Məhkəmə qərarları › İş №2(102)-2098/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2098/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2098/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ borcun qaytarılması və tutmanınn ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(104)-2432/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki iş ə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəşıd oğlundan müştərək qaydada ''xxxxxxxxxx” QSC-nin xeyrinə 25R000002072 saylı kredit razılaşması uzrə 19600.15 ABŞ dolları məbləğində əsas, 6991.14 ABŞ dolları faiz, 10612,60 ABŞ dolları cərimə borcu olmaqla cəmi 37203,89 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması uçun ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Bərdə şəhəri, Ü.Hacıbəyov kuçəsı, 1, mənzil 2-yə yönəldi lməsi, həmin əmlakın açıq həracdan satılması və cəmi 37203.89 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması uçun ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “xxxxxxxxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yasavış evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və "xxxxxxxxxxx” QSC-yə təhvil ver ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(104)-2432/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 19600.15 ABŞ dolları məbləğində əsas kredit borcu, 6991.14 ABŞ dolları faiz borcu, 10612.60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37203.89 ABŞ dolları borcun, 30 manat dövlət rüsumu, poteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının alınaraq iddiaçı «xxxxxxxxxx» QSC-yə ödənilməsi, tutmanın Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 nömrəli evin, 2 nömrəli mənzilində yerləşən 2 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 35.4 kv.m, yardımçı s ahəsi 17.5 kv.m, ümumi sahəsi 52.9 kv.m olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 16472.40 manat müəyyən edilməsi, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 1, mənzil 2-də yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 nömrəli evin, 2 nömrəli mənzilində yerləşən 2 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 35.4 kv.m, yardımçı sahəsi 17.5 kv.m, ümumi sahəsi 52.9 kv.m olan mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində evdə yaşayanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və həyatyanı torpaq sahəsi ilə birlikdə «xxxxxxxxxx» QSC-nə təhvil verilməsi, hərracdan əldə olunmuş vəsait borc un tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 120 manat ekspertiza xərcinin tutulub aşağıdakı hesaba köçürülməsi: büdcə təsnifatının kodu 142319, Düdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı -dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. (hakim Seyfəli Seyfullayev) Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2431/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsin in 2(021)-717/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan evin ilkin satış qiymətinin 16472.40 manat müəyyən edilməsi hissəsində dəyişdirimiş və həmin məbləğin 27.000 (iyirmi yeddi min) manat müəyyən edilməsi, mütəxəssis rəyinin əldə edilməsi üçün qiymətləndirmə haqqının 300 (üç yüz) manat məbləğində vəsaitinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq “xxxxxxxxxxxx" MMC-in VÖEN ********** “xxxxxxxxx” ASC-nin VÖEN:**********, M/H:AZ89NABZO**********000028944 Kodu:503314,S.W.İ.F.T. BİC:AMRAAZ22, H/H AZ40AMRA******************** hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Fikrət Mehdiyev(sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Azər Bayramov) Cavabdeh1 (Vəkil Bünyat oğlu) kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, dolların məzənnəsinin qalxması ilə əlaqədar maddi imkanlarının azalması, bu səbəbdən də borcu ödəyə bilməməsi nəzərə alınmamış, ondan şişirdilmiş məbləğdə borc tələb edilməsinə əhəmiyyət verilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də tərəflərməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki P rosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh (kassator) Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi, həmin müqavilənin çərçivəsind ə kredit razılaşması bağlanmasını, kredit razılaşmasına uyğun olaraq Cavabdeh1 36 ay müddətinə, aylq 2 faizlə 30000 ABŞ dolları məbləğində kredit verilməsini, həmçinin kredit razılaşması üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 məxsus daşınmaz əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsini, zaminlik müqavilələri bağlanmasını, kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi nəticəsində Cavabdeh1 kredit borcunun yaranmasını, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının rəyi ilə borc məbləğinin düzgün təyin olunmasını müəyyən etmiş, bununla belə özünün təyin etdiyi qiymətləndirmə rəyinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməli olması qənaətinə gələrək, qətnaməni ip oteka predmetinin ilkin satış qiymətinə aid hissədə yuxarıda göstərilən qaydada dəyişmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 269.7, 317, 319.1, 385.1, 442, 443, 445.1, 448, 739-cu, “İpoteka haqqında” Qanunun 36 və 39-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit, kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlan ıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Tətbiq edilən maddi hüquq normaları (Mülki Məcəllənin 269.7, 317, 319.1, 385.1, 442, 443, 445.1, 448, 739-cu, “İpoteka haqqında” Qanunun 36 və 39-cu maddələri) da öhdəlik münasibətlərini, öhdəliyin yerinə yetirilməməsi halında öhdəliyin təmini üsullarını nizamlayan normalardr. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti aç ıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 317.1, 319.1 və 448.1-ci maddələrini düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlillə ri əsassızdır. Məhkəmə kollegiyası kassatorun dəlillərini – dolların məzənnəsinin qalxması ilə əlaqədar maddi imkanlarının azalması, bu səbəbdən də borcu ödəyə bilməmələrinin apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması, borcun şişirdilməsi – əsassız sayır. Əvvəla, kredit müqaviləsi üzrə aldığı valyutanın məzənnəsinin manata münasibətdə artması iddianın rədd edilməsi və ya kassatorun öhdəlikdən hər hansı formada azad edilməsi və yaxud da öhədliyinin azladılmasına əsas verən hal deyil. Borcun şişirdilməsi barədə dəlilə gəldikdə, apelyasiya instansiyası məhkəməsi borc məbləğinin ekspert rəyi ilə təsdiq edilməsini müəyyən etmiş və həmin rəy də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Kassasiya şikayətində istinad edilən digər dəlillər də apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora münasibətdə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsa sən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh (kassator) Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh (kassator) Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-2432/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar