciəti ə sasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin inzibati xəta törətməsi müəyyən edilməmiş, o, inzibati məsuliyyətə cəlb olunmamışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin hərəkətlərində maddi ziyan vurulması ilə nəticələnən, mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozan əməl açıq-aşkar göründüyü halda birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cavabdehin inzibati məsuliyyətə cəlb edilməklə yeni qərarın qəbul edilməsi barədə şikayət ərizəsinin nəticəsini gözləmək məqsədilə iş üzrə icraat dayandırılmalıdır.

14. İşin apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, 8/2948 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara görə avtomobilin sürücüsü iddiaçının hadisənin qarşı sının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Mövcud metodikanın tələblərinə əsasən mal-qara ötürənlər məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən mal-qara ötürənlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir.

15. Eyni zamanda rəyin əsaslandırıcı hissəsində ekspert qeyd etmişdir ki, iribuynuzlu heyvanlar yola çıxan anda 90 km/saat sürətlə hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil ilə heyvanlar arasında 20 metr məsafə olmuşdur. Qeyd edilir ki, 90 km/saat sürətlə hərəkət edən avtomobilin 20 metr məsafəni qət etməsinə sərf olunan vaxt 0,8 saniyədir. Həmin vaxt (0.8 san) ərzində isə, yəni 20 metr məsafədə 90 km/ saat sürətlə hərəkətdə olan avtomobilin dayandırılması mümkün deyildir. Ona görə də, iri buynuzlu heyvanlar yola çıxan anda “Hyundai Sonata” markalı avtomobillə heyvanlar arasında 20 metr məsafə olması şəraitində avtomobilin sürücüsünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini hesabat aparmaqla tədqiq etməyə lüzum yoxdur.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-88/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və P.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyana görə 895 4 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin hallarından, o cümlədən, ekspert rəyindən müəyyən edilir ki, avtomobil 90 km/saat sürətlə hərəkətdə olmuş, onun hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməmiş, bu zaman onun yolu qarşısına 20 metr məsafədə inəklər çıxmış, avtomobil ilə heyvanlar arasında 20 metr məsafənin olmasına görə, 90 km/saat sürətlə hərəkətdə olan avtomobilin 20 metr məsafədə dayandırılması mümkün olmamışdır.

18. Apellyasiya baxışında dindirilmiş ekspert göstərilən vəziyyətdə sürücünün yol hərəkəti qaydalarının tələblərini pozmadığını, həmçinin avtomobili saxlamağa texniki cəhətdə n imkanının olmadığını bildirmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsindəki izahatında iddiaçının yol hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etdiyini, nəticədə yol-nəqliyyat hadisəsi baş verdiyini, sonuncunun ona məxsus 2 baş iribuynuzlu heyvanı vurub öldürməklə ona maddi ziyan vurduğunu, özünə məxsus heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçirdiyini, hadisədə onun heç bir günahının olmadığını bildirsə də, işin hallarından cavabdehin ona məxsus heyvanları müəyyən edilmiş yerdən keçirdiyi müəyyən edilməmişdir.

20. İşin hallarından müəyyən olunmuşdur ki, sözügedən iribuynuzlu heyvanların sahibi olan cavabdeh mal-qaranı yola nəzarətsiz buraxmış, sutkanın qaranlıq vaxtı və ya məhdu d görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmişdir.

21. Mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, mal-qaranı sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (bundan sonra – İXM) nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur.

22. İddiaçının polis orqanları tərəfindən inzibati məsuliyyətə cəlb edilməməsi, yaxud inzibati qaydada cərimələnməməsi, onun hüquqazidd hərəkətinin (hərəkətsizliyinin) olmaması, inzibati xəta (delikt) törətməsi faktını istisna edən hal kimi qiymətləndirilməməlidir.

23. İddiaçının avtomobilinə zərər vurulması aşkardır, həmin zərər cavabdehin hüquqazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuşdur, sonuncunun qanunazidd hərəkətsizliyi ilə bu hərəkətsizliyin nəticəsi arasında səbəbli əlaqə vardır.

24. İddiaçının avtomobilinə ziyan vurulması, ziyanın cavabdeh tərəfindən vurulması, sonuncunun hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Cavabdeh tərəf vurulmuş ziyanın miqdarı ilə bağlı etiraz bildirməmişdir.

25. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 21, 1097-ci maddələrinə, İXM-in 338-ci maddəsinə, MPM-in 77-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərə k, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir.

28. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, məhkəmə cavabdehin mal-qaranı yola nəzarətsiz buraxması, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerdən keçirilməsi ilə bağlı qənaətə gəlsə də, bu hal hər hansı mötəbər sübutla, inzibati qaydada tərtib olunmuş protokolla təsdiq edilmir. Hazırkı iş üzrə verilmiş ekspert rəyi də cavabdehin hər hansı təqsirli hərəkət törətməsi faktını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Mə cəllə

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalar ını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə

1. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi b iliklər əsasında aparılan tədqiqatdır;

36. Maddə

12. Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edir:...verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda.

37. Maddə

26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:...istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sü butları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

44. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəs səl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

45. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

46. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

48. Maddə 205.1. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin olunması barədə qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Baxılan iş üzrə iddiaçı cavabdehdən vurulmuş ziyana görə 10.844 manat məbləğində pul tələb edir.

54. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus 10 baş iribuynuzlu heyvanı avtomobil yolunun hərəkət istiqamətinə çıxarmış, bu zaman avtomobilin idarə etməsini itirərək öz hərəkət zolağında 2 baş iribuynuzlu heyvanı vurmuş, nəticədə ona məxsus «Hyundai Sonata» markalı nəqliyyat vasitəsinə ziyan dəymişdir.

55. Qeyd olunan iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinin dispozisiya şərtlərinə görə həmin iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

56. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh mal-qaranı yola nəzarətsiz buraxmış, sutkanın qaranlıq vaxtı və ya məh dud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmişdir. Məhkəmə hesab etmişdir ki, bu əməl İXM-in 338.5.1, 338.5.5-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Cavabdehin polis orqanları tərəfindən inzibati məsuliyyətə cəlb edilməməsi, yaxud inzibati qaydada cərimələnməməsi, onun hüquqazidd hərəkətinin (hərəkətsizliyinin) olması, inzibati xəta (delikt) törətməsi faktını istisna edən hal kimi qiymətləndirilməməlidir. İddiaçının avtomobilinə zərər vurulması aşkardır, həmin zərər cavabdehin hüquqazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuşdur, sonuncunun qanunazidd hərəkətsizliyi ilə bu hərəkətsizliyin nəticəsi arasında səbəbli əlaqə vardır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (de likt) törədilib-törədilmədiyinin müəyyən olunması mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin vəzifəsidir. Həmçinin törədilməsi müəyyən edilən mülki hüquq pozuntusunun eyni zamanda cinayət və ya inzibati xəta tərkibi yaratması da istisna deyil. Lakin mülki icraat qaydasında işə baxan məhkəmənin cinayət-mühakimə icraatı və ya inzibati xətaya dair icraat qaydasında qəbul edilmiş müvafiq məhkəmə aktı olmadan şəxsin hər hansı cinayət əməli və ya inzibati xəta törətməsi barədə nəticəyə gəlməsi MPM-in 81-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

58. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tə ləbinə zidd olaraq cavabdehin əməlinin İXM-in 338.5.1, 338.5.5-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olduğu barədə qənaətə gəlmişdir.

59. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə mövqeyini cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərar və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 8/2948 nömrəli ekspert rəyi ilə əsaslandırmışdır. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərar da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 iyul 2021-ci il tarixli, 8/1217 saylı rəyinə istinadla əsaslandırılmışdır. Eyni ekspert (Hikmət İbişov) tərəfindən verilmiş hər iki rəy oxşar məzmunlu olmuş, rəylərin nət icə hissəsində iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. İkinci rəydə isə əlavə olaraq qeyd edilmişdir ki, mal-qara ötürənlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir.

60. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 61. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsası nda aparılan tədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ vardır (maddə 12). Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində digər məsələlərlə yanaşı, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir (maddə 26).

62. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut qismində istinad olunmuş rəyin nəticə hissəsində qoyulan sualların tədqiq olunmasına zərurət olmadığı və ekspertin səlahiyyətinə aid olmadığı qeyd edilmiş, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinin tə ləblərinə uyğun hər hansı nəticə ifadə edilməmişdir. Rəyin nəticə hissəsində qeyd olunanlar istinad edilən Qanunun 12-ci maddəsinə əsasən əslində ekspertin rəy verməkdən imtina etdiyi barədə qənaətə gəlmək üçün əsas verir.

63. Buna baxmayaraq apellyasiya baxışı zamanı dindirilmiş ekspert rəydən kənara çıxaraq, ekspert qarşısında qoyulmuş suallara mahiyyəti üzrə cavab vermişdir. Halbuki MPM-in 205.1-ci maddəsinə əsasən ekspertə suallar onun rəyini aydınlaşdırmaq və tamamlamaq üçün verilə bilər. Ekspert rəy verməkdən imtina etdiyi halda isə ekspertin dindirilməsinin məqsədi qeyri-müəyyəndir.

64. Nəzərə alınmalıdır ki, ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Bunun la yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.

66. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.

67. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad olunan hüquq normalarına zidd olaraq ekspertin mahiyyətcə rəy verməkdən imtina edilməsi barədə mövqeyi mötəbər sübut kimi qiymətləndirilmiş və həmin sübut əsasında işin hallarını müəyyən etmişdir.

68. Qeyd olunanlar la yanaşı, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, hadisə ilə bağlı inzibati xətaya dair məsuliyyətə cəlb olunmayıb, hadisənin baş verdiyi yerdə mal-qara keçidi üçün yol qoyulmayıb və bu səbəbdən də bütün kənd sakinləri məcbur olaraq həmin yol vasitəsilə mal-qaranı örüşə aparır və bu vəziyyəti bütün sürücülər nəzərə alır. Yolun hadisə baş verən hissəsində piyada və mal-qara keçidi yol nişanları var, həmin ərazidə hərəkət sürəti 60 km/saatdan çox ola bilməz. Cavabdeh etirazını təsdiq etmək üçün məhkəməyə fotoşəkillər, sxemlər təqdim etmişdir.

69. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə qiymət verməmiş, onun təqdim etdiyi sübutlara qiymət verməmişdir. Halbuki MPM-in 80, 81, 88 v ə 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sü butetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

71. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

72. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-88/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar