Məhkəmə qərarları › İş №2(102)-2096/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2096/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2096/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı və digərlərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2096/21 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil1, Cavabdeh: Cavabdeh vəkili X5, Üçüncü şəxs: X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(105)-1957/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı və üçüncü şəxs Nigar Şıxəliyeva məhkəmədə Cavabdeh qarşı ayrı-ayrılıqda iddia qaldıraraq, sonuncudan 63.500 manat pulun tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər və tələblərini belə əsaslandırmışlar ki, cavabdehi 2012-ci ildən işlədikləri “Sitalçay” dəmiryolu stansiyanın yük daşımaları üzrə rəisi kimi tanımışlar. Cavabdehlə əvvəllər mehriban və işgüzar münasibətləri olub. Bundan bəhrələnən cavabdeh 2014-cü ilin yay ayında onları iş otağına çağırıb Dərnəgül yaşayış massivində böyük bir ticarət obyekti tikdirdiyini və həmin obyektin tikintisini başa çatdırmaq üzrə olduğunu, lakin pulu çatmadığına görə ona fa izlə borc pul tapmaqlarını xahiş edib. Onlar cavabdehin vədinə inanıb Svetlana Məmmədovadan hissə-hissə olmaqla cəmi 37.000 manat pul alıb cavabdehə vermişlər. Lakin cavabdeh ona verdikləri pulun çatmadığını və bunun üçün yenidən ona pul tapmağı xahiş etmişdir. Bundan sonra onlar Nadirə Rzayevadan da 45.000 manat alıb cavabdehə vermişlər. Bir müddət keçdikdən sonra, cavabdeh onların təzyiqi altında 2016-cı ilin iyuniyul aylarında aldığı borcdan 12.000 manat qaytarmaş və onlar da həmin pulu Nadirə Rzayevaya vermişlər. Lakin həmin vaxtdan sonra cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina edib və onlarla bağlanmış əmək müqaviləsinə xitam verib. Bundan sonra cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınıb. X1ra verdiyi pulu geri tələb etdiyindən 2017-ci ili n yayında həmin puldan ona 4.000 manat qaytarmışlar. Qalan pulu qaytara bilmədikləri üçün Svetlana Məmmədova onları məhkəməyə vermiş və məhkəmənin qətnaməsi ilə onlardan 33.000 manat pulun tutulub Svetlana Məmmədovaya qaytarılması qət edilib və hazırda həmin qətnamə icra mərhələsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Səfiyeva) iddia tələbi təmin edilərək, cavabdehdən 63.000 manat pulun tutulub iddiaçı və üçüncü şəxsə ödənilməsi qət edilib. Eyni zamanda, həmin məhkəmənin 30 aprel 2019-cu il tarixli xüsusi qərardadı ilə Cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla, onun hərəkətlərində cinayətin əlamətlərinin olması barədə Abşeron rayon Prokuroruna mə lumat verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının, üçüncü şəxsin izahatları, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilir ki, iddiaçı və üçüncü şəxs müxtəlif vaxtlarda Nadirə Rzayevadan 45.000 manat, Svetlana Məmmədovadan isə 37.000 manat pul alaraq inanıb etibar etdikləri müdirləri Cavabdeh vermişlər. Sonradan Cavabdeh həmin pulun bir hissəsini qaytarsa da, qalan cəmi 63.000 manat pulu bu günədək qaytarmamışdır. Beləliklə cavabdeh qanuni və müqavilə əsası olmadan iddiaçı və üçüncü şəxsin hesabına 63.000 manat pul əldə etmişdir. Ona görə də iddia tələbləri təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 740.1, 1091.1, 1091.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarını n tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Vəkil1 sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia tələbləri rədd edilib. İddiaçı və üçüncü şəxs kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilmə sini xahiş etmişlər. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova sədrəlik edən, məruzəçi, Ə.Ə.Əliyev və Ə.G.Nurməmmədov) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 aprel 2019-cu il ta rixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddiaçı və üçüncü şəxsin cavabdehə qarşı 63.000 manat pul tələbinə dair iddia tələbləri rədd edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materialları ilə istisna olunur. Belə ki, iddiaçı və üçüncü şəxs cavabdehdən 63.000 manat borc pul tələb etsələr də, bu halı təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər sübut və legitim sənəd təqdim etməmişlər. Cavabdeh isə iddiaçı və üçüncü şəxsdən borc pul almasını qəti şəkildə inkar edir. Daha sonra, iddiaçı və üçüncü şəxs iddia tələblərini sübut edə bilməmələri ilə yanaşı, sözügedən mübahisə ilə bağlı onlar iddia müddətini də ötürmüşlər. Ona görə də iddia tələbləri əsassız olduğundan rədd e dilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 373.2-373.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Anar Müseybovun vəkili Saleh Əliyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Nigar Şıxəliyeva məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasın a gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2-373. 4-cü maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mü lki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, hazırda iddiaçı və üçüncü şəxs müxtəlif vaxtlarda cavabdehə borc pul verdiklərini və cavabdehin onlara ödənilməmiş 63.000 manat borcunun qaldığını iddia edirlər. Cavabdeh isə iddiaçı və üçüncü şəxsdən bir manatda olsun borc pul almadığını göstərib, iddiaya etiraz edir. İşə əlavə edilmiş Abşeron Rayo n Polis İdarəsinin 14 iyun 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilib. Cavabdehin nümayəndəsi və vəkili Saleh Əliyev hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Dövlət Sərhəd Xidmətinin 25 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh 13 yanvar 2015-ci ildə ölkədən çıxıb və 22 yanvar 2015-ci ildə ölkəyə gəlib və 13 sentyabr 2015-ci ildə yenidən ölkədən çıxıb və geri qayıtmayıb. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iddiaçının və üçüncü şəxsin izahatlarına, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş Zəminə Xıdırova, Nadirə Rzayeva, Svetlana Abasova və Dostu Məhərrəmovanın ifadələri nə istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı və üçüncü şəxs müxtəlif vaxtlarda Nadirə Rzayevadan 45.000 manat və Svetlana Məmmədovadan 37.000 manat pul alaraq, həmin pulu inanıb etibar etdikləri keçmiş müdirləri Cavabdeh vermişlər. Həmin puldan Cavabdeh 15.000 manat hissəsini, iddiaçı və üçüncü şəxs isə 3.500 manat hissəsini qaytarmış, lakin qalan 63.000 manat hissəsini bu günədək geri qaytarmamışdır və buna görə də iddia təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materialları ilə istisna olunur. Belə ki, iddiaçı və üçüncü şəxs cavabdehdən 63.000 manat borc pul tələb etsələr də, bu halı tə sdiq etmək üçün məhkəməyə heç bir mötəbər sübut və legitim sənəd təqdim etməmişlər. Cavabdeh isə iddiaçı və üçüncü şəxsdən borc pul almasını qəti şəkildə inkar edir. Daha sonra, iddiaçı və üçüncü şəxs iddia tələblərini sübut edə bilməmələri ilə yanaşı, sözügedən mübahisə ilə bağlı onlar iddia müddətini də ötürmüşlər. Belə ki, iddia tələblərindəki borc məbləği ilə iddiaçı və üçüncü şəxs tərəfdən dindirilmiş şahidlərin ifadələrindəki məbləğlər arasında kəskin ziddiyyətlər vardır. Apelyasiya instansiyası məhkəməsi bu hallara tənqidi yanaşaraq düzgün olaraq qeyd etmişdir ki, iddia olunan borc konkret məbləğdə öz əksini tapmalıdır, bu xüsusda hər hansı ziddiyyətdən söhbət gedə bilməz. Əvvəla, İddiaçı birinci dəfə, yəni 31 yanvar 2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində borcun 78.000 manat olduğunu göstərmiş, bunun 37.000 manat hissəsini Svetlana Məmmədovadan, 45.000 manat hissəsini isə Nadirə Rzayevadan alaraq Cavabdeh verdiyini, bunun 12.000 manatının Cavabdeh tərəfindən 2016-cı ilin iyun-iyul aylarında qaytarıldığını və Nadirə Rzayevaya ödənildiyini, özü tərəfindən isə Svetlana Məmmədovaya 4.000 manat qaytarıldığını, qalan borcun isə 78.000 manat olduğunu göstərmişdir. İddia tələbinin azaldılması barədə 11 mart 2019-cu il tarixli ərizədə isə İddiaçı borcun 63.500 manat olduğunu göstərmiş, bunun 33.500 manat hissəsini Svetlana Məmmədovadan, 45.000 manat hissəsini isə Nadirə Rzayevadan alaraq Cavabdeh verdiyini, bunun 15.000 manatını Anar tərəfindən 2016-cı ilin iyun-iyul aylarında qaytarıldığını, qalan borcun isə 63.500 manat olduğunu göstərmişdir. Bu zaman İ ddiaçı ərizəsinə özü tərəfindən Svetlana Məmmədovaya ödədiyi 4.000 manat pul barədə, habelə qaytarılan məbləğin hansı səbəbdən 12.000 manatdan 15.000 manata yüksəlməsini əsaslandırmayıb. Eyni zamanda üçüncü şəxs Nigar Şıxəliyeva 22 aprel 2019-cu il tarixli iddia ərizəsində borcun 63.500 manat olduğunu göstərmiş, bunun 37.000 manat hissəsini Svetlana Məmmədovadan, 45.000 manat hissəsini isə Nadirə Rzayevadan 3 dəfəyə bərabər hissə olmaqla, 2015-ci ilin sonlarından 2016-cı ilin əvvəllərinədək alaraq Cavabdeh verdiyini, bunun 15.000 manatını Cavabdeh tərəfindən 2016-cı ilin iyun-iyul aylarında qaytarıldığını və Nadirə Rzayevaya ödənildiyini, qalan borcun isə 63.500 manat olduğunu göstərmişdir. Bu zaman Nigar Şıxəliyeva da ərizəsinə bacısı tərəfindən Svetlana Məmmədovaya 4.000 manat pul qayt arılması barədə hər hansı müddəa yazmamışdır. Üçüncü şəxs X6 Rayon Prokurorluğuna və Tovuz rayon Polis İdarəsinə Cavabdeh barədə verdiyi 08 iyul 2017-ci il tarixli şikayət ərizəsində göstərmişdir ki, onun vasitəçiliyi ilə Svetlana Məmmədovadan 33.000 manat, Nadirə Rzayevadan isə 44.000 manat almış və Cavabdeh vermişdir. Onun həmin şikayət ərizəsindən görünür ki, bacısı ilə birlikdə Cavabdeh pul tapmaq üçün faizə pul verməklə məşğul olan Svetlana Məmmədova ilə danışmış və sonuncu Cavabdeh istədiyi məbləğdə pul vermiş və faizlər almışdır. Onun Abşeron rayon Polis İdarəsinə yazdığı 02 avqust 2018-ci il tarixli şikayət ərizəsində isə göstərmişdir ki, yaşayış evinin tikintisinə lazım olduğu üçün Cavabdeh özündə olan 33.000 manatı borc vermiş, pul çatmadığına görə onun vasitəçiliyi ilə Nadirə Rz ayevadan əlavə 45.000 manat alaraq Cavabdeh vermişlər. Cavabdeh borcdan 15.000 manat qaytarmış, qalan 63.000 manat pulu isə tezliklə qaytaracağına söz vermiş, lakin borcu qaytarmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçı və üçüncü şəxsin izahatları ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri arasında ziddiyyətlərin olmasını əsas tutub haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisənin həll edilməsi üçün həmin izahat və ifadələrə istinad edilməsi yolverilməzdir. Çünki MPM-nin 106.1-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və76.2-ci maddələrinə görə tərəflərin tələb və et irazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün ola raq qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxs cavabdehdən 63.500 manat məbləğində borc tələb etsələr də, tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mü bahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Eyni zamanda Ali Məhkəmənin işə əlavə edilmiş 28 fevral 2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, X3 Xıdırova və Nigar Şıxəliyevadan tələb etdiyi 33.500 manat pul məbləğinin başqa şəxsə verilməsi və onun tərəfindən geri qaytarılmalı olmasını təsdiq edən sübutlar yoxdur. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 25 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh 13 yanvar 2015-ci ildə ölkədən çıxmış, 22 yanvar 2 015-ci ildə ölkəyə gəlmiş, 13 sentyabr 2015-ci ildə yenidən ölkədən çıxmışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçı və üçüncü şəxsə 2016-cı ilin iyun-iyul aylarında hər hansı məbləğdə pul qaytarması mümkün deyil. Daha sonra işdən görünür ki, cavabdeh tərəfindən yazılı ərizə verilərək hazırki mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddi a müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2-373.4-cü maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsindən, işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, iddiaçılar tərəflər arasında borc münasibətlərinin 2014-cü ilin yay aylarında yarandığını və verilmiş pul məbləğinin 5-6 aya qaytarılmalı olmasını qeyd etmişlər. Doğrudur, onlar alınmış puldan guya müəyyən hiss ənin (12.000 və ya 15.000 manat) 2016-cı ilin iyun-iyul aylarında cavabdeh tərəfindən qaytarıldığını göstərsələr də, bu inandırıcı deyil. Çünki, yuxarıda qeyd edildiyi kimi cavabdeh həmin vaxtlarda ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. İddiaçılar 2014-cü ilin yay aylarında cavabdehə borca pul verdiklərini göstərmiş, borcun cüzi hissəsinin qaytarılmasını bildirərək qalan pulun onlara ödənilməsi barədə hazırki iddialarla məhkəməyə 2019-cu ilin fevral və aprel aylarında müraciət etmişlər. Başqa sözlə, iddiaçı və üçüncü şəxs hazırki iddianı qanunla nəzərdə tutulmuş müddətdən ən azı bir il sonra qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qəra rında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çək işmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qə rara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(105)-1957/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar