Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2097/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)13148/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 24.08.2018-ci il tarixli, 2(005)-25 07/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi və dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, A.Hüseynov, A.İmanov) 17.12.2018-ci il tarixli, 2(103)-13148/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2507/2018 saylı iş üzrə 24 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)-13148/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddi açı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 08.01.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 1.811,03 manat əsas borc, 290,18 manat faiz borcu, 709,53 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 256,36 manat cərimə borcu olmaqla, cəmi 3.067,10 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018ci il tarixli, 2(103)-13148/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin işti rakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş materiallarından görünür ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2012-ci il tarixli, 78 saylı kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 28 faizlə 3.500,0 manat məbləğində istehlak krediti verilmişdir. Borcun təminatı olaraq bankla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 13.06.2012-ci il tarixli 78/1 saylı zaminlik müqaviləsi ilə sonuncular kredit borcu üzrə öhdəliklərin icrası üçün zaminlik təminatı vermişlər. İş materiallarından məlum olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Ca vabdeh1 kredit öhdəliklərinə zaminlik təminatı vermədiklərini, müvafiq olaraq bankla onlar arasında zaminlik müqaviləsi bağlanmadığını, işdə olan zaminlik müqaviləsini imzalamadıqlarını göstərmişlər. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və 06.07.2018-ci il tarixli ******* nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, zaminlik müqaviləsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən imzalandığından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı həmin cavabdehlərə aid hissədə rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 13.06.2012-ci il tarixli 78 saylı kredit müqaviləsinə əsasən «xxxx» ASC-dən 3.500 manat məbləğində kredit götür üb, həmin krediti ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətində illik 28 faizlə qaytarmağı öhdəsinə götürdüyü halda, öhdəliyini lazımınca yerinə yetirməmişdir və bu işin mübahisəsiz halıdır. Lakin, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı borclu tərəfindən kredit borcunun ödənilməsini təsdiq edən mötəbər dəlil - kassa mədaxil orderlərini, eləcə də borclunun sonuncu ödənişini təsdiq edən kassa mədaxil orderini məhkəmələrə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, nə qədərki cavabdeh ödənişləri 2014cü ildən dayandırdığını bildirmiş, iddiaçı isə həmin vaxtdan sonra da, yəni 05.07.2016-cı il tarixdə 815,57 manat ödəniş olunmasını sübut edə bilm əmiş, iddia müddətinin axımı məhz müqavilə müddətinin bitdiyi 13.12.2013-cüil tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbayca n Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsiüzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qey d olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi 13.12.213-cü il tarixdən hesablanmalıdır. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qa ldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbi q edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRA RA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)-13148/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2097/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2097/2019
29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver