Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2095/2022 01.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(104)-621/2021 nömrəli qətnaməsindən İddiaçı ASC kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidi r. Belə ki, Mülki-Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin qətnamədən İddiaçı ASC-nin ilk dəfə (16.09.2021-ci tarixdə) verdiyi kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığına görə həmin məhkəmənin 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra hazırkı kassasiya şikayəti 11.12.2021-ci il tarixdə rabitə orqanına təqdim edilmişdir. Göründüyü kimi, kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verildiyi tarixdə iki ayılıq müddət ötürülmüşdür (bank, şikayətində qeyd etmişdir ki, məhkəmənin qətnaməsini 23.07.2021-ci ildə almışdır), lakin həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən prosessual müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrin i rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(104)-621/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-2095/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-2095/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver