Məhkəmə qərarları › İş №2(102)-2096/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2096/2019

08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2096/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil3, cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Məmmədova (Kərimova) Yeganə Sabir qızına, “xxxx” MMC-yə, “xxxx” MMC-nə, Cavabdeh2, 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli 2(103)-4317/2018 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMCnin direktoru X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı - cavabdehlər Məmmədova (Kərimova) Yeganə Sabir qızına, “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Cavabdeh2, 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan “xxxx” ASC-nin 16 aprel 2013-cü il tarixli, KBQ13-1510 nömrəli Kredit Müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) AZN əsas, 2.040.916,64 (iki milyon qırx min doqquz yüz on altı manat altmış dörd qəpik) AZN faiz olmaqla, ümumilikdə 22.040.916,64 (iyirmi iki milyon qırx min doqquz yüz on altı manat altmış dörd qəpik) AZN kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan X1 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 9619.5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya) yönəldilməsi, 03 iyun 2013-cü il tarixli, KBQ13-1518 nömrəli Kredit Müqaviləsi üzrə 10.000.000 (on milyon) manat əsas, 1.020.458,3 (bir milyon iyirmi min dörd yüz əlli səkkiz manat otuz qəpik) AZN faiz olmaqla, ümumilikdə 11.020.458,3 (on bir milyon iyirmi min dörd yüz əlli səkkiz manat otuz qəpik) AZN kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan X1 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 9619.5 kv.m olan 7 mər təbəli qeyri-yaşayış binasına (mehmanxanaya) və "xxxx" MMC-nə mülkiyyət hüququ ilə məxsus, Quba şəhəri, QubaBakı magistral yolunun 4-cü km-də 9,9 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15721,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, 02 iyul 2013-cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) AZN əsas, 2.083.548,2 AZN faiz olmaqla, ümumilikdə 22.083.548,2 (iyirmi iki milyon səksən üç min beş yüz qırx səkkiz manat iyirmi qəpik) AZN kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan X1 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 9619.5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya), "xxxx" MMC-nə mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3001 kv.m olan qeyri-yaş ayış sahəsinə, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 462.3 kv.m olan 4 mərtəbəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 320.36 kv.m olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; Həmin daşınmaz əmlakların "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 12 dekabr 2017-ci il tarixli, 2(009)-3996/2017 say lı qətnaməsi ilə iddiaçı "Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Məmmədova (Kərimova) Yeganə Sabir qızına, "xxxx" MMC-yə, "xxxx" MMC-nə, Cavabdeh2, 3-cü şəxs ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqavilələri üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə" dair iddia tələbinin təmin olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi – İsmayıl Vəliyev, hakimlər Xumar Mərdanova və Elnur Həsənov) 17 may 2018-ci il tarixli 2(103)-4317/2018 nömrəli qətnaməsi ilə “xxxx” MMC, “xxxx” MMC və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsini 12 dekabr 2017-ci il 2(009)-3996/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavab deh “xxxx” MMC və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən nəzərə almamışdır ki, hər üç kredit müqaviləsinə əlavələr imzalanmış lakin, ipoteka müqavilələrinə əlavələr imzalanmamışdır. Ona görə də həmin kredit müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəlməsi cavabdeh “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 3001 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilə bilməz. İpoteka haqqında qanunun 14.1.1-ci maddəsinə əsasən “ipoteka mü qaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində aparılmalıdır”. Lakin nə Mərkəzi Bank, nə də məhkəmə qanunun bu imperativ normasına əməl etməmişdir. Məhkəmənin istinad etdiyi tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 1,4-cü bəndi isə qanunun tələbləri ilə ziddiyyət təşkil edir. Həmin qanunun 75-ci maddəsinə əsasən Mərkəzi Bank iddia tələbini “xxxx”ın ləğvedicisinə qarşı irəli sürməli idi. Həmçinin işə baxan məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasına “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti ilə bağlı, həmçinin bankın cari aktivlərinin həqiqətən də mübahisə olunan kredit borclarının ödənilməsi ü çün kifayət edib-etmədiyini müəyyən etməli idi. Həmin qanunun 72.1.3-cü bəndinə əsasən “Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunla nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.” İşə ayrıca icraat qaydasında Səbail rayon Məhkəməsində deyil, bankın ləğv edilməsi ilə bağlı qərar qəbul etmiş İnzibati-İqtisadi Məhkəmədə baxılmalı idi. Apellyasiya instansiyası məhkəməsi işi hər tərəfli araşdırmamış iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyinin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil3 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, onun məzmununa uyğun izahat verdilər, kassasiya şikayətinin təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi xahiş edilsə də, kassasiya şikayətinin məzmununda yalnız “xxxx” MMC-nə özünə məxsus ipot eka predmeti olan əmlaka tutmanın yönəldilməsinin əsassız olduğu qeyd edildiyindən, məhkəmə kollegiyası qətnamənin yalnız həmin hissəsinin qanuniliyini və əsaslılığını yoxlayır, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Qətnamənin yoxlanılan hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə borcalan "xxxx" ASC arasında bağlanmış 02.07.2013-cü il tarixli KBQ13-1527 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 31 gün müddətinə illik 4,75% ödənilməsi şərti ilə 20.000.000 (iyirmi milyon) manat məbləğində banklararası kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə 30.12.2013-cü il tarixli və 30.12.2014-cü il tarixli əlavəyə ə sasən kredit müqaviləsinə dəyişiklik edilərək, kreditin ödəniş vaxtı 01.04.2015-ci il tarixədək uzadılmış və illik faiz dərəcəsi endirilərək 3,8% müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə borcalan "xxxx" ASC və ipoteka qoyan «xxxx» MMC arasında 02.07.2013-cü il tarixli İBQ13-1527/1 saylı İpoteka Müqaviləsi bağlanaraq, «xxxx» MMC-yə mülkiyyət hüququ ilə məxsus, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 3001 kv.m olan qeyri-yaşayış sahəsi 02.07.2013-cü il tarixli KBQ13-1527 saylı kredit müqaviləsi üzrə verilmiş kreditin ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflər arasında 10.000.000 (on milyon) manat məbləğində qiymətləndirilmişdir. 02 iyul 2013-cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) AZN əsas, 2.083.548,2 (iki milyon səksən üç min beş yüz qırx səkkiz manat iyirmi qəpik) AZN faiz olmaqla, ümumilikdə 22.083.548,2 (iyirmi iki milyon səksən üç min beş yüz qırx səkkiz manat iyirmi qəpik) AZN kredit borcu yaranmışdır. Buna görə də, məhkəmələr həmin kredit müqaviləsi üzrə yaranmış kredit borcunun həmin müqavilənin təminatı olan ipoteka predmetlərinə, X1 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 9619.5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya), "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3001 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 462.3 kv.m olan 4 mərtəbəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 320.36 kv.m olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; Həmin daşınmaz əmlakların "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun ödənilməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, qətnamənin yoxlanılan hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm iş, yoxlanılan hissədə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bi r şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, 02.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC - nin öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi üçün ipoteka müqavilələrinə əsasən ipoteka saxlayan Mərkəzi Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya la zımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yön əldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdird iyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassator “İpoteka haqqında” Qanunun 14.1.1-ci maddəsinə istinad edərək, ipoteka müqaviləsinin əlavə qeydiyyatının aparılmadığına görə ipoteka predmetinə tutma yönəldilməsinə yol verilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, ipoteka müqaviləsinin əlavə qeydiyyatı aparılmasa da, bu hal nə “İpoteka haqqında” Qanunun 15-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatının ləğvinə, nə də həmin Qanunun 48-ci maddəsində nəzərdə tutulmuş ipoteka müqavləsinə xitam verilməsinə əsas verən hal deyil. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə borcalan "xxxx" ASC və ipoteka qo yan «xxxx» MMC arasında bağlanmış 02.07.2013-cü il tarixli İBQ13-1527/1 saylı İpoteka Müqaviləsinin 1.4-cü bəndinə əsasən təmin edilmiş kreditin müddəti bank və borcalan arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipoteka qüvvədə qalır və ipotekaqoyan əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit və onunla bağlı 1.3-cü bənddə göstərilən digər ödənişləri(faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi nəticəsi ilə bağlı zərəri) təmin edir. Qeyd olunan kredit müqaviləsinə 30.12.2013-cü il tarixli və 30.12.2014-cü il tarixli əlavəyə əsasən kredit müqaviləsinə dəyişiklik edilərək, kreditin ödəniş vaxtı 01.04.2015-ci il tarixədək uzadılmış və illik faiz dərəcəsi endirilərək 3,8% müəyyən edilmişdir. Göründüyü kimi, ipotekaqoyanın vəziyyətini ağırlaşdıran, onun əlavə razılığının alınmasını tələb edən hal baş verməmiş, əksinə müqavilə ilə müəyyən edilmiş faiz məbləği aşağı salınmışdır. Kassatorun “Banklar haqqında” Azərbaycan Respublikası 72.1.2-ci maddəsinə istinad edərək, müflis elan edilmiş “xxxx” ASC–nə qarşı bütün iddiaların dayandırılması və bu iddiaların bankın ləğvedicisinə qarşı yönəlməli olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ləğv prosesində olan “xxxx” ASC-nə qarşı deyil, ipoteka qoyanlara qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə iddia olduğundan və “İpoteka haqqında” Qanunun 38-ci maddəsinin28.12.2018-ci il tarixədək qüvvədə olan redaksiyasında ipoteka saxlayanın ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüquq olduğundan kassasiya şikayətinin b u dəlilləri də əsassızdır. Göstərilənlərə əsasən kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddə sinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli 2(103)-4317/2018 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar